Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2083/2022 29.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əkbərli Günel Bəkir qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə kiçik iddia üzrə (sadələşdirilmiş icraat üzrə) icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə 11.03.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, 02.09.2018-ci il tarixli K00276759 nömrəli müqaviləyə əsasən İMEİ kodu **********80106 olan “Samsung Galaxy A6” markalı mobil telefon üçün ödənilməmiş qalan 387 manat əsas borc və 38 manat cərimə borcu; 20.01.2019-cu il tarixli 00477579 nömrəli müqaviləyə əsasən İMEİ kodu **********94521 olan “Samsung Galaxy A9” markalı telefon üçün ödənilməmiş qalan 760 manat əsas borc və 76 manat cərimə borcu; 19.02.2019-cu il tarixli 00523873 nömrəli müqaviləyə əsasən İMEİ kodu **********52659 olan “Xiaomi Mi A2 Lite” markalı telefon üçün ödənilməmiş qalan 70 manat əsas borc və 7 manat cərimə borcu olmaqla, ümumilikdə 1338 manat borcun və ödənilmiş 33,38 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinin tələblərinə uyğun olaraq tərəf olduqları mülki işə, iddianın məbləği beş min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Ona iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə təqdim etməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138-139-cu maddələrinin tələblərinə əsasən MPM-in 47-ci maddəsində nəzərdə tutulmuş prossesual hüquq və vəzifələri izah edilmişdir. Məhkəmə bildirişi Cavabdeh 18.03.2022-ci il tarixdə rəsmi qaydada təqdim edilmiş, lakin onun tərəfindən məhkəməyə hər hansı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edilir ki, "xxxx" MMC 02.09.2018-ci il tarixli K00276759 nömrəli müqaviləyə əsasən 1034 manat dəyərində İMEİ kodu **********80106 olan “Samsung Galaxy A6” markalı mobil telefonu ilkin ödənişsiz 24 ay müddətinə hər ay 43 manat ödəniş etmək şərti ilə; 20.01.2019-cu il tarixli 00477579 nömrəli müqaviləyə əsasən 1710 manat dəyərində İMEİ kodu **********94521 olan “Samsung Galaxy A9” markalı telefonu ilkin ödənişsiz 18 ay müddətinə hər ay 95 manat ödəmək şərti ilə; 19.02.2019-cu il tarixli 00523873 nömrəli müqaviləyə əsasən İMEİ kodu **********52659 olan “Xiaomi Mi A2 Lite” markalı telefonu 60 manat ilkin ödənişlə 444 manat dəyərini 12 ay müddətinə hər ay 32 manat ödəmək şərti ilə Cavabdeh nisyə satmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, aldığı cihazın dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya ödəməmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan 28.02.2022-ci il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, Cavabdeh 02.09.2018-ci il tarixli müqavilə üzrə 387 manat əsas və 38 manat cərimə borcu; 20.01.2019-cu il tarixli müqavilə üzrə 760 manat əsas və 76 manat cərimə borcu; 19.02.2019-cu il tarixli müqavilə üzrə 70 manat əsas və 7 manat cərimə borcu olmaqla, ümumilikdə 1338 manat borcu yaranmışdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, sadələşdirilmiş icraat üzrə iddia təmin edilməli Cavabdeh 02.09.2018-ci il tarixli K00276759 nömrəli müqaviləyə əsasən nisyə aldığı İMEİ kodu **********80106 olan “Samsung Galaxy A6” markalı mobil telefon üçün hazıradək ödənilməmiş qalan 387 manat əsas və 38 manat cərimə borcu; 20.01.2019-cu il tarixli 00477579 nömrəli müqaviləyə əsasən İMEİ kodu **********94521 olan “Samsung Galaxy A9” markalı mobil telefon üçün hazıradək ödənilməmiş qalan 760 manat əsas və 76 manat cərimə borcu; 19.02.2019-cu il tarixli 00523873 nömrəli müqaviləyə əsasən İMEİ kodu **********52659 olan “Xiaomi Mi A2 Lite” markalı mobil telefon üçün hazıradək ödənilməmiş qalan 70 manat əsas və 7 manat cərimə borcu olmaqla, ümumilikdə 1338 manat borc və məhkəməyə ərizə verilməsi üçün ödənilmiş 33,38 manat dövlət rüsumu, cəmi 1371,38 (bir min üç yüz yetmiş bir manat otuz səkkiz qəpik) manat tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 02.09.2018-ci il tarixli K00276759 nömrəli müqaviləyə əsasən nisyə aldığı İMEİ kodu **********80106 olan “Samsung Galaxy A6” markalı mobil telefon üçün 387 manat əsas və 38 manat cərimə borcu; 20.01.2019-cu il tarixli 00477579 nömrəli müqaviləyə əsasən İMEİ kodu **********94521 olan “Samsung Galaxy A9” markalı mobil telefon üçün 760 manat əsas və 76 manat cərimə borcu; 19.02.2019-cu il tarixli 00523873 nömrəli müqaviləyə əsasən İMEİ kodu **********52659 olan “Xiaomi Mi A2 Lite” markalı mobil telefon üçün 70 manat əsas və 7 manat cərimə borcu olmaqla, ümumilikdə 1338 manat borc və məhkəməyə ərizə verilməsi üçün ödənilmiş 33,38 manat dövlət rüsumu, cəmi 1371,38 (bir min üç yüz yetmiş bir manat otuz səkkiz qəpik) manat tutularaq cavabdeh "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №e-2(004)-2083/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2083/2022
29.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver