Məhkəmə qərarları › İş №e-2(004)-1793/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1793/2024

08.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1793/2024 08.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 və Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləsinə, xx.xx.2022-ci il tarixində əlavəyə əsasən, APPLE WATCH ULTRA markalı qol saatı üçün 1441,98 (min dörd yüz qırx bir manat doxsan səkkiz qəpik) manat ödənilməmiş hissə, 144,02 (yüz qırx dörd manat iki qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə, xx.xx.2023-cü il tarixində əlavəyə əsasən, PLAYSTATİON 5, PS5 DUALSENSE oyun konsolu, PS5 DUALSENSE CHARGİNG STATİON üçün 1311,76 (min üç yüz on bir manat yetmiş altı qəpik) manat ödənilməmiş hissə, 131,24 (yüz otuz bir manat iyirmi dörd qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə, xx.xx.2022-ci il tarixində əlavəyə əsasən, İMEİ Kod: **********07437 İPHONE 13 PRO MAX markalı telefon üçün 966,16 (doqquz yüz altmış altı manat on altı qəpik) manat ödənilməmiş hissə, 96,84 (doxsan altı manat səksən dörd qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə, xx.xx.2023-cü il tarixində əlavəyə əsasən, APPLE AİRPODS PRO markalı qulaqlıq üçün 558,42 (beş yüz əlli səkkiz manat qırx iki qəpik) manat ödənilməmiş hissə, 55,58 (əlli beş manat əlli səkkiz qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə, xx.xx.2022-ci il tarixində əlavəyə əsasən, NEVRESİM TAKİMİ MORGAN TENCEL, 2 ədəd HAVLU SENİORİTA üçün 56,97 (əlli altı manat doxsan yeddi qəpik) manat ödənilməmiş hissə, 5,03 (beş manat üç qəpik) manat cərimə miqdarında borc, ümumilikdə 4768 manat borcun, 67,68 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı "xxxx" MMC iddia ərizəsinin dəqiqləşməsinə dair ərizə təqdim edərək, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kod: **********07437 İPHONE 13 PRO MAX markalı telefon üçün 966,16 (doqquz yüz altmış altı manat on altı qəpik) manat ödənilməmiş hissə, 96,84 (doxsan altı manat səksən dörd qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixində əlavəyə əsasən, APPLE WATCH ULTRA markalı qol saatı üçün 1441,98 (min dörd yüz qırx bir manat doxsan səkkiz qəpik) manat ödənilməmiş hissə, 144,02 (yüz qırx dörd manat iki qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, APPLE AİRPODS PRO markalı qulaqlıq üçün 558,42 (beş yüz əlli səkkiz manat qırx iki qəpik) manat ödənilməmiş hissə, 55,58 (əlli beş manat əlli səkkiz qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixində müqaviləyə əsasən, PLAYSTATİON 5, PS5 DUALSENSE oyun pultu, PS5 DUALSENSE CHARGİNG STATİON üçün 1311,76 (min üç yüz on bir manat yetmiş altı qəpik) manat ödənilməmiş hissə, 131,24 (yüz otuz bir manat iyirmi dörd qəpik) manat cərimə, ümumilikdə 4706 manat borcun, 67,68 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2022-ci il, xx.xx.2023-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-ci il və xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən, APPLE WATCH ULTRA QOL SAATİ, PLAYSTATİON 5, PS5 DUALSENSE OYUN KONSOLU, PS5 DUALSENSE CHARGİNG STATİON,İMEİ KOD **********07437 İPHONE 13 PRO MAX markalı telefon, APPLE AİRPODS PRO QULAQLİQ, NEVRESİM TAKİMİ MORGAN TENCEL, 2 ƏDƏD HAVLU SENİORlTA nisyə almış və nəticədə 4768 (dörd min yeddi yüz altmış səkkiz) borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 4773.22 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər; tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslimaktı və ödəniş cədvəlindən ibarətdir. Cavabdeh dəftərxana vasitəsilə 18 mart 2024-cü il tarixdə iddiaya etirazla məhkəməyə müraciət etmişdir. Etiraz onunla əsaslandırılır ki, bildirilir ki, cavabdehin qardaşı X1 xahişi ilə cavabdehin adına "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin satış məntəqəsindən müxtəlif məhsullar almışdır. Qardaşı 06 iyun 2023-cü il tarixdə vəfat etmişdir. Ona görə də "xxxx" MMC-yə olan borcunu cavabdeh ödəməli olmuşdur. Cavabdeh 2-ci qrup əliləm və pensiyadan savayı gəliri yoxdur. Cavabdeh iddia ilə tanış olduqdan sonra müəyyən etdi ki, “АBС-Telekom’' Məhdud Məsuliyyətli Cəmiyyəti hesablamalarda bəzi səhvlərə yol vermişlər. Belə ki: xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İMEİ KOD **********07437 İPHONE 13 PRO MAX markalı telefon üçün borcu 2023-cü ilin sentyabr ayı da daxil olmaqla ödəmişdir. Bundan əlavə həmin ayada 31.20 manat cəriməni də ödəmişdir. (Faktura ********). Lakin MMC bir ay artıq borc və cərimə hesablamışdır. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən APPLE WATCH Ultra qol saatı üçün sonuncu dəfə 2023-cü ilin sentyabr ayında 162 manat ödəmiş və həmin ayda heç bir faiz borcu olmnamışdır. (Faktura ********) Bu məhsul üçün də əsas borcundan və cərimədən artıq hesablanmışdır. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən PLAYCTATİON 5.PS5 DUALSENSE oyun konsolu, PS5 DUALSENSE CARGİNG STATİON üçün 2023-cü ilin sentyabr ayında 164 manat əsas borcdan və 14,76 manat cərimə ödəmişdir. (Faktura ********). Burada da artıq hesablamalara yol verilmişdir. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən APPLE AİRPODS PRO qulaqcıq üçün 2023-cü ilin avqust ayında 51,60 manat ödəniş etmişdir, cərimə borcu olmamışdır.(Faktura ********). Burada da hesablama düzgün aparılmamışdır. Nəhayət, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən NEVRESİM TAKİMl MORGAN TENCEL, 2 ədəd HAVLU SENYORİTA üçün olan borcunu tam şəkildə ödəmişdir və MMC-yə heç bir borcu qalmamışdır.(Faktura 2958). Odur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehə qarşı irəli sürmüş olduğu pul tələbinə qarşı iddiasına düzgün hesablama aparmadıqları üçün etiraz edir və iddialarını dəqiqləşdirməyi, cərimələri silməyi, qrafik üzrə ödənişləri davam etdirməyi üçün cavabdehə imkan yaratmalarını tələb edir. Bir daha bildirir ki, 2-ci qrup əlil olmaqla pensiya ilə dolanır, başqa gəliri və qazancı yoxdur. Mərhum qardaşı sağlığında ödənişləri edirmiş, onun vəfatından sonra çətinlik onun üzərinə düşmüşdür. Bunları nəzərə alıb ödənişlərin qrafik əsasında həyata keçirilməsinə cavabdehə köməklik göstərilməsi xahiş edilir. Yasamal Rayon Məhkəməsinin e-2(004)-1793/2024 saylı 19 mart 2024-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi”-nə dair kiçik iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbinin müdafiə edərək, iddia ərizəsinin və dəqiqləşdirilmə barədə ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək, etirazın məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, əsas borc hissələri qəbul etsə də, cərimə hissələri qəbul etmir. Eyni zamanda bildirir ki, birdəfəlik həmin məbləğləri ödəmək imkanı yoxdur. Nəzərə alınmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, 03082054 saylı alğı-satqı müqaviləsinə əsasən satıcı ("xxxx" MMC) əmlakı alıcıya verməyi, alıcı isə onu qəbul edib İMEİ Kod: **********07437 İPHONE 13 PRO MAX markalı telefonunun dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, alğı-satqı müqaviləsinin əlavəsinə əsasən Cavabdeh İMEİ Kod: **********07437 İPHONE 13 PRO MAX markalı telefon üçün ilkin ödənişsiz, 18 ay ərzində hər ay 193,33 (yüz doxsan üç manat otuz üç qəpik) manat olmaqla cəmi 3479,94 (üç min dörd yüz yetmiş doqquz manat doxsan dörd qəpik) manat ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 03862519 saylı alğı-satqı müqaviləsinə əsasən satıcı ("xxxx" MMC) əmlakı alıcıya verməyi, alıcı isə onu qəbul edib APPLE WATCH ULTRA 49MM TİTANİUM CASE W/BLACK/GRAY TRAİL LOOP M/L /MQFX3GK/A markalı qol saatının dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, alğı-satqı müqaviləsinin əlavəsinə əsasən Cavabdeh APPLE WATCH ULTRA 49MM TİTANİUM CASE W/BLACK/GRAY TRAİL LOOP M/L /MQFX3GK/A markalı qol saatı üçün ilkin ödənişsiz, 18 ay ərzində hər ay 161,11 (yüz altmış bir manat on bir qəpik) manat olmaqla cəmi 2899,98 (iki min səkkiz yüz doxsan doqquz manat doxsan səkkiz qəpik) manat ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 03564530 saylı alğı-satqı müqaviləsinə əsasən satıcı ("xxxx" MMC) əmlakı alıcıya verməyi, alıcı isə onu qəbul edib APPLE AİRPODS PRO 2ND GENERATİON MQD83RU/A markalı qulaqlıqın dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, alğı-satqı müqaviləsinin əlavəsinə əsasən Cavabdeh APPLE AİRPODS PRO 2ND GENERATİON MQD83RU/A markalı qulaqlıq üçün ilkin ödənişsiz, 18 ay ərzində hər ay 50,89 (əlli manat səksən doqquz qəpik) manat olmaqla cəmi 916,02 (doqquz yüz on altı manat iki qəpik) manat ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 02695292 saylı alğı-satqı müqaviləsinə əsasən satıcı ("xxxx" MMC) əmlakı alıcıya verməyi, alıcı isə onu qəbul edib PLAYSTATİON 5, PS5 DUALSENSE oyun konsolu, PS5 DUALSENSE CHARGİNG STATİON dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 02695292 saylı alğı-satqı müqaviləsinin əlavəsinə əsasən Cavabdeh PLAYSTATİON 5, PS5 DUALSENSE oyun konsolu, PS5 DUALSENSE CHARGİNG STATİON üçün 279,60( ikin yüz yetmiş doqquz manat altmış qəpik) manat ilkin ödəniş etməklə, 18 ay ərzində hər ay 82 manat olmaqla cəmi 1755,60 (min yeddi yüz əlli beş manat altmış qəpik) manat ödəməyi öz öhdəsinə götürmüşdür. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1441,98 (min dörd yüz qırx bir manat doxsan səkkiz qəpik) manat əsas, 144,02 (yüz qırx dörd manat iki qəpik) manat cərimə olmaqla, cəmi 1586 (min beş yüz səksən altı) manat borcu, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1311,76 (min üç yüz on bir manat yetmiş altı qəpik) manat əsas, 131,24 (yüz otuz bir manat iyirmi dörd qəpik) manat cərimə olmaqla, cəmi 1443 (min dörd yüz qırx üç) manat borcu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 966,16 (doqquz yüz altmış altı manat on altı qəpik) manat əsas, 96,84 (doxsan altı manat səksən dörd qəpik) manat cərimə olmaqla, cəmi 1063 (min altmış üç) manat borcu, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 558,42 (beş yüz əlli səkkiz manat qırx iki qəpik) manat əsas, 55,58 (əlli beş manat əlli səkkiz qəpik) manat cərimə olmaqla, cəmi 614 (altı yüz on dörd) manat borcu vardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçının nümayəndəsi tərəfindən 67,68 (altmış yeddi manat altmış səkkiz qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. İş materiallarından görünür ki, nisyə alğı-satqı müqaviləsi üzrə Cavabdeh iddiaçı qarşısında öhdəliklərini tam və vaxtında yerinə yetirməməklə müqavilə şərtlərini pozmuşdur. 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında qeyd edilmiş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiasının müqavilələr üzrə əsas borca hesablanmış tənasübsüz surətdə yüksək cərimə məbləğləri azaldılmalı, xx.xx.2022-ci il tarixli müqavilə üzrə cərimə 40 (qırx) manat məbləğində, xx.xx.2022-ci il tarixli, müqavilə üzrə cərimə 30 (otuz) manat məbləğində, xx.xx.2023-cü il tarixli müqavilə üzrə cərimə 20 (iyirmi) manat məbləğində, xx.xx.2023-cü il tarixli, müqavilə üzrə cərimə borcu 40 (qırx) manat məbləğində müəyyən edilərək, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli 03862519 nömrəli müqavilə üzrə 1441,98 (min dörd yüz qırx bir manat doxsan səkkiz qəpik) manat ödənilməmiş hissə, 40 (qırx) manat manat cərimə, xx.xx.2022-ci il tarixli, 03082054 nömrəli müqavilə üzrə 966,16 (doqquz yüz altmış altı manat on altı qəpik) manat ödənilməmiş hissə, 30 (otuz) manat cərimə, xx.xx.2023-cü il tarixli, 03564530 nömrəli müqavilə üzrə 558,42 (beş yüz əlli səkkiz manat qırx iki qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə, xx.xx.2023-cü il tarixli, 02695292 nömrəli müqavilə üzrə 1311,76 (min üç yüz on bir manat yetmiş altı qəpik) manat ödənilməmiş hissə, 40 (qırx) manat cərimə olmaqla, cəmi 4408,32 (dörd min dörd yüz səkkiz manat otuz iki qəpik) manat tutularaq iddiaçı "xxxx" MMC-ə tutularaq iddiaçı "xxxx" MMC-ə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 67,68 (altmış yeddi manat altmış səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun 63 (altmış üç) manat hissəsi cavabdehdən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 03862519 nömrəli müqavilə üzrə 1441,98 (min dörd yüz qırx bir manat doxsan səkkiz qəpik) manat ödənilməmiş hissə, 40 (qırx) manat manat cərimə, xx.xx.2022-ci il tarixli, 03082054 nömrəli müqavilə üzrə 966,16 (doqquz yüz altmış altı manat on altı qəpik) manat ödənilməmiş hissə, 30 (otuz) manat cərimə, xx.xx.2023-cü il tarixli, 03564530 nömrəli müqavilə üzrə 558,42 (beş yüz əlli səkkiz manat qırx iki qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə, xx.xx.2023-cü il tarixli, 02695292 nömrəli müqavilə üzrə 1311,76 (min üç yüz on bir manat yetmiş altı qəpik) manat ödənilməmiş hissə, 40 (qırx) manat cərimə olmaqla, cəmi 4408,32 (dörd min dörd yüz səkkiz manat otuz iki qəpik) manat tutularaq iddiaçı "xxxx" MMC-ə ödənilsin. Ödənilmiş 67,68 (altmış yeddi manat altmış səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun 63 manat (altmış üç) manat hissəsi cavabdehdən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar