Məhkəmə qərarları › İş №e-2(004)-1973/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1973/2024

08.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1973/2024 08.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********32751 SAMSUNG GALAXY S22 markalı telefon, SAMSUNG BUDS qulaqlıq üçün, 539.4 (beş yüz otuz doqquz manat qırx qəpik) manat ödənilməmiş hissə, 178.6 (yüz yetmiş səkkiz manat altmış qəpik) manat dəbbə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********32751 SAMSUNG GALAXY S22 markalı telefon, SAMSUNG BUDS qulaqlıq üçün, 1767.12 (bir min yeddi yüz altmış yeddi manat on iki qəpik) manat ödənilməmiş hissə, 415.88 (dörd yüz on beş manat səksən səkkiz qəpik) manat dəbbə; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İmei kod **********32751 SAMSUNG GALAXY S22 markalı telefon, SAMSUNG BUDS qulaqlıq üçün, 591.36 (beş yüz doxsan bir manat otuz altı qəpik) manat ödənilməmiş hissə, 175.24 (yüz yetmiş beş manat iyirmi dörd qəpik) manat dəbbə; xx.xx.2023- cü il tarixli müqaviləsinə əsasən, SOYUDUCU HOFFMANN üçün, 581 (beş yüz səksən bir) manat ödənilməmiş hissə, 78.3 (yetmiş səkkiz manat otuz qəpik) manat dəbbə; xx.xx.2023- cü il tarixli müqaviləsinə əsasən, İmei kod **********95045 İPHONE 14 PRO MAX markalı telefon üçün, 3828.06 (üç min səkkiz yüz iyirmi səkkiz manat altı qəpik) manat ödənilməmiş hissə, 508.04 (beş yüz səkkiz manat dörd qəpik) manat dəbbə ümumilikdə 8663 manat borc, 106.63 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsinə dəqiqləşmə barədə ərizə təqdim edərək, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********32751 SAMSUNG GALAXY S22 markalı telefon, SAMSUNG BUDS qulaqlıq üçün, 539,40 (beş yüz otuz doqquz manat qırx qəpik) manat ödənilməmiş hissə, 178.60 (yüz yetmiş səkkiz manat altmış qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********99145 İPHONE 13 PRO MAX markalı telefon üçün, 1767,12 (bir min yeddi yüz altmış yeddi manat on iki qəpik) manat ödənilməmiş hissə, 415.88 (dörd yüz on beş manat səksən səkkiz qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İmei kod **********00476 SAMSUNG GALAXY A53 markalı telefon üçün, 591,36 (beş yüz doxsan bir manat otuz altı qəpik) manat ödənilməmiş hissə, 175.24 (yüz yetmiş beş manat iyirmi dörd qəpik) manat cərimə, xx.xx.2023- cü il tarixli müqaviləsinə əsasən, SOYUDUCU HOFFMANN üçün, 581 (beş yüz səksən bir) manat ödənilməmiş hissə, 78,30 (yetmiş səkkiz manat otuz qəpik) manat cərimə, xx.xx.2023- cü il tarixli müqaviləsinə əsasən, İmei kod **********95045 İPHONE 14 PRO MAX markalı telefon üçün, 3828,06 (üç min səkkiz yüz iyirmi səkkiz manat altı qəpik) manat ödənilməmiş hissə, 508.04 (beş yüz səkkiz manat dörd qəpik) manat cərimə ümumilikdə 8663 manat borc, 106.63 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC il2ə5.07.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İmei kod **********32751 SAMSUNG GALAXY S22 markalı telefon, SAMSUNG BUDS qulaqlıq, İmei kod **********99145 İPHONE 13 PRO MAX markalı telefon, İmei kod **********00476 SAMSUNG GALAXY A53 markalı tele,fon SOYUDUCU HOFFMANN , İmei kod **********95045 İPHONE 14 PRO markalı telefon almış və nəticədə 8663 (səkkiz min altı yüz altmış üç) manat borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 4016.89 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslimaktı və ödəniş cədvəlindən ibarətdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirərək, əsas borc hissədə iddianı qəbul etdiyini, lakin cərimələrin yüksək hesablandığını bildirilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, 03562822 saylı alğı-satqı müqaviləsinə əsasən satıcı ("xxxx" MMC) əmlakı alıcıya verməyi, alıcı isə onu qəbul edib SAMSUNG GALAXY S22 markalı telefon, SAMSUNG BUDS qulaqlıq dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 03562822 saylı alğı-satqı müqaviləsinə əlavəyə əsasən Cavabdeh SAMSUNG GALAXY S22 markalı telefon, SAMSUNG BUDS qulaqlıq üçün 279,60 (iki yüz yetmiş doqquz manat altmış qəpik) manat ilkin ödəniş etmədən, 15 ay ərzində hər ay 149,80 manat olmaqla cəmi 2247 (iki min iki yüz qırx yeddi) manat ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 03924305 saylı alğı-satqı müqaviləsinə əsasən satıcı ("xxxx" MMC) SAMSUNG GALAXY A53 markalı telefonu alıcıya verməyi, alıcı isə onu qəbul edib dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 03924305 saylı, alğı-satqı müqaviləsinə əlavəyə əsasən Cavabdeh SAMSUNG GALAXY A53 markalı telefon üçün ilkin ödəniş 1 manat olmaqla, 12 ay ərzində hər ay 73,92 (yetmiş üç manat doxsan iki) manat olmaqla cəmi 888,04 (səkkiz yüz səksən səkkiz manat dörd qəpik) manat ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-cü il tarixli, 11982792 saylı alğı-satqı müqaviləsinə əsasən satıcı ("xxxx" MMC) əmlakı alıcıya verməyi, alıcı isə onu qəbul edib İPHONE 13 PRO MAX markalı telefonun dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-cü il tarixli, 11982792 saylı, alğı-satqı müqaviləsinə əlavəyə əsasən Cavabdeh edib İPHONE 13 PRO MAX markalı telefon üçün ilkin ödəniş 75 manat olmaqla, 18 ay ərzində hər ay 198,78 (yüz doxsan səkkiz manat yetmiş səkkiz qəpik) manat olmaqla cəmi 3653,04 (üç min altı yüz əlli üç manat dörd qəpik) manat ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 10785076 saylı alğı-satqı müqaviləsinə əsasən satıcı ("xxxx" MMC) əmlakı alıcıya verməyi, alıcı isə onu qəbul edib İPHONE 14 PRO MAX markalı telefonun dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 10785076 saylı, alğı-satqı müqaviləsinə əlavəyə əsasən Cavabdeh İPHONE 14 PRO MAX markalı telefon üçün ilkin ödəniş etmədən, 18 ay ərzində hər ay 212,67 (iki yüz on iki manat altmış yeddi qəpik) manat olmaqla cəmi 3828,06 (üç min səkkiz yüz iyirmi səkkiz manat altı qəpik) manat ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 09642827 saylı alğı-satqı müqaviləsinə əsasən satıcı ("xxxx" MMC) əmlakı alıcıya verməyi, alıcı isə onu qəbul edib SOYUDUCU HOFFMANN markalı soyuducunun dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 09642827 saylı saylı, alğı-satqı müqaviləsinə əlavəyə əsasən Cavabdeh edib SOYUDUCU HOFFMANN markalı soyuducu üçün ilkin ödəniş 19,99 manat olmaqla, 23 ay ərzində hər ay 29,90 (iyirmi doqquz) manat olmaqla cəmi 687,63 (altı yüz səksən yeddi manat altmış üç qəpik) manat ödəməyi öz öhdəsinə götürmüşdür. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 539,40 (beş yüz otuz doqquz manat qırx qəpik) manat ödənilməmiş hissə, 178.60 (yüz yetmiş səkkiz manat altmış qəpik) manat cərimə olmaqla, cəmi 718 (yeddi yüz on səkkiz) manat borcu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1767,12 (bir min yeddi yüz altmış yeddi manat on iki qəpik) manat ödənilməmiş hissə, 415.88 (dörd yüz on beş manat səksən səkkiz qəpik) manat cərimə olmaqla, cəmi 2183 (iki min səksən üç) manat borcu, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 591,36 (beş yüz doxsan bir manat otuz altı qəpik) manat ödənilməmiş hissə, 175.24 (yüz yetmiş beş manat iyirmi dörd qəpik) manat cərimə olmaqla, cəmi 766,60 (yeddi yüz altmış altı manat altmış qəpik) manat borcu, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 581 (beş yüz səksən bir) manat ödənilməmiş hissə, 78,30 (yetmiş səkkiz manat otuz qəpik) manat cərimə olmaqla, cəmi 659,30 (altı yüz əlli doqquz manat otuz qəpik) manat borcu, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 3828,06 (üç min səkkiz yüz iyirmi səkkiz manat altı qəpik) manat ödənilməmiş hissə, 508.04 (beş yüz səkkiz manat dörd qəpik) manat cərimə olmaqla, cəmi 4336,10 (dörd min üç yüz otuz altı manat on qəpik) manat borcu vardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçının nümayəndəsi tərəfindən 106,63 (yüz altı manat altmış üç qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 600.4 və 600.5-ci maddələrinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Göründüyü kimi, tərəflər arasında nisyə alğı-satqı müqavilələri bağlanmaqla həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilələr üzrə öhdəliyini yerinə yetirməmiş, nisyə aldığı əşyaların dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiasının müqavilələr üzrə əsas borca hesablanmış tənasübsüz surətdə yüksək cərimə məbləğləri azaldılmalı, xx.xx.2022ci il tarixli müqavilə üzrə cərimə 30 (otuz) manat məbləğində, xx.xx.2022-ci il tarixli müqavilə üzrə cərimə 70 (yetmiş) manat məbləğində, xx.xx.2023-cü il tarixli müqavilə üzrə cərimə borcu 30 (otuz) manat məbləğində, xx.xx.2023-cü il tarixli müqavilə üzrə cərimə borcu 20 (iyirmi) manat məbləğində, xx.xx.2023-cü il tarixli müqavilə üzrə cərimə borcu 100 (yüz) manat məbləğində müəyyən edilərək, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli, 03562822 nömrəli müqavilə üzrə 539,40 (beş yüz otuz doqquz manat qırx qəpik) manat ödənilməmiş hissə, 30 (otuz) manat manat cərimə, xx.xx.2022-ci il tarixli, 11982792 nömrəli müqavilə üzrə 1767,12 (bir min yeddi yüz altmış yeddi manat on iki qəpik) manat ödənilməmiş hissə, 70 (yetmiş) manat cərimə, xx.xx.2023-cü il tarixli, 03924305 nömrəli müqavilə üzrə 591,36 (beş yüz doxsan bir manat otuz altı qəpik) manat ödənilməmiş hissə, 30 (otuz) manat cərimə, xx.xx.2023-cü il tarixli, 09642827 nömrəli müqavilə üzrə 581 (beş yüz səksən bir) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə, xx.xx.2023-cü il tarixli, 10785076 nömrəli müqavilə üzrə 3828,06 (üç min səkkiz yüz iyirmi səkkiz manat altı qəpik) manat ödənilməmiş hissə, 100 (yüz) manat cərimə olmaqla, cəmi 7556,94 (yeddi min beş yüz əlli altı manat doxsan dörd qəpik) manat tutularaq iddiaçı "xxxx" MMC-ə tutularaq iddiaçı "xxxx" MMC-ə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 106,63 (yüz altı manat altmış üç qəpik) manat məbləğində dövlət rüsumunun 93 (doxsan üç) manat hissəsi cavabdehdən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, 03562822 nömrəli müqavilə üzrə 539,40 (beş yüz otuz doqquz manat qırx qəpik) manat ödənilməmiş hissə, 30 (otuz) manat manat cərimə, xx.xx.2022-ci il tarixli, 11982792 nömrəli müqavilə üzrə 1767,12 (bir min yeddi yüz altmış yeddi manat on iki qəpik) manat ödənilməmiş hissə, 70 (yetmiş) manat cərimə, xx.xx.2023-cü il tarixli, 03924305 nömrəli müqavilə üzrə 591,36 (beş yüz doxsan bir manat otuz altı qəpik) manat ödənilməmiş hissə, 30 (otuz) manat cərimə, xx.xx.2023-cü il tarixli, 09642827 nömrəli müqavilə üzrə 581 (beş yüz səksən bir) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə, xx.xx.2023-cü il tarixli, 10785076 nömrəli müqavilə üzrə 3828,06 (üç min səkkiz yüz iyirmi səkkiz manat altı qəpik) manat ödənilməmiş hissə, 100 (yüz) manat cərimə olmaqla, cəmi 7556,94 (yeddi min beş yüz əlli altı manat doxsan dörd qəpik) manat tutularaq iddiaçı "xxxx" MMC-ə ödənilsin. Ödənilmiş 106,63 (yüz altı manat altmış üç qəpik) manat məbləğində dövlət rüsumunun 93 (doxsan üç) manat hissəsi cavabdehdən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar