Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-1935/2023 09.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli müqavilələr üzrə cavabdeh üzərinə düşən öhdəlikləri icra etməmiş və nəticədə, İddiaçı MMC-yə 8701 (səkkiz min yeddi yüz bir) manat borcu yaranmışdır. Bu səbəbdən, İddiaçı MMC sadələşdirilmiş icraat qaydasında Cavabdeh 8701 (səkkiz min yeddi yüz bir) manat pulun alınaraq ona ödənilməsini xahiş edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 284-4.1.2-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası MPM-in 284-4.1.2-ci maddəsinə əsasən, verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə ərizənin qəbulundan imtina edilir. Azərbaycan Respublikası MPM-in 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Lakin, iddia ərizəsinin təsviri və nəticə hissələrinə əsasən müəyyən edilir ki, iddia tələbi 5000 (beş min) manatdan yuxarı məbləğ, yəni, 8701 (səkkiz min yeddi yüz bir) manat təşkil edir. Bu səbəbdən, ərizənin qəbulundan imtina edilməlidir. İddiaçıya izah edilməlidir ki, iddia icraatı qaydasında ərazi aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinin tələblərinə əsasən, əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.2 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinin qəbulundan imtina edilsin. ********** nömrəli qəbz üzrə dövlət rüsumu kimi ödənilmiş 107,01 (yüz yeddi manat bir qəpik) manat məbləğində pul Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən İddiaçınə qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia icraatı qaydasında ərazi aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan şikayət verilə bilməz. Hakim: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-1935/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-1935/2023
09.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver