Məhkəmə qərarları › İş №e-2(004)-2042/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2042/2024

09.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2042/2024 09.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC ilə xx.xx.2020-ci il tarixli 20357427 nömrəli, xx.xx.2020-ci il tarixli 21006298 nömrəli, xx.xx.2019-cu il tarixli 01100228 nömrəli müqavilə bağlamaqla müvafiq olaraq, VİSTA 24 LARGE velosiped, İmei Kodu **********70517 İPHONE 11 PRO MAX markalı telefo, XİAOMİ Mİ ELECTROSCOOTER, MARSHALL MAJOR 3 BLUETOOTH qulaqlıq, SAMSUNG 25W CHARGER+CABLE, SAMSUNG GALAXY BUDS qulaqlıq, JBL CL2 səs ucaldıcı, SAMSUNG WATCH ACTİVE 2 44MM SM saat almış, ümumilikdə 4644 (dörd min altı yüz qırx dörd) manat öhdəliyi yaranmışdır. Cavabdehin xx.xx.2020-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, xx.xx.2020-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, xx.xx.2019-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən restrukturizasiya edilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021ci il tarixində 01 saylı əlavəyə əsasən, alqı-satqı qiyməti 4237.5 (dörd min iki yüz otuz yeddi manat əlli qəpik) manat (29 ay x 141.25 manat + 141.25 manat ilkin ödəniş) olan VİSTA24 LARGE velosiped, İmei Kodu **********70517 İPHONE 11 PRO MAX markalı telefon üçün ümumilikdə, 3841 (üç min səkkiz yüz qırx bir) manat olmaqla ondan, 3491.2 (üç min dörd yüz doxsan bir manat qəpik) manat ödənilməmiş hissə, 349.8 (üç yüz qırx doqquz manat səksən qəpik ) cərimə miqdarında borc yaranmışdır. xx.xx.2020-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, alqı-satqı qiyməti 491.16 (dörd yüz doxsan bir manat on altı qəpik) manat (11 ay x 40.93 manat + 40.93 manat ilkin ödəniş) olan XİAOMİ Mİ ELECTROSCOOTER üçün ümumilikdə, 494 (dörd yz doxsan dörd) manat olmaqla ondan, 449.66 (dörd yüz qırx doqquz manat altmış altı qəpik) manat ödənilməmiş hissə, 44.34 (qırx dörd manat otuz dörd qəpik) manat cərimə, xx.xx.2019-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, alqı-satqı qiyməti 336.84 (üç yüz otuz altı manat səksən dörd qəpik) manat (5 ay x 56.14 manat + 56.14 manat ilkin ödəniş) olan MARSHALL MAJOR 3 BLUETOOTH qulaqlıq, SAMSUNG 25W CHARGER+CABLE, SAMSUNG GALAXY BUDS qulaqlıq, JBL CLİP 2 səs ucaldıcı, SAMSUNG WATCH ACTİVE44MM SM saat üçün ümumilikdə, 309 (üç yüz doqquz) manat olmaqla ondan, 280.7 (iki yüz səksən manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 28.3 (iyirmi səkkiz manat otuz qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 843.94 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən, xx.xx.2020-ci il tarixli 20357427 nömrəli müqaviləyə əsasən 3491.2 (üç min dörd yüz doxsan bir manat qəpik) manat ödənilməmiş hissə, 349.8 (üç yüz qırx doqquz manat səksən qəpik ) cərimə borcu olmaqla ümumilikdə 3841 (üç min səkkiz yüz qırx bir) manat, xx.xx.2020-ci il tarixli 21006298 nömrəli müqaviləyə əsasən 449.66 (dörd yüz qırx doqquz manat altmış altı qəpik) manat ödənilməmiş hissə, 44.34 (qırx dörd manat otuz dörd qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 494 (dörd yüz doxsan dörd) manat və xx.xx.2019-cu il tarixli 01100228 nömrəli müqaviləyə əsasən 280.7 (iki yüz səksən manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 28.3 (iyirmi səkkiz manat otuz qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 309 (üç yüz doqquz) manat məbləğində borc və ödənilmiş 66,44 (altmış altı manat qırx dörd qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış qızı xx.xx.2020-ci il tarixli 20357427 nömrəli, xx.xx.2020-ci il tarixli 21006298 nömrəli, xx.xx.2019-cu il tarixli 01100228 nömrəli müqavilələrdən görünür ki, VİSTA 24 LARGE velosiped, İmei Kodu **********70517 İPHONE 11 PRO MAX markalı telefo, XİAOMİ Mİ ELECTROSCOOTER, MARSHALL MAJOR 3 BLUETOOTH qulaqlıq, SAMSUNG 25W CHARGER+CABLE, SAMSUNG GALAXY BUDS qulaqlıq, JBL CL2 səs ucaldıcı, SAMSUNG WATCH ACTİVE 2 44MM SM saatı iddiaçı "xxxx" MMC Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində yuxarıda qeyd olunan müqavilələr ilə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2020-ci il tarixli 20357427 nömrəli müqaviləyə əsasən 3491.2 (üç min dörd yüz doxsan bir manat qəpik) manat ödənilməmiş hissə, 349.8 (üç yüz qırx doqquz manat səksən qəpik ) cərimə borcu olmaqla ümumilikdə 3841 (üç min səkkiz yüz qırx bir) manat, xx.xx.2020-ci il tarixli 21006298 nömrəli müqaviləyə əsasən 449.66 (dörd yüz qırx doqquz manat altmış altı qəpik) manat ödənilməmiş hissə, 44.34 (qırx dörd manat otuz dörd qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 494 (dörd yüz doxsan dörd) manat və xx.xx.2019-cu il tarixli 01100228 nömrəli müqaviləyə əsasən 280.7 (iki yüz səksən manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 28.3 (iyirmi səkkiz manat otuz qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 309 (üç yüz doqquz) manat məbləğində borcu yaranmışdır. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu göndərilməklə cavabdehə pul məbləğinin ödənilməsi təklif edilmiş, lakin, müsbət nəticə əldə olunmamışdır. Məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh İddiaçı MMC ilə xx.xx.2020-ci il tarixli 20357427 nömrəli, xx.xx.2020-ci il tarixli 21006298 nömrəli, xx.xx.2019-cu il tarixli 01100228 nömrəli müqavilə bağlamaqla müvafiq olaraq, VİSTA 24 LARGE velosiped, İmei Kodu **********70517 İPHONE 11 PRO MAX markalı telefo, XİAOMİ Mİ ELECTROSCOOTER, MARSHALL MAJOR 3 BLUETOOTH qulaqlıq, SAMSUNG 25W CHARGER+CABLE, SAMSUNG GALAXY BUDS qulaqlıq, JBL CL2 səs ucaldıcı, SAMSUNG WATCH ACTİVE 2 44MM SM saat almış, ümumilikdə 4644 (dörd min altı yüz qırx dörd) manat öhdəliyi yaranmışdır. Cavabdehin xx.xx.2020-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, xx.xx.2020-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, xx.xx.2019-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən restrukturizasiya edilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021ci il tarixində 01 saylı əlavəyə əsasən, alqı-satqı qiyməti 4237.5 (dörd min iki yüz otuz yeddi manat əlli qəpik) manat (29 ay x 141.25 manat + 141.25 manat ilkin ödəniş) olan VİSTA24 LARGE velosiped, İmei Kodu **********70517 İPHONE 11 PRO MAX markalı telefon üçün ümumilikdə, 3841 (üç min səkkiz yüz qırx bir) manat olmaqla ondan, 3491.2 (üç min dörd yüz doxsan bir manat qəpik) manat ödənilməmiş hissə, 349.8 (üç yüz qırx doqquz manat səksən qəpik ) cərimə miqdarında borc yaranmışdır. xx.xx.2020-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, alqı-satqı qiyməti 491.16 (dörd yüz doxsan bir manat on altı qəpik) manat (11 ay x 40.93 manat + 40.93 manat ilkin ödəniş) olan XİAOMİ Mİ ELECTROSCOOTER üçün ümumilikdə, 494 (dörd yz doxsan dörd) manat olmaqla ondan, 449.66 (dörd yüz qırx doqquz manat altmış altı qəpik) manat ödənilməmiş hissə, 44.34 (qırx dörd manat otuz dörd qəpik) manat cərimə, xx.xx.2019-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, alqı-satqı qiyməti 336.84 (üç yüz otuz altı manat səksən dörd qəpik) manat (5 ay x 56.14 manat + 56.14 manat ilkin ödəniş) olan MARSHALL MAJOR 3 BLUETOOTH qulaqlıq, SAMSUNG 25W CHARGER+CABLE, SAMSUNG GALAXY BUDS qulaqlıq, JBL CLİP 2 səs ucaldıcı, SAMSUNG WATCH ACTİVE44MM SM saat üçün ümumilikdə, 309 (üç yüz doqquz) manat olmaqla ondan, 280.7 (iki yüz səksən manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 28.3 (iyirmi səkkiz manat otuz qəpik) manat cərimə borcu yaranmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin olunmalıdır. Sözügedən iddia tələbinin qanuni əsası qismində tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqavilələrinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 462 (cəriməyə münasibətdə) və 600.4-cü (əsas borca münasibətdə) maddələri çıxış edir. MM-in 462.1-ci maddəsinə əsasən,dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarından görünür ki, Alıcı Satıcı ilə bağladığı yuxarıda qeyd olunan xx.xx.2020-ci il tarixli 20357427 nömrəli, xx.xx.2020-ci il tarixli 21006298 nömrəli, xx.xx.2019-cu il tarixli 01100228 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Belə olan halda, satıcının verilmiş əşyaların ödənilməsini tələb etmək hüququ vardır. İddia tələbinin faktiki və hüquqi halları ilə tərəflər arasında bağlanmış nisyə alqısatqı müqavilələrinin şərtləri və MM-in 462 (cəriməyə münasibətdə) və 600.4-cü (əsas borca münasibətdə) maddələrinin dispozitiv şərtləri eynilik təşkil edir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdeh tərəfindən iddia tələbinin təkzib edilməsi istiqamətində sənəd, sübut və ya materiallar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 66,44 (altmış altı manat qırx dörd qəpik) manat məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli 20357427 nömrəli müqaviləyə əsasən 3491.2 (üç min dörd yüz doxsan bir manat qəpik) manat ödənilməmiş hissə, 349.8 (üç yüz qırx doqquz manat səksən qəpik ) cərimə borcu olmaqla ümumilikdə 3841 (üç min səkkiz yüz qırx bir) manat, xx.xx.2020-ci il tarixli 21006298 nömrəli müqaviləyə əsasən 449.66 (dörd yüz qırx doqquz manat altmış altı qəpik) manat ödənilməmiş hissə, 44.34 (qırx dörd manat otuz dörd qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 494 (dörd yüz doxsan dörd) manat və xx.xx.2019-cu il tarixli 01100228 nömrəli müqaviləyə əsasən 280.7 (iki yüz səksən manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 28.3 (iyirmi səkkiz manat otuz qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 309 (üç yüz doqquz) manat olmaqla yekun olaraq 4644 (dörd min altı yüz qırx dörd) manat məbləğində pul və ödənilmiş 66,44 (altmış altı manat qırx dörd qəpik) manat dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-230 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli 20357427 nömrəli müqaviləyə əsasən 3491.2 (üç min dörd yüz doxsan bir manat qəpik) manat ödənilməmiş hissə, 349.8 (üç yüz qırx doqquz manat səksən qəpik ) cərimə borcu olmaqla ümumilikdə 3841 (üç min səkkiz yüz qırx bir) manat, xx.xx.2020-ci il tarixli 21006298 nömrəli müqaviləyə əsasən 449.66 (dörd yüz qırx doqquz manat altmış altı qəpik) manat ödənilməmiş hissə, 44.34 (qırx dörd manat otuz dörd qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 494 (dörd yüz doxsan dörd) manat və xx.xx.2019-cu il tarixli 01100228 nömrəli müqaviləyə əsasən 280.7 (iki yüz səksən manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 28.3 (iyirmi səkkiz manat otuz qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 309 (üç yüz doqquz) manat məbləğində olmaqla yekun olaraq 4644 (dörd min altı yüz qırx dörd) manat məbləğində pul və ödənilmiş 66,44 (altmış altı manat qırx dörd qəpik) manat dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar