Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-1938/2023 09.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlu, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "pul” tələbinə dair sadələşdirilmiş icraat formasında verilmiş ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə əsasən, FASİON KOMPUTER MASASİ üçün 396,5 manat ödənilməmiş hissə, 97,2 manat dəbbə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********61073 XİAOMİ POCO M3 PRO markalı telefon üçün 227,9 manat ödənilməmiş hissə, 70,5 manat dəbbə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən QULAQLİQ PANASONİC üçün 48 manat ödənilməmiş hissə, 14,7 manat dəbbə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ KOD **********98199 İPHONE 11 markalı telefon üçün 1019,04 manat ödənilməmiş hissə, 289,8 manat dəbbə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən APPLE MACBOOK PRO 16 üçün 6606 manat ödənilməmiş hissə, 1431,3 manat dəbbə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən QAZAN DƏSTİ SHOSMAN, NEVRESİM TAKİMİ - TEKSTİL, PAKRİVAL – TEKSTİL üçün 385,99 manat ödənilməmiş hissə, 127,2 manat dəbbə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən NEVRESİM TAKİMİ - TEKSTİL, CAYDAN BİANCO, BLENDER GORENJE, HOFFMANN PARTY BOX üçün 575,97 manat ödənilməmiş hissə, 171,9 manat dəbbə olmaqla, ümumilikdə 11462 manat borc və 124,39 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi Bakı şəhər Yasamal rayon Məhkəməsinə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. İddia ərizəsini və əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə riayət edilmədiyindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin məcəllənin 284-4.1.2 -ci maddəsinə əsasən, verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Həmin məcəllənin 284-4.2-ci maddəsinə əsasən, bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Beləliklə, məhkəməyə daxil olmuş iddia ərizəsini nəzərdən keçirib məhkəmə hesab edir ki, iddianın qiyməti beş min manatdan artıq olduğundan və 23-1 fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmadığından iddia ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "borc” tələbinə dair kiçik iddia ərizəsinin sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar qəbul olunmasından imtina edilsin. xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbz (Büdcə təsnifat kodu: 142211, Büdcə səviyyə kodu: 1, Xəzinə hesabı: AZ17CTRE********************) üzrə dövlət rüsumu kimi ödənilmiş 124,79 (bir yüz iyirmi dörd manat 79 qəpik) manat məbləğində pul Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən "xxxx" MMC-yə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(004)-1938/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-1938/2023
09.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver