Məhkəmə qərarları › İş №e-2(004)-1943/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1943/2023

04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1943/2023 04.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında sadələşdirilmiş qaydada baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MOB09-0201 nömrəli alqı-satqı müqaviləsi üzrə 637 manat əsas borc, 63 manat dəbbə pulu və MOB09-0169 nömrəli alqı-satqı müqaviləsi üzrə 270 manat əsas borc, 60 manat dəbbə pulu və məhkəməyə ödənilən 34 manat dövlət rüsumu ilə birlikdə 1064 manat pul məbləğinin Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verldikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən məhkəməyə əsaslandırılmış etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3, 442, 445.2.1, 448.1, 449.1, 449.4, 467, 577.1, 577.2, 600.1, 600.2, 600.5-ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq müəyyən etdi: Belə ki, məhkəmə araşdırmasında müəyyən edildi ki, “TAB MMC” ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixində MOB09-0201 saylı alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən “Texnoplus” mağazasından Cavabdeh ilkin ödənişsiz, 18 ay müddətində, hər ay 40 manat ödəniş etmək şərti ilə 717 manat dəyərində “X1 X2 8 saat X3 4 Black”, xx.xx.2020-ci il tarixində isə MOB09-0169 saylı alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən “Texnoplus” mağazasından Cavabdeh ilkin ödənişsiz, 12 ay müddətində, hər ay 31 manat ödəmək şərti ilə 363 manat dəyərində “Xiaomi Redmi 8 64 GB Black” almışdır. Lakin cavadeh müqavilənin şərtlərini pozaraq, xx.xx.2020-ci il tarixli müqaviləyə görə xx.xx.2022-ci il tarixdə 40 manat və xx.xx.2022-ci il tarixdə 40 manat, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən isə xx.xx.2020-ci il tarixdə 31 manat, xx.xx.2022-ci il tarixdə 31 manat və xx.xx.2022-ci il tarixdə 31 manat ödəniş etdikdən sonra heç bir ödəniş etməyib və qalıq qalmış manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh borcunu ödəməkdən boyun qaçırmışdır. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2020ci il tarixli MOB09-0201 nömrəli alqı-satqı müqaviləsi üzrə 637 manat əsas borc, 63 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli MOB09-0169 nömrəli alqı-satqı müqaviləsi üzrə 270 manat əsas borc, 60 manat dəbbə pulu borcu vardır. Lakin cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Ona görə də məhkəmə belə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli MOB09-0201 nömrəli alqı-satqı müqaviləsi üzrə 637 manat əsas borc, 63 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli MOB09-0169 nömrəli alqı-satqı müqaviləsi üzrə 270 manat əsas borc, 60 manat dəbbə pulu olmaqla, cəmi 1030 manat məbləğində borc pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. İddiaçı MMC tərəfindən ödənilmiş 34 manat dövlət rüsumu cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia ərizəsi təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli MOB09-0201 nömrəli alqı-satqı müqaviləsi üzrə 637 (altı yüz otuz yeddi) manat əsas borc, 63 (altmış üç) manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli MOB09-0169 nömrəli alqı-satqı müqaviləsi üzrə 270 (iki yüz yetmiş) manat əsas borc, 60 (altmış) manat dəbbə pulu olmaqla, cəmi 1030 (min otuz) manat məbləğində pul və 34 (otuz dörd) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar