Məhkəmə qərarları › İş №e-2(004)-1794/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1794/2023

23.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1794/2023 23.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, İddiaçı X2 nümayəndəsi Vəkil1, Cavabdeh2, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı X2 cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 43 saylı Dövlət Notariat ofisinə qarşı “miras əmlakın qəbul edilməsi müddətinin ötürülməsinin üzrlü hesab edilməsi və miras əmlakın qəbul edilməsi müddətinin uzadılması” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X6 cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 43 saylı Dövlət Notariat ofisinə qarşı “miras əmlakın qəbul edilməsi müddətinin ötürülməsinin üzrlü hesab edilməsi və miras əmlakın qəbul edilməsi müddətinin uzadılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən 0.2460 ha torpaq sahəsindən ibarət miras əmlakın qəbul edilməsi müddətinin ötürülməsinin üzrlü hesab edilməsi və miras əmlakın qəbul edilməsi müddətinin bərpasına (uzadılmasına) dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, anası X12 14 sentyabr 1991-ci il tarixdə kəskin ürək damar çatışmamazlığından ölmüşdür. Qanun üzrə vərəsələrdən qardaşı Məmmədov (Rəhimov) Hüseyn Səməd oğlu isə 1992-ci ildə ölmüşdür. Müqavilə əsasında dövlət tərəfindən anasının adına verilmiş Sumqayıt şəhəri, Novxanı bağ massivi 1237 ünvanında yerləşən 0.2460 ha-dan ibarət torpaq sahəsi qanun üzrə vərəsələrinə miras qalmışdır. O, öz ailəsi ilə birlikdə uzun illərdir ki, Almaniya Federativ Respublikasında yaşayır. Anası vəfat edərkən torpağın və onun üzərində atasının tikdiyi evin çıxarışı olmamışdır. O Almaniyada olarkən qardaşı pula ehtiyacı olduğu üçün 2007-ci ildə özünə düşən torpaq payını satmaq istədiyini bildirmişdir. Bu barədə ona məlumatları telefon vasitəsilə bacısı Cavabdeh2 vermişdir. Torpaq atadan qalan yurd olduğu üçün satılmasını istəmədi və torpağı satdığı qiyməti bacısı vasitəsilə qardaşına təklif etdi ki, torpaq yad adama deyil ona və bacılarına qalsın. Ona valideynləri tərəfindən verilən məlumata görə torpağın 6 sot payı qardaşının idi. Sotunu 1000 ABŞ dollarına satırdı. Bunu digər bacıları da bilirdi. O, qardaşına verilməsi üçün Western Union vasitəsilə bacısı Cavabdeh2 2007-ci ildə hissə-hissə olmaqla 2-3 günün ərzində təxminən 14000 manat pul göndərdi. Qeyd edie ki, anası vəfat etdikdən sonra o yaşadığı ölkəyə-Almaniya FR-na gedəcəyi üçün bacısı ondan əl yazısı ilə ərizə alaraq vərəsəlik işlərini özü hamısının adından tamamlayacağını bildirmişdi. Sonradan qardaşının da ona verdiyi məlumatdan bilmiş ki, bacısı qardaşını aldadaraq onun göndərdiyi pulu öz adından təklif etmiş, aralarında onda olan məlumata görə borc müqaviləsi bağlanmış və bacısı bildirmişdir ki, bu borcu ona ödəməyəcəyi təqdirdə anasından qalan torpaq sahəsinin qardaşına düşən payını qardaşı onun xeyrinə güzəşt etməlidir. Daha sonra bacısı ona bildirmişdir ki, vərəsəlik haqqında şəhadətnamə alınması üçün anasından qalan miras əmlaka çıxarış alınmalı, mülkiyyəti tam tanınmalıdır. Bunun üçün isə rüsumları və digər xərcləri ödəməyə imkanının olmadığını bildirdiyi üçün o sənədləşmə xərclərinə görə müxtəlif tarixlərdə hissə-hissə olmaqla bacısına yenidən Western Unidon vasitəsilə Almaniya FR-dan 5000 manat pul göndərdi. O, bacısı tərəfindən hamının adına vərəsəlik haqqında şəhadətnamə alınacağına arxayın edilsə də mütəmadi olaraq torpağın və üzərində tikilmiş evin yaxşılaşdırılması, abadlaşdırılması üçün bacısına pullar göndərirdi. Bir müddət sonra bacısı onunla münasibətləri korladı, çıxarışı alıb-almadığı barədə məlumat vermədi. O, Bakıya gəlib atasından qalan yurda gedərkən isə onları nə torpağa nə də tikilən evə yaxın qoymayacağını, artıq bütün sənədlərin onun adına olduğunu, digər vərəsələrin mirasa dair heç bir hüququnun olmadığını bildirdi. O, dəfələrlə münasibəti düzəltməyə çalışsa da bacısı tərəfindən aldadılaraq miras hüquqlarının öz vəsaiti ilə əlindən alındığını anladı. Daha sonra Azərbaycanda yaşamadığı üçün ölkənin hüquqlarına uyğun məsələ ilə bağlı hüquqi məsləhət almaqla 2022-ci ilin son ayında vəkilə müraciət etdi. Vəkil çıxarışın olubolmamasını soruşduqda ümumiyyətlə ona verilən məlumatlardan başqa heç bir rəsmi məlumatının olmadığını bildirdi. Odur ki, vəkil tərəfindən mübahisəli miras əmlaka dair çıxarışın olub-olmaması barədə sorğu verildi. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş 06 yanvar 2023-cü il tarixli sorğuya cavab məktubundan sonra məlum olmuşdur ki, ünvan 1 ünvanda 0.2460 ha torpaq sahəsi ünvan 3dilmiş xx.xx.2010-cu il tarixli 2V/1-21 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2010-cu il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Məlumatı aldıqdan sonra vəkilin sualına cavab olaraq bildirdi ki, nə notariat orqanı tərəfindən, nə də bacısı tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün məlumatlandırılmamışdır. Əksinə bu hüquqi prossesləri onun adından edilməsi üçün bacısına onun tələbi ilə əl yazma olaraq etibarnamə verdiyini zənn edirdi. Vəkil notarial qaydada təstiq olunmuş etibarnamə yoxdursa əl yazısının hüquqi əhəmiyyət daşımayacağını bildirərkən bir daha ona məlum oldu ki, bacısı onun ona etibarından və ölkədə olmadığından istifadə edərək onu aldatmış, qanun üzrə vərəsəlik hüquqlarını əlindən almışdır. Lakin o, ləyaqətli vərəsə olaraq torpaq sahəsinin satılmaması, adına sənədləşdirilərək əvvəlki kimi ailə üzvlərinə və ona ata yurdundan pay qalması üçün bütün xərcləri faktiki olaraq çəkməklə bacısı Cavabdeh2 göndərmişdi. Vəkilin növbəti sorğusuna əsasən vərəsəlik hüququ haqqında şəhadətnaməyə dair notariat işi 43 saylı dövlət notariat kontorundan tələb edilmiş, notariat kontoru tərəfindən iş arxivə verildiyi üçün sorğu adiyyəti üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinə göndərilmişdir. Sonuncudan gələn cavab məktubuna qoşma olaraq notariat işi vəkilə göndərilmiş, işlə tanış olarkən sənədlər arasında bacısı Cavabdeh2 tərəfindən yazılmış ərizədə anasının ondan və digər bacısı X3 başqa heç bir vərəsəsinin olmadığını, əgər bununla əlaqədar bir mübahisə yaranarsa bütün məsuliyyəti öz üzərinə götürdüyünü bildirmişdir. Lakin bilirdi ki, bu ərizə əsasında qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi yalnız onun deyil, digər qardaşının da vərəsəlik hüquqlarını pozmuşdur. Belə ki, Cavabdeh2 və Aybəniz Məmmədovadan başqa qanun üzrə vərəsə sayılmalı olan qardaşı X16 vardır. Notariat orqanı tərəfindən isə nə ona, nə də digər qardaşının məlum olan ünvanına məlumat göndərilməmişdir. O, öz vərəsə payından məhrum olunduğunu vəkil sorğusuna müvafiq orqanlar tərəfindən göndərilən cavab məktublarından sonra-yəni 2023-cü ilin yanvar-fevral aylarında bilmişdir. Bacısı hal-hazırda onu ata yurduna qəbul etmədiyi üçün məhkəmə qaydasında iddia qaldırmağa məcbur olmuşdur. Bundan başqa Western Union ilə işləyən ölkə daxilindəki banklara məhkəmə sorğusu verilərsə daha ədalətli araşdırma aparılmasına kömək olacaqdır. Belə ki, əksər banklar vəkil sorğularına bank sirri olduğunu bildirərək cavab vermirlər. O, dəfələrlə bacısına vərəsəlik işləri ilə bağlı xərclərin və əmlakın özəlləşdirilməsi üçün bacısının bildirdiyi kimi tələb olunan xərclərin hamısını öz öhdəsinə götürərək yuxarıda qeyd etdiyi tarixlərdə göndərmişdir. O isə ona verilən etibardan sui-istifadə edərək onun ata yurdunun özgəninkiləşdirilməməsi və o torpağın onun üçün mənəvi dəyəri olması səbəbindən əziyyətlə qazandığı pul məbləğlərini ona göndərməyindən istifadə edərək onu vərəsəlik hüququndan məhrum etmişdir. Məlumat üçün bildirir ki, Western Union-a köçürmələrlə bağlı çıxarışın təqdim edilməsi üçün sorğu edilsə də bildirilmişdir ki, yalnız son on il üzrə köçürmlər barədə məlumat verə bilərlər. Odur ki, son on il ilə bağlı köçürmələrə dair çıxarışın təqdim olunması üçün Western Union-a etdiyi müraciətin cavabında görünür ki, həqiqətən də o bacısı Cavabdeh2 adına mütəmadi olaraq pul köçürmələri etmişdir. Sənədlər Alman dilindən Azərbaycan dilinə tərcümə və təstiq olunmaqla məhkəməyə təqdim ediləcək. Əlavə olaraq bildirir ki, digər vərəsə olan qardaşı qeyd olunan faklatı təstiq etmək üçün məhkəmə iclasında şahid qismində iştirak edəcəkdir. Həmçinin də yuxarıda qeyd etdiyi kimi Almaniya FR-dan bacısının adına miras qalan torpaq sahəsinin sənədləşdirilməsi üçün rüsumların ödənilməsi, evin, həyətinin abadlaşdırılması üçün göndərdiyi pul vəsaitlərinə dair rəsmi çıxarışın verilməsi ilə bağlı Western Uniona sorğu göndərilmiş, lakin cavab olaraq bildirilmişdir ki, son on ildən öncəki tarixə sənədlər saxlanılmadığından sorğunun icrası mümkün olmamışdır. Lakin o, bacısına davamlı pul vəsaitləri göndərdiyi üçün son on ili əhatə edən göndərişlərlə də bağlı sorğu göndərilmişdir. Sorğuya gələn cavab tərcümə olunmaqla məhkəməyə təqdim ediləcəkdir. Odur ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası daxilində-Bakı şəhərində yerləşən banklara sözügedən pul göndərişləri barədə sorğu edilməsi işin faktiki hallarının ortaya çıxarılmasına daha da kömək olacaqdır. Cavabdeh2 iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək iddianın təmin olunmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Novxanı Bağlar massivində yerləşən 1237 saylı 0,25 hektarlıq bağ sahəsi onun anası X9 icarəyə verilmişdir. Anasının vəfatından sonra iddiaçının, o cümlədən bütün bacı qardaşlarının razılığı ilə həmin bağ sahəsi üzrə 17 aprel 2023-cü il tarixdə Sumqayıt şəhər Bələdiyyəsi ilə onun arasında 4833 saylı bağ sahəsinin icarəyə verilməsinə dair müqavilə bağlanmışdır. Xüsusi ilə Sumqayıt şəhər Bələdiyyəsi ilə onun arasında müqavilə bağlanarkən bələdiyyədən müvafiq lazımi sənədlər, bacı, qardaşının razılıq ərizələri tələb edilmiş və onun tərəfindən bu sənədlər tam şəkildə Bələdiyyəyə təqdim edilmişdir. Cavabdeh Almaniyada yaşamasına baxmayaraq öz razılıq ərizəsini məhz Almaniya Respublikasından göndərilmişdir. Həmin icarə müqaviləsi əsasında da bağ sahəsi üzrə öz adına 17 aprel 2010-cu il tarixdə çıxarış almışdır. İddiaçı özü razılıq ərizəsi yazmış və Sumqayıt şəhər Bələdiyyəsinə ünvanlamışdır. Ərizədən də göründüyü kimi şəxsən özü bağın onun adına keçməsini xx.xx.2007-ci il tarixdən bilirdi və razılıq ərizəsini də həmin tarixdə vermişdir. İddiaçı ərizəsində qeyd edir ki, guya o, qardaşına pul verilməsi üçün hissə-hissə 14.000 manat pul göndərmişdir. Qeyd edir ki, həmin pulu iddiaçı qardaşına deyil, özünün borclarının ödənilməsi üçün göndərmişdir. İddiaçı qeyd edir ki, guya onu aldatmış, hamının adına vərəsəlik haqqında şəhadətnamə almalı idi və sair. Ərizədən də göründüyü kimi əgər iddiaçı öz payından bütünlüklə onun xeyrinə imtina edilməsi barədə ərizə yazıb göndərirsə, onun da adına vərəsəlik şəhadətnaməsinin alınması mümkün ola bilməzdi. Guya Azərbaycana 2022-ci il tarixdə gəlmiş, onda bu məsələlərdən məlumatlanmışdır. Lakin bu tam yalandır. İddiaçı bu illər ərzində bir neçə dəfə gəlmişdir. Bunu Azərbaycana giriş-çıxışın yoxlanılması barədə sorğu ilə də yoxlamaq olar. X1 özünün payına görə ondan 14.000 manat pul almışdır. Bu fakt onun tərəfindən xx.xx.2009-cu il tarixdə özünün imzası ilə imzalanmış ərizəsindən görünür. Ərizəsində yazmışdır ki, anadından qalan bağ sahəsini ona verdiyinə görə o, X7 14.000 manat pul almışdır. Ərizədən də görünür ki, həmin pulu ondan almasını açıq aşkar qeyd etmişdir. Bununla da iddiaçının iddia ərizəsində yazdıqlarının tam yalan olması öz əksini tapmışdır. İddiaçı miras əmlakdan pay istəməyib ərizələrlə görünür ki, öz payından imtina etmişdir. Bundan başqa isə, anası 14 sentyabr 1991-ci il tarixdə vəfat etmişdir. Həmin vaxtdan hazırki vaxtadək faktiki olaraq o, bağı idarə etmişdir. İddiaçı miras əmlakı qəbul etmək üçün Məcəllə ilə müəyyən edilmiş şərtlərin heç birinə də riayət etməmişdir. Mirasın qəbulu vaxtını ötürmüş, eyni zamanda faktiki olaraq mirası da qəbul etməmişdir. Cavabdeh ona qarşı qərəzli mövqedədir. Övladlarına görə münasibətləri korlanmışdır. Bağ sahəsinin də əvvəldən onun adına rəsmiləşdirilməsinə, paylarından imtina etmələrini özləri bilirdilər. Sadəcə iddiaçı indi əmlakın bahalaşmasını görüb, əmlakı əsassız yol ilə, yalan dolu iddia ilə ondan almaq istəyir. Məhkəmə iclasında iştirak edən iddiaçı X2 nümayəndəsi Vəkil1 iddia tələbini müdaifə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək təmin olunmamasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış digər cavabdeh (nümayəndələri) məhkəmə iclasında iştirak etməmiş və işə onların (nümayəndələrinin) iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, gəlməyən cavabdehin (nümayəndələrinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X12 14 sentyabr 1991-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında 19 mart 2010-cu il tarixli şəhadətnamədən görünür ki, 14 sentyabr 1991-ci il tarixdə vəfat etmiş X8 vərəsəsi Cavabdeh2dır və şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən verilmiş xx.xx.2010cu il tarixli 14/665 nömrəli arayışa əsasən Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1237 ünvanındakı 0,2460 ha-dan ibarət torpaq sahəsindən ibarətdir. İş metariallarında olan X10 tərəfindən Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontoruna göndərilən ərizədən görünür ki, 14 sentyabr 1991-ci il tarixdə vəfat etmiş X5 qalan bağ ona düşən vərəsəlik payını qəbul etməmiş, etmir və gələcəkdə bu paya qarşı heç bir iddiası olmayacaq, bacısı Cavabdeh2 adına vərəsəlik şəhadətnaməsinin verilməsinə keç bir etirazı yoxdur. X6 tərəfindən verilən ərizədən görünür ki, o, anası X8 adına olan 1237 nömrəli bağlarını bacısı Cavabdeh2 adına keçməsinə razılıq vermiş və özü tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1237 nömrəli torpaq sahəsi Cavabdeh2 ********** qeydiyyat nömrəsi ilə xx.xx.2010-cu il tarixdən qeydə alınmışdır. Azərbaycan Respublikası Ədliyyə nazirliyi Bakı şəhəri 43 saylı Notariat Ofisi tərəfindən göndərilən cavab məktubuna əsasən xx.xx.1991-ci il tarixdə ölmüş X5 irs qalmış tam əmlaka dair qızı Cavabdeh2 xx.xx.2010-cu il tarixdə 2V1-21 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Lakin qanunla müəyyən edilmiş müddət ərzində İddiaçı tərəfindən mirasın qəbulu ilə bağlı heç bir ərizə, müraciət daxil olmamışdır və yaşayış yerindən təqdim olunmuş arayışda adı qeyd edilməmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Göstərilənlərə əsasən məlum olmuşdur ki, iddiaçının anası X12 14 sentyabr 1991-ci il tarixdə kəskin ürək damar çatışmamazlığından ölmüşdür. Daha sonra qanun üzrə vərəsələrdən qardaşı Məmmədov (Rəhimov) Hüseyn Səməd oğlu isə 1992-ci ildə ölmüşdür. Müqavilə əsasında dövlət tərəfindən anasının adına verilmiş Sumqayıt şəhəri, Novxanı bağ massivi 1237 ünvanında yerləşən 0,2460 ha-dan ibarət torpaq sahəsi qanun üzrə vərəsələrinə miras qalmışdır. İddiaçı öz ailəsi ilə birlikdə uzun illər Almaniya Federativ Respublikasında yaşamışdır. Bütün bacı qardaşların razılığı ilə həmin bağ sahəsi üzrə 17 aprel 2003-cü il tarixdə Sumqayıt şəhər Bələdiyyəsi ilə onun arasında 4833 saylı bağ sahəsinin icarəyə verilməsinə dair müqavilə bağlanmışdır. Xüsusi ilə Sumqayıt şəhər Bələdiyyəsi ilə onun arasında müqavilə bağlanarkən bələdiyyədən müvafiq lazımi sənədlər, bacı - qardaşının razılıq ərizələri tələb edilmiş və bu sənədlər Bələdiyyəyə təqdim edilmişdir. X6 tərəfindən verilən ərizəyə əsasən o, anası X8 adına olan 1237 nömrəli bağlarını bacısı Cavabdeh2 adına keçməsinə razılıq vermiş və özü tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1237 nömrəli torpaq sahəsi Cavabdeh2 ********** qeydiyyat nömrəsi ilə xx.xx.2010-cu il tarixdən qeydə alınmışdır. Azərbaycan Respublikası Ədliyyə nazirliyi Bakı şəhəri 43 saylı Notariat Ofisi tərəfindən göndərilən cavab məktubuna əsasən xx.xx.1991-ci il tarixdə ölmüş X5 irs qalmış tam əmlaka dair qızı Cavabdeh2 xx.xx.2010-cu il tarixdə 2V1-21 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Lakin qanunla müəyyən edilmiş müddət ərzində İddiaçı tərəfindən mirasın qəbulu ilə bağlı heç bir ərizə, müraciət daxil olmamışdır və yaşayış yerindən təqdim olunmuş arayışda adı qeyd edilməmişdir. Hazırda isə iddiaçı X6 miras əmlakın qəbul edilməsi müddətinin ötürülməsinin üzrlü hesab edilməsi və miras əmlakın qəbul edilməsi müddətinin uzadılması tələbi ilə məhkəməyə müraciət etmiş və ünvan 1 ünvanda yerləşən 0.2460 ha torpaq sahəsindən ibarət miras əmlakın qəbul edilməsi müddətinin ötürülməsinin üzrlü hesab edilməsi və miras əmlakın qəbul edilməsi müddətinin bərpasını (uzadılması) xahiş etmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının Vİİ hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyan) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Mülki Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1243.2-ci maddəsinin tələbinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2022-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, “Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarında hesab etmişdir ki, subyektiv hüquq kimi vərəsə olmaq hüququ mirasın qəbul edilməsi üsulu ilə şərtləndirilməmişdir. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Beləliklə, miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olub-olmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Əks yanaşma, yəni vərəsə sayılan şəxslərin qeyri-formal üsulla mirası qəbul etməsinə baxmayaraq məhkəmələr tərəfindən formal mülahizələrə əsasən (vərəsəlik şəhadətnaməsinin olmaması, vərəsənin mirasa ehtiyacının olmaması və s.) bu faktın inkar edilməsi vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, həmin şəxslərin məhkəmə müdafiəsi, o cümlədən subyektiv hüququn “olmaması” səbəbi ilə iddia ərizəsinin rədd edilməsi ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqların əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsə sayılırlar. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Beləliklə, iş materiallarından göründüyü kimi, X6 tərəfindən ərizə ilə ünvan 1 ünvanda yerləşən 0.2460 ha torpaq sahəsindən ibarət miras əmlakın qəbul edilməsindən imtina edilmişdir. Həmçinin miras əmlak Cavabdeh2 tərəfindən faktiki qəbul edilmişdir. Miras əmlak X6 və digər bacı qardaşların razılığı ilə Cavabdeh2 tərəfindən qəbul edildiyinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışa əsasən Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1237 nömrəli torpaq sahəsi Cavabdeh2 ********** qeydiyyat nömrəsi ilə xx.xx.2010-cu il tarixdən qeydə alındığına görə, həmçinin bunlardan başqa iddiaçı X4 miras əmlakın qəbul edilməsi 2010-cu il tarixdən məlum olduğuna görə hazırki iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X2 cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 43 saylı Dövlət Notariat ofisinə qarşı “miras əmlakın qəbul edilməsi müddətinin ötürülməsinin üzrlü hesab edilməsi və miras əmlakın qəbul edilməsi müddətinin uzadılması” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğinə dövlət rüsumu iddiaçınını özünı aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar