Məhkəmə qərarları › İş №e-2(004)-1931/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1931/2022

11.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1931/2022 11.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyinin, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı MMC Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.08.2020-ci il tarixli müqaviləyə əsasən HOFFMANN SİAC kondisioneri üçün 411,4 manat ödənilməmiş hissə, 122 manat dəbbə, 23.11.2020-ci il tarixli müqaviləyə əsasən Lenovo Legion noutbuk üçün 3658 manat ödənilməmiş hissə, 864 manat dəbbə, 18.02.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********45318 X4 9 markalı telefon üçün 482,8 manat ödənilməmiş hissə, 142 manat dəbbə borcu olmaqla, ümumilikdə 5681 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 76,81 AZN məbləğində vəsaitin Cavabdeh tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə İddiaçı MMC arasında bağlanmış 01.08.2020-ci il, 23.11.2020-ci il və 18.02.2021-ci il tarixli müqavilələrinə əsasən cavabdeh HOFFMANN SİAC kondisioneri, Lenovo Legion noutbuk və İMEİ kodu **********45318 X4 9 markalı telefon almış və nəticədə 5681 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 01.08.2020-ci il tarixli müqaviləyə əsasən HOFFMANN SİAC kondisioneri üçün 411,4 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 122 manat dəbbə, 23.11.2020-ci il tarixli müqaviləyə əsasən Lenovo Legion noutbuk üçün 3658 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 864 manat dəbbə, 18.02.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********45318 X4 9 markalı telefon üçün 482,8 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 142 manat dəbbə borcu yaranmışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri 12.01.202-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu lazımi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış peniya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi peniya ödənilməsinə yönəldilə bilər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3., 442, 445, 468, 600-ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq müəyyən etdi: Belə ki, cavabdehlə İddiaçı MMC arasında bağlanmış 01.08.2020-ci il, 23.11.2020-ci il və 18.02.2021-ci il tarixli müqavilələrinə əsasən cavabdeh HOFFMANN SİAC kondisioneri, Lenovo Legion noutbuk və İMEİ kodu **********45318 X4 9 markalı telefon almış və nəticədə onun 5681 manat borcu yaranmışdır. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 01.08.2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-yə 411,4 manat ödənilməmiş hissə, 122 manat dəbbə, ümumilikdə 533,4 manat borcu, 23.11.2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-yə 3658,8 manat ödənilməmiş hissə, 864 manat dəbbə, ümumilikdə 4522,8 manat borcu, 18.02.2021-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-yə 482,8 manat ödənilməmiş hissə, 142 manat dəbbə borcu, ümumilikdə 624,8 manat borcu vardır. Cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh 01.08.2020-ci il tarixli müqaviləyə əsasən 411,4 manat ödənilməmiş hissə, 23.11.2020-ci il tarixli müqaviləyə əsasən 3658 manat ödənilməmiş hissə, 18.02.2021-ci il tarixli müqaviləyə əsasən 482,8 manat ödənilməmiş hissə məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissələrdə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, 01.08.2020-ci il tarixli müqavilə üzrə məhkəmə iddia ərizəsində göstərilən cərimənin 122 manat məbləğində deyil 20 manat məbləğində, 23.11.2020-ci il tarixli müqavilə üzrə məhkəmə iddia ərizəsində göstərilən cərimənin 864 manat məbləğində deyil 80 manat məbləğində, 18.02.2021-ci il tarixli müqavilə üzrə məhkəmə iddia ərizəsində göstərilən cərimənin 142 manat məbləğində deyil 20 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə həmçinin iddianın 76,81 AZN manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də qismən əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki iddia ərizəsi ilə qismən, yəni ümumilikdə 4672,2 manat borcun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi nəzərdə tutulduğundan, həmin məbləğə mütənasib olaraq ödənilmiş 66,72 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması məqsədəuyğundur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 01.08.2020-ci il tarixli müqaviləyə əsasən 411,4 (dörd yüz on bir manat qırx qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə, 23.11.2020-ci il tarixli müqaviləyə əsasən 3658 (üç min altı yüz əlli səkkiz) manat ödənilməmiş hissə, 80 (səksən) manat cərimə, 18.02.2021-ci il tarixli müqaviləyə əsasən 482,8 (dörd yüz səksən iki manat səksən qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə ümumilikdə 4672,2 (dörd min altı yüz yetmiş iki manat iyirmi qəpik) manat və 66,72 (altmış altı manat yetmiş iki qəpik) manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar