Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1747/2025 24.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, RAZ********** nömrəli, xx.xx.2022-ci il tarixli “Daşınmaz əmlakın icbari sığortası” şəhadətnaməsinə əsasən, ünvan 1 ünvanında yerləşən X2 mülkiyyətində olan qeyriyaşayış sahəsinə "xxxx" ASC tərəfindən sığorta təminatı verilmişdir. Müstəqil ekspert İlqar Zeynalov tərəfindən hazırlanan dəymiş zərərin ilkin hesabatına əsasən daşınmaz əmlaka, ümumilikdə, 1894 manat məbləğində maddi zərər dəymişdir. CFİ-0033/2023-AKT1193/23 saylı, xx.xx.2022-ci il sığorta aktına əsasən, 938 (doqquz yüz otuz səkkiz) manat məbləğində azadolma məbləği çıxıldıqdan sonra, 955,81 (doqquz yüz əlli beş manat səksən bir qəpik) manat məbləğində sığorta ödənişi sığortaçı tərəfindən faydalanan şəxsin hesabına ödənilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli Aktında qeyd edilir ki, xx.xx.2023-cü il tarixdə üçüncü blok şaxtasında kanalizasiya borusunun çatlaması nəticəsində binanın ikinci mərtəbəsindəki 1276-cı qeyri-yaşayış sahəsində su basma baş vermişdir. Nəticədə qeyd olunan sahəyə xeyli ziyan dəymişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarına sığortalı X1 məxsus BB 695989 nömrəli Sığorta Şəhadətnaməsi əlavə edilmişdir. Şəhadətnaməyə əsasən müəyyən edilir ki, sığorta məbləği 93.817 manat təşkil edir. İş materiallarına baş vermiş sığorta hadisəsi ilə bağlı fotoşəkillər əlavə edilmişdir. İş materiallarına zərərlə bağlı müvafiq qiymətləndirmə aktları əlavə əlavə edilmişdir. İş materiallarında olan sığorta ödənişi aktlarına əsasən müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləği 1894 manat təşkil etmiş və 938 manat məbləğində azadolma məbləği çıxıldıqdan sonra, 955,81 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Aktda qeyd edilir ki, xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının ikinci mərtəbəsində 1276 kv.m. qeyri-yaşayış sahəsinə su basması olmuşdur. Hadisə üçüncü blok şaxtasında kanalizasiya borusunun çatlaması nəticəsində baş vermişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. MM-in 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. MM-in 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. MM-in 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. MM-in 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 dispozitiv şərti vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. Delikt hüquq institutunun əsaslarını nəzərdən keçirdikdən sonra məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə yuxarıda qeyd olunan delikt hüquq institutu üzrə dispozitiv şərtlərin hər üçü yerinə yetirilir. Beləliklə, müəyyən edilir ki, iddiaçı tərəfindən iddia ərizəsində qeyd olunan xüsusatlar əsaslıdır, öz təsdiqini tapır, sözügedən xüsusatların əski sübut edilmir. Sığortalı X1 məxsus olan ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsi BB 695989 nömrəli Sığorta Şəhadətnaməsinə əsasən "xxxx" ASC tərəfindən sığorta təminatı almışdır. Həmin qeyri-yaşayış sahəsinə xx.xx.2023-cü il tarixdə binanın üçüncü blok şaxtasında kanalizasiya borusunun çatlaması səbəbindən su axıtması hadisəsi nəticəsində maddi zərər dəymişdir.CFİ-0033/2023-AKT1193/23 saylı, xx.xx.2022-ci il sığorta aktına əsasən, 938 (doqquz yüz otuz səkkiz) manat məbləğində azadolma məbləği çıxıldıqdan sonra, 955,81 (doqquz yüz əlli beş manat səksən bir qəpik) manat məbləğində sığorta ödənişi sığortaçı tərəfindən faydalanan şəxsin hesabına ödənilmişdir. Hadisənin baş verməsində təqsirli şəxs (dolayı yolla) isə Cavabdehdir. Bu səbəbdən, iddiaçı subroqasiya qaydasında ödənilmiş sığorta ödənişini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdeh tərəfindən iddia tələbinin təkzib edilməsi ilə bağlı sənəd, sübut və ya material məhkəməyə təqdim edilməmişdir. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, ödənilmiş 30,00 (otuz) manat dövlət rüsumu qaydada Cavabdehndən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilən hüquqi və faktiki əsaslar nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdehndən 955,81 (doqquz yüz əlli beş manat səksən bir qəpik) manat pul və ödənilmiş 30,00 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddiaçı "xxxx" ASC-nin Cavabdehnə qarşı “pul” tələbinə dair iddiası təmin edilsin. Cavabdehndən 955,81 (doqquz yüz əlli beş manat səksən bir qəpik) manat pul və ödənilmiş 30,00 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-1747/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1747/2025
24.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver