Məhkəmə qərarları › İş №e-2(004)-1999/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1999/2025

20.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1999/2025 20.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil Hafiq qızının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "öhdəlik üzrə yaranmış borcun və dəymiş zərərin ödənilməsi" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "öhdəlik üzrə yaranmış borcun və dəymiş zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5,848.00 (beş min səkkiz yüz qırx səkkiz) AZN əsas borc, 1,317.00 (bir min üç yüz on yeddi) manat cərimə borcu və real zərər olaraq avtomobilin təmir xərci 1809.88 (bir min səkkiz yüz doqquz manat səksən səkkiz qəpik) manat, 300 (üç yüz) manat vəkil orderinin məbləği olmaqla ümumilikdə 9,274.88 (doqquz min iki yüz yetmiş dörd manat səksən səkkiz qəpik) manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC (“Satıcı”) vəCavabdeh (“Alıcı”) arasında cavabdehin şəxsi istifadəsi üçün avtomobil Alqı-satqısına dair xx.xx.2024-cü il tarixli 046 saylı Müqavilə imzalanmışdır. Müqaviləyə əsasən satıcı Leap Motor C11 markalı, buraxılış ili 2023 olan (VİN:LFZ63AL57PD062987), yeni və yürüşü 0 km olan avtonəqliyyat vasitəsi satıcı tərəfindən avtomobilin dəyəri tam ödənilənədək alıcının (iş üzrə cavabdeh) sahibliyi və istifadəsinə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, cavabdeh tərəfindən ilkin ödəniş olaraq 5,990.00 (beş min doqquz yüz doxsan) manat ödədildikən sonra dəyəri 87,720.00 (səksən yeddi min yeddi yüz iyirmi) manat müəyyən edilən avtomobilin dəyərini xx.xx.2024-cü il tarixindən etibarən 60 (altmış) ay müddətinə,ayda 1462.00 (bir min dörd yüzaltmış iki) manat olmaqla iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən müqavilə üzrə öhdəliklərinin tam şəkildə icra edilərək nəqliyyat vasitəsinin cavabdehə qüsursuz şəkildə təhvil verilməsinə baxmayaraq, Cavabdeh tərəfindən Müqavilə üzrə ödəniş öhdəliklərini icra etməmiş, müqavilə bağlandıqdan və avtomobil ona təhvil verildikdən sonra bir aylıq (fevral ayı) ödənişi etdikdən sonra heç bir ödəniş etməmiş, gecikmələr barədə əməkdaşlarımız tərəfindən cavabdehlə şifahi danışıqlar aparılsa da, həmçinin cavabdehə öhdəliklərinin icra edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixində xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh gecikdirilmiş öhdəliklərinin icrasından boyun qaçırmışdır. Bununla bağlı Cavabdeh öhdəliklərini icra etməməklə müqaviləni əhəmiyyətli dərəcədə pozması səbəbindən, yəni avtomobilin iddiaçının qanuni sahiliyinə geri qaytarıldığı tarixlə birlikdə 4 ay müddətdə, iddiaçıya ödəməli olduğu məbləği ödəmədiyinə, habelə müqavilənin qüvvədə qalmasına maraqlarının itməsinə görə iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli məktubu ilə Müqavilənin 3.2.6-cı bəndinə əsasən xx.xx.2024-cü il tarixli 046 saylı Müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Öhdəliklərini icra etməməməsi səbəbindən cavabdehə Leap Motor C11 markalı, 77YX670 dövlət qeydiyyat nömrəli avtomobilin idarə edilməsinə dair etibarnamə verilməmiş və nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixində rəsmi servis mərkəzlərinə gətirilmişdir və cavabdehdən avtomobilin təhvil-təslim alınması mümkün olmamışdır. Bildirirlər ki, Avtomobil iddiaçıya geri qaytarıldıqdan sonra xx.xx.2024-cü il tarixində İddiaçı MMC-nin servis-təmir mərkəzində avtomobilə baxış keçirilmiş və baxışın nəticəsinə dair akt tərtib olunmuşdur. Həmin baxış aktına uyğun olaraq avtomobilin müqavilədən əvvəlki vəziyyətinə qaytarılması və təkrar satışa çıxarılması üçün ümumi təmir xərci 1809.88 (bir min səkkiz yüz doqquz manat səksən səkkiz qəpik) manat müəyyən edilmiş və bununla da cavabdeh tərəflərindən müqavilə üzrə öhdəliklərin icra edilməməsi nəticəsində İddiaçı MMC-yə real zərər (delikt) dəymişdir. Eyni zamanda tərəflər arasında müqavilə imzalandığı tarixdən xx.xx.2024-cü il tarixindən avtomobilin geri götürüldüyü xx.xx.2024-cü il tarixinədək cavabdeh tərəfindən 1 ayın ödənişi (fevral ayı üçün) olmasına baxmayaraq, mart, aprel, may, iyun aylarının ödənişləri edilmədiyindən cavabdehin bağlanmış müqavilə üzrə icra edilməmiş öhdəliyi olan 4 ayın ödənilməmiş məbləği, yəni 5,848.00 (beş min səkkiz yüz qırx səkkiz) manat məbləğində əsas borcu, həmçinin müqaviləyə əsasən ödənişlərin edilməməsi nəticəsində hesablanmış cərimələr də daxil olmaqla, borcun ödənilməsinin gecikdirildiyi günlər üçün avtomobilin geri qaytarıldığı günə qədər hesablanmış 1,317.00 (bir min üç yüz on yeddi) manat məbləğində dəbbə pulu yaranmışdır. Beləliklə Cavabdeh oğl utərəfindən müqavilə üzrə öhdəliklərini əhəmiyyəli dərəcədə pozması nəticəsində cavabdehin İddiaçı MMC qarşısında ümumilikdə 8,974.88 (səkkiz min doqquz yüz yetmiş dörd manat səksən səkkiz qəpik) manat miqdarında zərər, borc öhdəliyi və cərimə borcu yaranmışdır. İddiaçıya dəymiş zərərin ödənilməsi tələbi ilə İddiaçı MMC tərəfindən cavabdehə dəfələrlə şifahi müraciətlər edilmişdir. Lakin, edilən müraciətlərə qarşı tərəfdən heç bir məhəl qoyulmamış, zərərin ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Nəticə etibarı ilə, hazırkı mübahisəliməsələnin həlledilməsiməqsədi ilə məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Tərəflər arasında imzalanmış xx.xx.2024cü il tarixli 046 saylı Müqavilənin 3.2.2, 3.2.5, 3.2.6 və 3.2.7-ci bəndlərinə əsasən, müqavilə bağlandığı tarixdən etibarən Alıcı Müqavilə üzrə müvafiq ödənişləri tam və vaxtında icra etməzsə, yaxud Satıcıya Müqavilə üzrə ödənişləri tam və vaxtında icra etməzsə, yaxud Satıcıya Müqavilənin tam məbləğini ödəmək üçün maliyyə qabiliyyəti haqqında mötəbər sübutu təqdim etməzsə, Satıcı müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdir. Alıcı bundan imtina etdiyi təqdirdə, Satıcı məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir. Həmin Müqavilənin 2.4-cü bəndinə əsasən “Alıcı nəqliyyat vasitəsinin dəyərini hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə uyğun olaraq “Satıcı”ya ödəməlidir. Gecikdirilən hər gün üçün X3 aylıq ödənişinin 1 (bir) faizi həcmində cərimə (dəbbə pulu) ödəyəcəkdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil Hafiq qızı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, müqavilənin predmeti olan nəqliyyat vasitəsi cavabdehin həyətindən tapılıb. Nəqliyyat vasitəsində 2 açar olub. 2-ci açar ödəniş edildikdən sonra verilir. Cavabdehə xx.xx.2024-cü ildə xəbərdarlıq göndərilsə də onu almamışdır. 4 ay gözlədikdən sonra şifahı danışıq zamanı ödəyəcəyini dedi. Sonradan isə zənglərə cavab vermədi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada bildiriş göndərilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən əsaslı olduğunda qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “X10” MMC ilə (“satıcı”) Cavabdeh (“alıcı”) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 046 saylı alqı-satqı müqaviləsindən görünür ki, “X10” MMC dəyəri 93.710 (doxsan üç min yeddi yüz on) manat olan, Leap Motor C11 markalı, buraxılış ili 2023 olan (VİN: LFZ63AL57PD062987), tünd boz metallik rəngli nəqliyyat vasitəsi alıcıya verməyi, alıcı isə alıcı isə 5990 manat ilkin ödəniş etməklə, qalan məbləği xx.xx.2024-cü il tarixdən etibarən hər ay 1462 (bir min dörd yüz altmış iki) manat olmaqla 60 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Leap Motor C11 markalı, buraxılış ili 2023 olan (VİN: LFZ63AL57PD062987), yeni və yürüşü 0 km olan nəqliyyat vasitəsi və ona aid 2 ədəd işəsalma açarı, istismar kitabçası, Şarj aləti, Ayaqaltı dəsti, Alətlər dəsti, təkər təmir dəsti, jilet tam qüsursuz halda alıcıya təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli 37 nömrəli Kassa mədaxil orderindən görünür ki, Cavabdeh “X10” MMC-yə 5990 (beş min doqquz yüz doxsan) manat ödəniş etmişdir. xx.xx.2024-cü il tarixli 162 nömrəli Kassa mədaxil orderindən görünür ki, Cavabdeh “X10” MMC-yə 1462 (bir min dörd yüz altmış iki) manat ödəniş etmişdir. xx.xx.2024-cü il tarixli Xəbərdarlıq məktubundan və onun xəbərnaməsindən görünür ki, öhdəliklərini icra etməməsi səbəbindən qeyd edilən Leapmotor C11, buraxılış ili 2023 olan (VİN: LFZ63AL57PD062987) avtomobilin dəyəri tam ödənilənədək texniki saz halda Alıcının istifadəsinə verməyi, o cümlədən Avtomobilin 77YX670 dövlət qeydiyyat nömrəli avtomobilə xx.xx.2024-cü il tarixinə tərəfindən müqavilə üzrə ödənilməyən 5.848 (beş min səkkiz yüz qırx səkkiz ) manat əsas məbləğ və 2.632 (iki min altı yüz otuz iki ) manat cərimə borcunuz mövcud olması barədə xəbardar edilmişdir. Həmçinin avtomobilin cərimə meydançasından çıxarılması üçün X9 180 (bir yüz səksən) manat ödənişin İddiaçı MMC tərəfindən edildiyini bildirilmiş, cavabdehdən borcunun 7 gün müddətində ödənilməsinin təmin edilməsi, əks halda müqaviləyə xitam veriləcəyi və məhkəməyə müraciət olunacağı barədə xəbərlıq edilmişdir. xx.xx.2024-cü il tarixli təmir aktından görünür ki, 77YX670 qeydiyyat nişanlı, Leap motor C11 markalı, buraxılış ili 2023 olan (VİN: LFZ63AL57PD062987) nəqliyyat vasitəsinin ehtiyat hissələrinin və görüləcək təmir işlərinin ümumi xərci 1809,88 (bir min səkkiz yüz doqquz manat səksən səkkiz qəpik) manat təşkil edir. xx.xx.2024-cü il tarixli müqaviləyə xitam verilməsi barədə məktubdan və onun xəbərnaməsindən görünür ki, cavabehdən ümumilikdə 8660 (səkkiz min altı yüz altmış) manat borcunun 7 gün müddətində ödənilməsinin təmin edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubuna baxmayaraq cavabdeh tərəfindən hər hansı addım atılmadığına görə aralarındakı xx.xx.2024-cü il tarixli, 046 saylı alqı-satqı müqaviləsinə xitam verildiyi bildirilmişdir. xx.xx.2024-cü il tarixli təmir aktından görünür ki, 77YX670 qeydiyyat nişanlı, Leap motor C11 markalı, buraxılış ili 2023 olan (VİN: LFZ63AL57PD062987) nəqliyyat vasitəsinin ümumi xərci 1809,88 (bir min səkkiz yüz doqquz manat, səksən səkkiz qəpik) manat edir. xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, Cavabdehun İddiaçı MMC-yə 5848 manat gecikdirilmiş, 1317 manat cərimə borcu vardır. X1 (müraciət edən şəxs) ilə 20 saylı Vəkil Bürosunun rəhbəri X4 arasında bağlanmış xx.xx.2025-ci il tarixli, EM-1535VK-18141/25 nömrəli hüquqi yardım göstərilməsi haqqında müqavilədən görünür ki, bu müqaviləyə görə Vəkil ona həvalə edilən tapşırıq əsasında İddiaçınə hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə 300 (üç yüz) manat haqq ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 747.1-ci maddəsinə əsasən, Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747.3-cü maddəsinə əsasən Lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır. 747-1.2-ci maddəsinə əsasən Lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir. 748-1.12.4-cü maddəsinə əsasən, Lizinq verənin lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 751-ci maddəsinə əsasən Lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir. 697.2-ci maddəsinə əsasən Əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər; otaqların kirayəsi üzrə hüquq münasibətlərində bunun əvəzinə kompensasiya kimi o, həmin ərazidə bu cür otaqların kirayəsi üçün adətən tutulan məbləğdə kirayə haqqı verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da istisna edilmir. Lakin yaşayış otaqlarını kirayəyə verən digər zərərin əvəzinin ödənilməsini yalnız o halda tələb edə bilər ki, əşya kirayəçinin cavabdeh olduğu halların nəticəsində qaytarılmasın; zərərin əvəzi yalnız həmin şəraitdə haqq-ədalətin tələb etdiyi dərəcədə ödənilir. Əgər kirayəçi ləğvetməyə dair bildiriş verərsə, bu müddəa tətbiq edilmir. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “X10” MMC ilə (“satıcı”) Cavabdeh (“alıcı”) arasında xx.xx.2024-cü il tarixli, 046 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən “X10” MMC dəyəri 93.710 (doxsan üç min yeddi yüz on) manat olan, Leap Motor C11 markalı, buraxılış ili 2023 olan (VİN: LFZ63AL57PD062987), tünd boz metallik rəngli nəqliyyat vasitəsi alıcıya verməyi, alıcı isə alıcı isə 5990 manat ilkin ödəniş etməklə, qalan məbləği xx.xx.2024-cü il tarixdən etibarən hər ay 1462 (bir min dörd yüz altmış iki) manat olmaqla 60 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə mahiyyət etibarilə lizinq müqaviləsidir. Lizinq obyekti olan avtomobil müqavilə üzrə lizinq alan Cavabdeh sahibliyində olduğu müddət ərzində, o, ödəməli olduğu lizinq ödənişlərini vaxtında icra etməmiş, beləliklə müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri pozmuşdur. xx.xx.2024-cü il tarixli 162 nömrəli Kassa mədaxil orderindən görünür ki, Cavabdeh “X10” MMC-yə 1462 (bir min dörd yüz altmış iki) manat ödəniş etmiş, lakin sonrakı 4 ay ödəniş etməmiş və nəticədə 5.848 (beş min səkkiz yüz qırx səkkiz) manat məbləğində əsas borcu yaranmışdır. Öhdəliklərini icra etməməməsi səbəbindən cavabdehə avtomobilin idarə edilməsinə dair etibarnamə verilməmiş və nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixində rəsmi servis mərkəzlərinə gətirilmişdir. Servistəmir mərkəzində avtomobilə baxış keçirilmiş və baxışın nəticəsinə dair akt tərtib olunmuşdur. Həmin baxış aktına uyğun olaraq avtomobilin müqavilədən əvvəlki vəziyyətinə qaytarılması və təkrar satışa çıxarılması üçün ümumi təmir xərci 1809.88 (bir min səkkiz yüz doqquz manat səksən səkkiz qəpik) manat müəyyən edilmişdir. Hazırda iddiaçı ödənilməyən aylar üzrə borcun, ona hesablanmış dəbbə pulunun və əşyanın pisləşməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə ödənilməmiş borcun və əşyaya dəymiş zərərin əvəzinin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. İddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh isə borcun ödənildiyini təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. xx.xx.2024-cü il tarixli təmir aktından da görünür ki, 77YX670 qeydiyyat nişanlı, Leap motor C11 markalı, buraxılış ili 2023 olan (VİN: LFZ63AL57PD062987) nəqliyyat vasitəsinin ehtiyat hissələrinin və görüləcək təmir işlərinin ümumi xərci 1809,88 (bir min səkkiz yüz doqquz manat səksən səkkiz qəpik) manat edir. Mülki Məcəllənin 462.1-ci, 462.3-cü və 4911,55-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, iddianın iddia tələbinin “ödənişin gecikdirildiyi üçün tətbiq edilən 1.307 (bir min üç yüz yeddi) manat cərimə məbləğinin ödənilməsinə” dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Məhkəmə, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilə üzrə hesablanmış 1.317 (bir min üç yüz on yeddi) manat cərimənin tənasübsüz yüksək olmasını nəzərə alaraq, həmin müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və 200 (iki yüz) manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hüquqi yardımın göstərilməsi üçün ödənilmiş pulun tutulması hissəsinə münasibətdə qeyd edir ki, xx.xx.2025-ci il tarixli, EM-1535VK-18141/25 nömrəli hüquqi yardım göstərilməsi haqqında müqavilədən görünür ki, müraciət edən şəxs X2 hüquqi yardıma görə 300 (üç yüz) manat haqq ödəməyi öhdəsinə götürmüşdür. Beləliklə məhkəmə hesab edir ki, hüququ yardımın göstərilməsi üçün vəkilə ödənilmiş 300 (üç yüz) manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 5.848 (beş min səkkiz yüz qırx səkkiz) manat əsas, 200 (iki yüz yetmiş) manat cərimə borcu, avtomobilin təmir xərci üçün 1809.88 (bir min səkkiz yüz doqquz manat səksən səkkiz qəpik) manat və hüquqi yardım üçün vəkilə ödənilmiş 300 (üç yüz manat) olmaqla, cəmi 8.157,88 (səkkiz min yüz əlli yeddi manat səksən səkkiz qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 98,57 (doxsan səkkiz manat əlli yeddi qəpik) manat hissəsi tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 5.848 (beş min səkkiz yüz qırx səkkiz) manat əsas, 200 (iki yüz yetmiş) manat cərimə borcu, avtomobilin təmir xərci üçün 1809.88 (bir min səkkiz yüz doqquz manat səksən səkkiz qəpik) manat və hüquqi yardım üçün vəkilə ödənilmiş 300 (üç yüz manat) olmaqla, cəmi 8.157,88 (səkkiz min yüz əlli yeddi manat səksən səkkiz qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 98,57 (doxsan səkkiz manat əlli yeddi qəpik) manat hissəsi tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar