Məhkəmə qərarları › İş №e-2(004)-1767/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-1767/2023

23.06.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-1767/2023 23.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlu, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1 nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “yaşayış sahəsindən istifadə hüququna kompensasiya ödəməklə xitam verilməsi və yaşayış evindən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “yaşayış sahəsindən istifadə hüququna kompensasiya ödəməklə xitam verilməsi və yaşayış evindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı tərəfindən 15.000 (on beş) manat kompensasiya verilməklə İddiaçı tam mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Fəridə və Pərviz Abbasovlar küçəsi 4 nömrəli fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi və yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişini edərək bildirdi ki, tərəflər mübahisəni barışıq sazişi bağlamaqla həll etmişlər. Barışıq sazişinə əsasən İddiaçı xx.xx.2020-ci il tarixli çıxarışa əsasən tam mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Fəridə və Pərviz Abbasovlar küçəsindəki 4 nömrəli fərdi yaşayış evində qeydiyyatda olduqlarına görə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada ümumilikdə 35.000 (otuz beş min) manat pul ödəyir. Barışıq sazişi məhkəmədə təsdiq edildikdən sonra cavabdehlər Cavabdeh2 və Cavabdeh1 1 (bir) ay 15 (on beş) müddətində, yəni xx.xx.2023-cü il tarixə kimi qeydiyyatda olduqları Bakı şəhəri Yasamal rayonu Fəridə və Pərviz Abbasovlar küçəsindəki 4 nömrəli fərdi yaşayış evini tam boşaldaraq İddiaçı təhvil verməyi və 2 (iki) ay müddətində, yəni xx.xx.2023-cü il tarixə kimi həmin evdən qeydiyyatdan çıxmağı öhdələrinə götürmüşlər. Barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildikdən dərhal sonra İddiaçı 15.000 (on beş min) manat pulu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada ödəyir. İddiaçı qalan 20.000 (iyirmi min) manatı isə məhkəmə qərardadı çıxarıldığı gündən etibarən 40 ay müddətində hər növbəti ayın 23-dək 500 (beş yüz) manatı geçikdirmədən şərtsiz olaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada ödəməyi öhdəsinə götürür. Qeyd olunan mənzil dövlət proqramına uyğun olaraq alınarsa və ya iddiaçı tərəfindən könüllü olaraq satılarsa alıcı tərəfindən mənzilin dəyəri iddiaçıya ödənildiyi tarixdən 10 (on) gün müddətində iddiaçı tərəfindən cavabdehlərə qalan borc tam ödəniləcəkdir. Tərəflər qəbul edirlər ki, bu barışıq sazişi Bakı şəhəri Yasamal rayon Məhkəməsi tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir və tərəflərin biri-birinə qarşı hər hansı bir iddia və tələbi qalmır. Barışıq sazişin şərtləri və nəticələri tərəflərə aydındır. Odur ki, barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edir. İddiaçı məhkəmə iclasında nümayəndəsi və vəkili Vəkil1 izahatı ilə razı olduğunu bildirdi və cavabdehlərlə onun arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Cavabdeh2 nümayəndəsi və vəkili, həmçinin Cavabdeh1 nümayəndəsi Vəkil2 məhkəmə iclasında tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişini müdafiə etdi və bildirdi ki, tərəflər mübahisəni barışıq sazişi bağlamaqla həll etmişlər. Barışıq sazişini cavabdehlərin əvəzindən nümayəndə kimi o, imzalamış və bağlamışdır. İddiaçı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (cavabdehlərin nümayəndələri Vəkil2) arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin, cavabdehlərin nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, İddiaçı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (cavabdehlərin nümayəndələri Vəkil2) arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişini nəzərdən keçirib, iş materiallarında olan sənədləri araşdırıb hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, xx.xx.2020-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu Fəridə və Pərviz Abbasovlar küçəsindəki 4 nömrəli fərdi yaşayış evi İddiaçı tam mülkiyyətindədir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçının mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Fəridə və Pərviz Abbasovlar küçəsindəki 4 nömrəli fərdi yaşayış evində qeydiyyatdadırlar və yaşayış sahəsindən istifadə hüquqları var və onlar əşyaları həmin evdə yerləşir. Mülki Məcəllənin 881.1-ci maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Mülki Məcəllənin 881.2-ci maddəsinə əsasən barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Mülki Məcəllənin 881.3-cü maddəsinə əsasən barışıq razılaşmasının bağlanması üçün forma tələb olunmur. Lakin əgər barışıq razılaşmasında hər hansı formanın gözlənilməsini tələb edən əqdlər vardırsa, razılaşma bu əqdlər üçün tələb edilən forma üzrə tərtib olunmalıdır, amma barışıq razılaşmasının məhkəmə qaydasında protokol şəklində tərtib olunduğu hallar istisna təşkil edir. Məhkəməyə təqdim edilmiş İddiaçı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (cavabdehlərin nümayəndələri Vəkil2) arasında Mülki Məcəllənin 881-ci maddəsinin tələblərinə müvafiq olaraq bağlanmış və İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndələri Vəkil2 tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən İddiaçı xx.xx.2020-ci il tarixli çıxarışa əsasən tam mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Fəridə və Pərviz Abbasovlar küçəsindəki 4 nömrəli fərdi yaşayış evində qeydiyyatda olduqlarına görə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada ümumilikdə 35.000 (otuz beş min) manat pul ödəyir. Barışıq sazişi məhkəmədə təsdiq edildikdən sonra cavabdehlər Cavabdeh2 və Cavabdeh1 1 (bir) ay 15 (on beş) müddətində, yəni xx.xx.2023-cü il tarixə kimi qeydiyyatda olduqları Bakı şəhəri Yasamal rayonu Fəridə və Pərviz Abbasovlar küçəsindəki 4 nömrəli fərdi yaşayış evini tam boşaldaraq İddiaçı təhvil verməyi və 2 (iki) ay müddətində, yəni xx.xx.2023-cü il tarixə kimi həmin evdən qeydiyyatdan çıxmağı öhdələrinə götürmüşlər. Barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildikdən dərhal sonra İddiaçı 15.000 (on beş min) manat pulu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada ödəyir. İddiaçı qalan 20.000 (iyirmi min) manatı isə məhkəmə qərardadı çıxarıldığı xx.xx.2023-cü il tarixdən etibarən 40 ay müddətində hər növbəti ayın 23-dək 500 (beş yüz) manatı geçikdirmədən şərtsiz olaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada ödəməyi öhdəsinə götürür. Qeyd olunan mənzil dövlət proqramına uyğun olaraq alınarsa və ya iddiaçı tərəfindən könüllü olaraq satılarsa alıcı tərəfindən mənzilin dəyəri iddiaçıya ödənildiyi tarixdən 10 (on) gün müddətində iddiaçı tərəfindən cavabdehlərə qalan borc tam ödəniləcəkdir. Tərəflər qəbul edirlər ki, bu barışıq sazişi Bakı şəhəri Yasamal rayon Məhkəməsi tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir və tərəflərin biri-birinə qarşı hər hansı bir iddia və tələbi qalmır. Azərbaycan Respublikası MPM-in 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası MPM-in 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası MPM-in 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Repsublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 52.3, 191.1, 191.2, 261, 261.0.5, 262-264, 267-268, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “yaşayış sahəsindən istifadə hüququna kompensasiya ödəməklə xitam verilməsi və yaşayış evindən çıxarılma” tələbinə dair mülki iş üzrə - İddiaçı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (cavabdehlərin nümayəndələri Vəkil2) arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin və e-2(004)-1767/2023 nömrəli mülki iş üzrə icraata xitam verilsin. xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən İddiaçı xx.xx.2020-ci il tarixli çıxarışa əsasən tam mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Fəridə və Pərviz Abbasovlar küçəsindəki 4 nömrəli fərdi yaşayış evində qeydiyyatda olduqlarına görə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada ümumilikdə 35.000 (otuz beş min) manat pulun ödənilməsi İddiaçı öhdəsinə qoyulsun. Barışıq sazişi məhkəmədə təsdiq edildikdən sonra 1 (bir) ay 15 (on beş) müddətində, yəni xx.xx.2023-cü il tarixə kimi qeydiyyatda olduqları Bakı şəhəri Yasamal rayonu Fəridə və Pərviz Abbasovlar küçəsindəki 4 nömrəli fərdi yaşayış evini tam boşaldaraq İddiaçı təhvil vermələri və 2 (iki) ay müddətində, yəni xx.xx.2023-cü il tarixə kimi həmin evdən qeydiyyatdan çıxmaları cavabdehlər Cavabdeh2 və Cavabdeh1 öhdələrinə qoyulsun. Barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildikdən dərhal sonra İddiaçı 15.000 (on beş min) manat pulu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada ödəsin. İddiaçı qalan 20.000 (iyirmi min) manatı isə məhkəmə qərardadı çıxarıldığı xx.xx.2023-cü il tarixdən etibarən 40 ay müddətində hər növbəti ayın 23 -dək 500 (beş yüz) manatı geçikdirmədən şərtsiz olaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada ödəsin. Qeyd olunan mənzil dövlət proqramına uyğun olaraq alınarsa və ya iddiaçı tərəfindən könüllü olaraq satılarsa alıcı tərəfindən mənzilin dəyəri iddiaçıya ödənildiyi tarixdən 10 (on) gün müddətində iddiaçı tərəfindən cavabdehlərə qalan borc tam ödənilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar