Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2098/2023 18.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «pul» tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ********* nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən sonuncu aldığı “Samsung” markalı mobil telefon, smart saat və aksesuara görə 1079,9 (min yetmiş doqquz manat doxsan qəpik) manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən müqavilənin şərtləri pozularaq sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 15 (on beş) manat ödəniş etmiş və qalıq manat əsas 989,9 (doqquz yüz səksən doqquz manat doxsan qəpik) manat, 148,4 (yüz qırx səkkiz manat qırx qəpik) manat cərimə olmaqla ümumilikdə 1138,3 (min yüz otuz səkkiz manat otuz qəpik) manat miqdarında borcu yaranmışdır. Göstərilənlərə əsasən, xx.xx.2022-ci il tarixli ********* nömrəli müqaviləyə əsasən əsas 989,9 (doqquz yüz səksən doqquz manat doxsan qəpik) manat əsas, 148,4 (yüz qırx səkkiz manat qırx qəpik) manat cərimə olmaqla ümumilikdə 1138,3 (min yüz otuz səkkiz manat otuz qəpik) manat miqdarında borc və 31,38 (otuz bir manat otuz səkkiz qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X1 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli ********* nömrəli nisyə alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı “Samsung” markalı mobil telefon, smart saat və və aksesuarı Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində 20 manat ilkin ödəniş etməklə 12 ay müddətinə, hər ay 90 (doxsan) manat öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 16 fevral 2023-cü il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixli ********* nömrəli müqavilə üzrə 989,9 (doqquz yüz səksən doqquz manat doxsan qəpik)əsas borc, 148,4 (yüz qırx səkkiz manat qırx qəpik) manat cərimə borcu vardır. İş materiallarında olan "xxxx" MMC-nin Cavabdeh ünvanladığı bildirişdən görünür ki, sonuncuya borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli ********* nömrəli müqaviləyə əsasən “Samsung” markalı mobil telefon, smart saat və aksesuara görə 1079,9 (min yetmiş doqquz manat doxsan qəpik) manat manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin, Cavabdeh müqavilə üzrə öhdəliklərinə əməl etməmiş və nəticədə 989,9 (doqquz yüz səksən doqquz manat doxsan qəpik)əsas borc, 148,4 (yüz qırx səkkiz manat qırx qəpik) manat cərimə olmaqla, ümumilikdə 1138,3 (min yüz otuz səkkiz manat otuz qəpik) manat borcu yaranmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Sözügedən iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 462 (cərimə öhdəliyinə münasibətdə), 467 (cərimə borcunun azaldılmasına münasibətdə) və 600.4-cü (əsas öhdəliyə münasibətdə) maddələri çıxış edir. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarından görünür ki, alıcı satıcı ilə bağladığı yuxarıda qeyd olunan xx.xx.2022-ci il tarixli ********* nömrəli nisyə alqı-satqı müqavilələri üzrə müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Belə olan halda, satıcının verilmiş əşyaların ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə MM-in 467-ci maddəsinə əsasən, cərimə pulunu 148 (yüz qırx səkkiz) manat məbləğində deyil, 98 (doxsan səkkiz) manat (əsas öhdəliyin 10%-i miqdarında) məbləğində tutmağı məqsədə müvafiq hesab edir. Belə ki, 148 (yüz qırx səkkiz) manat məbləğdə cərimə pulunun tutulması əsaslı, qanuni və ədalətli hesab edilə bilməz. Cərimə pulunun 98 (doxsan səkkiz) manatdan aşağı məbləğdə müəyyən edilməsi bazar iqtisadiyyatının təşviq edilməsi, mövcud iqtisadi şərtlər, biznes maraqları nəzərə alınmaqla iddiaçı nöqteyi-nəzərdən, cərimə pulunun 98 (doxsan səkkiz) manatdan yuxarı məbləğdə müəyyən edilməsi cavabdeh nöqteyi-nəzərdən məqsədə müvafiq hesab edilmir. İddia tələbinin faktiki və hüquqi halları ilə MM-in 462 (cəriməyə münasibətdə), 467 (cərimə borcunun azaldılmasına münasibətdə) və 600.4-cü (əsas borca münasibətdə) maddələrinin dispozitiv şərtləri eynilik təşkil edir. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi təmin olunduğundan Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli ********* nömrəli nisyə alqı-satqı müqaviləsi ləğv edilməlidir. Belə ki, müqavilə əsasında yaranmış mübahisəyə məhkəmənin qətnaməsi ilə hüquqi qiymət verildiyindən və qətnamənin icrası öhdəlik münasibətlərinə xitam üçün yeganə hüquqi əsas olduğundan müqavilə münasibətlərinin davam etməsinin hüquqi cəhətdən hər hansı əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli ********* nömrəli nisyə alqı-satqı müqaviləsi ləğv edilməklə iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli ********* nömrəli müqavilə üzrə 989,9 (doqquz yüz səksən doqquz manat doxsan qəpik) əsas borc, 98 (doxsan səkkiz) manat cərimə olmaqla, ümumilikdə 1087,9 (min səksən yeddi manat doxsan qəpik) manat pul və 31,38 (otuz bir manat otuz səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-230 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ********* nömrəli nisyə alqı-satqı müqaviləsi ləğv edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli ********* nömrəli müqavilə üzrə 989,9 (doqquz yüz səksən doqquz manat doxsan qəpik) əsas borc, 98 (doxsan səkkiz) manat cərimə olmaqla ümumilikdə 1087,9 (min səksən yeddi manat doxsan qəpik) manat pul və 31,38 (otuz bir manat otuz səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-2098/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2098/2023
18.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver