Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2047/2025 25.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh Zeynalabdin oğluna qarşı “pul” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Zeynalabdin oğlunun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı “borcun silinməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki iş (açar sözlər: abonent saldosu) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh Zeynalabdin oğluna qarşı “pul” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Zeynalabdin oğlunun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı “borcun silinməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh Zeynalabdin oğluna qarşı “pul” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri Yasamal rayonu K.Kazımzadə küçəsi 115/95-də qeydiyyatda olan xx.xx.1972-ci il təvəllüdlü Cavabdeh Zeynalabdin oğlundan təbii qazdan istifadəyə görə yaranmış 54303.90 (əlli dörd min üç yüz üç manat 90 qəpik) manat əsas borcun, əvvəlcədən ödənilmiş 253 (iki yüz əlli üç) manat dövlət rüsumun, ümumilikdə isə 54556.90 (əlli dörd min beş yüz əlli altı manat 90 qəpik) manat borcun (pulun) tutularaq İddiaçı xeyrinə ödənilməsi(bank hesabları:ABB, Kod 8051700,M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ**********41********) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanılmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə” müqavilənin əsas predmeti ondan ibarətdir ki, paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Müqavilənin 2.2.3-2.2.5-ci bəndlərinə əsasən, Qaz paylayıcısının istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini, istehlakçı tərəfindən bu Müqavilənin, “Qazdan istifadə Qaydaları”nın tələblərinin pozulduğu hallarda, həmin halların aradan qaldırılmasını, aşkar olunan nöqsanları və digər qanun pozuntuları hallarını müvafiq qaydada rəsmiləşdirmək və baxılması üçün aidiyyəti dövlət orqanlarına göndərmək, istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək hüququ vardır. Müqavilənin 2.3.1, 2.3.2, 2.3.4, 2.3.6-cı bəndlərinə əsasən, İstehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməli, bu Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməli, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir, bu Müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşıyır. Müqavilənin 3.4-cü bəndinə əsasən, hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir.
3. İlkin iddia üzrə cavabdeh iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim edərək ilkin iddianın rədd olunmasını xahiş etmişdir.
4. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Zeynalabdin oğlu qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı “borcun silinməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçi ARDNŞ İddiaçı ona qarşı “54303.90 manat borcun və 253 manat dövlət rüsumun tutulması tələbinə dair” ilk iddiasının rədd edilməsi, Cavabdeh Zeynalabdin oğlunun qarşılıqlı iddiasının təmin edilməsi, iddiaçi ARDNŞ İddiaçı ona qarşı “54303.90 manat borcun və 253 manat dövlət rüsumun tutulması tələbinə dair” ərizəsinə iddia müddətinin tətbiq edilməsini və Qəbələ rayonu Vəndam qəsəbəsində 1.87 h torpaq sahəsində yerləşən 1311.4 m2-dən ibarət xüsusi mülkiyyətindəki fərdi yaşayış evinin **********00530 saylı abonent saldosunda əsassız qeydə alınan 54303.90 manat borcun silinməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ARDNŞ İddiaçı ona qarşı iddiası əsassız olduğundan rədd edilməlidir və əsassız qeydə alınmış borc silinməlidir. Qəbələ rayonu Vəndam qəsəbəsində 1.87 h torpaq sahəsində yerləşən 1311.4 m2-dən ibarət fərdi yaşayış evi 28 oktyabr 2019-cu il tarixdən onun xüsusi mülkiyyətindədir və xüsusi mülkiyyətinin dövlət qeydiyyatı ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Xüsusi mülkiyyətimdə olan fərdi yaşayış evi lazımı sənədləşmələr aparılmaqla bütün kommunal xidmətlərlə, həmçnin təbii qazla təchiz edilmiş, **********00530 saylı qaz ödəniş hesabı açılmışdır. Ünvanda istehlak edilmiş təbii qazın hesabatının aparılması üçün isə 80113704 nömrəli sayğac quraşdırılmış və hesab üzrə qazın dəyəri ödənilmişdir. Uzun müddətdir həmin evdə yaşayış yoxdur və evə təbii qaz verilmir. 22 yanvar 2025-ci ildə X5 Sahəsi tərəfindən telefon ilə əlaqə yaradaraq evində qazdan isyifadəyə görə borc yığıldığını və onun ödənilməsini tələb etmişdir. Bununla əlaqədar olaraq isə 23 yanvar 2025-ci ildə nümayəndəm vasitəsilə X5 Sahəsinə müraciət etdi, müraciəti zamanı isə şifahi olaraq **********00530 saylı qaz hesabının X1 adına olduğu və hesabda 54303 manat borc olduğu bildirilmişdir. Bildirir ki, fərdi yaşayış evinin abonent hesabı yalnız formal olaraq X1 adına olmuş, həmin şəxs ümumiyyətlə ünvanda yaşamamış və heç bir əlaqəsi yoxdur. Çünki qeyd olunan ev onun 28 oktyabr 2019-cu il tarixdən xüsusi mülkiyyətindədir. Bununla belə fərdi evdə yaşayış olmamış və borcla bağlı mən rəsmi məlumatlandırılmamışdır. Bildirir ki, xüsusi mülkiyyətindəki daşınmaz əmlakın **********00530 saylı abonent kodunun X1 adınan onun adına qeydiyyata alınmasını və hesabda yaranmış borcla bağlı məlumat verilməsi üçün 24 yanvar 2025-ci il tarixli ərizə ilə cavabdeh İddiaçınə müraciət etmişdir. Ərizəsinə rəsmi cavab verilməsə də cavabdeh İddiaçındən verilən hesab üzrə abonent saldosunda 54303 manat borc yazıldığı, borcun oktyabr 2017 – avqust 2018-ci il tarixlərdə qeydiyyata alındığı, borcun kəskin şəkildə artması müəyyən edilir və onun yaranma mənbəyi isə qeyri-müəyyəndir. İddiaçi ARDNŞ İddiaçı ona qarşı iddiasından da göründüyü kimi onun xüsusi mülkiyyətində olan daşınmaz əmlakın **********00530 saylı abonent kodu X1 adına olsa da, formal xarakterli olmuş, daşınmaz əmlakın faktiki mülkiyyətçisi o olduğuna görə borc tələbi ona qarşı irəli sürülmüşdür. İddiaçi ARDNŞ İddiaçı ərizəsinə əlavə etdiyi abonentin saldosundan göründüyü kimi ünvanda hesabat sayğacı 07 aprel 2015-ci ildə qoyulmuşdur. İllər üzrə istifadə edilmiş təbii qazın dəyəri ödənilsə də, tələb olunan borcun oktyabr 2017 – avqust 2018-ci il tarixlərdə qeydiyyata alındığı, borcun kəskin şəkildə artması müəyyən edilir və onun yaranma mənbəyi isə qeyri-müəyyəndir. Çünki sayğacın qısa zaman ərzində bu şəkildə borc yazması mümkün deyildir. Abonentin saldosunda sonuncu ödəniş (3000 manat) 2018-ci ilin may ayında, hazırda ondantələb olunan 54303.90 manat borc isə 2018-ci ilin avqust ayında (xx.xx.2018-ci il) qeydiyyata alımış və iddiaçi ARDNŞ İddiaçı isə ona qarşı iddia tələbi isə xx.xx.2025-ci ildə məhkəmənin qeydiyyatına düşmüşdür. Beləliklə də iddiaçi ARDNŞ İddiaçı həm iddia tələbinin irəli sürülməsi üçün nəzərdə tutulan 3 illik, həm də tələb etmə hüququnun mövcud olduğu 5 illik iddia müddətlərini ötürmüşdür. Belə ki, iddiaçı ARDNŞ İddiaçı ona qarşı iddia tələbini xx.xx.2018-ci ildən borcun yaranmasını nəzərə alaraq üç illik iddia müddətinin başa çatdığı xx.xx.2021-ci ilədək qaldırmalı olsa da bunu etməmiş və iddia müddətini 3 il 5 ay 16 gün ötürməklə xx.xx.2025-ci ildə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Digər tərəfdən iddiaçi ARDNŞ İddiaçı ona qarşı iddia tələbini xx.xx.2018- ci ildən borcun yaranmasını nəzərə alaraq beş illik tələb etmə hüququnun müddətinin başa çatdığı xx.xx.2023-cü ilədək qaldırmalı olsa da bunu etməmiş və tələb etmə hüququnu 1 il 5 ay 16 gün ötürməklə xx.xx.2025-ci ildə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
II. Tərəflərin mövqeləri:
6. İddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, ilkin iddia tələbinin təmin olunması, qarşılıqlı iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Cavabdeh ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, ilkin iddia tələbinin rədd olunması, qarşılıqlı iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir.
III. Məhkəmə baxışının hədləri:
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 18.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
10. X2 adına olan abonent saldosundan görünür ki, ünvan 1i ünvanı üzrə qalıq borc 54303,90 manat təşkil edir.
11. Cavabdeh Zeynalabdin oğlu tərəfindən X5 Sahəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizəyə əsasən müəyyən olunur ki, Qəbələ rayonu, Vəndam qəsəbəsində 1,87 ha torpaq sahəsində yerləşən 1311,4 m2-dən ibarət fərdi yaşayış evi 28 oktyabr 2019-cu il tarixdən onun xüsusi mülkiyyətindədir və xüsusi mülkiyyətinin dövlət qeydiyyatı ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Xüsusi mülkiyyətində olan fərdi yaşayış evi lazımi sənədləşmələr aparılmaqla qazla təchiz edilmiş, **********00530 saylı qaz ödəniş hesabı açılmışdır. Uzun müddətdir həmin evdə yaşayış yoxdur və evə təbii qaz verilmir. 22 yanvar 2025-ci ildə X5 Sahəsinin rəisi olan Elbrus müəllim telefon ilə əlaqə yaradaraq evində qazdan istifadəyə görə borc yığıldığını və onun ödənilməsini tələb etmişdir. Bununla əlaqədar olaraq isə 23 yanvar 2025-ci ildə nümyəndəsi vasitəsilə X5 Sahəsinə müraciət etdi, müraciəti zamanı isə şifahi olaraq **********00530 saylı qaz hesabını X6 ooğlunun adına olduğu və hesabda 54303 manat borc olduğu bildirilmişdir. Bildirir ki, fərdi yaşayış evinin abonent hesabı yalnız formal olaraq X1 adına olmuş, həmin şəxs ümumiyyətlə ünvanda yaşamamış və heç bir əlaqəsi yoxdur. Çünki qeyd olunan ev onun 28 oktyabr 2019-cu il tarixdən xüsusi mülkiyyətindədir. Bununla belə fərdi evdə yaşayış olmamış və borcla bağlı o, rəsmi məlumatlandırılmamışdır. Ona görə də **********00530 saylı abonent kodunun X1 adından onun adına qeydiyyata alınmasını, hesabda yaranmış borcla bağlı məumat verilməsini xahiş etmişdir.
12. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cü il tarixli çıxarışa əsasən müəyyən olunur ki, Qəbələ rayonu, Vəndam qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 1311,4 m2-dən ibarət olan fərdi yaşayış evi Cavabdeh Zeynalabdin oğlunun xüsusi mülkiyyətindədir.
13. Məhkəmə iş materialları araşdırıb tərəflərin izahatlarını dinləyib onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia üzrə iddia tələbi təmin olunmamalıdır.
14. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
16. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.
17. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
18. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
20. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
21. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
22. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
23. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
24. Belə ki, Azərbaycan Respublikası “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 3-cü maddəsinə əsasən istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: - 1.2-ci bəndinə əsasən qaz paylayıcısı - alğı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanılmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir. - 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alğı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Qaz paylayıcısı və istehlakçının bu qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti, həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alğı-satqı müqaviləsində göstərilir. Qazın alğı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun bağlanılmalıdır. - 1.4-cü bəndinə əsasən, istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. - 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. - 5.6-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). - 6.1.4-cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə qazın verilməsini dayandırır. - 6.4-cü bəndinə əsasən qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqı-satqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır.Qazlaşdırılmış obyektin mülkiyyətçisinin (istifadəçisinin) dəyişilməsi qazın verilməsinin dayandırılması üçün əsas deyildir.
26. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi İddiaçı İB tərəfindən əhaliyə qazın satılması, fərdi qaydada bağlanan alğı-satqı müqaviləsi əsasında həyata keçirilir. Digər tərəfdən İddiaçı İB ilə iddiaçı arasında qazın alğı-satqısı barədə müqavilənin 3.6-cı bəndinə əsasən istehlakçıya verilən qazın dəyəri barədə mübahisəli hallara qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılması və həll edilməsi müəyyən edilmişdir.
27. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
28. MM-nin yuxarıda qeyd edilən 386.1-ci maddəsində öhdəliyin yaranması əsasları və dairəsi ümumi şəkildə müəyyən edilmişdir. Həmin müddəanın məzmunundan göründüyü kimi, öhdəliyin yaranması üçün ilk növbədə onun iştirakçıları (tərəfləri) arasında mülki hüquq münasibətləri yaranmalı və bu münasibətlər qanunla müəyyən edilmiş qeyd edilən əsaslara söykənməlidir. Yaranma formasına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər (deliktlər) və qanundan irəli gələn öhdəliklərə (əsassız varlanma) bölünür.
29. Öhdəliklərin ən geniş yayılmış forması isə müqavilə öhdəlikləridir. Qanun müəyyən edir ki, müqavilədən əmələ gələn öhdəliklərin yaranması üçün tərəflər arasında müqavilə bağlanmalıdır. Müqaviləyə verilən anlayışdan da görünür ki, onun tərəfləri aralarındakı hüquq münasibətlərinin tənzimlənməsi məqsədilə öz davranış qaydalarını müəyyən edir, aralarındakı hüquq münasibətlərinə irəli gələn müvafiq öhdəliklər götürür, özləri üçün vəzifələr müəyyən edir, habelə müqavilənin icrası ilə bağlı digər (müqavilə azadlığı prinsipinə uyğun olaraq) davranış qaydalarını müəyyən edirlər. Sadalanan bütün bu halların məcburililiyi isə yalnız müqavilə bağlandıqdan sonra qüvvəyə minmiş olur.
30. Məhkəmə qeyd edir ki, ilk iddia tələbi qazdan istifadəyə görə yaranmış 54303,90 manat borcun cavabdehdən ödənilməsi, qarşılıqlı iddia ərizəsi ilə yaranmış borcun silinməsi tələbi ilə bağlıdır.
31. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Azəriqaz" İstehsalat Birliyi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli abonent saldosuna əsasən abonent X1 adına Qəbələ rayonu Vəndam qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacından istifadə üzrə 54303,90 manat borc hesablanmışdır.
32. İş materialları ilə müəyyən edilir ki, Qəbələ rayonu Vəndam qəsəbəsi yerləşən fərdi yaşayış evinə dair qazdan istifadəyə görə alqı-satqı müqaviləsi iddiaçı ilə cavabdeh arasında deyil, X4 arasında bağlanmış, hazırda cavabdehlə iddiaçı arasında hər hansı müqavilə münasibəti yoxdur və iddiaçının cavabdehdən tələb etdiyi borc 2018-ci ilədək qazdan istifadəyə görə yaranmış borcdur.
33. Məhkəmə qeyd edir ki, cavabdeh ilk öncə qeyd olunan borcun məhz iddiaçının təbii qazdan istifadəsi nəticəsində yarandığını qeyd etsə də, bunu təsdiq sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.
34. Məhkəmə şərh edilənlərə əsasən hesab edir ki, cavabdeh onunla qazdan istifadə ilə bağlı hər hansı hüquq münasibətinin yaranmadığı zaman başqa bir abonentin istifadə edərək ödəmədiyi qazın dəyərini iddiaçıdan tələb edə bilməz. Çünki, həmin borcun yaranması iddiaçının öhdəliyindən kənar baş vermiş və buna görə iddiaçının heç bir məsuliyyəti yaranmamışdır.
35. Belə ki, ölkə ərazisində təbii qazdan istifadə edən istehlakçılara qazın satışı, onlarla qazın alqı-satqısı müqaviləsinin bağlanması və s. ilə yalnız İddiaçı məşğul olur. Yaşayış və qeyri-yaşayış sahələrinə təbii qazın verilişi də yalnız istehlakçı ilə cavabdeh arasında bağlanmış qazın alqı-satqısına dair müqavilə əsasında mümkündür. İddiaçı Fərdi yaşayış evinə təbii qazın verilməsi və qaz sayğacına smart kartın əldə edilməsi üçün yalnız cavabdehlə qazın alqı-satqısı müqaviləsi bağlamalı idi. Sözügedən müqavilənin bağlanması isə iddiaçının əvvəlki abonent koduna məxsus şəxsin borcunu qəbul etməsi kimi qiymətləndirilə bilməz.
36. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqın” AR Qanununun 8-ci maddəsində qeyd edilir ki, bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (onun nizamnamə fəaliyyətindən, yaxud istehsal imkanlarından kənara çıxdığını sübut etdiyi hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyri-bərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. İcraçının əsassız olaraq, müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur.
37. Məhkəmə qeyd edir ki, iddiaçıdan tələb olunan borc cavabdeh tərəfin özünün də etiraf etdiyi kimi X1 adına olan abonent saldosuna əsasən yaranmış borcdur. İddiaçı Cavabdeh Zeynalabdin oğlu ilə alqı-satqı müqaviləsinin bağlanmadığını, lakin yaşayış evində faktiki qaz istehlakçısının Cavabdeh Zeynalabdin oğlu olduğunu qeyd etsə də, bununla bağlı sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.
38. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, sözügedən borc fərdi yaşayış sahəsinin əvvəlki mülkiyyətçisininin borcu olduğundan və həmin borcun ödənilməsi öhdəliyi iddiaçının üzərində olmadığından iddia təmin edilərək, başqa bir şəxsin öhdəliyinin iddiaçıdan tələb edilməsi əsassızdır.
39. Həmçinin ilkin iddia üzrə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilərək təbii qazdan istifadəyə görə yaranmış borcun məbləğinin Mülki Məcəllənin 373.3-cü maddəsinə əsasən 3 illik iddia müddəti tətbiq olunmaqla rədd olunmasını məhkəmədən xahiş etmişdir.
40. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
41. Mülki Məcəllənin 373.3-cü maddəsinə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.
42. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
43. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır.
44. “E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir
45. Qeyd edilən qərarında həmin məhkəmə iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekti hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir.
46. Məhkəmə qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Vətəndaşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başqa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər.
47. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur.
48. L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda, qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir.
49. Belə olan halda məhkəmə hesab edir ki, ilkin iddia üzrə Cavabdeh Zeynalabdin oğlundan tutulmalı olan təbii qazdan istifadəyə görə yaranmış borcun məbləği Mülki Məcəllənin 373.3-cü maddəsinə əsasən 3 illik iddia müddəti tətbiq olunmaqla ilkin iddia təmin edilməməlidir.
50. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddia tələbi əsassız hesablanmış borcun silinməsi ilə bağlıdır.
51. Məhkəmə qeyd edir ki, cavabdeh ilk öncə qeyd olunan borcun məhz iddiaçının təbii qazdan istifadəsi nəticəsində yarandığını qeyd etsə də, bunu təsdiq sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.
52. Cavabdeh borcun tutulmasına əsas kimi yalnız X3 məxsus abonent saldosunu təqdim etmişdir.
53. Məhkəmə tərəfindən abonent saldosuna illər üzrə baxış keçirilərkən müəyyən olunmuşdur ki, 2017-ci ilin noyabr ayı üzrə qaz sərfi 34814,80 manat müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, ailə tərkibi 4 nəfərdən ibarət və 1 su qızdırıcı qazan olan fərdi yaşayış evi ilə bağlı ümumilikdə 54303,90 manat borcun yaranması real görünmür.
54. Eyni zamanda, ilkin iddia üzrə iddiaçı tərəfindən hesablanmış borcun tələb edilməsi əsassız hesab olunduğundan qarşılıqlı iddia təmin edilməli və hesablanılmış 54303,90 manat məbləğində borc silinməlidir.
55. Məhkəmə həmçinin qeyd edir ki, tərəflərin ilkin iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə iddiaçıya aid edilməlidir.
56. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
V. Nəticə:
57. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh Zeynalabdin oğluna qarşı “borcun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qarşılıqlı iddia təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh Zeynalabdin oğluna məxsus Qəbələ rayonu, Vəndam qəsəbəsində 1,87 ha torpaq sahəsində yerləşən 1311, m2-dən ibarət fərdi yaşayış evinə (abonent kodu: **********00530) dair hesablanmış 54303,90 manat məbləğində borc silinməsi vəzifəsi cavabdeh İddiaçı İB-nin üzərinə qoyulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Ülkər Xəlil