Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2017/2025 08.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-ci il tarixli müqavilə üzrə 5136,20 manat ödənilməmiş hissə, 2568,10 manat dəbbə; xx.xx.2023-ci il tarixli müqavilə üzrə 2328,45 manat ödənilməmiş hissə, 1164,23 manat dəbbə; xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1174,70 manat ödənilməmiş hissə, 587,35 manat dəbbə; xx.xx.2023-cü il tarixli müqavilə üzrə 195,86 manat ödənilməmiş hissə, 97,93 manat dəbbə borcu olmaqla, ümumilikdə 13252,82 manat borc və 129,76 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə, "xxxx" MMC arasında bağlanmı0ş6.12.2023-ci il, xx.xx.2023-ci il və xx.xx.2023-ci il, xx.xx.2023-ci il tarixli müqavilələrə əsasən, CASE, İMEİ KODU **********77949 İPHONE 15 PRO MAX markalı telefon, STUL - NEO 6 ədəd, MATRAS - MORBİDO PEDLİ, METBEX - STUL 4 ədəd, MATRAS - LOTUS, M327 - METBEX - MASA, GREY - GENC - CARPAYİLORA- QONAQ - MASA, MARSEL - YATAQ - CARPAYİ – BAZALİ, İMEİ KODU **********07328 İPHONE 14 PRO MAX markalıtelefon , MARSEL - YATAQ - CARPAYİ - BAZALaİlmış və nəticədə 13252.82 (on üç min iki yüz əlli iki manat, 82 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 5523.12 (beş min beş yüz iyirmi üç manat, 12 qəpik) manat (18 ay x 306.84 manat + 0 manat ilkin ödəniş) CASE, İMEİ KODU **********77949 İPHONE 15 PRO MAX markalı telefonüçün ümumilikdə, 7704.30 (yeddi min yeddi yüz dörd manat, 30 qəpik) manat olmaqla ondan, 5136.20 (beş min yüz otuz altı manat, 20 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 2568.10 (iki min beş yüz altmış səkkiz manat, 10 qəpik) manat dəbbə; xx.xx.2023-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4585.44 (dörd min beş yüz səksən beş manat, 44 qəpik) manat (24 ay x 191.06 manat + 0 manat ilkin ödəniş) STUL - NEO 6 ədəd, MATRAS - MORBİDO PEDLİ, METBEX - STUL 4 ədəd, MATRAS - LOTUS, M327 - METBEX - MASA, GREY - GENC - CARPAYİ, LORA- QONAQ - MASA, MARSEL - YATAQ - CARPAYİ – BAZALİ üçün ümumilikdə, 3492.68 (üç min dörd yüz doxsan iki manat, 68 qəpik) manat olmaqla ondan, 2328.45 (iki min üç yüz iyirmi səkkiz manat, 45 qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 1164.23 (min yüz altmış dörd manat, 23 qəp) manat dəbbə miqdarında borc yaranmışdır. xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3465 (üç min dörd yüz altmış beş) manat (12 ay x 275 manat + 165 manat ilkin ödəniş) İMEİ KODU **********07328 İPHONE 14 PRO MAX markalı telefoünçün ümumilikdə, 1762.05 (min yeddi yüz altmış iki manat, 05 qəpik) manat olmaqla ondan, 1174.70 (min yüz yetmiş dörd manat, 70 qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 587.35 (beş yüz səksən yeddi manat, 35 qəp) manat dəbbə miqdarında borc yaranmışdır. xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 594 (beş üyz doxsan dörd) manat (24 ay x 24.75 manat + 0 manat ilkin ödəniş) MARSEL - YATAQ - CARPAYİ - BAZALüİ çün ümumilikdə, 293.79 (iki yüz doxsan üç manat, 79 qəpik) manat olmaqla ondan, 195.86 (yüz doxsan beş manat, 86 qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 97.93 (doxsan yeddi manat, 93 qəp) manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, MARSEL - YATAQ - CARPAYİ - BAZALİ-dan xx.xx.2023-cü il tarixində imtina etmiş və məhsul 594 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2023-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 1662.99 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 594 manat, ümumilikdə, 2256.99 manat təşkil edir. Cəmi ödədiyi məbləğ 1666.53 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2023-ci il, xx.xx.2023-cu il, xx.xx.2023-ci il və xx.xx.2023-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, satıcı dəyəri 5523,12 manat olan İmei kod **********77949 İPHONE 15 PRO MAX markalı telefon, CASE alıcıya satmış, alıcı isə müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə nəzərdə tutulmuş qaydada əşyanın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, satıcı dəyəri 4585,44 manat olan Stul-NEO 6 ədəd, Matras-morbido, pedli, metbex-stul 4 ədəd, matras –lotus, M327-metbex-masa, Grey-genc-çarpayı, Lora-Qonaq-Masa, Marsel-yataq-çarpayı-bazalı adlı əşyaları alıcıya satmış, alıcı isə müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə nəzərdə tutulmuş qaydada əşyanın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, satıcı dəyəri 3465 manat olan İMEİ kodu **********07328 İphone 14 Pro Max alıcıya satmış, alıcı isə müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə nəzərdə tutulmuş qaydada əşyanın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, satıcı dəyəri 594 manat olan Marsel-yataq-şarpayı-bazalı alıcıya satmış, alıcı isə müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə nəzərdə tutulmuş qaydada əşyanın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən İmei kod **********77949 İPHONE 15 PRO MAX markalı telefon, CASE üçün 5136,20 manat manat ödənilməmiş hissə, 2568,10 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən Stul-NEO 6 ədəd, Matras-morbido, pedli, metbex-stul 4 ədəd, matras –lotus, M327-metbex-masa, Grey-genc-çarpayı, Lora-Qonaq-Masa, Marsel-yataq-çarpayı-bazalı üçün 2256,99 manat ödənilməmiş hissə, 1164,23 manat cərimə; xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********07328 İphone 14 Pro Max üçün 1174,70 manat ödənilməmiş hissə, 587,35 manat cərimə; xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən Marsel-yataq-çarpayı-bazalı üçün 195,86 manat ödənilməmiş hissə, 97,93 manat cərimə olmaqla, ümumilikdə hər dörd müqavilə üzrə cəmi, 13252,82 manat borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən 03715106 nömrəli alqı-satqı müqaviləsi üzrə İmei kod **********77949 İPHONE 15 PRO MAX markalı telefon, CASE tam qüsursuz halda alıcıya təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən 03303347 nömrəli alqı-satqı müqaviləsi üzrə Matras-morbido, pedli, metbex-stul 4 ədəd, matras –lotus, M327-metbexmasa, Grey-genc-çarpayı, Lora-Qonaq-Masa, Marsel-yataq-çarpayı-bazalı tam qüsursuz halda alıcıya təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən 04022925 nömrəli alqı-satqı müqaviləsi üzrə İMEİ kodu **********07328 İphone 14 Pro Max tam qüsursuz halda alıcıya təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-ci il tarixli təhvil-təslim aktına əsasən 04022925 nömrəli alqı-satqı müqaviləsi üzrə Marsel-yataq-şarpayı-bazalı tam qüsursuz halda alıcıya təhvil verilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü tarixli müqavilələr üzrə "xxxx" MMC-yə olan borcunu 3 iş günü ərzində ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 129,76 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Yuxarıda qeyd edilən malın alqı-satqısına dair müqaviləyə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə malın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı malı alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin malı ödəmək üzrə vəzifəsini icra etməmiş və xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən İmei kod **********77949 İPHONE 15 PRO MAX markalı telefon, CASE üçün 5136,20 manat manat ödənilməmiş hissə, 2568,10 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən Stul-NEO 6 ədəd, Matras-morbido, pedli, metbex-stul 4 ədəd, matras –lotus, M327-metbex-masa, Grey-gencçarpayı, Lora-Qonaq-Masa, Marsel-yataq-çarpayı-bazalı üçün 2256,99 manat ödənilməmiş hissə, 1164,23 manat cərimə; xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********07328 İphone 14 Pro Max üçün 1174,70 manat ödənilməmiş hissə, 587,35 manat cərimə; xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən Marsel-yataq-çarpayı-bazalı üçün 195,86 manat ödənilməmiş hissə, 97,93 manat cərimə olmaqla, ümumilikdə hər dörd müqavilə üzrə cəmi, 13252,82 manat borcu yaranmışdır. Mülki Məcəllənin (bundan sonra - MM) 567-ci, 568.1-ci və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1-ci və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MMnin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Bu baxımdan iddia tələbi əsas borcun cavabdehdən tutulması hissəsində tam təmin edilməlidir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə isə məhkəmə aşağıdakıları qeyd edir: Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Çünki, müqavilədə dəbbə pulu əldə ediləcək gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, xx.xx.2023-ci il tarixli müqavilə üzrə 2568,10 manat; xx.xx.2023-ci il tarixli müqavilə üzrə 1164,23 manat; xx.xx.2023-ci il tarixli müqavilə üzrə 587,35 manat; xx.xx.2023-ci il tarixli müqavilə üzrə 97,93 manat dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq xx.xx.2023-ci il tarixli müqavilə üzrə 200 manat; xx.xx.2023-ci il tarixli müqavilə üzrə 100 manat; xx.xx.2023-ci il tarixli müqavilə üzrə 70 manat; xx.xx.2023-ci il tarixli müqavilə üzrə 10 manat məbləğində müəyyən edilməlidir. Ona görə də məhkəmə sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddiaçının pul tələbi əsas borc hissəsində tam, dəbbə pulu hissəsində isə qismən təmin olunmalı, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 5136,20 (beş min yüz otuz altı manat iyirmi qəpik) manat, cərimə borcu üzrə 200 (iki yüz) manat; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 2328,45 (iki min üç yüz iyirmi səkkiz manat qırx beş qəpik) manat, cərimə borcu üzrə 100 (bir yüz) manat; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 1174,70 (bir min yüz yetmiş dörd manat yetmiş qəpik) manat, cərimə borcu üzrə 70 (yetmiş) manat; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 195,86 (bir yüz doxsan beş manat səksən altı qəpik) manat, cərimə borcu üzrə 10 (on) manat olmaqla, ümumilikdə hər dörd müqavilə üzrə 9215,21 (doqquz min iki yüz on beş manat iyirmi bir qəpik) manat məbləğində pul tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, dövlət rüsumu ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 90,22 (doxsan manat iyirmi iki qəpik) manat pul cavabdehdən tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 39,54 (otuz doqquz manat əlli dörd qəpik) manat (129,76-90,22=39,54) iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 5136,20 (beş min yüz otuz altı manat iyirmi qəpik) manat, cərimə borcu üzrə 200 (iki yüz) manat; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 2328,45 (iki min üç yüz iyirmi səkkiz manat qırx beş qəpik) manat, cərimə borcu üzrə 100 (bir yüz) manat; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 1174,70 (bir min yüz yetmiş dörd manat yetmiş qəpik) manat, cərimə borcu üzrə 70 (yetmiş) manat; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 195,86 (bir yüz doxsan beş manat səksən altı qəpik) manat, cərimə borcu üzrə 10 (on) manat olmaqla, ümumilikdə hər dörd müqavilə üzrə 9215,21 (doqquz min iki yüz on beş manat iyirmi bir qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 90,22 (doxsan manat iyirmi iki qəpik) manat pul tutularaq "xxxx" MMCyə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 39,54 (otuz doqquz manat əlli dörd qəpik) manat (129,76-90,22=39,54) iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-2017/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2017/2025
08.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver