Məhkəmə qərarları › İş №e-2(004)-2098/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2098/2024

09.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2098/2024 09.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC ilə xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ **********73173 İPHONE 13 PRO markalı telefon, APPLE 20W USB-C ADAPTER, İPHONE 13 PRO CASE, İMEİ KOD **********45761 XİAOMİ 11T markalı telefon İMEİ KOD **********39146 XİAOMİ REDMİ NOTE 10S markalı telefon, İMEİ KOD **********14797 HUAWEİ NOVA9SE markalı telefon, AİWA QULAQLİQ almış və nəticədə 3063 (üç min altmış üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3509.82 (üç min beş yüz doqquz manat səksən iki qəpik) manat (18 ay x 194.99 manat + 0 manat ilkin ödəniş) İMEİ **********73173 İPHONE 13 PRO markalı telefon, APPLE 20W USB-C ADAPTER, İPHONE 13 PRO CASE üçün ümumilikdə, 1935 (min doqquz yüz otuz beş) manat olmaqla ondan, 1759.82 (min yeddi yüz əlli doqquz manat səksən iki qəpik) manat ödənilməmiş hissə, 175.18 (yüz yetmiş beş manat on səkkiz qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1373.94 (min üç yüz yetmiş üç manat doxsan dörd qəpik) manat (18 ay x 76.33 manat + 0 manat ilkin ödəniş) İMEİ KOD **********45761 XİAOMİ 11T markalı telefon üçün ümumilikdə, 721 (yeddi yüz iyirmi bir) manat olmaqla ondan, 655.61 (altı yüz əlli beş manat altmış bir qəpik) manat ödənilməmiş hissə, 65.39 (altmış beş manat otuz doqquz qəpik) cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 830.16 (səkkiz yüz otuz manat on altı qəpik) manat (18 ay x 46.12 manat + 0 manat ilkin ödəniş) İMEİ KOD **********39146 XİAOMİ REDMİ NOTE 10S markalı telefüoçnün ümumilikdə, 372 (üç yüz yetmiş iki) manat olmaqla ondan, 338.16 (üç yüz otuz səkkiz manat on altı qəpik) manat ödənilməmiş hissə, 33.84 (otuz üç manat səksən dörd qəpik) cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1091.88 (min doxsan bir manat səksən səkkiz qəpik) manat (18 ay x 60.66 manat + 0 manat ilkin ödəniş) İMEİ KOD **********14797 HUAWEİ NOVA9SE markalı telefon, AİWA QULAQLİQ üçün ümumilikdə, 35 (otuz beş) manat olmaqla ondan, 31.86 (otuz bir manat səksən altı qəpik) manat ödənilməmiş hissə, 3.14 (üç manat on dörd qəpik) cərimə borcu yaranmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, xx.xx.2022-ci il tarixində İMEİ KOD **********14797 HUAWEİ NOVA 9SE markalı telefon, PAKET L dan imtina etmiş və cavadehin borcundan 976.01 manat silinmişdir. Cavabdehin xx.xx.2022-ci il, xx.xx.2022-ci il , xx.xx.2022-ci il tarixli müqavilələr üzrə cəmi ödədiyi məbləğ 2960.33 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə ödənilən borc 84.01 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 976.01 manat, ümumilikdə 1060.02 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İMEİ **********73173 İPHONE 13 PRO markalı telefon, APPLE 20W USB-C ADAPTER, İPHONE 13 PRO CASE üçün 1759.82 (min yeddi yüz əlli doqquz manat səksən iki qəpik) manat ödənilməmiş hissə, 175.18 (yüz yetmiş beş manat on səkkiz qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İMEİ KOD **********45761 XİAOMİ 11T markalı telefonüçün 655.61 (altı yüz əlli beş manat altmış bir qəpik) manat ödənilməmiş hissə, 65.39 (altmış beş manat otuz doqquz qəpik) cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İMEİ KOD **********39146 XİAOMİ REDMİ NOTE 10S markalı telefoünçün 338.16 (üç yüz otuz səkkiz manat on altı qəpik) manat ödənilməmiş hissə, 33.84 (otuz üç manat səksən dörd qəpik) cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İMEİ KOD **********14797 HUAWEİ NOVA 9SE markalı telefon, AİWA QULAQLİQ üçün 31.86 (otuz bir manat səksən altı qəpik) manat ödənilməmiş hissə, 3.14 (üç manat on dörd qəpik) cərimə olmaqla yekun olaraq 3063 (üç min altmış üç) manat borc, 50.63 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il müqavilələrdən görünür ki, İMEİ **********73173 İPHONE 13 PRO markalı telefon, APPLE 20W USB-C ADAPTER, İPHONE 13 PRO CASE, İMEİ KOD **********45761 XİAOMİ 11T markalı telefon İMEİ KOD **********39146 XİAOMİ REDMİ NOTE 10S markalı telefon, İMEİ KOD **********14797 HUAWEİ NOVA9SE markalı telefon, AİWA QULAQLİQİ iddiaçı "xxxx" MMC Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində yuxarıda qeyd olunan müqavilələr ilə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən müvafiq olaraq 1759.82 (min yeddi yüz əlli doqquz manat səksən iki qəpik) manat ödənilməmiş hissə, 175.18 (yüz yetmiş beş manat on səkkiz qəpik) manat cərimə, 655.61 (altı yüz əlli beş manat altmış bir qəpik) manat ödənilməmiş hissə, 65.39 (altmış beş manat otuz doqquz qəpik) cərimə, 338.16 (üç yüz otuz səkkiz manat on altı qəpik) manat ödənilməmiş hissə, 33.84 (otuz üç manat səksən dörd qəpik) cərimə və 31.86 (otuz bir manat səksən altı qəpik) manat ödənilməmiş hissə, 3.14 (üç manat on dörd qəpik) cərimə olmaqla yekun olaraq 3063 (üç min altmış üç) manat məbləğində borcu yaranmışdır. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu göndərilməklə cavabdehə pul məbləğinin ödənilməsi təklif edilmiş, lakin, müsbət nəticə əldə olunmamışdır. Məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh İddiaçı MMC ilə xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ **********73173 İPHONE 13 PRO markalı telefon, APPLE 20W USB-C ADAPTER, İPHONE 13 PRO CASE, İMEİ KOD **********45761 XİAOMİ 11T markalı telefon İMEİ KOD **********39146 XİAOMİ REDMİ NOTE 10S markalı telefon, İMEİ KOD **********14797 HUAWEİ NOVA9SE markalı telefon, AİWA QULAQLİQ almış və nəticədə 3063 (üç min altmış üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3509.82 (üç min beş yüz doqquz manat səksən iki qəpik) manat (18 ay x 194.99 manat + 0 manat ilkin ödəniş) İMEİ **********73173 İPHONE 13 PRO markalı telefon, APPLE 20W USB-C ADAPTER, İPHONE 13 PRO CASE üçün ümumilikdə, 1935 (min doqquz yüz otuz beş) manat olmaqla ondan, 1759.82 (min yeddi yüz əlli doqquz manat səksən iki qəpik) manat ödənilməmiş hissə, 175.18 (yüz yetmiş beş manat on səkkiz qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1373.94 (min üç yüz yetmiş üç manat doxsan dörd qəpik) manat (18 ay x 76.33 manat + 0 manat ilkin ödəniş) İMEİ KOD **********45761 XİAOMİ 11T markalı telefon üçün ümumilikdə, 721 (yeddi yüz iyirmi bir) manat olmaqla ondan, 655.61 (altı yüz əlli beş manat altmış bir qəpik) manat ödənilməmiş hissə, 65.39 (altmış beş manat otuz doqquz qəpik) cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 830.16 (səkkiz yüz otuz manat on altı qəpik) manat (18 ay x 46.12 manat + 0 manat ilkin ödəniş) İMEİ KOD **********39146 XİAOMİ REDMİ NOTE 10S markalı telefüoçnün ümumilikdə, 372 (üç yüz yetmiş iki) manat olmaqla ondan, 338.16 (üç yüz otuz səkkiz manat on altı qəpik) manat ödənilməmiş hissə, 33.84 (otuz üç manat səksən dörd qəpik) cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1091.88 (min doxsan bir manat səksən səkkiz qəpik) manat (18 ay x 60.66 manat + 0 manat ilkin ödəniş) İMEİ KOD **********14797 HUAWEİ NOVA9SE markalı telefon, AİWA QULAQLİQ üçün ümumilikdə, 35 (otuz beş) manat olmaqla ondan, 31.86 (otuz bir manat səksən altı qəpik) manat ödənilməmiş hissə, 3.14 (üç manat on dörd qəpik) cərimə borcu yaranmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin olunmalıdır. Sözügedən iddia tələbinin qanuni əsası qismində tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqavilələrinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 462 (cəriməyə münasibətdə) və 600.4-cü (əsas borca münasibətdə) maddələri çıxış edir. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarından görünür ki, Alıcı Satıcı ilə bağladığı yuxarıda qeyd olunan xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Belə olan halda, satıcının verilmiş əşyaların ödənilməsini tələb etmək hüququ vardır. İddia tələbinin faktiki və hüquqi halları ilə tərəflər arasında bağlanmış nisyə alqısatqı müqavilələrinin şərtləri və MM-in 462 (cəriməyə münasibətdə) və 600.4-cü (əsas borca münasibətdə) maddələrinin dispozitiv şərtləri eynilik təşkil edir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdeh tərəfindən iddia tələbinin təkzib edilməsi istiqamətində sənəd, sübut və ya materiallar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 50.63 (əlli manat altmış üç qəpik) manat məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən müvafiq olaraq 1759.82 (min yeddi yüz əlli doqquz manat səksən iki qəpik) manat ödənilməmiş hissə, 175.18 (yüz yetmiş beş manat on səkkiz qəpik) manat cərimə, 655.61 (altı yüz əlli beş manat altmış bir qəpik) manat ödənilməmiş hissə, 65.39 (altmış beş manat otuz doqquz qəpik) cərimə, 338.16 (üç yüz otuz səkkiz manat on altı qəpik) manat ödənilməmiş hissə, 33.84 (otuz üç manat səksən dörd qəpik) cərimə və 31.86 (otuz bir manat səksən altı qəpik) manat ödənilməmiş hissə, 3.14 (üç manat on dörd qəpik) cərimə borcu olmaqla yekun olaraq 3063 (üç min altmış üç) manat məbləğində pul və ödənilmiş 50.63 (əlli manat altmış üç qəpik) manat dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-230 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən müvafiq olaraq 1759.82 (min yeddi yüz əlli doqquz manat səksən iki qəpik) manat ödənilməmiş hissə, 175.18 (yüz yetmiş beş manat on səkkiz qəpik) manat cərimə, 655.61 (altı yüz əlli beş manat altmış bir qəpik) manat ödənilməmiş hissə, 65.39 (altmış beş manat otuz doqquz qəpik) cərimə, 338.16 (üç yüz otuz səkkiz manat on altı qəpik) manat ödənilməmiş hissə, 33.84 (otuz üç manat səksən dörd qəpik) cərimə və 31.86 (otuz bir manat səksən altı qəpik) manat ödənilməmiş hissə, 3.14 (üç manat on dörd qəpik) cərimə borcu olmaqla yekun olaraq 3063 (üç min altmış üç) manat məbləğində pul və ödənilmiş 50.63 (əlli manat altmış üç qəpik) manat dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar