Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2091/2023 17.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC ilə xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli müqavilələrlə İMEİ kodu **********00770 olan Samsung Galaxy A30 markalı mobil telefon, İMEİ kodu **********11906 olan HUAWEİ P Smart Z markalı mobil telefon və İMEİ kodu **********73811 olan Samsung Galaxy A51 markalı mobil telefon olmaqla 833 (səkkiz yüz otuz üç) manat öhdəliyi yaranmışdır. Cavabdeh tərəfindən müqavilənin şərtləri pozularaq xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 756 yeddi yüz əlli altı) manat olan İMEİ kodu **********00770 olan Samsung Galaxy A30 markalı mobil telefon üçün əsas borc qismində ümumilikdə 13 (on üç) manat borcu yaranmışdır. xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 610 (altı yüz on) manat olan İMEİ kodu **********11906 olan HUAWEİ P Smart Z markalı mobil telefon üçün ümumilikdə 131 (yüz otuz bir) manat olmaqla onun 119,4 (bir yüz on doqquz manat qırx qəpik) manat ödənilməmiş hissə, 11,6 (on bir manat altmış qəpik) manat isə cərimə miqdarında borcu yaranmışdır. xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1128,20 (min yüz iyirmi səkkiz manat iyirmi qəpik) manat olan İMEİ kodu **********73811 olan Samsung Galaxy A51 markalı mobil telefon üçün ümumilikdə 689 (altı yüz səksən doqquz) manat olmaqla onun 626,4 (altı yüz iyirmi altı manat qırx qəpik) manat ödənilməmiş hissə, 62,6 (altmış iki manat qırx qəpik) manat isə cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1735,4 (min yeddi yüz otuz beş manat qırx qəpik) manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində Müştəri mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən ümumilikdə 13 (on üç) manat ödənilməmiş hissə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən ümumilikdə 131 (yüz otuz bir) manat ödənilməmiş hissə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 689 (altı yüz səksən doqquz) manat ödənilməmiş hissə olmaqla, toplam 833 (səkkiz yüz otuz üç) manat məbləğində borc və 30 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, İMEİ kodu **********00770 olan Samsung Galaxy A30 markalı mobil telefonu, xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, İMEİ kodu **********11906 olan HUAWEİ P Smart Z markalı mobil telefonu və xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, İMEİ kodu **********73811 olan Samsung Galaxy A51 markalı mobil telefonu Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində yuxarıda qeyd olunan 1-ci müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini 0 manat ilkin ödəniş etməklə 12 ay müddətinə, hər ay 63 manat, 2-ci müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini 0 manat ilkin ödəniş etməklə 10 ay müddətinə, hər ay 61 manat, 3-cü müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini 158 manat ilkin ödəniş etməklə 18 ay müddətinə, hər ay 53,9 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2019-cu il tarixli müqaviləyə ümumilikdə 13 (on üç) manat ödənilməmiş hissə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən ümumilikdə 131 (yüz otuz bir) manat ödənilməmiş hissə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 689 (altı yüz səksən doqquz) manat ödənilməmiş hissə olmaqla, toplam 833 (səkkiz yüz otuz üç) manat məbləğində borcu vardır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki Cavabdeh İddiaçı MMC-dən xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli müqavilələrlə müvafiq olaraq İMEİ kodu **********00770 olan Samsung Galaxy A30 markalı mobil telefon, İMEİ kodu **********11906 olan HUAWEİ P Smart Z markalı mobil telefon və İMEİ kodu **********73811 olan Samsung Galaxy A51 markalı mobil telefon almış, lakin müqavilə öhdəliklərini yerinə yetirməyərək ümumilikdə 833 (səkkiz yüz otuz üç) manat məbləğində borcu yaranmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin olunmalıdır. Məhkəmə hesab edir ki, sözügedən iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 462 (cərimə öhdəliyinə münasibətdə) və 600.4-cü (əsas öhdəliyə münasibətdə) maddələri çıxış edir. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarından görünür ki, alıcı satıcı ilə bağladığı yuxarıda qeyd olunan xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqavilələri üzrə müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Belə olan halda, satıcının verilmiş əşyaların ödənilməsini tələb etmək hüququ vardır. İddia tələbinin faktiki və hüquqi halları ilə MM-in 462 (cəriməyə münasibətdə) və 600.4-cü (əsas borca münasibətdə) maddələrinin dispozitiv şərtləri eynilik təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 AZN məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 13 (on üç) manat məbləğində ödənilməmiş hissə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 119,4 (bir yüz on doqquz manat qırx qəpik) manat ödənilməmiş hissə, 11,6 (on bir manat altmış qəpik) manat cərimə pulu olmaqla, ümumilikdə 131 (bir yüz otuz bir) manat məbləğində, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 626,4 (altı yüz iyirmi altı manat qırx qəpik) manat ödənilməmiş hissə, 62,6 (altmış iki manat qırx qəpik) manat cərimə pulu olmaqla, ümumilikdə 689 (altı yüz səksən doqquz) manat məbləğində olmaqla toplam 833 (səkkiz yüz otuz üç) manat məbləğində borc və 30,40 (otuz manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-230 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 13 (on üç) manat məbləğində ödənilməmiş hissə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 119,4 (bir yüz on doqquz manat qırx qəpik) manat ödənilməmiş hissə, 11,6 (on bir manat altmış qəpik) manat cərimə pulu olmaqla, ümumilikdə 131 (bir yüz otuz bir) manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 626,4 (altı yüz iyirmi altı manat qırx qəpik) manat ödənilməmiş hissə, 62,6 (altmış iki manat qırx qəpik) manat cərimə pulu olmaqla, ümumilikdə 689 (altı yüz səksən doqquz) manat məbləğində olmaqla toplam 833 (səkkiz yüz otuz üç) manat məbləğində borc və 30,40 (otuz manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-2091/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2091/2023
17.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver