Məhkəmə qərarları › İş №e-2(004)-1822/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1822/2025

03.06.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1822/2025 03.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi ilə, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə (maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs) mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, doğma qardaşı X7 uzun müddətdir ki, “Primer proqressiv afaziya” xəstəliyindən əziyyət çəkir. Bu xəstəliyin ən dəhşətli xüsusiyyəti isə ondadır ki, qardaşı günü-gündən hafizəsini itirmək üzrədir. Onun tərəfindən aparılan çox istiqamətli (Türkiyyə Respublikasında belə müayinə və müalicə olunmuşdur) müalicə prosedurları heç bir müsbət nəticə verməmişdir. Qardaşının əqli sağlamlıq imkanlarının bərpa edilməsi istiqamətində bu sahə üzrə dünya səhiyyəsi həkimlərin dili ilə desə aciz durumda qalmışdır. Hal-hazırda qardaşı X7 100 faizlik əqli qusurlu olması halı səbəbindən dövlət tərəfindən ona müəyyən ediləcək əlillik dərəcəsi ilə bağlı müəyyən çətinlərlə üzləşir. Belə ki, xəstəlik səbəbindən ailəsi tərəfindən (keçmiş həyat yoldaşı məhkəməyə müraciət edərək rəsmi boşanmış, qardaşını ərizəçinin üzərinə ataraq uşaqları ilə ayrı yaşamağa başlamışdır) atıldıqdan sonra bir ildən artıq müddətdir ki, qardaşı onun himayəsi altında olduğuna görə ona qəyyum təyin edilməyim üçün müvafiq qaydada Maraqlı şəxs başçısına ərizə ilə müraciət etdikdən sonra ona şəxsin üzərində qəyyum təyin edilməyi üçün ilk növbədə məhkəmə qərarının zəruriliyi izah edilmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə ərizəsinin məzmununa uyğun izahat verərək, X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Bakı şəhəri Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, iş materiallarında olan: АЗ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1964-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası X2, anası X4 qeyd olunmuşdur. Mərkəzi Klinikanın xx.xx.2020-ci il tarixli Maqnit-Rezonans Tomoqrafiya müəyinəsinin protokolunun nəticə hissəsindən görünür ki, X3 beynin sol gicgah payının diffuz atrofiyası, Beynin supratentorial nahiyyələrinin orta dərəcəli kortikal atrofiyası, beynin yarımkürələrində ağ maddədə bir neçə sayda kiçik postangiopatik qlioz ocaqları və İkitərəfli (daha çox sol tərəf) media temporal skleroz aşkar olunur. X9 Xəstəxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli müayinə nəticəsindən görünür ki, Sol temporal lobda anterior polde aydın görünən posterior temporal bölgəyə qədər uzanan asimetriktik hipometabolizma izlənilir. Eləcə də lateral fissür qonşuluğunda inferior-orta frontal gyruslarda rölatif hipometabolızma izlənilir. Sağ temporal lob mezial kəsimində hipometabolizma izlənilir. Serebral korteks digər bölgələrdə metabolik aktivitə bölgüsü simmetrik ve gözlənilən səviyyədədir. Bazal ganglia ve talamusta aktivitə tutulumu simmetrik olarak izlənilir. Serebellar kortekstə və vermiste aktivitə tutulumu simmetrik ve normal səviyyədədirlər. Azərbaycan Tibb Universitetinin X5 tərəfindən aparılan xx.xx.2022-ci il tarixli müayinəsinin nəticəsindən görünür ki, X3 Bilateral temporal pay atrofiyası (Alzheimer xəstəliyi) aşkar olunmuşdur. X6 tərəfindən təqdim edilən xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X7 2023-cü ilin yanvar ayında ambulator qəbuldə olub və ona Primer progressiv afaziya diaqnozu qoyulub. Qeyd edilib ki, İbrahimov Elçinin vəziyyəti 2024-cü ilin aprel ayından kəskin olaraq progressivləşməyə başlayıb. Hal hazırda ki, vəziyyətini orta ağırlıqda dəyərləndirmək olar. İş üzrə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizasının 1367 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, X3 Alsheymer xəstəliyi nəticəsində yaranan demensiya” qeyd olunur. Onun psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Müraciətinə yalnız qüvvəyə minmiş məhkəmə qətnaməsi təqdim edildikdən sonra yenidən baxıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, ərizəçi X1 qardaşı olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, X1 “Alsheymer xəstəliyi nəticəsində yaranan demensiya” xəstəliyi olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixatriya ekspertizasının rəyi ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, X7 əqli və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilməli, xx.xx.1964-cü il tarixdə Bakı şəhərində anadan olan, ünvan 2 ünvanında qeydiyyatda olan X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə MPM-in 88-ci və 217.4-cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 305-306, 317-322 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1964-cü il tarixdə Bakı şəhərində anadan olan, ünvan 2 ünvanında qeydiyyatda olan X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar