Məhkəmə qərarları › İş №e-2(004)-177/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-177/2022

27.04.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-177/2022 27.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil, Cavabdeh ASC-nin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi və pul tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22.04.2017-ci il tarixli, 2V-71 reyestr nömrəli “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən "xxxx" İKB ASC-nin 3 saylı filialının 3-83478-100-41220 nömrəli bank hesabına qoyulmuş 25.000 (iyirmi beş min) ABŞ dolları əmanət pulun və onun üzərinə hesablanmış faiz məbləğlərinin və "xxxx" İKB ASC-nin 3 saylı filialının 3-83478-130-41210 nömrəli bank hesabına qoyulmuş 5.000 (beş min) manat əmanət pulun və onun üzərinə hesablanmış faiz məbləğlərinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, 19.08.2016-cı il tarixdə, saat 13:50-də X14 Yasin oğlu X3 və X8 şahidliyi ilə vəsiyyətnamə tərtib etmiş və vəsiyyətnamə Bakı şəhəri 16 saylı notariat kontorunun notariusu X13 tərəfindən 2V/1-119 reyestr nömrəsi ilə qeydiyyata alınaraq təsdiq edilmişdir. Bu vəsiyyətnaməyə əsasən "xxxx" İKB ASC-nin 3 saylı filialının 3-83478-100-41220 nömrəli və 3-83478-130-41210 nömrəli bank hesablarında olan müvafiq olaraq 25.000 (iyirmi beş min) ABŞ dolları və 5.000 (beş min) manat əmanət pul və onların üzərinə hesablanmış faiz məbləğləri mərhum X14 Yasin oğlu tərəfindən ona vəsiyyət edilmişdir. X14 Yasin oğlu 03.09.2016cı il tarixdə vəfat etmişdir. Atasının vəfatından sonra “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin alınması məqsədi ilə notariusa müraciət etmiş və bu müraciəti əsasında Bakı şəhəri 16 saylı notariat kontorunun notariusu X13 tərəfindən ona 22.04.2017-ci il tarixli, 2V-71 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bundan sonra isə Cavabdeh ASC-nin 3 saylı filialına rəsmi qaydada müraciət edərək qeyd edilən əmanət məbləğlərinin və onların üzərinə hesablanmış faizlərin ona verilməsini, eyni zamanda həmin vəsaitlərin banka əmanət qoyulması ilə əlaqədar bağlanmış bank əmanəti müqavilələrinin və bu barədə aparılmış sənədləşmə ilə əlaqədar materialda olan bütün sənədlərin surətinin rəsmi qaydada ona təqdim edilməsini xahiş etmişdir. Lakin bu günədək sözügedən əmanət məbləğləri ona ödənilməmiş, nə də ki, müraciətimə rəsmi qaydada cavab verilməmişdir. Odur ki, hazırda bu barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşə məhkəmədə baxılan zaman iddiaçı iddia tələbinin artırılması barədə ərizə təqdim edərək, 24.05.2013-cü il tarixli, 3-D5-12-0-250-13 saylı kredit müqaviləsinin bağlanmamış hesab edilməsi və 22.04.2017-ci il tarixli, 2V-71 reyestr nömrəli “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən "xxxx" İKB ASC-nin 3 saylı filialının 3-83478-100-41220 nömrəli bank hesabına qoyulmuş 25.000 (iyirmi beş min) ABŞ dolları əmanət pulun və onun üzərinə hesablanmış faiz məbləğlərinin və "xxxx" İKB ASC-nin 3 saylı filialının 3-83478-130-41210 nömrəli bank hesabına qoyulmuş 5.000 (beş min) manat əmanət pulun və onun üzərinə hesablanmış faiz məbləğlərinin cavabdeh “Yelo Bank" Açıq Səhmdar Cəmiyyətindən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə məhkəmədə baxılan zaman iddiaçı təkrarən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 24 may 2013-cü il tarixli, 3-D5-12-0-150-13 saylı kredit müqaviləsinin və 24 may 2013-cü il tarixli, 3-D5-12-0-150-13 nömrəli əmanətin girov müqaviləsinin etibarsız hesab edilməsi, 22 aprel 2017-ci il tarixli, 2V-71 reyestr nömrəli “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən “Nikoyl" İKB ASC-nin 3 saylı filialının 3-83478-100-41220 nömrəli bank hesabına qoyulmuş 25.000 (iyirmi beş min) ABŞ dolları əmanət pulun və "Nikoyl” İKB ASC-nin 3 saylı filialının 3-83478-130-41210 nömrəli bank hesabına qoyulmuş 5 000 (beş min) manat əmanət pulun, həmçinin əmanət pullarının banka daxil olduğu günün növbəti günündən başlayaraq onların qaytarıldığı günün əvvəlki gününədək 25 000 (iyirmi beş min) ABŞ dolları əmanət pulun üzərinə illik 12.1 faiz və 5 000 (beş min) manat əmanət pulun üzərinə isə illik 13.3 faiz hesablanmaqla faiz məbləğlərinin cavabdeh “Yelo Bank" Açıq Səhmdar Cəmiyyətindən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 24 may 2013-cü il tarixli, 3-D5-12-0-250-13 saylı kredit müqaviləsinin və 24 may 2013-cü il tarixli, 3- D5-12-0-250-13 nömrəli əmanətin girov müqaviləsinin etibarsız hesab edilməsi, 22 aprel 2017-ci il tarixli, 2V-71 reyestr nömrəli “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən "Nikoyl” İKB ASC-nin 3 saylı filialının 3-83478-100-41220 nömrəli bank hesabına qoyulmuş 25.000 (iyirmi beş min) ABŞ dolları əmanət pulun və "xxxx" İKB ASC-nin 3 saylı filialının 3-83478- 130-41210 nömrəli bank hesabına qoyulmuş 5.000 (beş min) manat əmanət pulun, həmçinin əmanət pullarının banka daxil olduğu günün növbəti günündən başlayaraq onların qaytarıldığı günün əvvəlki gününədək 25.000 (iyirmi beş min) ABŞ dolları əmanət pulun üzərinə illik 12.1 faiz və 5.000 (beş min) manat əmanət pulun üzərinə isə illik 13.3 faiz hesablanılmaqla faiz məbləğlərinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia ərizəsini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, məhkəmə iclasında bankın nümayəndəsi məhkəməyə 24.05.2013-cü il tarixli, 3-D5-12-0-250-13 saylı kredit müqaviləsini təqdim edərək 23.02.2015-ci il tarixdə 25.000 ABŞ dolları, 16.07.2015-ci il tarixdə isə 5000 manat əmanət məbləğlərinin kredit müqaviləsi üzrə borca görə silindiyi qeyd edərək əmanətlərin İddiaçı ödənilməsinin qeyri-mümkün olduğunu bildirmişdir. Buna əsas isə 24.05.2013cü il tarixli, 3-D5-12-0-250-13 saylı kredit müqaviləsi üzrə 23.02.2015-ci il tarixli və 16.07.2015-ci il tarixli müqavilələr üzrə qoyulmuş əmanət pullarının girov kimi göstərilməsi olmuşdur. Halbuki, Məhərrəmov Məhərrəm Yasin oğlu belə bir müqaviləni imzalamamış və həmin müqavilə üzrə bank tərəfindən ona pul verilməmişdir. Məhərrəmov Məhərrəm Yasin oğlunun sağlığında imzaladığı rəsmi sənədlərdəki imzalar ilə müqayisə etdikdə vizual şəkildə kredit müqaviləsindəki imzanın Məhərrəmov Məhərrəm Yasin oğluna aid olmadığını, hətta heç onun imzasına oxşamadığını asanlıqla müəyyən etmək mümkündür. Belə ki, sözü gedən hal da ekspert rəyləri ilə öz təsdiqini tapmışdır. Beləliklə sözügedən kredit müqaviləsi Məhərrəmov Məhərrəm Yasin oğlu tərəfindən imzalanmadığından həmin müqavilə və bu müqavilənin icrasının təmin edilməsi məqsədi ilə bağlanmış 24 may 2013-cü il tarixli, 3-D5-12-0-250-13 nömrəli əmanətin girovu müqavilələri etibarsız hesab edilməlidir. Cavabdehin iddia etdiyi müqavilələrdə əmanətlərin depoziti və məbləğləri fərqli olsa da, sözü gedən müqavilələr eyni tarixdə, eyni nömrələr altında bağlanıldığından, tərəflərindən də 24 may 2013-cü il tarixli, 3-D5-12-0-250-13 nömrəli əmanətin girovu müqaviləsinin etibarsızlığı qoyulmuşdur. Belə ki, Mülki Məcəllənin 331.1-ci maddəsinə görə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 337.1 -ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 460.3-cü maddəsinə görə əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əsas öhdəliyin etibarsızlığı onu təmin edən öhdəliyin etibarsızlığına səbəb olur. Həmçinin, nəzərə almaq lazımdır ki, bankın təqdim etdiyi sənədlərə görə əmanət məbləğləri 2015-ci ildə kredit borcuna görə silinmişdir. Məhərrəmov Məhərrəm Yasin oğlu isə vəfat etməmişdən əvvəl 16 avqust 2016-cı il tarixdə notariusun iştirakı ilə vəsiyyətnamə qoyaraq 25.000 ABŞ dolları və 5000 manat əmanət məbləğlərini qızına (İddiaçı) miras əmlak olaraq vəsiyyət etmişdir. Bu xüsusat da Məhərrəmov Məhərrəm Yasin oğlunun kredit müqaviləsini bağlamadığına və belə bir müqavilədən xəbərsiz olduğuna açıq-aşkar dəlalət edir. Çünki, əmanət məbləği silindiyi halda onu qızına vəsiyyət edərək miras qoyması ağlabatan məntiqə uyğun deyildir. Bu mənada sözügedən kredit müqaviləsi Məhərrəmov Məhərrəm Yasin oğlu tərəfindən imzalanmadığına, eləcə də müqavilənin bağlanılmasında onun düzünə və ya dolayı yolla iradəsi ifadə olunmadığına görə ona münasibətdə əqd mövcud deyildir. Ona görə də həmin müqavilə bağlanmamış hesab edilməlidir. Əlavə məlumat üçün məhkəmənin nəzərinə çatdırır ki, mübahisələndirilən kredit müqaviləsi məhkəmədə onlara təqdim edildikdən sonra araşdırma apararaq müəyyənləşdirmişdirlər ki, “Yelo Bank' Açıq Səhmdar Cəmiyyəti Məhərrəmov Məhərrəm Yasin oğluna qarşı Sabunçu Rayon Məhkəməsində iddia qaldıraraq, 24.05.2013-cü il tarixli, 3- D5- 12-0-250-13 saylı kredit müqaviləsi üzrə borcun tutulmasını xahiş etmişdir. Məhkəmə Məhərrəmov Məhərrəm Yasin oğlunun vərəsəsi X1 iştirakı təmin etmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul etmiş, X4 artıq həmin qətnamədən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1337/2022 saylı, 02.02.2022-ci il tarixli qərardadı ilə cavabdehin hüquqi varisi İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli qətnaməsi ləğv olunmuş və mülki iş üzrə icraata xitam verilmişdir. Bununla yanaşı "xxxx" İKB ASC-nin 3 saylı filialı ilə Məhərrəmov Məhərrəm Yasin oğlu arasında bağlanmış 20 noyabr 2014-cü il tarixli müddətli əmanət müqaviləsinin 4.6-cı bəndinə əsasən 25.000 (iyirmi beş min) ABŞ dolları əmanət illik 12.1 faiz dərəcəsi ilə 3-83478-100-41220 nömrəli bank hesabına, həmin tərəflər arasında bağlanmış 16 iyul 2015-ci il tarixli müddətli əmanət müqaviləsinin 4.6-cı bəndinə əsasən 5000 (beş min) manat əmanət isə illik 13.3 faiz dərəcəsi ilə 3- 83478-130-41210 nömrəli bank hesabına qoyulmuşdur. Həmçinin sözügedən müddətli əmanət müqavilələrinin 2.1-ci bəndində əmanətin məbləğinə faizlərin bu məbləğlərin banka daxil olduğu günün ertəsi günündən məbləğin əmanətçiyə qaytarılmasından və ya başqa əsaslarla əmanətçinin hesabından silinməsindən əvvəlki günədək hesablanılması qaydası müəyyən olunmuşdur. Bu baxımdan hesab edirlər ki, qeyd olunan əmanət məbləğləri ilə yanaşı, 25.000 (iyirmi beş min) ABŞ dolları əmanət pulun üzərinə illik 12.1 faiz və 5.000 (beş min) manat əmanət pulun üzərinə isə illik 13.3 faiz hesablanılmaqla faiz məbləğləri də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi X9 iddia tələbinə etiraz edərək bildirdir ki, iddiaçının atası tərəfindən bankdan kredit götürülmüş və götürülmüş kreditin təminatı kimi bankda olan əmanətləri girov qoyulmuşdur. Götürülmüş kredit məbləği ödənilmədiyi üçün sonuncunun bankda olan əmanətlərindən müqavilədə də, göstərilmiş əsaslarla silinmələr aparılmışdır. Bundan başqa imzaların kimin tərəfindən imzalandığı onlara da məlum deyildir. Bu səbəbdən də xüsusi qərardad çıxarılmasını istəyirlər. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 3-D5-12-0-250-13 saylı, 24.05.2013-cü il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" İKB ASC-nin 3 saylı filialı ilə Məhərrəmov Məhərrəm Yasin oğluna arasında bağlanmış kredit müqaviləsinə əsasən əmanətçilərə kassadan kredit növündə bank tərəfindən sonuncuya 24.05.2013-ci il tarixdən 24.05.2015-ci il tarixədək qaytarmaq şərtiylə, 24 ay müddətinə illik 16 faizlə 89000 manat məbləğində kredit verilmişdir. 3-D5-12-0-250-13 saylı, 24.05.2013-cü il tarixli əmanətin girov müqaviləsindən görünür ki, "xxxx" İKB ASC-nin 3 saylı filialı ilə Məhərrəmov Məhərrəm Yasin oğluna arasında bağlanmış 3-D5-12-0-250-13 saylı, 24.05.2013-cü il tarixli kredit müqaviləsi üzrə götürülmüş 89000 manat məbləğinin girov predmeti kimi sonuncuya məxsus "xxxx" İKB ASC-də 3-83478-18 saylı hesabdakı 15000 manat məbləğində əmanat göstərilmişdir. 3-D5-12-0-250-13 saylı, 24.05.2013-cü il tarixli əmanətin girov müqaviləsindən görünür ki, "xxxx" İKB ASC-nin 3 saylı filialı ilə Məhərrəmov Məhərrəm Yasin oğluna arasında bağlanmış 3-D5-12-0-250-13 saylı, 24.05.2013-cü il tarixli kredit müqaviləsi üzrə götürülmüş 89000 manat məbləğinin girov predmeti kimi sonuncuya məxsus "xxxx" İKB ASC-də 3-83478-54 saylı hesabdakı 17500 ABŞ dolları məbləğində əmanat göstərilmişdir. 3-D5-12-0-250-13 saylı, 24.05.2013-cü il tarixli əmanətin girov müqaviləsindən görünür ki, "xxxx" İKB ASC-nin 3 saylı filialı ilə Məhərrəmov Məhərrəm Yasin oğluna arasında bağlanmış 3-D5-12-0-250-13 saylı, 24.05.2013-cü il tarixli kredit müqaviləsi üzrə götürülmüş 89000 manat məbləğinin girov predmeti kimi sonuncuya məxsus "xxxx" İKB ASC-də 3-83478-21 saylı hesabdakı 40000 manat məbləğində əmanat göstərilmişdir. 3-D5-12-0-250-13 saylı, 24.05.2013-cü il tarixli əmanətin girov müqaviləsindən görünür ki, "xxxx" İKB ASC-nin 3 saylı filialı ilə Məhərrəmov Məhərrəm Yasin oğlu na arasında bağlanmış 3-D5-12-0-250-13 saylı, 24.05.2013-cü il tarixli kredit müqaviləsi üzrə götürülmüş 89000 manat məbləğinin girov predmeti kimi sonuncuya məxsus "xxxx" İKB ASC-də 3-83478-71 saylı hesabdakı 25000 manat məbləğində əmanat göstərilmişdir. 3-D5-12-0-250-13 saylı, 24.05.2013-cü il tarixli əmanətin girov müqaviləsindən görünür ki, "xxxx" İKB ASC-nin 3 saylı filialı ilə Məhərrəmov Məhərrəm Yasin oğluna arasında bağlanmış 3-D5-12-0-250-13 saylı, 24.05.2013-cü il tarixli kredit müqaviləsi üzrə götürülmüş 89000 manat məbləğinin girov predmeti kimi sonuncuya məxsus "xxxx" İKB ASC-də 3-83478-84 saylı hesabdakı 6000 manat məbləğində əmanat göstərilmişdir. "xxxx" İKB ASC-nin 3 saylı filialı ilə Məhərrəmov Məhərrəm Yasin oğlu arasında bağlanmış 16.07.2015-ci il tarixli müddətli əmanət müqaviləsindən görünür ki, 3-83478- 130-41210 saylı əmanət hesabı üzrə 24 aylıq müddətinə illik 13.3 faiz dərəcəsi ilə 5000 manat məbləğində pul vəsaiti qoyulmuşdur. "xxxx" İKB ASC-nin 3 saylı filialı ilə Məhərrəmov Məhərrəm Yasin oğlu arasında bağlanmış 20.11.2014-cü il tarixli müddətli əmanət müqaviləsindən görünür ki, 3-83478- 100-41220 saylı əmanət hesabı üzrə 36 aylıq müddətinə illik 12.1 faiz dərəcəsi ilə 25000 ABŞ dolları məbləğində pul vəsaiti qoyulmuşdur. 19.08.2016-cı il tarixli vəsiyyətnamənin surətindən görünür ki, Məhərrəmov Məhərrəm Yasin oğlu vəsiyyətnamə ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən 19 saylı mənzili, ünvan 2 ünvanında yerləşən 26 saylı mənzili və "xxxx" ASC-nin 5 saylı filialı Müqavilə № D13/218 hesab nömrəsi 15-83478-101-41220, "xxxx" ASC-nin 5 saylı filialı Müqavilə № D14/023 hesab nömrəsi 15-83478-110-41220, "xxxx" ASC-nin 3 saylı filialı 16.07.2015-ci il tarixli Müqaviləsi hesab nömrəsi 3-83478-130-41210, "xxxx" ASC-nin 3 saylı filialı Müqavilə № 1430 hesab nömrəsi 3-33478-100-41220, "xxxx" ASC-nin 1 saylı filialı Müqavilə № 2021 hesab nömrəsi 2-99996-2, “Unibank” Kommersiya Bankı” ASC-nin Müqavilə № D0015815 hesab nömrəsi AZ29UBAZ**********1210AZN001 olan depozitləri İddiaçı vəsiyyət etmişdir. AZ-İ seriyalı, 842177 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Məhərrəmov Məhərrəm Yasin oğlu 03.09.2016-cı il tarixdə mədə xrəçəngindən Bakı şəhərində vəfat etmişdir. 22.04.2017-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Məhərrəmov Məhərrəm Yasin oğlundan vəsiyyətnamə üzrə qalan ünvan 1 ünvanında yerləşən 19 saylı mənzili, ünvan 2 ünvanında yerləşən 26 saylı mənzili və "xxxx" ASC-nin 5 saylı filialı Müqavilə № D13/218 hesab nömrəsi 15-83478-101-41220, "xxxx" ASC-nin 5 saylı filialı Müqavilə № D14/023 hesab nömrəsi 15-83478-110-41220, "xxxx" ASC-nin 3 saylı filialı 16.07.2015-ci il tarixli Müqaviləsi hesab nömrəsi 3-83478-130-41210, "xxxx" ASC-nin 3 saylı filialı Müqavilə № 1430 hesab nömrəsi 3-33478-100-41220, "xxxx" ASC-nin 1 saylı filialı Müqavilə № 2021 hesab nömrəsi 2-99996-2, “Unibank” Kommersiya Bankı” ASC-nin Müqavilə № D0015815 hesab nömrəsi AZ29UBAZ**********1210AZN001 olan depozitləri üzrə İddiaçı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçı Cavabdeh ASC-nin 3 saylı filialına ünvanladığı və sonuncu tərəfindən 04.06.2021-ci il tarixdə qəbul edilmiş ərizədən görünür ki, İddiaçı 22 aprel 2017-ci il tarixli, 2V-71 reyestr nömrəli “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən "Nikoyl” İKB ASC-nin 3 saylı filialının 3-83478-100-41220 nömrəli bank hesabına qoyulmuş 25.000 (iyirmi beş min) ABŞ dolları əmanət pulun və "xxxx" İKB ASC-nin 3 saylı filialının 3-83478-130-41210 nömrəli bank hesabına qoyulmuş 5.000 (beş min) manat əmanət pul və onların üzərinə hesablanmış faiz məbləğinin mərhum X14 Yasin oğlu tərəfindən ona miras qalmasını bildirərək, qeyd edilən əmanət məbləğlərinin və onların üzərinə hesablanmış faizlərin ona verilməsini, eyni zamanda həmin vəsaitlərin banka əmanət qoyulması ilə əlaqədar bağlanmış bank əmanət müqavilələrinin və bu barədə aparılmış sənədləşmə ilə əlaqədar materialda olan bütün sənədlərin surətinin rəsmi qaydada ona təqdim edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/1737 saylı, 24.12.2021-ci il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 84- 86-cı vərəqlərində olan 9 sentyabr 2006-cı il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsində “Alıcı” qrafalarındakı imzalar Məhərrəmov Məhərrəm Yasin oğlu tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 95-96-cı vərəqlərində "xxxx" İKB ASC ilə Məhərrəmov Məhərrəm Yasin oğlunun adlarında olan 24.05.2013-cü il tarixli, 3D5-12-0-250-13 nömrəli kredit müqaviləsində “Borcalan” qrafasındakı imzalar və 97-101-ci vərəqlərində olan 24.05.2013-cü il tarixli, 3-D5-12-0-250-13 nömrəli əmanətin girov müqaviləsində “Girovqoyan” qrafalarındakı imzalar Məhərrəmov Məhərrəm Yasin oğlu tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/285 saylı, 17.03.2022-ci il tarixli rəyindən görünür ki, Ekspertizaya təqdim edilmiş, mülki işin 84-86-cı vərəqlərində olan 9 sentyabr 2006-cı il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 1-2-ci vərəqlənin “Alıcı” qrafalarındakı imzalar, 3-cü vərəqində “Alıcı” qrafasındakı və “Məhərrəmov” soyadından əvvəl yerləşən imzalar; 87-ci vərəqində olan 29.01.2010-cu il tarixli 36 nömrəli məxaric orderində “Müşterinin imzasi“ qrafasındakı imza - EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 95-96-cı vərəqlərində "xxxx" İKB ASC ilə Məhərrəmov Məhərrəm Yasin oğlu arasında olan 24 may 2013-cü il tarixli, 3-D5-12-0-250-13 nömrəli kredit müqaviləsində “Borcalan” qrafalalarındakı və 97-101-ci vərəqlərində olan 24.05.2013-cü il tarixli 3-D5-12- 0-250-13 nömrəli əmanətin girov müqavilələrində (05 ədəd) “Girovqoyan” qrafalarındakı imzalar Eyni şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 84- 86-cı vərəqlərində olan 9 sentyabr 2006-cı il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 1-2-ci vərəqləriin “Alıcı” qrafalarındakı imzalar, 3-cü vərəqində “Alıcı” qrafasındakı və “Məhərrəmov” soyadından əvvəl yerləşən imzalar, 87-ci vərəqində olan 29.01.2010-cu il tarixli 36 nömrəli məxaric orderində “Müşterinin imzasi“ qrafasındakı imza ilə mülki işin 95-96-cı vərəqlərində "xxxx" İKB ASC ilə Məhərrəmov Məhərrəm Yasin oğlu arasında olan 24 may 2013-cü il tarixli 3-D5-12-0-250-13 nömrəli kredit müqaviləsində “Borcalan” qrafalarındakı imzalar, 97-101-ci vərəqlərində olan 24 may 2013-cü il tarixli 3-D5-12-0-250-13 nömrəli əmanətin girov müqavilələrində (05 ədəd) “Girovqoyan” qrafalarındakı imzalar - Müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sənədlərlə müəyyən edilmişdir ki, "xxxx" İKB ASC-nin 3 saylı filialı ilə Məhərrəmov Məhərrəm Yasin oğlu arasında bağlanmış 3-D5-12- 0-250-13 saylı, 24.05.2013-cü il tarixli kredit müqaviləsinə əsasən əmanətçilərə kassadan kredit növündə bank tərəfindən sonuncuya 24.05.2013-ci il tarixdən 24.05.2015-ci il tarixədək qaytarmaq şərtiylə, 24 ay müddətinə illik 16 faizlə 89000 manat məbləğində kredit verilmiş və kredit müqaviləsi üzrə götürülmüş 89000 manat məbləğinin girov predmeti kimi Məhərrəmov Məhərrəm Yasin oğlunun "xxxx" İKB ASC-də olan 3-83478-18 saylı hesabındakı 15000 manat, 3-83478-54 saylı hesabındakı 17500 ABŞ dolları, 3- 83478-21 saylı hesabındakı 40000 manat, 3-83478-71 saylı hesabındakı 25000 manat və 3-83478-84 saylı hesabındakı 6000 manat məbləğində pul vəsaitləri girov qoyulmuşdur. Daha sonra "xxxx" İKB ASC-nin 3 saylı filialı ilə Məhərrəmov Məhərrəm Yasin oğlu arasında 16.07.2015-ci il tarixli müddətli əmanət müqaviləsi bağlanmış, müqaviləyə əsasən 3-83478-130-41210 saylı əmanət hesabı üzrə 24 aylıq müddətinə illik 13.3 faiz dərəcəsi ilə 5000 manat məbləğində pul vəsaiti, "xxxx" İKB ASC-nin 3 saylı filialı ilə Məhərrəmov Məhərrəm Yasin oğlu arasında bağlanmış 20.11.2014-cü il tarixli müddətli əmanət müqaviləsinə əsasən isə 3-83478-100-41220 saylı əmanət hesabı üzrə 36 aylıq müddətinə illik 12.1 faiz dərəcəsi ilə 25000 ABŞ dolları məbləğində pul vəsaiti qoyulmuşdur. Məhərrəmov Məhərrəm Yasin oğlu şahidlərin iştirakı ilə notarial qaydada 19.08.2016-cı il tarixli vəsiyyətnamə verərək, özünə məxsus olan ünvan 1 ünvanında yerləşən 19 saylı mənzili, ünvan 2 ünvanında yerləşən 26 saylı mənzili və "xxxx" ASC-nin 5 saylı filialı Müqavilə № D13/218 hesab nömrəsi 15-83478-101-41220, "xxxx" ASC-nin 5 saylı filialı Müqavilə № D14/023 hesab nömrəsi 15-83478-110-41220, "xxxx" ASC-nin 3 saylı filialı 16.07.2015-ci il tarixli Müqaviləsi hesab nömrəsi 3-83478-130-41210, "xxxx" ASC-nin 3 saylı filialı Müqavilə № 1430 hesab nömrəsi 3-33478-100-41220, "xxxx" ASCnin 1 saylı filialı Müqavilə № 2021 hesab nömrəsi 2-99996-2, “Unibank” Kommersiya Bankı” ASC-nin Müqavilə № D0015815 hesab nömrəsi AZ29UBAZ**********1210AZN001 olan depozitləri İddiaçı vəsiyyət etmişdir. Məhərrəmov Məhərrəm Yasin oğlu 03.09.2016-cı il tarixdə mədə xrəçəngindən Bakı şəhərində vəfat etmiş və onun vəfatından sonra 22.04.2017-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında İddiaçı Məhərrəmov Məhərrəm Yasin oğlundan vəsiyyətnamə üzrə qalan əmlakları qəbul etmiş və sonuncuya vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçı 04.06.2021-ci il tarixdə Cavabdeh ASC-nin 3 saylı filialına ərizə ünvanlayaraq ona atasından vəsiyyətnamə üzrə mirac qalmış əmanət pullarının qaytarılmasını xahiş etmiş, lakin iddiaçının müraciətinə bank tərəfindən heç bir cavab verilməmişdir. Hazırda iddiaçı Cavabdeh ASC-yə qarşı müqavilələrin etibarsız hesab edilməsi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 may 2013-cü il tarixli, 3-D5-12-0-250-13 saylı kredit müqaviləsinin və 24 may 2013-cü il tarixli, 3-D5-12-0-250-13 nömrəli əmanətin girov müqavilələrinin etibarsız hesab edilməsi, 22 aprel 2017-ci il tarixli, 2V-71 reyestr nömrəli “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən "Nikoyl” İKB ASC-nin 3 saylı filialının 3-83478-100-41220 nömrəli bank hesabına qoyulmuş 25.000 (iyirmi beş min) ABŞ dolları əmanət pulun və "xxxx" İKB ASC-nin 3 saylı filialının 3-83478- 130-41210 nömrəli bank hesabına qoyulmuş 5.000 (beş min) manat əmanət pulun, həmçinin əmanət pullarının banka daxil olduğu günün növbəti günündən başlayaraq onların qaytarıldığı günün əvvəlki gününədək 25.000 (iyirmi beş min) ABŞ dolları əmanət pulun üzərinə illik 12.1 faiz və 5.000 (beş min) manat əmanət pulun üzərinə isə illik 13.3 faiz hesablanılmaqla faiz məbləğlərinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, cavabdeh isə iddia tələbinə etiraz edir. İş materialları ilə həmçinin o da müəyyən edilmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Məhərrəmov Məhərrəm Yasin oğluna qarşı borcun tutulması tələbinə dair iddiası təmin olunaraq 24.05.2013-cü il tarixli, 3-D5-120-250-13 saylı kredit müqaviləsinin ləğv edilməsi və cavabdeh Məhərrəmov Məhərrəm Yasin oğlunun hüquqi varisi İddiaçı Cavabdeh ASC-nin xeyrinə həmin müqavilə üzrə 1900.46 manat faiz borcunun tutulması qət edilmiş, həmin qətnamədən cavabdehin hüquqi varisi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1337/2022 saylı, 02.02.2022-ci il tarixli qərardadı ilə qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli qətnaməsi ləğv olunaraq mülki iş üzrə icraata xitam verilmiş, mərhum Məhərrəmov Məhərrəm Yasin oğlunun mirası qəbul etmiş vərəsələrinə qarşı ümumi qaydada ayrıca iddia qaldırmaq hüququ olması iddiaçıya izah edilmişdir. Məhkəmə ilk növbədə iddia tələbinin 24 may 2013-cü il tarixli, 3-D5-12-0-250-13 saylı kredit müqaviləsinin və 24 may 2013-cü il tarixli, 3-D5-12-0-250-13 nömrəli əmanətin girov müqaviləsinin (müqavilələrinin) etibarsız hesab edilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/1737 saylı, 24.12.2021-ci il tarixli rəyinə əsasən, ekspertizaya təqdim edilmiş, mülki işin 95-96-cı vərəqlərində "xxxx" İKB ASC ilə Məhərrəmov Məhərrəm Yasin oğlunun adlarında olan 24.05.2013-cü il tarixli, 3D5-12-0-250-13 nömrəli kredit müqaviləsində “Borcalan” qrafasındakı imzalar və 97-101-ci vərəqlərində olan 24.05.2013cü il tarixli, 3-D5-12-0-250-13 nömrəli əmanətin girov müqaviləsində “Girovqoyan” qrafalarındakı imzalar Məhərrəmov Məhərrəm Yasin oğlu tərəfindən yox, başqa şəxs tərəfindən icra edilməsi müəyyən edilmişdir. İş materialları ilə 9 sentyabr 2006-cı il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 1-2-ci vərəqlənin “Alıcı” qrafalarındakı imzalar, 3-cü vərəqində “Alıcı” qrafasındakı və “Məhərrəmov” soyadından əvvəl yerləşən imzalar; 29.01.2010-cu il tarixli 36 nömrəli məxaric orderində “Müşterinin imzasi“ qrafasındakı imzanın - EYNİ ŞƏXS tərəfindən icra olunması, ekspertizaya təqdim edilmiş, "xxxx" İKB ASC ilə Məhərrəmov Məhərrəm Yasin oğlu arasında olan 24 may 2013-cü il tarixli, 3-D5-12-0-250-13 nömrəli kredit müqaviləsində “Borcalan” qrafalalarındakı və 24.05.2013-cü il tarixli 3-D5-12-0-250- 13 nömrəli əmanətin girov müqavilələrində (05 ədəd) “Girovqoyan” qrafalarındakı imzaların Eyni şəxs tərəfindən icra olunmas, ekspertizaya təqdim edilmiş, 9 sentyabr 2006-cı il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 1-2-ci vərəqləriin “Alıcı” qrafalarındakı imzalar, 3-cü vərəqində “Alıcı” qrafasındakı və “Məhərrəmov” soyadından əvvəl yerləşən imzalar, 29.01.2010-cu il tarixli 36 nömrəli məxaric orderində “Müşterinin imzasi“ qrafasındakı imza ilə "xxxx" İKB ASC ilə Məhərrəmov Məhərrəm Yasin oğlu arasında olan 24 may 2013-cü il tarixli 3-D5-12-0-250- 13 nömrəli kredit müqaviləsində “Borcalan” qrafalarındakı imzalar, 24 may 2013-cü il tarixli 3-D5-12-0-250-13 nömrəli əmanətin girov müqavilələrində (05 ədəd) “Girovqoyan” qrafalarındakı imzaların - Müxtəlif şəxslər tərəfindən icra olunması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə isə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göründüyü kimi cavabdeh tərəfinin iddiaya etirazın əsası olaraq istinad etdiyi, sözü gedən 24.05.2013-cü il tarixli, 3D5-12-0-250-13 nömrəli kredit müqaviləsində “Borcalan” qrafasındakı imzalar və eləcə də, 24.05.2013-cü il tarixli, 3-D5-12-0-250-13 nömrəli əmanətin girov müqavilələrində “Girovqoyan” qrafalarındakı imzalar Məhərrəmov Məhərrəm Yasin oğlu tərəfindən yox, başqa şəxs tərəfindən icra edildiyindən, Cavabdeh ASC ("xxxx" İKB ASC) ilə Məhərrəmov Məhərrəm Yasin oğlu arasında bağlanmış 3-D5- 12-0-250-13 saylı, 24.05.2013-cü il tarixli kredit müqaviləsi və 3-D5-12-0-250-13 saylı, 24.05.2013-cü il tarixli əmanətin girov müqavilələri etibarsız hesab edilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, hətta 24.05.2013-cü il tarixli, 3D5-12-0-250-13 nömrəli kredit müqaviləsi və 24.05.2013-cü il tarixli, 3-D5-12-0-250-13 nömrəli əmanətin girov müqavilələri Məhərrəmov Məhərrəm Yasin oğlu tərəfindən icra edilmiş olsaydı belə, sözü gedən bu hal iddianın əmanətlərin və ona hesablanmış faiz məbləğlərinin qaytarılması tələbinə dair hissəsində rədd edilməsi üçün əsas ola bilməzdi. Belə ki, məhkəmə araşdırması zaman "xxxx" İKB ASC-nin 3 saylı filialı ilə Məhərrəmov Məhərrəm Yasin oğlu arasında bağlanıldığı iddia edilən 3-D5-12-0-250-13 saylı, 24.05.2013-cü il tarixli kredit müqaviləsi üzrə götürülmüş 89000 manat məbləğinin girov predmeti kimi sonuncuya məxsus "xxxx" İKB ASC-də olan 3-83478-18 saylı hesabındakı 15000 manat, 3-83478-54 saylı hesabındakı 17500 ABŞ dolları, 3-83478-21 saylı hesabındakı 40000 manat, 3-83478-71 saylı hesabındakı 25000 manat və 3-83478- 84 saylı hesabəndakı 6000 manat məbləğində pul vəsaitinin girov qoyulduğu müəyyən edilmişdir. Məhkəmə iclasında cavabdehin nümyəndəsi mübahisəli 16.07.2015-ci il tarixli və 20.11.2014-cü il tarixli əmanət müqavilələri üzrə qoyulmuş pul məbləğlərinin Məhərrəmov Məhərrəm Yasin oğlunun 3-D5-12-0-250-13 saylı, 24.05.2013-cü il tarixli kredit müqaviləsi üzrə götürülmüş 89000 manat məbləği üzrə silinməsini bildirsə də, məhkəməyə bu barədə sübutlar təqdim etməmiş, bunun əksi olaraq iş materialları ilə həmin müqavilələr üzrə olan məbləğlərin Məhərrəmov Məhərrəm Yasin oğlunun "xxxx" İKB ASC-də olan digər əmanətlər üzrə qoyulmuş məbləğlər ilə fərqlilik təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir; 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz; 365.1.7-ci maddəsinə əsasən etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması nəticəsində etibarnamənin qüvvəsinə xitam verilir. Məhkəmə həmçinin iddia tələbinin 22 aprel 2017-ci il tarixli, 2V-71 reyestr nömrəli “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən "Nikoyl” İKB ASC-nin 3 saylı filialının 3-83478-100-41220 nömrəli bank hesabına qoyulmuş 25.000 (iyirmi beş min) ABŞ dolları əmanət pulun; "xxxx" İKB ASC-nin 3 saylı filialının 3-83478- 130-41210 nömrəli bank hesabına qoyulmuş 5.000 (beş min) manat əmanət pulun və həmçinin əmanət pullarının banka daxil olduğu günün növbəti günündən başlayaraq onların qaytarıldığı günün əvvəlki gününədək 25.000 (iyirmi beş min) ABŞ dolları əmanət pulun üzərinə illik 12.1 faiz və 5.000 (beş min) manat əmanət pulun üzərinə isə illik 13.3 faiz hesablanılmaqla faiz məbləğlərinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə də, əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, "xxxx" İKB ASC-nin 3 saylı filialı ilə Məhərrəmov Məhərrəm Yasin oğlu arasında bağlanmış 16.07.2015-ci il tarixli müddətli əmanət müqaviləsinə əsasən, 3-83478-130-41210 saylı əmanət hesabı üzrə 24 aylıq müddətinə illik 13.3 faiz dərəcəsi ilə 5000 manat və 20.11.2014-cü il tarixli müddətli əmanət müqaviləsinə əsasən isə, sonuncu tərəfindən 3-83478-100-41220 saylı əmanət hesabı üzrə 36 aylıq müddətinə illik 12.1 faiz dərəcəsi ilə 25000 ABŞ dolları məbləğində pul vəsaiti qoyulmuşdur. 19.08.2016-cı il tarixli vəsiyyətnaməyə əsasaən Məhərrəmov Məhərrəm Yasin oğlu vəsiyyətnamə ilə ona məxsus olan və mübahisə predmeti olan müddətli əmanət müqaviləsində göstərilmiş məbləğləri İddiaçı vəsiyyət etmiş, sonuncu isə atası rəhmətə getdikdən sonra banka müraciət edərək, həmin müqavilələr ilə nəzərdə tutulmuş əmanət məbləğləri və faizləri istəsə də, onun müraciətinə cavabdeh verilməmişdir. İş materialları ilə həmçinin müəyyən edilmişdir ki, tərəflər arasında 16.07.2015-ci il tarixli müddətli əmanət müqaviləsi 24 aylıq, 20.11.2014-cü il tarixli müddətli əmanət müqaviləsi isə 36 aylıq müddətə bağlanmış, həmin müqavilələrdə göstərilmiş müddətlər bitdikdən sonra müqavilələrin bir tərəfli qaydada ləğv edilməsi halı baş verməmiş, hazırda da sözü gedən müqavilələr qüvvədə olmaqla yanaşı, müvafiq pul vəsaitləri də, bankın sərəncamında olmaqla depozit hesabında saxlanılmışdır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında, müddətli əmanət müqavilələri bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Azərbaycan Respublikasının MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 439.1 və 439.2-ci maddələrinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, o manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılmalıdır. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarına əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmasıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olduğu günə olan manat məzənnəsi ilə hesablanmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh ASC ("xxxx" İKB ASC) ilə Məhərrəmov Məhərrəm Yasin oğlu arasında bağlanmış 3-D5-12-0-250-13 saylı, 24.05.2013-cü il tarixli kredit müqaviləsi və 3-D5-12-0-250-13 saylı, 24.05.2013-cü il tarixli əmanətin girov müqaviləsi (müqavilələri) etibarsız hesab edilməli; 22.04.2017-ci il tarixli, 2V-71 reyestr nömrəli “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən Cavabdeh ASC-nin ("xxxx" İKB ASC) 3 saylı filialının 3-83478-100-41220 nömrəli bank hesabına qoyulmuş 25000 (iyirmi beş min) ABŞ dolları (ödəniş günü ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla), məbləğində əmanət pulu və əmanət pulları banka daxil olduğu günün (20.11.2014-cü il) növbəti günündən başlayaraq illik 12.1 % hesablanmaqla qətnamə icra olunanadək onun üzərinə (əmanətin) hesablanmış faiz məbləği Cavabdeh ASC-dən ("xxxx" İKB ASC) İddiaçı xeyrinə tutulmalı; 22.04.2017-ci il tarixli, 2V-71 reyestr nömrəli “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən Cavabdeh ASC-nin ("xxxx" İKB ASC) 3 saylı filialının 3-83478- 130-41210 nömrəli bank hesabına qoyulmuş 5000 (beş min) manat məbləğində əmanət pulu və əmanət pulları banka daxil olduğu günün (16.07.2015-ci il) növbəti günündən başlayaraq illik 13.3 % hesablanmaqla qətnamə icra olunanadək onun üzərinə (əmanətin) hesablanmış faiz məbləği Cavabdeh ASC-dən ("xxxx" İKB ASC) İddiaçı xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 258 (iki yüz əlli səkkiz) manat (138 manat +120 manat) Cavabdeh ASC-dən tutularaq X5, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməlidir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ASC ("xxxx" İKB ASC) ilə Məhərrəmov Məhərrəm Yasin oğlu arasında bağlanmış 3-D5-12-0-250-13 saylı, 24.05.2013-cü il tarixli kredit müqaviləsi və 3-D5-12-0- 250-13 saylı, 24.05.2013-cü il tarixli əmanətin girov müqaviləsi (müqavilələri) etibarsız hesab edilsin. 22.04.2017-ci il tarixli, 2V-71 reyestr nömrəli “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən Cavabdeh ASC-nin ("xxxx" İKB ASC) 3 saylı filialının 3-83478-100-41220 nömrəli bank hesabına qoyulmuş 25000 (iyirmi beş min) ABŞ dolları (ödəniş günü ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla), məbləğində əmanət pulu və əmanət pulları banka daxil olduğu günün (20.11.2014-cü il) növbəti günündən başlayaraq illik 12.1 % hesablanmaqla qətnamə icra olunanadək onun üzərinə (əmanətin) hesablanmış faiz məbləği Cavabdeh ASC-dən ("xxxx" İKB ASC) İddiaçı xeyrinə tutulsun. 22.04.2017-ci il tarixli, 2V-71 reyestr nömrəli “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən Cavabdeh ASC-nin ("xxxx" İKB ASC) 3 saylı filialının 3-83478-130-41210 nömrəli bank hesabına qoyulmuş 5000 (beş min) manat məbləğində əmanət pulu və əmanət pulları banka daxil olduğu günün (16.07.2015-ci il) növbəti günündən başlayaraq illik 13.3 % hesablanmaqla qətnamə icra olunanadək onun üzərinə (əmanətin) hesablanmış faiz məbləği Cavabdeh ASC-dən ("xxxx" İKB ASC) İddiaçı xeyrinə tutulsun. Ekspertiza tədqiqatının dəyəri olan 258 (iki yüz əlli səkkiz) manat (138 manat +120 manat) Cavabdeh ASC-dən tutularaq X5, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar