Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1881/2024 01.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə yazılı icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Y20K5758992 nömrəli, 18 noyabr 2019-cu il tarixli müqavilə üzrə 145 manat əsas, 43 manat dəbbə pulu, Y20K5851744 nömrəli, 27 may 2020-ci il tarixli müqavilə üzrə 325 manat əsas, 97 manat dəbbə pulu və Y20K5851837 nömrəli, 08 iyun 2020-ci il tarixli müqavilə üzrə 1305 manat əsas, 392 manat dəbbə pulu və 44 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2351 manat pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə tərəfindən rəsmi qaydada qeydiyyatda olduğu ünvan üzrə və eləcə də, qeydiyyatda olduğu ünvan üzrə mənzil kommunal təsərrüfatı birliyi vasitəsi ilə bildiriş göndərilmişdir. Məhkəmə iş materillarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, Cavabdeh ilə İddiaçı arasında Y20K5758992 nömrəli, 18 noyabr 2019-cu il tarixli hissəhissə ödənişlə alqı-satqı müqaviləsi bağlanmışdır. Alıcı tərəfindən müavilə üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş və nəticədə onun 145 manat əsas, 43 manat dəbbə pulu olmaqla, cəmi 188 manat borcu yaranmışdır. Alıcı tərəfindən Y20K5758992 nömrəli, 18 noyabr 2019-cu il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2021-ci il tarixdə 5 manat ödəniş edilmişdir. Eyni zamanda Cavabdeh ilə İddiaçı arasında Y20K5851744 nömrəli, 27 may 2020ci il tarixli hissə-hissə ödənişlə alqı-satqı müqaviləsi bağlanmışdır. Alıcı tərəfindən müavilə üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş və nəticədə onun 325 manat əsas, 97 manat dəbbə pulu olmaqla, cəmi 422 manat borcu yaranmışdır. Alıcı tərəfindən Y20K5851744 nömrəli, 27 may 2020-ci il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2021-ci il tarixdə 5 manat ödəniş edilmişdir. Eyni zamanda Cavabdeh ilə İddiaçı arasında Y20K5851837 nömrəli, 08 iyun 2020ci il tarixli hissə-hissə ödənişlə alqı-satqı müqaviləsi bağlanmışdır. Alıcı tərəfindən müavilə üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş və nəticədə onun 1305 manat əsas, 392 manat dəbbə pulu olmaqla, cəmi 1697 manat borcu yaranmışdır. Alıcı tərəfindən Y20K5851837 nömrəli, 08 iyun 2020-ci il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2021-ci il tarixdə 15 manat ödəniş edilmişdir. İddiaçı tərəfindən dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, Y20K5758992 nömrəli, 18 noyabr 2019-cu il tarixli müqavilə üzrə 43 (qırx üç) manat, Y20K5851744 nömrəli, 27 may 2020-ci il tarixli müqavilə üzrə 97 (doxsan yeddi) manat və Y20K5851837 nömrəli, 08 iyun 2020-ci il tarixli müqavilə üzrə 392 (üç yüz doxsan iki) manat məbləğində cərimələr tənasübsüz surətdə yüksək hesab olunmalı, buna görə də azaldılaraq ağlabatan miqdarda, yəni Y20K5758992 nömrəli, 18 noyabr 2019-cu il tarixli müqavilə üzrə 14 (on dörd) manat, Y20K5851744 nömrəli, 27 may 2020-ci il tarixli müqavilə üzrə 32 (otuz iki) manat və Y20K5851837 nömrəli, 08 iyun 2020ci il tarixli müqavilə üzrə 130 (yüz otuz) manat məbləğində müəyyən edilməlidir. Beləliklə Azərbaycan Respublikasının MM-nin 567, 600.1, 601.1, 404.1, 386.1, 385.1, 600.4, 442, 445.1, 462.1 və 467-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh Y20K5758992 nömrəli, 18 noyabr 2019-cu il tarixli müqavilə üzrə 145 (yüz qırx beş) manat əsas, 14 (on dörd) manat cərimə borcu; Y20K5851744 nömrəli, 27 may 2020-ci il tarixli müqavilə üzrə 325 (üç yüz iyirmi beş) manat əsas, 32 (otuz iki) manat cərimə borcu və Y20K5851837 nömrəli, 08 iyun 2020-ci il tarixli müqavilə üzrə 1305 (bir min üç yüz beş) manat əsas, 130 (yüz otuz) manat cərimə borcu, cəmi 1951 (bir min doqquz yüz əlli bir) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 44 (qırx dörd) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Y20K5758992 nömrəli, 18 noyabr 2019-cu il tarixli müqavilə üzrə 145 (yüz qırx beş) manat əsas, 14 (on dörd) manat cərimə borcu; Y20K5851744 nömrəli, 27 may 2020-ci il tarixli müqavilə üzrə 325 (üç yüz iyirmi beş) manat əsas, 32 (otuz iki) manat cərimə borcu və Y20K5851837 nömrəli, 08 iyun 2020-ci il tarixli müqavilə üzrə 1305 (bir min üç yüz beş) manat əsas, 130 (yüz otuz) manat cərimə borcu, cəmi 1951 (bir min doqquz yüz əlli bir) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İş üzrə ödənilmiş 44 (qırx dörd) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-1881/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1881/2024
01.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver