Məhkəmə qərarları › İş №e-2(004)-1848/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1848/2024

01.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1848/2024 01.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” kiçik iddia ərizəsi üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında sadələşdirilmiş qaydada baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, Kreml markalı mebel əşyası üçün 1174 (bir min yüz yetmiş dörd) manat ödənilməmiş borc, 117 (yüz on yeddi) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, 4 ədəd Napoli markalı mebel əşyası üçün 2269,08 (iki min iki yüz altmış doqquz manat səkkiz qəpik) manat ödənilməmiş hissə, 226,92 (iki yüz iyirmi altı manat doxsan iki qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 3787 (üç min yeddi yüz səksən yeddi) manat borc və 57,87 (əlli yeddi manat səksən yeddi qəpik) manat ödənilmiş dövlət rüsumunun alınaraq, iddiaçıya ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verldikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəmə bildirişini təhvil almış, lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 445, 468, 741-ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq, məhkəmə araşdırılmasında müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən satıcı alqı-satqı qiyməti 1764 (bir min yeddi yüz altmış dörd) manat olan Kreml markalı mebel əşyası üçün ilkin ödəniş etmədən 12 ay müddətinə ayda 147(bir yüz qırx yeddi) manat ödəniş etmək şərti ilə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən satıcı alqı satqı-satqı qiyməti 6100,08 (altı min yüz manat səkkiz qəpik) manat olan 4 ədəd Napoli markalı mebel əşyası üçün ilkin ödəniş etmədən 24 ay müddətinə ayda 254,17 (iki yüz əlli dörd manat on yeddi qəpik) ödəmək şərtilə Cavabdeh satmışdır.Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən 1174 (bir min yüz yetmiş dörd) manat ödənilməmiş borc, güzəşt olunaraq 117 (yüz on yeddi) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 2269,08 (iki min iki yüz altmış doqquz manat səkkiz qəpik) manat ödənilməmiş hissə, güzəşt 226,92 (iki yüz iyirmi altı manat doxsan iki qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 4421 (dörd min dörd yüz iyirmi bir) manat təşkil edir. Göründüyü kimi, cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir.Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır.Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Ona görə də, məhkəmə belə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, cavabdehdən xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, “xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, Kreml markalı mebel əşyası üçün 1174 (bir min yüz yetmiş dörd) manat ödənilməmiş borc, 117 (yüz on yeddi) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, 4 ədəd Napoli markalı mebel əşyası üçün 2269,08 (iki min iki yüz altmış doqquz manat səkkiz qəpik) manat ödənilməmiş hissə, 226,92 (iki yüz iyirmi altı manat doxsan iki qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 3787 (üç min yeddi yüz səksən yeddi) manat borc və 57,87 (əlli yeddi manat səksən yeddi qəpik) manat ödənilmiş dövlət rüsumu alınaraq, iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, Kreml markalı mebel əşyası üçün 1174 (bir min yüz yetmiş dörd) manat ödənilməmiş borc, 117 (yüz on yeddi) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, 4 ədəd Napoli markalı mebel əşyası üçün 2269,08 (iki min iki yüz altmış doqquz manat səkkiz qəpik) manat ödənilməmiş hissə, 226,92 (iki yüz iyirmi altı manat doxsan iki qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 3787 (üç min yeddi yüz səksən yeddi) manat borc və 57,87 (əlli yeddi manat səksən yeddi qəpik) manat ödənilmiş dövlət rüsumu alınaraq, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar