Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-190/2024 24.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitertura Komitəsi və "xxxx" MMM-yə qarşı tikilinin qanunsuz hesab edilməsi, həmin tikilinin cavabdehin hesabına sökülməsi və əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitertura Komitəsi və "xxxx" MMM-yə qarşı tikilinin qanunsuz hesab edilməsi, həmin tikilinin cavabdehin hesabına sökülməsi və əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, edilərək Cavabdeh tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsi, 6E ünvanında yerləşən zirzəmiyə giriş-çıxış qapısının, o cümlədən həmin zirzəmi üzərində aparılmış tikintinin özbaşına hesab edilməsi, həmin özbaşına tikililərin cavabdehin hesabına sökülərək əvvəlki vəziyyətdə bərpa edilməsi və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli binanın 1-ci mərtəbəsində olan qeyri-yaşayış sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən yeni ünvana əsasən hazırkı ünvan Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsi, 6E-dir. Cavabdeh öz mənafeyinə uyğun olaraq istifadəsində olan zirzəmi tipli qeyri-yaşayış sahəsinə qanunsuz olaraq giriş açmışdır. Həmin giriş iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin qabaq meydançasına düşür. Bununla da kifayətlənməyən Cavabdeh istifadəsində olan zirzəminin üzərində iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinə bitişik olan özbaşına tikinti aparmışdır. Bununla da cavabdeh həm tikinti normalarına zidd tikinti aparmış, eyni zamanda mülkiyyətçi kimi iddiaçının hüquqlarını kobud şəkildə pozmuşdur. Qeyd edir ki, cavabdeh tərəfində zirzəmiyə açılmış qanunsuz giriş qapısı piyadalar üçün nəzərdə tutulmuş yolun səki hissəsinə düşür. Dəfələrlə iddiaçı tərəfindən cavabdehə qanunsuz hərəkətlərinə son qoyulması xahiş edilsə də, o, bütün bunlara əhəmiyyət verməmişdir. Cavabdeh ümumuyyətlə, binanın layihəsində kənara çıxaraq öz mənafeyinə uyğun olaraq özbaşına tikinti həyata keçirmişdir. Bununla da, şəhərsalma norma və qaydaları pozulmuş, o cümlədən müvafiq dövlət orqanları tərəfindən təsdiqlənmiş binanın layihəsində nəzərdə tutulmayan qanunsuz tikinti həyata keçirilmişdir. Cavabdeh tərəfindən həyata keçirilən qanunsuz tikinti iddiaçının mülkiyyətçi kimi mənafelərinə toxunur və aparılmış qanunsuz tikili onun mülkiyyətində olan qeyri-yaşayış sahəsinə bitişik tikilmişdir. Bir məqamı diqqətə çatdırmaq istərdi ki, cavabdehin istifadəsində olan zirzəmiyə qanuni giriş-çıxış mövcuddur və binanın layihəsində nəzərdə tutulmuşdur. Özbaşına zirzəmi keçidi və binanın əsas divarında layihədən kənar küçəyə giriş-çıxış qoyulması konstruktiv dəyişiklik olmaqla həm binanın təhlükəsizliyinə, həm də iddiaçının mülkiyyətində olan qeyri- yaşayış sahəsinə bitişik olmaqla onun hüquqlarını pozur. Qanunsuz tikintinin sökülməsi ilə bağlı aidiyyatı orqanlara müraciət olunsa da bu günə kimi heç bir addım atılmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək İddiaçı Cavabdeh qarşı “zirzəmiyə giriş-çıxış qapısının, o cümlədən həmin zirzəmi üzərində aparılmış tikintinin özbaşına hesab edilməsi, həmin özbaşına tikililərin cavabdehin hesabına sökülərək əvvəlki vəziyyətdə bərpa edilməsi” tələbinə dair iddiasının rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tamamilə əsassızdır. Ərizə heç bir mötəbər faktla əsaslandırılmamış, bu azmış kimi məhkəməyə yanlış məlumatlar verilmişdir. Belə ki, iddia ərizəsində belə bir fikir irəli sürülür ki, guya mən ünvan 3 ünvanında inşa edilmiş çoxmənzilli binanın zirzəmi mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinə qanunsuz olaraq giriş açmışam. və həmin giriş onun qeyri-yaşayış sahəsinin qabaq meydançasına düşür. İddia ərizəsində daha sonra göstərilmişdir ki: “Bununla da kifayətlənməyən Cavabdeh istifadəsində olan zirzəminin üzərində mülkiyyətimdə olan qeyri-yaşayış sahəsinə bitişik olan özbaşına tikinti aparmışdır. Bununla da cavabdeh həm tikinti normalarına zidd tikinti aparmış, eyni zamanda mülkiyyətçi kimi mənim hüquqlarımı kobud şəkildə pozmuşdur.” Aşağıda qeyd edəcəyim səbəblərə görə, bütün bunlar İddiaçı birtərəfli mövqeyinə əsaslanır və heç bir hüquqi əsası yoxdur. İddiaçı özü qanunvericiliyin tələblərini pozmuş və məhkəməni aldatmağa uğursuz cəhd etmişdir. İlkin olaraq qeyd edilməlidir ki, İddiaçı iddia tələbi maddi və prosessual qanunvericiliyin pozulması ilə verilmişdir. Habelə onun belə bir iddia ilə çıxış etməyə subyektiv hüququ yoxdur. Düzdür Azərbaycan Respublikası MPM-nın 4-cü maddəsinə əsasən hər kəs pozulmuş hüquqlarının bərpası üçün məhkəmədə iddia qaldırmaq hüququ vardır. Lakin öncə müraciət edən şəxs hansı hüquqlarının pozulduğunu əsaslandırmalı, tələb etmək hüququnun olub-olmadığını sübuta yetirməlidir. Məhkəmənin diqqətinə çatdırır ki, ünvan 3 ünvanında inşa edilmiş çoxmənzilli binanın zirzəmi mərtəbəsində yerləşən cavabdehin xüsusi mülkiyyətində olan qeyriyaşayış sahəsini 2014-cü ildə almış, daşınmaz əmlakı alarkən giriş qapısı, pilləkənləri və onun üzərində örtük mövcud olmuşdur. Ötən illər ərzində İddiaçı qeyri-yaşayış sahəsi ilə bağlı hər-hansı pritenziya irəli sürməmişdir. Bu yaxınlarda icarəçi tərəfindən pilləkən qəfəsinin üzərində mövcud olan örtük sökülüb yenisi ilə əvəzlənərkən İddiaçı əvvəlcə heç bir etiraz etməsə də, işin sonuna yaxın hücüm çəkərək yüngül konstruksiyalı tikilini dağıtmış, maddi ziyan vurmuş, qərəzli hərəkətlərə yol verərək səs-küy salmış cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirmişdir. O, tikintini tamamlamağa imkan verməmiş, qeyriadekvat hərəkətlər etmiş, cavabdehin nümayəndəsi vasitəsilə mübahisənin aydınlaşdırılması üçün danışıqlardan imtina etmiş, onları hədələmiş və dərhal qapını bağlamağı tələb etmişdir. İddiaçı tələbinin mümkünsüz, həmdə qanunsuz olduğunu izah etdikdən sonra o hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilməlidir ki, ünvan 3 ünvanındakı binanın zirzəmi mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin girişi tamamilə qanunidir və heç kəsin o cümlədən iddiaçının heç bir hüquqlarını pozmur. Çoxmənzilli binanın neçənci ildə inşa edildiyini bilməsə də, düşünürəm ki, mübahisəli giriş o dövrdən mövcud olmuşdur. Cavabdeh sözügedən sahəni 2014-cü ildə alarkən indiki görkəmdə olmuşdur. Bundan başqa, giriş üçün pilləkən qəfəsi iddiaçının qeyri-yaşayış sahəsinin qabaq meydançasına düşmür. İddiaçı məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, onun qeyriyaşayış sahələri 237,7 və 233,3 kv.metrlik sahə ilə məhdudlaşır və bu sahələr çoxmənzilli binanın çöl tərəfini deyil, iç tərəfini əhatə edir. Başqa sözlə mübahisəli pilləkən qəfəsi yerləşdiyi yerlə İddiaçı mülkiyyətində olan 237,7 və 233,3 kv.metr sahəli qeyri-yaşayış sahələrinin hüdudları üst-üstə düşmür. İddiaçının “onun qeyriyaşayış sahəsinin qabaq meydançasına düşür” dediyi yer isə piyadalar və avtomobillər üçün nəzərdə tutulmuş Yasamal rayon Zivərbəy Əhmədbəyov küçəsidir ... İddiaçı özü mülkiyyətində olan qeyri-yaşayış sahəsinin Zivərbəy Əhmədbəyov küçəsinə baxan hissəsinə 5 qapı və 5 pilləkən quraşdıraraq insanların gediş-gəlişi üçün nəzərdə tutulmuş piyada yolunu qismən bağlamış, tikinti norma və qaydaları ilə inşaat işləri aparmamışdır... İddiaçı təqdim etdiyi xüsusi mülkiyyətində olan obyeklərin çıxarışlarından görünür ki, qeyriyaşayış sahələri Əlibəy Hüseynzadə küçəsi 64 ünvanındadır... Bundan başqa, pilləkən qəfəsinin qeyri-yaşayış sahəsinə bitişik olmasına gəldikdə bildirməliyəm ki, binanın sol tərəfində də demək olar ki, eyni tikinti aparılmışdır. Lakin İddiaçı yalnız bizə qarşı tələblər irəli sürməsi anlaşılmazdır. Həm də nəzərə almaq lazımdır ki, çoxmənzilli binanın sol hissəsi ona aid deyildir. Beləliklə, İddiaçı iddia etdiyi kimi mülkiyyət hüquqları pozulmamışdır. Bununla belə cavabdeh tərəfindən mübahisəyə dair mütəxəssisə müraciət edilmiş və X4 və Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyinə əsasən, mübahisələndirilən tikintilər inşa edilərkən tikinti norma və qaydalarına riayət edilmişdir, qeyri-yaşayış sahəsinin pilləkən qəfəsi İddiaçı mülkiyyət hüquqlarını pozmur. İddia tələbinin özbaşına tikinti aparılması ilə bağlı hissəsinə gəldikdə qeyd edilməlidir ki, mübahisəli sahədə tikinti işləri aparılmamışdır. Yalnız qeyri-yaşayış sahəsinin girişi üzərində əvvəllər mövcud olmuş örtük sökülərək yenisi ilə əvəzlənmişdir. Bu isə tamamilə qanunidir. Belə ki, Azərbаycаn Respublikаsı Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.5-ci maddəsində göstərilmişdir ki, mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin) tikintisinə icazə tələb olunmur. Göründüyü kimi iddiaçının bu dəlili də əsassızdır. Vurğulamalıdır ki, ümumiyyətlə ərizəçinin məhkəmədə bu cür iddia qaldırmağa subyektiv hüququ olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən quraşdırılmış tikili onun mülkiyyətində olan qeyri yaşayış sahəsinə giriş çıxışı və vitraj pəncərələrini bir başa bağlamasa da, həmin tikili binanın tinindən 30-40 santı irəli çıxmaqla, yuxarı yan tərəfdən bina istiqamətinə baxılan zaman onun reklam löfhələrinin qarşısını kəsir ki, bu zamanda binadan yuxarıda yerləşən avtobus dayanacağında enən müştərilər, mağaza kimi fəaliyyət göstərən qeyri yaşayış sahəsini birbaşa görmədiklərin, onun yerinin tapılmasında çətinlik çəkirlər. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 oğlu etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxslər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitertura Komitəsi və "xxxx" MMM-in nümayəndələri xəbərdarlıq edilmələrinə (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış) baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, nümayəndələrinin iştiraklarını məhkəmədə təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ASP MMM ilə sifarişçi X3 arasında bağlanmış DƏDRX tərəfindən verilmiş çıxarışlardan görünür ki, ünvan 4 ünvanında yerləşən 233,3 kv metr və 237,7 kv metr sahəsi olan qeyri-yaşayış sahələri xx.xx.2019-cu il tarixdən qeydiyyata alınmaqla İddiaçı xüsusi mülkiyyətindədir. Kristal MMM ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Kristal MMM Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi 64 ünvanında yerləşən Brilyant yaşayış binasının zirzəmi mərtəbəsində 160 kv metr qeyri yaşayış sahəsi Cavabdeh satmışdır. Kristal MMM tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli arayışdan görünür ki, Kristal-ın inşa etdiyi Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi 64 ünvanında yerləşən Brilyant yaşayış binasının zirzəmi mərtəbəsində 160 kv metr qeyri yaşayış sahəsi Cavabdeh məxsusdur, dəyərini tam ödəmişdir, heç bir borcu yoxdur. DƏDRX tərəfindən verilmiş çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi məhəllə 405, ev 64 (yeni qaydalarla ünvan 5 ünvanında yerləşən 155,60 kv metr sahəsi olan qeyri-yaşayış sahəsi xx.xx.2023-cü il tarixdən qeydiyyata alınmaqla Cavabdeh xüsusi mülkiyyətindədir. xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, ünvan 6 ünvanında inşa edilən yüksəkmərtəbəli yaşayış binasının zirzəmi mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin çıxışında, yəni pilləkən qəfəsində layihədən kənar əlavə pilləkən və yüngül konstruksiyalardan örtük quraşdırıldığı müəyyən edilmişdir. ünvan 6 ünvanında inşa edilən yüksəkmərtəbəli yaşayış binasının zirzəmi mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin çıxışında, yəni pilləkən qəfəsində layihədən kənar inşa edilmiş tikilinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1, 4.2. və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.4-cü və 69.5.2- 1-ci bəndlərinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Eyni zamanda qeyd olunmuşdur ki, tikilinin iddiaçının maraqlarına toxunub- toxunmamasının müəyyən edilməsi və tikinti texniki obyektlərinin tədqiqi” ixtisası üzrə ekspertin səlahiyyətlərinə aid olmadığından qərardadda qoyulmuş sualın ikinci hissəsi üzrə tədqiqat aparılmadı. X4 və Ekspertiza Mərkəzi MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəydən görünür ki: xx.xx.2014-cü İİ tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh məxsus olan ünvan 7 ünvanında inşa edilmiş çoxmənzilli binanın zirzəmi mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinə giriş üçün nəzərdə tutulmuş pilləkən qəfəsi və onun üzərində quraşdırılmış yüngül konstruksiyalı örtük binaya hər-hansı təhlükə yaratmır; xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh məxsus olan ünvan 8 ünvanında inşa edilmiş çoxmənzilli binanın zirzəmi mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinə giriş üçün nəzərdə tutulmuş pilləkən qəfəsi və onun üzərində quraşdırılmış yüngül konstruksiyalı örtük, həmin ünvandakı çoxmənzilli binanın birinci mərtəbəsində İddiaçı aid qeyri-yaşayış sahələrinin giriş-çıxışına heç bir maneə törətmir; xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh məxsus olan ünvan 7 ünvanında inşa edilmiş çoxmənzilli binanın zirzəmi mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinə giriş üçün nəzərdə tutulmuş pilləkən qəfəsi və onun üzərində quraşdırılmış yüngül konstruksiyalı örtük sökülərsə, bu qeyriyaşayış sahəsinə atmosfer çöküntülərinnin dolması nəticəsində tikilinin konstruktiv elementləri üzərində müxtəlif ölçülü və həcmli qüsurların yaranmasına səbəb ola bilər; xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh məxsus ünvan 3 ünvanında yerləşən çoxmənzilli binanın zirzəmi mərtəbəsində yerləşən ümumi sahəsi 160 kv.metr olan qeyri-yaşayış sahəsinin giriş hissəsindəki pilləkən qəfəsi və onun üzərində quraşdırılmış yüngül konstruksiyalı örtük həmin ünvandakı çoxmənzilli binanın birinci mərtəbəsində İddiaçı aid sahəsi 237,7 və 233.3 kv.m olan qeyri-yaşayış sahələrinin istismarına mane törətmir; Cavabdeh məxsus ünvan 3 ünvanında yerləşən çoxmənzilli binanın zirzəmi mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinə giriş üçün nəzərdə tutulmuş pilləkən və onun üzərində quraşdırılmış yüngül konstruksiyalı örtüyün hüdudları İddiaçı aid ümumi sahəsi 237.7 və 233,3 kv.m olan qeyri-yaşayış sahələrinin hüdudları ilə üst-üstə düşmür; Cavabdeh məxsus ünvan 3 ünvanında yerləşən çoxmənzilli binanın zirzəmi mərtəbəsində yerləşən, ümumi sahəsi 160 kv m olan qeyri-yaşayış sahəsi və eyni ünvanda yerləşən çoxmənzilli binanın birinci mərtəbəsindəki İddiaçı aid ümumi sahəsi 237.7 və 233,3 kv.m olan qeyri-yaşayış sahələrinin faktiki sahələrinin ölçüləri və hüdudları həmin binanın eskiz layihə sənədlərində göstərilən ölçüləri və hüdudları ilə üst-üstə düşür. Qanunvericiliyə əsasən işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Eyrenin İrlandiyaya qarşı iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Göstərilənlərə əsasən və Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından məhkəmə hesab edir ki, iddiaçı öz hüquqi mövqeyini sübut edə bilməmiş, bununla bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmiş, cavabdeh tərəfindən onun hüquqlarının pozulmasına dair irəli sürdüyü dəlilləri isə mülahizə xarakterli olmaqla əsassız olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki, , ünvan 4 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində yerləşən 233,3 kv metr və 237,7 kv metr sahəsi olan qeyriyaşayış sahələri xx.xx.2019-cu il tarixdən qeydiyyata alınmaqla İddiaçı xüsusi mülkiyyətindədir. Həmin ünvanda yarimzirzəmi sahəsində yerləşən 155,60 kv metr sahəsi olan qeyri-yaşayış sahəsi xx.xx.2023-cü il tarixdən qeydiyyata alınmaqla Cavabdeh xüsusi mülkiyyətindədir. Cavabdehin mülkiyyətində olan həmin zirzəmiyə pilləkən vasitəsilə gedilir. İşin hallarından görünür ki, cavabdeh tərəfindən qeyri-yaşayış sahəsi qeyd edilən halda alınmış, başqa giriş-çıxışı yoxdur. Həmin sahə cavabdehə satılan zamand da həmin pilləkənlərin üzərində yüngül konstruksiyalı örtük olmuşdur. Hazırda isə cavabdeh tərəfindən həmin örtük dəyişdirilərək yenidən yüngül konstruksiya ilə qapı qoyulub bağlanmışdır. Buna səbəb kimi isə cavabdeh küləkli və yağışlı havalarda yağış sularının qeyd edilən pilləkən qəfəsinə dolması ilə əlaqələndirir. Hazırda iddiaçı həmin pilləkən və konstruksiyaların quraşdırılmasınını onun mənafelərinə toxunduğunu bildirir və qeyd edir ki, özbaşına zirzəmi keçidi və binanın əsas divarında layihədən kənar küçəyə giriş-çıxış qoyulması konstruktiv dəyişiklik olmaqla həm binanın təhlükəsizliyinə, həm də iddiaçının mülkiyyətində olan qeyri- yaşayış sahəsinə bitişik olmaqla onun hüquqlarını pozur. Lakin işin hallarından görünür ki, qeyd edilən əlavə konsturksiyalar iddiaçıya heç bir maneə törətmir, onun giriş-çıxışını, görüntüsünü məhdudlaşdırmır, eyni zamanda iddiaçı tərəfindən onun mülkiyyət hüquqlarının pozulmasına dair sübutlar da məhkəyəmə təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən də göründüyü kimi pilləkən qəfəsi binanın künc hissəsində olmaqla, onun üzərində tikilmiş yüngül konstruksiya ilə bağlanmış hissə də, binanın divar hissəsini əhatə edir. Beləliklə hər hansl bir şəkildə iddiaçının pəncərəsinin (vitrininin) önünü bağlamır. İddiaçı mülkiyyətində olan qeyriyaşayış sahəsində olan vitraj pəncərələri isə binanın ön hissəsinə düşür, eyni zamanda həmin sahənin əsas girişi də binanın ön hissəsində olmaqla üzərində də reklam yazıları yerləşdirilmişdir. İddiaçı pilləkən qəfəsinin bir qədər irəli çıxmaqla onun reklamının önünü kəsdiyini bildirsə də, işin hallarından (iş materiallarında olan fotoşəkillərlə) görünür ki, giriş hissə aralıdır, reklam da hündürdə yerləşdirilmişdir. Bundan başqa konstruksiyanın bir hissəsi binadan bir qədər (təxminən 30 sm) irəli çıxsa da işin hallarıından görünür ki, zirzəmiyə düşən pilləkənin pilləsi də binanın tinindən təxminən eyni ölçüdə irəli çıxır. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, iddiaçının mülkiyyət hüququ binanın içərisində olan 233,3 kv metr və 237,7 kv metr sahələrlə məhdudlaşır. Binanın çöl hissəsi isə ümumi istifadədə olan sahədir. Cavabdehə məxsus zirzəmi də mülkiyyət hüququ ilə ona məxsusdur. Zirzəmiyə giriş çıxış da qeyd edilən sahədəndir. Binanın çöl fasadında hər hansı bir qurğuların quraşdırılması məhkəmənin qənaətinə əsasən müvafiq icra qurumu ilə vətəndaş arasında yarana biləcək mübahisə predmeti ola bilər. Bundan başqa məhkəmə xx.xx.2024-cü il tarixli ekspert rəyinə münasibətdə qeyd edir ki, sözügedən rəydə ünvan 6 ünvanında inşa edilən yüksəkmərtəbəli yaşayış binasının zirzəmi mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin çıxışında, yəni pilləkən qəfəsində layihədən kənar inşa edilmiş tikilinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1, 4.2. və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.4-cü və 69.5.2- 1-ci bəndlərinin tələblərinə uyğun olmadığı göstərilsə də, məhkəmə bununla razılaşmayaraq qeyd edir ki, ekspertin istinad etdiyi normalar binalar inşa edilərkən aralarındakı məsafəyə riayət edilməsi ilə bağlıdır. Hazırda isə işin hallarından görünür ki, mübahisə bir binaya münasibətdə tikniti aparılması (əlavə konstruksiya quraşdırılması) ilə bağlıdır. Həmçinin qeyd edilən tikili daş və ya beton deyil, yüngül konstruksiya yəni sadəcə örtükdən ibarətdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1-ci maddəsinə əsasən binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. MM-in 180.1-ci maddəsində isə təsbit edilmişdir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə dəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Eyni zamanda, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 95.1ci maddəsinə əsasən tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: 95.1.1 tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; Həmin Məcəllənin 95.2-ci maddəsinə əsasən bu Məcəllənin 95.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 95.3-cü maddəsinə əsasən bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitertura Komitəsi və "xxxx" MMM-yə qarşı tikilinin qanunsuz hesab edilməsi, həmin tikilinin cavabdehin hesabına sökülməsi və əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, iş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərci İddiaçı tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitertura Komitəsi və "xxxx" MMM-yə qarşı tikilinin qanunsuz hesab edilməsi, həmin tikilinin cavabdehin hesabına sökülməsi və əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. İş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərci İddiaçı tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-190/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-190/2024
24.09.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver