Məhkəmə qərarları › İş №e-2(004)-1971/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1971/2024

05.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1971/2024 05.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC ilə xx.xx.2022-ci il tarixli 03232487 nömrəli müqavilə bağlamaqla X2 11 PRO markalı mobil telefon alaraq 469 (dörd yüz altmış doqquz) manat, xx.xx.2022-ci il tarixli 10791516 nömrəli müqavilə bağlamaqla 3137 kodlu Mətbəx Mebeli alaraq 1519 (min beş yüz on doqquz) manat öhdəliyi yaranmışdır. Cavabdeh tərəfindən müqavilənin şərtləri pozularaq alqı-satqı qiyməti 1011,97 (min on bir manat doxsan yeddi qəpik) manat olan X2 11 PRO markalı mobil telefon üçün ümumilikdə 469 (dörd yüz altmış doqquz) manat olmaqla onun 426,47 (dörd yüz iyirmi altı manat qırx yeddi qəpik) manat əsas, 42,53 (qırx iki manat əlli üç qəpik) manat isə cərimə borcu, alqı-satqı qiyməti 2467,2 (iki min dörd yüz altmış yeddi manat iki qəpik) manat olan 3137 kodlu Mətbəx Mebeli üçün ümumilikdə 1519 (min beş yüz on doqquz) manat olmaqla onun 1380,20 (min üç yüz səksən manat iyirmi qəpik) manat əsas, 138,8 (yüz otuz səkkiz manat səksən qəpik) manat isə cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1672,5 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində Müştəri mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən, xx.xx.2022-ci il tarixli 03232487 nömrəli müqaviləyə əsasən alqı-satqı qiyməti qiyməti 1011,97 (min on bir manat doxsan yeddi qəpik) manat olan X2 11 PRO markalı mobil telefon üçün ümumilikdə 469 (dörd yüz altmış doqquz) manat olmaqla onun 426,47 (dörd yüz iyirmi altı manat qırx yeddi qəpik) manat əsas, 42,53 (qırx iki manat əlli üç qəpik) manat isə cərimə borcu, xx.xx.2022-ci il tarixli 10791516 nömrəli müqaviləyə əsasən alqı-satqı qiyməti 2467,2 (iki min dörd yüz altmış yeddi manat iki qəpik) manat olan 3137 kodlu Mətbəx Mebeli üçün ümumilikdə 1519 (min beş yüz on doqquz) manat olmaqla onun 1380,20 (min üç yüz səksən manat iyirmi qəpik) manat əsas, 138,8 (yüz otuz səkkiz manat səksən qəpik) manat isə cərimə borcu və ödənilmiş 39,88 (otuz doqquz manat səksən səkkiz qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 03232487 nömrəli müqavilədən görünür ki, X2 11 Pro markalı mobil telefonu İddiaçı MMC Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində yuxarıda qeyd olunan 1-ci müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 10791516 nömrəli müqavilədən görünür ki, 3137 kodlu Mətbəx Mebeli İddiaçı MMC Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində yuxarıda qeyd olunan 2-ci müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixli 03232487 nömrəli müqavilə üzrə 426,47 (dörd yüz iyirmi altı manat qırx yeddi qəpik) manat əsas, 42,53 (qırx iki manat əlli üç qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 469 (dörd yüz altmış doqquz) manat, xx.xx.2022-ci il tarixli 10791516 nömrəli müqavilə üzrə 1380,20 (min üç yüz səksən manat iyirmi qəpik) manat əsas, 138,8 (yüz otuz səkkiz manat səksən qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 1519 (min beş yüz on doqquz) manat borcu vardır. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli yazılı bildiriş göndərilməklə cavabdehə pul məbləğinin ödənilməsi təklif edilmiş, lakin, müsbət nəticə əldə olunmamışdır. Məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh İddiaçı MMC ilə xx.xx.2022-ci il tarixli 03232487 nömrəli müqavilə bağlamaqla X2 11 pro markalı mobil telefon alaraq 426,47 (dörd yüz iyirmi altı manat qırx yeddi qəpik) manat əsas, 42,53 (qırx iki manat əlli üç qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 469 (dörd yüz altmış doqquz) manat, xx.xx.2022-ci il tarixli 10791516 nömrəli müqavilə üzrə 1380,20 (min üç yüz səksən manat iyirmi qəpik) manat əsas, 138,8 (yüz otuz səkkiz manat səksən qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 1519 (min beş yüz on doqquz) manat olmaqla yekun olaraq 1988 (min doqquz yüz səksən səkkiz) manat öhdəliyi yaranmışdır. Məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin olunmalıdır. Sözügedən iddia tələbinin qanuni əsası qismində tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqavilələrinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 462 (cəriməyə münasibətdə) və 600.4-cü (əsas borca münasibətdə) maddələri çıxış edir. MM-in 462.1-ci maddəsinə əsasən,dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarından görünür ki, Alıcı Cavabdeh Satıcı ilə bağladığı yuxarıda qeyd olunan xx.xx.2022-ci il tarixli 03232487 nömrəli, xx.xx.2022-ci il tarixli 10791516 nisyə alqısatqı müqavilələri üzrə müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Belə olan halda, satıcının verilmiş əşyaların ödənilməsini tələb etmək hüququ vardır. İddia tələbinin faktiki və hüquqi halları ilə tərəflər arasında bağlanmış nisyə alqısatqı müqavilələrinin şərtləri və MM-in 462 (cəriməyə münasibətdə) və 600.4-cü (əsas borca münasibətdə) maddələrinin dispozitiv şərtləri eynilik təşkil edir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdeh tərəfindən iddia tələbinin təkzib edilməsi istiqamətində sənəd, sübut və ya materiallar məhkəməyə təqdim edilməmiş, aktiv sübutetmə (təkzibetmə) fəaliyyəti təşkil edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 39,88 (otuz doqquz manat səksən səkkiz qəpik) manat məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli 03232487 nömrəli müqavilə bağlamaqla X2 11 Pro markalı mobil telefon alaraq 426,47 (dörd yüz iyirmi altı manat qırx yeddi qəpik) manat əsas, 42,53 (qırx iki manat əlli üç qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 469 (dörd yüz altmış doqquz) manat, xx.xx.2022-ci il tarixli 10791516 nömrəli müqavilə üzrə 1380,20 (min üç yüz səksən manat iyirmi qəpik) manat əsas, 138,8 (yüz otuz səkkiz manat səksən qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 1519 (min beş yüz on doqquz) manat borc olmaqla yekun olaraq 1988 (min doqquz yüz səksən səkkiz) manat və 39,88 (otuz doqquz manat səksən səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-230 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 03232487 nömrəli müqavilə bağlamaqla X2 11 Pro markalı mobil telefon alaraq 426,47 (dörd yüz iyirmi altı manat qırx yeddi qəpik) manat əsas, 42,53 (qırx iki manat əlli üç qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 469 (dörd yüz altmış doqquz) manat, xx.xx.2022-ci il tarixli 10791516 nömrəli müqavilə üzrə 1380,20 (min üç yüz səksən manat iyirmi qəpik) manat əsas, 138,8 (yüz otuz səkkiz manat səksən qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 1519 (min beş yüz on doqquz) manat olmaqla yekun olaraq 1988 (min doqquz yüz səksən səkkiz) manat borc və 39,88 (otuz doqquz manat səksən səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar