Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2125/2024 17.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC ilə xx.xx.2023-cü il tarixli HHA 19085 nömrəli müqavilə bağlamaqla Apple İ-phone SE 64 GB markalı telefon alaraq 362 ABŞ dolları öhdəliyi yaranmışdır. Cavabdeh ilkin olaraq 17 ABŞ dolları ödəməklə sözügedən məbləği 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.5-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində Müştəri mübahisəsiz olaraq cərimə ödəyir. Lakin, Cavabdeh müqavilə öhdəliklələrinə əməl etməmiş və nəticədə 345 ABŞ dolları əsas borcu yaranmışdır. Göstərilənlər nəzərə alınmaqla, Cavabdeh 345 ABŞ dolları əsas borc (ekvivalenti ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının kursuna müvafiq olaraq), 86 ABŞ dolları (ekvivalenti ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının kursuna müvafiq olaraq) cərimə borcu və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi xahiş edilir. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli HHA 19085 nömrəli müqavilədən görünür ki, Apple İ-phone SE 64 GB markalı mobil telefonu İddiaçı MMC Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində yuxarıda qeyd olunan müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixli HHA 19085 müqavilə üzrə 345 ABŞ dolları əsas borc (ekvivalenti ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının kursuna müvafiq olaraq), 86 ABŞ dolları (ekvivalenti ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının kursuna müvafiq olaraq) cərimə borcu vardır. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli yazılı bildiriş göndərilməklə cavabdehə pul məbləğinin ödənilməsi təklif edilmiş, lakin, müsbət nəticə əldə olunmamışdır. Məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh İddiaçı MMC ilə xx.xx.2023-cü il tarixli HHA 19085 nömrəli müqavilə bağlamaqla Apple İ-phone SE 64 GB markalı telefon alaraq 362 ABŞ dolları öhdəliyi yaranmışdır. Cavabdeh ilkin olaraq 17 ABŞ dolları ödəməklə sözügedən məbləği 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.5-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində Müştəri mübahisəsiz olaraq cərimə ödəyir. Lakin, Cavabdeh müqavilə öhdəliklələrinə əməl etməmiş və nəticədə 345 ABŞ dolları əsas borcu yaranmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Sözügedən iddia tələbinin qanuni əsası qismində tərəflər arasında bağlanmış nisyə alqısatqı müqavilələrinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 462 (dəbbə puluna münasibətdə), 467 (dəbbə pulunun məbləğinin məhkəmə tərəfindən azaldılmasına münasibətdə) və 600.4-cü (əsas öhdəliyə münasibətdə) maddələri çıxış edir. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İddia tələbinin faktiki və hüquqi halları ilə tərəflər arasında bağlanmış nisyə alqısatqı müqavilələrinin şərtləri və MM-in 462, 467 və 600.4-cü maddələrinin dispozitiv şərtləri eynilik təşkil edir. İş materiallarından görünür ki, “Alıcı” Cavabdeh xx.xx.2023-cü il tarixli HHA 19085 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə üzrə müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Belə olan halda, “Satıcı”nın verilmiş əşyaların ödənilməsini tələb etmək hüququ vardır. “Satıcı” müqavilə predmeti olan daşınar əşyaları “Alıcı”ya təhvil vermiş, “Alıcı” isə müqavilə şərtlərinə riayət etməməklə müqavilə öhdəliklərini pozmuşdur. Məhkəmə MM-in 467-ci maddəsinə əsasən, dəbbə pulunu xx.xx.2023-cü il tarixli HHA 19085 nömrəli müqavilə üzrə 86 ABŞ dolları məbləğində deyil, 30 ABŞ dolları məbləğində tutmağı məqsədə müvafiq hesab edir. Lakin, cərimə pulunun sözügedən məbləğdən aşağı məbləğdə müəyyən edilməsi bazar iqtisadiyyatının təşviq edilməsi, mövcud iqtisadi şərtlər, biznes maraqları nəzərə alınmaqla iddiaçı nöqteyi-nəzərdən, yuxarı məbləğdə müəyyənləşdirilməsi isə ümumi öhdəliyin həcmi, əhəmiyyəti nəzərə alınmaqla cavabdeh nöqteyi-nəzərdən məqsədə müvafiq hesab edilmir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdeh tərəfindən iddia tələbinə dair təkzibetmə funksiyası həyata keçirilməmişdir. Bu səbəbdən, məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla kifayətlənməyi əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 30 (otuz) manat məhkəmə xərci də cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 345 (üç yüz qırx beş) ABŞ dolları əsas borc (ekvivalenti ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının kursuna müvafiq olaraq), 30 (otuz) ABŞ dolları (ekvivalenti ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının kursuna müvafiq olaraq) cərimə borcu olmaqla ümumilikdə 375 (üç yüz yetmiş beş) ABŞ dolları (ekvivalenti ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının kursuna müvafiq olaraq) və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 345 (üç yüz qırx beş) ABŞ dolları əsas borc (ekvivalenti ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının kursuna müvafiq olaraq), 30 (otuz) ABŞ dolları (ekvivalenti ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının kursuna müvafiq olaraq) cərimə borcu olmaqla ümumilikdə 375 (üç yüz yetmiş beş) ABŞ dolları (ekvivalenti ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının kursuna müvafiq olaraq) və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-2125/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2125/2024
17.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver