Məhkəmə qərarları › İş №e-2(004)-1850/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1850/2024

17.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1850/2024 17.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi X5 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC ilə xx.xx.2023-cü il tarixli 02654202 nömrəli müqavilə baglayaraq İ-Phone 14 Pro Max 128 GB markalı telefon və xx.xx.2023-cü il tarixli 03083414 nömrəli müqavilə bağlayaraq İ-Phone 14 Pro Max 128 GB markalı telefon və Griffon markalı seyf alaraq 8611 (səkkiz min altı yüz on bir) manat öhdəliyi yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4563.06 (dörd min beş yüz altmış üç manat altı qəpik) manat (18 ay x 240.17 manat + 240 manat ilkin ödəniş) olan, İ-Phone 14 Pro Max 128 GB markalı telefon üçün ümumilikdə, 4966 (dörd min doqquz yüz altmış altı) manat olmaqla ondan, 4173.06 (dörd min yüz yetmiş üç manat altı qəpik) manat ödənilməmiş hissə, 792.94 (yeddi yüz doxsan iki manat doxsan dörd qəpik) manat dəbbə pulu, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3742.05 (üç min yeddi yüz qırx iki manat beş qəpik) manat (15 ay x 249.47 manat + 0 manat ilkin ödəniş) olan İ- Phone 14 Pro Max 128 GB markalı telefon, Griffon markalı seyf üçün ümumilikdə, 3645 (üç min altı yüz qırx beş) manat olmaqla ondan, 2972.05 (iki min doqquz yüz yetmiş iki manat beş qəpik) manat ödənilməmiş hissə, 672.95 (altı yüz yetmiş iki manat doxsan beş qəpik) manat dəbbə pulu öhdəliyi yaranmışdır. Mübahisənin məhkəmədən kənar həll edilməsi istiqamətində tədbirlər həyata keçirilsə də, müsbət nəticə əldə edilməmişdir. Cavabdehin ümumilikdə ödədiyi məbləğ 1160 manat təşkil edir. Göstərilənlərə əsasən, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, Phone 14 Pro Max 128 GB markalı telefon üçün 4173.06 (dörd min yüz yetmiş üç manat altı qəpik) manat ödənilməmiş hissə, 792.94 (yeddi yüz doxsan iki manat doxsan dörd qəpik) manat dəbbə pulu, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, Phone 14 Pro Max 128 GB markalı telefon, Griffon markalı seyf üçün 2972.05 (iki min doqquz yüz yetmiş iki manat beş qəpik) manat ödənilməmiş hissə, 672.95 (altı yüz yetmiş iki manat doxsan beş qəpik) manat dəbbə pulu olmaqla ümumilikdə, 8611 manat borc, 106.11 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli 02654202 nömrəli müqavilədən görünür ki, İ-Phone 14 Pro Max 128 GB markalı telefonu İddiaçı MMC Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində yuxarıda qeyd olunan 1-ci müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli 03083414 nömrəli müqavilədən görünür ki, İ-Phone 14 Pro Max 128 GB markalı telefon və Griffon markalı seyfi İddiaçı MMC Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində yuxarıda qeyd olunan 2-ci müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, Phone 14 Pro Max 128 GB markalı telefon üçün 4173.06 (dörd min yüz yetmiş üç manat altı qəpik) manat ödənilməmiş hissə, 792.94 (yeddi yüz doxsan iki manat doxsan dörd qəpik) manat dəbbə pulu, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, Phone 14 Pro Max 128 GB markalı telefon, Griffon markalı seyf üçün 2972.05 (iki min doqquz yüz yetmiş iki manat beş qəpik) manat ödənilməmiş hissə, 672.95 (altı yüz yetmiş iki manat doxsan beş qəpik) manat dəbbə pulu olmaqla ümumilikdə, 8611 manat borcu vardır. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli yazılı bildiriş göndərilməklə cavabdehə pul məbləğinin ödənilməsi təklif edilmiş, lakin, müsbət nəticə əldə olunmamışdır. Məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh İddiaçı MMC ilə xx.xx.2023-cü il tarixli 02654202 nömrəli müqavilə baglayaraq İ-Phone 14 Pro Max 128 GB markalı telefon və xx.xx.2023-cü il tarixli 03083414 nömrəli müqavilə bağlayaraq İ-Phone 14 Pro Max 128 GB markalı telefon və Griffon markalı seyf alaraq 8611 (səkkiz min altı yüz on bir) manat öhdəliyi yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4563.06 (dörd min beş yüz altmış üç manat altı qəpik) manat (18 ay x 240.17 manat + 240 manat ilkin ödəniş) olan, İ- Phone 14 Pro Max 128 GB markalı telefon üçün ümumilikdə, 4966 (dörd min doqquz yüz altmış altı) manat olmaqla ondan, 4173.06 (dörd min yüz yetmiş üç manat altı qəpik) manat ödənilməmiş hissə, 792.94 (yeddi yüz doxsan iki manat doxsan dörd qəpik) manat dəbbə pulu, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3742.05 (üç min yeddi yüz qırx iki manat beş qəpik) manat (15 ay x 249.47 manat + 0 manat ilkin ödəniş) olan İ-Phone 14 Pro Max 128 GB markalı telefon, Griffon markalı seyf üçün ümumilikdə, 3645 (üç min altı yüz qırx beş) manat olmaqla ondan, 2972.05 (iki min doqquz yüz yetmiş iki manat beş qəpik) manat ödənilməmiş hissə, 672.95 (altı yüz yetmiş iki manat doxsan beş qəpik) manat dəbbə pulu öhdəliyi yaranmışdır. Mübahisənin məhkəmədən kənar həll edilməsi istiqamətində tədbirlər həyata keçirilsə də, müsbət nəticə əldə edilməmişdir. Cavabdehin ümumilikdə ödədiyi məbləğ 1160 manat təşkil edir. xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, Phone 14 Pro Max 128 GB markalı telefon üçün 4173.06 (dörd min yüz yetmiş üç manat altı qəpik) manat ödənilməmiş hissə, 792.94 (yeddi yüz doxsan iki manat doxsan dörd qəpik) manat dəbbə pulu, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, Phone 14 Pro Max 128 GB markalı telefon, Griffon markalı seyf üçün 2972.05 (iki min doqquz yüz yetmiş iki manat beş qəpik) manat ödənilməmiş hissə, 672.95 (altı yüz yetmiş iki manat doxsan beş qəpik) manat dəbbə pulu olmaqla ümumilikdə, 8611 manat borcu yaranmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Sözügedən iddia tələbinin qanuni əsası qismində tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqavilələrinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 462 (cəriməyə münasibətdə) və 600.4-cü (əsas borca münasibətdə) maddələri çıxış edir. MM-in 462.1-ci maddəsinə əsasən,dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarından görünür ki, Alıcı Rəfili X3 ilə bağladığı yuxarıda qeyd olunan xx.xx.2023-cü il tarixli 02654202 nömrəli və xx.xx.2023-cü il tarixli 03083414 nömrəli nisyə alqı-satqı müqavilələri üzrə müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Belə olan halda, satıcının verilmiş əşyaların ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə MM-in 467-ci maddəsinə əsasən, xx.xx.2023-cü il tarixli 02654202 nömrəli müqavilə üzrə dəbbə pulunu 792.94 (yeddi yüz doxsan iki manat doxsan dörd qəpik) manat məbləğində deyil, 400 (dörd yüz) manat məbləğində, xx.xx.2023-cü il tarixli 03083414 nömrəli müqavilə üzrə dəbbə pulunu 672.95 (altı yüz yetmiş iki manat doxsan beş qəpik) manat deyil, 200 (iki yüz) manat həddində tutmağı məqsədə müvafiq hesab edir. Məhkəmə mülki münasibətlərin sabitliyinin, inkişafının təmin edilməsi məqsədilə mülki hüquq subyektlərinin qanunvericiliyə, iradə sərbəstliyi əsasında bağladıqları müqavilə öhdəliklərinə hörmət ruhunda tərbiyələndirilməsini zəruri hesab edir. Cərimə pulunun aşağı məbləğdə müəyyən edilməsi bazar iqtisadiyyatının təşviq edilməsi, mövcud iqtisadi şərtlər, biznes maraqları nəzərə alınmaqla iddiaçı nöqteyinəzərdən, yuxarı məbləğdə müəyyənləşdirilməsi isə ümumi öhdəliyin həcmi, əhəmiyyəti nəzərə alınmaqla cavabdeh nöqteyi-nəzərdən məqsədə müvafiq hesab edilmir. İddia tələbinin faktiki və hüquqi halları ilə tərəflər arasında bağlanmış nisyə alqısatqı müqavilələrinin şərtləri və MM-in 462 (dəbbə puluna münasibətdə), 467 (dəbbə pulunun azaldılmasına münasibətdə) və 600.4-cü (əsas borca münasibətdə) maddələrinin dispozitiv şərtləri eynilik təşkil edir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdeh tərəfindən iddia tələbinin təkzib edilməsi istiqamətində sənəd, sübut və ya material məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 106.11 (yüz altı manat on bir qəpik) manat manat məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli 02654202 nömrəli müqavilə üzrə 4173.06 (dörd min yüz yetmiş üç manat altı qəpik) manat əsas, 400 (dörd yüz) manat cərimə borcu olmaqla ümumilikdə 4573,06 (dörd min beş yüz yetmiş üç manat altı qəpik) manat, xx.xx.2023-cü il tarixli 03083414 nömrəli müqavilə üzrə 2972.05 (iki min doqquz yüz yetmiş iki manat beş qəpik) manat əsas, 200 (iki yüz) manat cərimə borcu olmaqla ümumilikdə 3172.05 (üç min yüz yetmiş iki manat beş qəpik) manat, yekun olaraq 7745.11 (yeddi min yeddi yüz qırx beş manat on bir qəpik) manat məbləğində borc və 106.11 (yüz altı manat on bir qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçınə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-230-cu maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli 02654202 nömrəli müqavilə üzrə 4173.06 (dörd min yüz yetmiş üç manat altı qəpik) manat əsas, 400 (dörd yüz) manat cərimə borcu olmaqla ümumilikdə 4573,06 (dörd min beş yüz yetmiş üç manat altı qəpik) manat, xx.xx.2023-cü il tarixli 03083414 nömrəli müqavilə üzrə 2972.05 (iki min doqquz yüz yetmiş iki manat beş qəpik) manat əsas, 200 (iki yüz) manat cərimə borcu olmaqla ümumilikdə 3172.05 (üç min yüz yetmiş iki manat beş qəpik) manat olmaqla yekun olaraq 7745.11 (yeddi min yeddi yüz qırx beş manat on bir qəpik) manat məbləğində borc və 106.11 (yüz altı manat on bir qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar