Məhkəmə qərarları › İş №e-2(004)-1975/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1975/2024

05.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1975/2024 05.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” kiçik iddia ərizəsi üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında sadələşdirilmiş qaydada baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ KOD **********78030 “REALME C15” markalı telefon üçün 41,20 (qırx bir manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 4,80 (dörd manat səksən qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, “MİKRODALĞALİ SOBA HOFFMANN” üçün 16,20 (on altı manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 1,80 (bir manat səksən qəpik) cərimə olmaqla ümumilikdə 64 (altmış dörd) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun alınaraq, iddiaçıya ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarında olan “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, məhkəmə bildirişi xx.xx.2024-cü il tarixində Cavabdeh elektron kabinetinə yerləşdirilmiş, lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 445, 468, 741-ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq, məhkəmə araşdırılmasında müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 417,60 (dörd yüz on yeddi manat altmış qəpik) manat olan İmei kod **********59455 “SAMSUNG GALAXYA33” markalı telefon,və “SAMSUNG CHARGER” üçün ilkin ödəniş etmədən 12 ay müddətinə ayda 34,80 (otuz dörd manat səksən qəpik) manat ödəniş etmək şərti ilə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 295,20 (iki yüz doxsan beş manat iyirmi qəpik) manat olan MİKRODALĞALİ SOBA HOFFMANN üçün ilkin ödəniş etmədən 18 ay müddətinə ayda 16,40 (on altı manat qırx qəpik) manat ödəmək şərtilə Cavabdeh satmışdır.Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən ümumilikdə, 46 (qırx altı) manat olmaqla 41.20 (qırx bir manat iyirmi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 4.80 (dörd manat səksən qəpik) manat cərimə miqdarında borc, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən ümumilikdə, 18 (on səkkiz) manat olmaqla ondan, 16.20 (on altı manat iyirmi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 1.80 (bir manat səksən qəpik) cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 655,40 (altı yüz əlli beş manat qırx qəpik) manat təşkil edir. Göründüyü kimi, cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir.Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır.Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Ona görə də, məhkəmə belə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, cavabdehdən xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ KOD **********78030 “REALME C15” markalı telefon üçün 41,20 (qırx bir manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 4,80 (dörd manat səksən qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, “MİKRODALĞALİ SOBA HOFFMANN” üçün 16,20 (on altı manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 1,80 (bir manat səksən qəpik) cərimə olmaqla ümumilikdə 64 (altmış dörd) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınaraq alınaraq, iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ KOD **********78030 “REALME C15” markalı telefon üçün 41,20 (qırx bir manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 4,80 (dörd manat səksən qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, “MİKRODALĞALİ SOBA HOFFMANN” üçün 16,20 (on altı manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 1,80 (bir manat səksən qəpik) cərimə olmaqla ümumilikdə 64 (altmış dörd) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınaraq alınaraq, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar