Məhkəmə qərarları › İş №e-2(004)-1928/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1928/2024

15.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1928/2024 15.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "cavabdehin qeyri-yaşayış sahəsindən qanunsuz istifadəsinə son qoyulması, həmin sahədən məcburi çıxarılması və boşaldılması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "cavabdehin qeyri-yaşayış sahəsindən qanunsuz istifadəsinə son qoyulması, həmin sahədən məcburi çıxarılması və boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixli AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən müəyyən edilir ki, Satıcı Cavabdeh tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 21,6 kv/m olan qeyri-yaşayış sahəsini alıcı İddiaçı mülkiyyətinə verilmişdir. Satılan daşınmaz əmlak aşağıdakı hüquqmüəyyənedici sənədə əsasən Satıcıya məxsusdur (Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə Cavabdeh verilmiş **********44-05301- 083008 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə, 21.6 kv/m.dir). Həmin müqaviləyə əsasən, real vaxt rejimində əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2022-ci il tarixli qeydiyyat nömrəsi **********xu70701 olna arayışa əsasən müqavilə bağlananadək Bakı şəhər Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Satıcı daşınmaz əmlakı 30000 (otuz min) manat qiymətinə satmış, Alıcı isə həmin qiymətə almışdır. Alıcı İddiaçı satıcı Cavabdeh satdığı tam hissəni (21.6 kv/m) ondan 30000 (otuz min) manat qiymətində almışdır. Hazırda Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 2 ünvanında yerləşən qeyriyaşayış sahəsi Cavabdeh tərəfindən zəbt olunmuş və istifadə olunmaqdadır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq müsbət nəticə əldə edilməmişdir. İddiaçı tərəf məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. İş materiallarında olan notarial qaydada bağlanmış xx.xx.2022-ci il tarixli AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən müəyyən edilir ki, Satıcı Cavabdeh tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 21,6 kv/m olan qeyri-yaşayış sahəsini alıcı İddiaçı mülkiyyətinə verilmişdir. Satıcı daşınmaz əmlakı 30000 (otuz min) manat qiymətinə satmış, Alıcı isə həmin qiymətə almışdır. Alıcı İddiaçı satıcı Cavabdeh satdığı tam hissəni (21.6 kv/m) ondan 30000 (otuz min) manat qiymətində almışdır. İş materiallarında olan çıxarışa əsasən müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 21,6 kv/m olan qeyriyaşayış sahəsi İddiaçı mülkiyyətindədir. İş materiallarına xx.xx.2024-cü il tarixli məhkəmə yerli baxış protokolu əlavə edilmişdir. Sözügedən protokolda olan qeydlərə və keçirilmiş yerli baxışın nəticəsinə əsasən müəyyən edilir ki, mübahisə predmeti olan daşınmaz əmlakın həm öndən, həm də arxadan hər iki giriş qapısı bağlıdır və mülkiyyətçi həmin əmlakdan istifadə edə bilmir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 146.1 və 157.4-cü maddələrinin dispozitiv şərtləri və tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsinin şərtləri çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 157.4-cü maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyi nəzərə alınmaqla, sosial münasibətlərin mahiyyəti gərəyi ədalətli olmayan məhkəmə qərarı qanuni hesab oluna bilməz. Məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, xx.xx.2022-ci il tarixli AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən müəyyən edilir ki, Satıcı Cavabdeh tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 21,6 kv/m olan qeyri-yaşayış sahəsini alıcı İddiaçı mülkiyyətinə verilmişdir. Satılan daşınmaz əmlak aşağıdakı hüquqmüəyyənedici sənədə əsasən Satıcıya məxsusdur (Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə Cavabdeh verilmiş **********44-05301-083008 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə, 21.6 kv/m.dir). Həmin müqaviləyə əsasən, real vaxt rejimində əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2022-ci il tarixli qeydiyyat nömrəsi **********xu70701 olna arayışa əsasən müqavilə bağlananadək Bakı şəhər Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Satıcı daşınmaz əmlakı 30000 (otuz min) manat qiymətinə satmış, Alıcı isə həmin qiymətə almışdır. Alıcı İddiaçı satıcı Cavabdeh satdığı tam hissəni (21.6 kv/m) ondan 30000 (otuz min) manat qiymətində almışdır. Hazırda Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh tərəfindən zəbt olunmuş və istifadə olunmaqdadır. Müqavilə bağlandıqdan sonra mübahisə predmeti olan qaraja giriş-çıxış cavabdeh tərəfindən məhdudlaşdırılmış və iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. Müqavilə üzrə Satıcı daşınmaz əmlakın təhvil verilməsi öhdəliyini icra etməmiş və nəticədə müqavilə öhdəliklərini pozmuşdur. Məhkəmə qərar qəbul edərkən məhkəmə-yerli baxış iclasının keçirilməsi barədə protokolda olan qeydləri nəzərə alır. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, üzərinə düşən aktiv sübutetmə (təkzibetmə) funksiyasını həyata keçirtməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı və ya cavabdeh) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Məhkəmə qeyd edir ki, etibarsızlığın əsasları müqavilənin forması, məzmunu, iradə qüsurluluğu və subyekt tərkibi ilə bağlıdır. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsi üzrə etibarsızlıq əsasları müəyyən edilmir. Sözügedən müqavilə etibarlı hesab olunur. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 115.0.5-ci maddəsinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər məhkəmə xərclərinə daxildir. Bu səbəbdən, iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu və hüquqi xidmətlərə görə ödənilmiş 120 manat pul Cavabdeh aid edilməlidir. Yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən qanunsuz istifadəsinə son qoyulmaqla həmin sahədən məcburi çıxarılmalı və həmin qeyri-yaşayış sahəsi boşaldılmaqla İddiaçı təhvil verilməli, ödənilmiş 100 (yüz) manat dövlət rüsumu və hüquqi xidmətlərə görə ödənilmiş 120 manat pul Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "cavabdehin qeyri-yaşayış sahəsindən qanunsuz istifadəsinə son qoyulması, həmin sahədən məcburi çıxarılması və boşaldılması” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən qanunsuz istifadəsinə son qoyulmaqla həmin sahədən məcburi çıxarılsın. Həmin qeyri-yaşayış sahəsi boşaldılmaqla İddiaçı təhvil verilsin. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu və hüquqi xidmətlərə görə ödənilmiş 120 manat pul Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar