Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1944/2022 22.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əkbərli Günel Bəkir qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” mülki işə Yasamal Rayon Məhkəməsinin inzibati binasında kiçik iddia üzrə (sadələşdirilmiş icraat üzrə) icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” iddia ərizəsi ilə 02.03.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, 21.02.2020-ci il tarixli 20118602 nömrəli müqaviləyə əsasən aldığı İMEİ kodu **********62058 və **********50541 olan 2 ədəd “Samsung galaxy A10” markalı mobil telefon cihazları, 2 ədəd “Xiaomi Redmi” markalı qulaqlıqlar, digər aksessuar və xidmət haqqı üçün ödənilməmiş qalan 780 (yeddi yüz səksən) manat əsas borc və 78 manat cərimə borcu; 26.02.2020-ci il tarixli 20128586 nömrəli müqaviləyə əsasən 1166,4 manat dəyərindən aldığı 0168 kodlu mətbəx mebeli və 72 manat dəyərində yastıq üçün hazırda ödənilməmiş qalan 1127 (min yüz iyirmi yeddi) manat əsas borcu və 112 manat cərimə borcu olmaqla, ümumilikdə 2097 (iki min doxsan yeddi) manat borcun və ödənilmiş 40.97 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiası "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinin tələblərinə uyğun olaraq tərəf olduqları mülki işə, iddianın məbləği beş min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Ona iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə təqdim etməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138-139-cu maddələrinin tələblərinə əsasən MPM-in 47-ci maddəsində nəzərdə tutulmuş prossesual hüquq və vəzifələri izah edilmişdir. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən görünür ki, Cavabdeh 14.03.2022-ci il tarixdə məhkəmə bildirişi qeydiyyatda olduğu ünvan üzrə rəsmi qaydada təqdim edilmiş, lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edilir ki, "xxxx" MMC 26.02.2020-ci il tarixli 20128586 nömrəli müqaviləyə əsasən ümumi dəyəri 1.238,4 manat olan, 0168 kodlu mətbəx mebeli və yastığı ilkin ödənişsiz 24 ay müddətinə hər ay 51,6 manat ödəmək şərti ilə; 21.02.2020-ci il tarixli 20118602 nömrəli müqaviləyə əsasən ümumi dəyəri 945,6 manat, İMEİ kodu **********62058 və **********50541 olan 2 ədəd “Samsung Galaxy A10” markalı mobil telefon cihazları, 2 ədəd “Xiaomi Redmi” markalı qulaqlıqlar, digər aksessuar və xidmət haqqı üçün ilkin ödənişsiz olmaqla 12 ay müddətinə ayda 78,8 manat ödəmək şərti ilə Cavabdeh nisyə satmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, aldığı cihazın dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya ödəməmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan 14.02.2022-ci il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, Cavabdeh "xxxx" MMC-yə 21.02.2020-ci il tarixli 20118602 nömrəli müqaviləyə əsasən nisyə aldığı İMEİ kodları **********62058 və **********50541 olan 2 ədəd “Samsung Galaxy A10” markalı mobil telefon cihazları, 2 ədəd “Xiaomi Redmi” markalı qulaqlıqlar, digər aksessuar və xidmət haqqı üçün 780 manat əsas borc və 78 manat cərimə borcu; 26.02.2020-ci il tarixli 20128586 nömrəli müqavilə üzrə nisyə aldığı 0168 kodlu mətbəx mebeli və yastıq üçün 1127 manat əsas borcu və 112 manat cərimə borcu olmaqla, ümumilikdə 2097 (iki min doxsan yeddi) manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, sadələşdirilmiş icraat üzrə iddia tələbi təmin edilməli və Cavabdeh 21.02.2020-ci il tarixli 20118602 nömrəli müqaviləyə əsasən nisyə aldığı İMEİ kodları **********62058 və **********50541 olan 2 ədəd “Samsung Galaxy A10” markalı mobil telefon cihazları, 2 ədəd “Xiaomi Redmi” markalı qulaqlıqlar, digər aksessuar və xidmət haqqı üçün ödənilməmiş qalan 780 manat əsas borc və 78 manat cərimə borcu; 26.02.2020-ci il tarixli 20128586 nömrəli müqavilə üzrə nisyə aldığı 0168 kodlu mətbəx mebeli və yastıq üçün 1127 manat əsas borcu və 112 manat cərimə borcu olmaqla ümümilikdə 2097 (iki min doxsan yeddi) manat borc və məhkəməyə ərizə verilməsi üçün ödənilmiş 40.97 manat dövlət rüsumu olmaqla, cəmi 2137,97 (iki min yüz otuz yeddi manat doxsan yeddi qəpik) manat tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 21.02.2020-ci il tarixli 20118602 nömrəli müqaviləyə əsasən nisyə aldığı İMEİ kodları **********62058 və **********50541 olan 2 ədəd “Samsung Galaxy A10” markalı mobil telefon cihazları, 2 ədəd “Xiaomi Redmi” markalı qulaqlıqlar, digər aksessuar və xidmət haqqı üçün 780 manat əsas borc və 78 manat cərimə borcu; 26.02.2020-ci il tarixli 20128586 nömrəli müqavilə üzrə nisyə aldığı 0168 kodlu mətbəx mebeli və yastıq üçün 1127 manat əsas borcu və 112 manat cərimə borcu olmaqla, ümumilikdə 2097 (iki min doxsan yeddi) manat borc və məhkəməyə ərizə verilməsi üçün ödənilmiş 40.97 manat dövlət rüsumu olmaqla, cəmi 2137,97 (iki min yüz otuz yeddi manat doxsan yeddi qəpik) manat tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №e-2(004)-1944/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1944/2022
22.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver