Məhkəmə qərarları › İş №e-2(004)-1757/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1757/2022

17.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1757/2022 17.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh 0qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında zərərin ödənilməsi barədə” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında sadələşdirilmiş qaydada baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" ASC kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 860 (səkkiz yüz altmış) manat vurulmuş zərərin və 30 (otuz) manat dövlət rüsümunun tutularaq, iddiaçının hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verldikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş lakin, bildiriş məhkəməyə geri qaytarılmışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36, 81-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 883.1, 936.2, 936.5, 1096.1, 1097.1, 1108.1-ci, ''Sığorta haqqında'' Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsi, İcbari sığortalar haqqında qanunun 14-cü və 63.1-ci maddələrini nəzərə alaraq, müəyyən etdi ki, “Vaz 21723” markalı, **-EV-*** dövlət nömrə nişanlı avtomobil 06.05.2019-cu ildən 06.05.2020-ci ilədək "xxxx" ASC-də PXA ********** saylı icbari sığorta növündə sığortalanmışdır. 15.01.2020-ci il tarixdə Cavabdeh idarə etdiyi “Vaz 21723” markalı, **-EV-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Murtuza Muxtarov küçəsində “Nissan Tida” markalı, **-EG-*** dövlət nömrə nişanlı və “Peugeot” markalı ** LJ *** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuşdur. Yasamal DYPŞ-i tərəfindən tərtib edilmiş 15.01.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və 19.02.2020-ci il il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) və 327.1-ci maddələri ilə təqsirli bilinərək 100 (yüz) manat məbləğində cərimə edilmişdir. 20.02.2020-ci il tarixli qüsur aktına əsasən hadisə nəticəsində “Nissan Tida” markalı, **- EG-*** dövlət nömrə nişanlı avtomobilə 380 (üç yüz səksən) manat məbləğində zərər dəymişdir. 22.02.2020-ci il tarixli qüsur aktına əsasən hadisə nəticəsində “Peugeot 206” markalı,** LJ *** dövlət nömrə nişanlı avtomobilə 480 (dörd yüz səksən) manat məbləğində zərər dəymişdir. İddiaçı 03.04.2020-ci il və 02.03.2020-ci il tarixli ödəniş sənədlərindəngöründüyü kimizərərin məbləği olaraq, 380 (üç yüz səksən) mant və 480 (dörd yüz səksən) manat ümumilikdə 860 manat olmaqla, iddiaçı tərəfindən müvafiq olaraq zərərçəkmiş şəxs X2 və X1 hesabına ödənilmişdir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən, avtonəqiiyyat vasitəiərinin sahiblərinin müiki məsuiiyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Habelə, Mülki Məcəllənin 1108-ci maddəsinin 1-ci bəndinə əsasən, zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Cavabdeh oğlu yol-nəqliyyat hasisəsinin baş verməsində təqsirkar olduğu və hadisə baş verdiyi zaman hadisə yerindən yayındığı üçün iddiaçı haqlı olaraq, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Odur ki, iddia tələbi əsaslı və qanuni olub təmin edilməli, 860 (səkkiz yüz altmış) manat vurulmuş ziyan və ödənilmiş 30 (otuz) manat dövlət rüsümu cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh 860 (səkkiz yüz altmış) manat məbləğində vurulmuş zərər və 30 (otuz) manat dövlət rüsümu tutularaq, iddiaçı "xxxx" ASC-nin hesabına köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar