Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-2057/2023 17.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, Cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Axundov Toğrul Bəhruz oğlu, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi, müqavilələrdə nəzərdə tutulan müvafiq mənzillərin və qarajın iddiaçıya təhvil verilməsinin təmin edilməsi, maneələrin aradan qaldırılması və açarların verilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi, müqavilələrdə nəzərdə tutulan müvafiq mənzillərin və qarajın iddiaçıya təhvil verilməsinin təmin edilməsi, maneələrin aradan qaldırılması və açarların verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC (və ya hüquqi varisi) tərəfindən müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinin, yəni 117-M saylı, 118- M-A saylı, 097 saylı müqavilələrdə nəzərdə tutulan müvafiq mənzillərin və qarajın ona təhvil verilməsinin (maneələrin aradan qaldırılması və açarların verilməsi də daxil olmaqla) təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 izahat verərək bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi hüquqi şəxs iddia tələbini qəbul etmir. Hesab edir ki, bu iddia ərazi aidiyyatı üzrə düzgün verilməyib. Cavabdeh Mənzil Tikinti Kooperativinin hüquqi ünvanı Yasamal rayonu olsa da, bina özü Nəsimi rayonu, Azadlıq prospekti ilə Hənəfi Ələsgərov küçələrinin kəsişməsində yerləşir. İddiaşı özü də iddia ərizəsində bunu qeyd etmiş və Nəsimi Rayon İcra Hakimiyyətinin 23 iyun 2017-ci il tarixli, 173 saylı sərəncamında da bu qeyd olunmuşdur. Göstərilənlərə əsasən, mülki işin ərazi aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə zəruri qaydada məlumatlandırılmış iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi, müqavilələrdə nəzərdə tutulan müvafiq mənzillərin və qarajın iddiaçıya təhvil verilməsinin təmin edilməsi, maneələrin aradan qaldırılması və açarların verilməsi tələbinə dair 2(004)- 2057/2023 saylı mülki iş baxılması üçün müstəsna aiddiyat ilə ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, hazırki mübahisə üzrə mübahisə predmeti olan və iddiaçıya təhvil verilməsi tələb edilən mənzillər və qaraj Nəsimi rayonunda yerləşir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 36.11-ci maddəsinə əsasən icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi mənzillərin və qarajın təhvil verilməsi olduğundan və tələb olunan mübahisəli əmlakların Nəsimi rayonu ərazisində yerləşməsini nəzərə alaraq, mülki iş müstəsna aidiyyət üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi, müqavilələrdə nəzərdə tutulan müvafiq mənzillərin və qarajın iddiaçıya təhvil verilməsinin təmin edilməsi, maneələrin aradan qaldırılması və açarların verilməsi tələbinə dair 2(004)-2057/2023 nömrəli mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-2057/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-2057/2023
17.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver