Məhkəmə qərarları › İş №e-2(004)-2068/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2068/2025

11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2068/2025 11.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Oruclu Aydan Adəm qızı, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********26674 İPHONE 14 PRO MAX markalı telefon üçün 1007 manat ödənilməmiş hissə, 503.5 manat cərimə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kod **********86220 SAMSUNG GALAXY A55 markalı telefon üçün 816.8 manat ödənilməmiş hissə, 408.4 manat cərimə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən TCL LED TV üçün 694.8 manat ödənilməmiş hissə, 347.4 manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İmei kod **********79801 XİAOMİ REDMİ NOTE 12 markalı telefon üçün 183.20 manat ödənilməmiş hissə, 91.6 manat cərimə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən JBL qulaqlıq üçün 147.8 manat ödənilməmiş hissə, 73.9 manat cərimə pulu, xx.xx.2023cü il tarixli müqaviləyə əsasən MİKRODALĞALİ SOBA SAMSUNG üçün 49.7 manat ödənilməmiş hissə, 24.85 manat cərimə, ümumilikdə 4348.95 manat borc, 63.49 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2024cü il, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən, İmei kod **********26674 İPHONE 14 PRO MAX markalı telefon, İmei kod **********86220 SAMSUNG GALAXY A55 markalı telefon, TCL LED TV, İmei kod **********79801 XİAOMİ REDMİ NOTE 12 markalı telefon, JBL qulaqlıq, MİKRODALĞALİ SOBA SAMSUNG almış və nəticədə 4348.95 (dörd min üç yüz qırx səkkiz manat, 95 qəpik) manat borc yaranmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 4638.06 (dörd min altı yüz otuz səkkiz manat, 6 qəpik) manat (18 ay x 257.67 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********26674 İPHONE 14 PRO MAX markalı telefon üçün ümumilikdə 1510.5 (bir min beş yüz on manat, 50 qəpik) manat olmaqla, ondan, 1007 (bir min yeddi) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 503.5 (beş yüz üç manat, 50 qəpik) manat cərimə pulu, xx.xx.2024-cü il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 919.08 (doqquz yüz on doqqua manat, 8 qəpik) manat (18 ay x 51.06 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********86220 SAMSUNG GALAXY A55 markalı telefon üçün ümumilikdə 1225.2 (bir min iki yüz iyirmi beş manat, 20 qəpik) manat olmaqla, ondan, 816.8 (səkkiz yüz on altı manat, 80 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 408.4 (dörd yüz səkkiz manat, 40 qəpik) manat cərimə pulu, xx.xx.2024-cü il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1473.36 (bir min dörd yüz yetmiş üç manat, 36 qəpik) manat (6 ay x 231.66 manat + 83.4 manat ilkin ödəniş) olan TCL LED TV üçün ümumilikdə 1042.2 (bir min qırx iki manat ,20 qəpik) manat olmaqla, ondan, 694.8 (altı yüz doxsan dörd manat, 80 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 347.4 (üç yüz qırx yeddi manat, 40 qəpik) manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqısatqı qiyməti 646.02 (altı yüz qırx altı manat, 2 qəpik) manat (18 ay x 35.89 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********79801 XİAOMİ REDMİ NOTE 12 markalı telefon üçün ümumilikdə 274.8 (iki yüz yetmiş dörd manat, 80 qəpik) manat olmaqla, ondan, 183.20 (yüz səksən üç manat, 20 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 91.6 (doxsan bir manat, 60 qəpik) manat cərimə pulu, xx.xx.2024-cü il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 190.08 (yüz doxsan manat, 8 qəpik) manat (18 ay x 10.56 manat + 0 manat ilkin ödəniş) olan JBL qulaqlıq üçün ümumilikdə 221.7 (iki yüz iyirmi bir manat, 70 qəpik) manat olmaqla, ondan, 147.8 (yüz qırx yeddi manat, 80 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 73.9 (yetmiş üç manat, 90 qəpik) manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 190.08 (yüz doxsan manat, 8 qəpik) manat (18 ay x 16.67 manat + 0 manat ilkin ödəniş) olan MİKRODALĞALİ SOBA SAMSUNG üçün ümumilikdə 74.55 (yetmiş dörd manat, 55 qəpik) manat olmaqla, ondan, 49.7 (qırx doqquz manat, 70 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 24.85 (iyirmi dörd manat, 85 qəpiki) manat cərimə pulu borcu yaranmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, xx.xx.2023-cü il tarixində QİZİL ZƏMANƏT ULTRA 2 İL xidmətindən imtina etmiş və məhsul 660 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, xx.xx.2023-cü il tarixində QİZİL ZƏMANƏT ULTRA 2 İL xidmətindən imtina etmiş və məhsul 96 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2023-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 2971.06 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 660 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 366.82 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 96 manat, digər müqavilələr üzrə cəmi ödədiyi məbləğ 1173.48 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Qanunvericiliklə müəyyən olunmuş müddətdə müvafiq bildiriş cavabdehə rəsmi qaydada göndərilsə də o, iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 02105301 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC müştəri Cavabdeh 0 manat ilkin ödəniş etməklə, 18 ay müddətinə hər ay 257.67 manat ödəmək şərtilə qiyməti 4638.05 manat olan İPHONE 14 PRO MAX vermişdir. Müştəri isə müqavilədə göstərilən şərtlərlə malın qiymətini ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli, 02105301 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin 2-ci bəndinə əsasən “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Əlavənin 5-ci bəndinə əsasən müştəri “Ödəniş cədvəli”nin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və 463.81 manat cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən Cavabdeh 02105301 nömrəli müqavilə üzrə İPHONE 14 PRO MAX tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 09416597 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC müştəri Cavabdeh 0 manat ilkin ödəniş etməklə, 18 ay müddətinə hər ay 51.06 manat ödəmək şərtilə qiyməti 918.99 manat olan SAMSUNG GALAXY A55 markalı telefon vermişdir. Müştəri isə müqavilədə göstərilən şərtlərlə malın qiymətini ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli, 09416597 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin 2-ci bəndinə əsasən “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Əlavənin 5-ci bəndinə əsasən müştəri “Ödəniş cədvəli”nin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və 91.9 manat cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən Cavabdeh 09416597 nömrəli müqavilə üzrə SAMSUNG GALAXY A55 markalı telefon tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 04007664 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC müştəri Cavabdeh 83.4 manat ilkin ödəniş etməklə, 6 ay müddətinə hər ay 231.66 manat ödəmək şərtilə qiyməti 1473.39 manat olan TCL LED TV vermişdir. Müştəri isə müqavilədə göstərilən şərtlərlə malın qiymətini ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli, 04007664 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin 2-ci bəndinə əsasən “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Əlavənin 5-ci bəndinə əsasən müştəri “Ödəniş cədvəli”nin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və 147.34 manat cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən Cavabdeh 04007664 nömrəli müqavilə üzrə TCL LED TV tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 04025375 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC müştəri Cavabdeh 0 manat ilkin ödəniş etməklə, 18 ay müddətinə hər ay 35.89 manat ödəmək şərtilə qiyməti 646.08 manat olan XİAOMİ REDMİ NOTE 12 vermişdir. Müştəri isə müqavilədə göstərilən şərtlərlə malın qiymətini ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli, 04025375 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin 2-ci bəndinə əsasən “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Əlavənin 5-ci bəndinə əsasən müştəri “Ödəniş cədvəli”nin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və 64.61 manat cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən Cavabdeh 04025375 nömrəli müqavilə üzrə XİAOMİ REDMİ NOTE 12 tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 02986217 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC müştəri Cavabdeh 0 manat ilkin ödəniş etməklə, 18 ay müddətinə hər ay 10.56 manat ödəmək şərtilə qiyməti 190.08 manat olan JBL WAVE BEAM BLACK vermişdir. Müştəri isə müqavilədə göstərilən şərtlərlə malın qiymətini ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli, 02986217 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin 2-ci bəndinə əsasən “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Əlavənin 5-ci bəndinə əsasən müştəri “Ödəniş cədvəli”nin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və 19.01 manat cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən Cavabdeh 02986217 nömrəli müqavilə üzrə JBL WAVE BEAM BLACK tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 03495230 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC müştəri Cavabdeh 0 manat ilkin ödəniş etməklə, 18 ay müddətinə hər ay 16.67 manat ödəmək şərtilə qiyməti 300.06 manat olan MİKRODALĞALİ SOBA SAMSUNG vermişdir. Müştəri isə müqavilədə göstərilən şərtlərlə malın qiymətini ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli, 03495230 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin 2-ci bəndinə əsasən “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Əlavənin 5-ci bəndinə əsasən müştəri “Ödəniş cədvəli”nin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və 30.01 manat cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən Cavabdeh 03495230 nömrəli müqavilə üzrə MİKRODALĞALİ SOBA SAMSUNG tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubuna əsasən iddiaçı cavabdehə göndərilən malların tam saz və korlanmamış vəziyyətdə geri qaytarılmasını, bu mümkün olmadıqda, malların müqaviləyə əlavədə qeyd olunmuş dəyərinin tam şəkildə ödənilməsini təklif etmiş, 3 iş günü ərzində riayət olunmadığı təqdirdə, məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən Cavabdeh "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1007 manat əsas, 503.5 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 816.8 manat əsas, 408.4 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 694.8 manat əsas, 347.4 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 183.2 manat əsas, 91.6 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 147.8 manat əsas, 73.9 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 49.7 manat əsas, 24.85 manat cərimə borcu olmaqla, cəmi 4348.95 manat borcu yaranmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, xx.xx.2023-cü il tarixində QİZİL ZƏMANƏT ULTRA 2 İL xidmətindən imtina etmiş və məhsul 660 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, xx.xx.2023-cü il tarixində QİZİL ZƏMANƏT ULTRA 2 İL xidmətindən imtina etmiş və məhsul 96 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Təqdim edilmiş sənədlər əsasında müəyyən olunur ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 02105301 nömrəli, xx.xx.2024-cü il tarixli, 09416597 nömrəli, xx.xx.2024-cü il tarixli, 04007664 nömrəli, xx.xx.2023-cü il tarixli, 04025375 nömrəli, xx.xx.2024-cü il tarixli, 02986217 nömrəli, xx.xx.2023-cü il tarixli, 03495230 nömrəli müqavilələrdən irəli gəlir. Müqavilənin şərtlərinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə ödənişi ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmişdir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu (cərimə) azadılmalıdır. Beləliklə, məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin nisyə alqı-satqı müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1007 manat əsas, 70 manat cərimə borcu olmaqla cəmi 1077 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 816.8 manat əsas, 56.2 manat cərimə borcu olmaqla cəmi 873 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 694.8 manat əsas, 48.2 manat cərimə borcu olmaqla cəmi 743 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 183.2 manat əsas, 12.8 manat cərimə borcu olmaqla cəmi 196 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 147.8 manat əsas, 10.2 manat cərimə borcu olmaqla cəmi 158 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 49.7 manat əsas, 3.3 manat cərimə borcu olmaqla cəmi 53 manat, ümumilikdə 3100 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə hesab edir ki iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 63.49 manat məbləğində dövlət rüsumunun 51 manat məbləği cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1007 (min yeddi) manat əsas, 70 (yetmiş) manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 816.8 (səkkiz yüz on altı manat səksən qəpik) manat əsas, 56.2 (əlli altı manat iyirmi qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 694.8 (altı yüz doxsan dörd manat səksən qəpik) manat əsas, 48.2 (qırx səkkiz manat iyirmi qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 183.2 (yüz səksən üç manat iyirmi qəpik) manat əsas, 12.8 (on iki manat səksən qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 147.8 (yüz qırx yeddi manat səksən qəpik) manat əsas, 10.2 (on manat iyirmi qəpik) manat cərimə, xx.xx.2023cü il tarixli müqavilə üzrə 49.7 (qırx doqquz manat yetmiş qəpik) manat əsas, 3.3 (üç manat otuz qəpik) manat cərimə borcu olmaqla, cəmi 3100 (üç min yüz) manat və dövlət rüsumu olaraq ödənilmiş 51 (əlli bir) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMCyə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar