Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-213/2023 18.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X44 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vərəsəlik hüququndan məhrumetmə və vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “vərəsəlik hüququndan məhrumetmə və vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X23 qalan miras üzrə Cavabdeh vərəsəlik hüququndan məhrum edilməsi və İddiaçı mərhum X12nun yeganə vərəsəsi kimi tanınması, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X23 miras qalan ünvan 1 ünvanında yerləşən mənzilin üzərində İddiaçı tam hissədə payının müəyyən edilməsi və buna dair vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum mirasqoyan xx.xx.1955-ci il təvəllüdlü X49 xx.xx.2022-ci ildə vəfat etmişdir. Mərhumun ölümü ilə əlaqədar onun arvadı Cavabdeh və bacısının oğlu İddiaçı Bakı şəhəri 5 saylı Notariat Ofisinə müraciət etmiş, hər ikisi mirasın qəbul edilməsi ilə bağlı ərizə təqdim etmişlər. Lakin notarius iddiaçıya birinci növbə vərəsə olmadığı üçün vərəsəlik şəhadətnaməsi verməkdən imtina etmişdir. Mərhumun övladı – X50 isə, 5 saylı Notariat Ofisinə ərizə ünvanlayaraq, ona çatacaq miras payından imtina etmişdir. Mərhumun digər vərəsələri, mərhumdan daha öncə vəfat etmişlər. Miras tərkibi mirasqoyan X30 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən ibarətdir. İddiaçının atası X24 1992-ci ildə, X3 isə 2004-cü ildə vəfat etmişdir. Valideynlərinin hər ikisini itirən vaxtda iddiaçı yetkinlik yaşına çatmamışdır. Buna görə, İddiaçı yaxın qohumu olan dayısı mirasqoyan X30 qəyyumluğuna və himayəsinə verilmiş və onunla birgə yaşamışdır. Cavabdeh ilə miraqoyanın münasibətləri hər zaman münaqişəli olmuşdur, onlar 2010-cu ildən bəri Bakıda ayrı yaşamağa başlamışlar. 2015- ci ildən etibarən isə, Cavabdeh mərhum ərini birdəfəlik tərk etmiş və Rusiya Federasiyasına köçmüşdür və RF-in vətəndaşlığını əldə etmişdir. Həmin tarixdən etibarən, İrina bir dəfə də olsun Azərbaycana, ərinin yanına gəlməmiş, onu ziyarət etməmişdir. Eyni şəkildə, əri Nəcəfov Əli arvadının yanına Rusiyaya getməmiş, onunla maraqlanmamışdır. Dayısı ilə birlikdə yaşamış iddiaçı dayısının ömrünün son 5 ilində tək yaşadığını, cavabdeh ilə ünsiyyətinin olmamasını bildirir. Göründüyü kimi nikaha faktiki olaraq xitam verilmişdir: cavabdeh 2015-ci ildə mərhum mirasqoyanı birdəfəlik tərk edərək, Rusiya Federasiyasına köçmüşdür və oğlu ilə birlikdə Rusiya Federasiyasının vətəndaşlığını almışdır. Cavabdeh İrina Əlinin vərəsəsi ola bilməz, o, vərəsəlikdən məhrum edilməlidir. Çünki onlar arasında olan nikaha çoxdan faktiki olaraq xitam verilmişdir. İddiaçı qanun üzrə ikinci növbə vərəsə sayılır, çünki miras açılan tarixə onun anası, yəni mirasqoyanın bacısı Nərminə Nəcəfova sağ deyil. Mirasqoyanın birinci növbə iki vərəsəsi var idi: arvadı və övladı. Övladı mirasdan imtina etmiş, arvadı isə mirasdan məhrum edilməlidir. Belə olan halda isə, miras ikinci növbə vərəsəyə, yəni iddiaçıya keçməlidir. Daha sonra cavabdehin nümayəndəsi və vəkili Nümayəndə İddiaçı Cavabdeh qarşı “vərəsəlik hüququndan məhrumetmə və vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair iddia ərizəsinə etiraz təqdim edərək etirazında qeyd etmişdir ki, iddia tələbinin predmeti cavabdehin vərəsəlik hüququndan məhrum edilməsi və s. ibarət olmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinə əsaslanır. Qeyd edilən tələb işin faktiki hallarına, Azərbaycan Respublikası Konstitusiyasına, Ailə Məcəlləsinə zidd olduğundan qanunsuzdur. Cavabdehin iddiaçı ilə olduğu nikah faktiki deyil, hüquqi, dövlət tərəfindən tanınan nikah olmuşdur, odur ki, həmin münasibətlərə Mülki Məcəllənin 1164-cü maddəsi tətbiq oluna bilməz. Mülki Məcəllənin 1164-cü maddəsi (1944-cü ilə qədər) qeydə alınmayan nikaha aiddir. Mövcud nikah yetkinlik yaşına çatmış, tam fəaliyyət qabiliyyətli şəxslər arasında olmuşdur, nikahın qüvvədə qalması onların qarşılıqlı iradəsindən asılı olan məsələdir, bir halda ki, ölənin öldüyü günə qədər nikahın xitam verilməsi barədə məhkəmə aktı olmamışdırsa, deməli tərəflər dövlət tərəfindən qeydiyyata alınan nikahda olmağa davam etmişlər. Qeyd edilənləri nəzərə alaraq xahiş edir ki, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilsin. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinə uyğun izahat verərək bildirmişdir ki, iddialarını müdafiə edirlər. Cavabdehlə mərhumun nikah münasibətlərinə faktiki olaraq 2010-cu ildən xitam verilmişdir. Belə ki, cavabdehlə mərhum 2010-cu ildən ayrı yaşamağa başlamış, 2015-ci ildən sonra isə Rusiya Federasiyasına köçmüş və Rusiya Federasiyası vətəndaşlığını almaq üçün müraciət etmişdir. Bundan sonra cavabdeh və onun övladlarına Rusiya Federasiyası vətəndaşlığı verilir və Rusiya Federasiyası passportlarını alırlar. Vətəndaşlıq aldıqdan sonra bir dəfə də olsun yoldaşının yanına gəlməmiş, onu ziyarət etməmişdir. Eyni zaman da iddiaçı mərhumla birlikdə yaşamış və həmin evə rəsmi qeydiyyatdadır. Cavabdeh mərhumun vəfat etməsi xəbərini alar-almaz ölkəyə qayıtmış və miras əmlakı əldə etmək üçün bir sıra hərəkətlər etmişdir. Mübahisə predmeti olan mənzilə daxil olaraq kilidi dəyişərək açarı özündə saxlamışdır. Buna görə də iddiaçı öz yaşadığı evə daxil ola bilmir. Cavabdeh ərini 2018-ci ildə tərk edib. Məlumatda da göstərilir ki, 2018-ci ilin iyun ayında xanım ölkədən çıxıb. Daha sonra cavabdeh sentyabr ayında 30 gün müddətinə ölkəyə gəlib. Sonra uzun bir müddət gəlmir. Daha sonra 2019-cu ilin dekabr ayında oğlunun yanında, yeni ildə gəlir, Yeni ili oğlu ilə birlikdə keçirir, əri ilə qətiyyən görüşmür, sonra isə gedir. Daha sonra ərinin öldüyünü bilən kimi gəlir ki, burada vərəsəlik işi açsın, zəruri sənədləri toplasın. Vərəsəlik işi açdıqdan sonra isə dərhal ölkədən çıxıb gedir. Onda olan məlumatlara görə cavabdeh reinkarnasiya üzrə konsultantdır. Bu məlumatı sadəcə tərəfin İnstagram səhifəsindən əldə etmək kifayət edir. Səhifədə də qeyd olunur ki, cavabdeh magiya üzrə konsultantdır. Cavabdehin övladı X50 hazırda Rusiya Federasiyasında anası, bacısı Oksana, bacısının əri və üç uşağı ilə birlikdə mehribancasına yaşayırlar. Mülki qanunvericiliyə əsasən əgər vəsiyyətnamə yoxdursa, mirasın bölünməsi növbələr üzrə həyata keçirilir. Birinci növbədə onun yoldaşı və övladı Nəcəfov Aydın var. Nəcəfov Aydın nümayəndəsi vasitəsi ilə kiminsə xeyrinə deyil, ümumiyyətlə, imtina edib vərəsəlikdən çıxıb. Qalır birinci növbədə yoldaşı İrina Borisovna. O da üç il ərzində yoldaşı ilə maraqlanmadığı üçün, onunla görüşmədiyi üçün onların münasibətləri faktiki olaraq çoxdan bitdiyi üçün vərəsəlik hüququndan məhrum edilə bilər. O, məhrum edildikdə isə birinci növbədə heç bir vərəsə qalmır. Bu zaman da ikinci növbə meydana çıxır. İkinci növbədə isə onun bacısı oğlunun vərəsəlik hüququ yaranır. Mülki Məcəllənin tələblərinə əsasən əgər miras açıldığı dövrdə miras qoyanın bacısı sağ olmazsa, onun uşağı vərəsəlik hüququnu əldə edir. Miras qoyanın başqa heç bir qohumu yoxdur. Miras qoyanın anası və atası rəhmətə gedib. Bir övladı, bir arvadı və bir bacısı olub. Bacısı 2004-cü ildə rəhmətə gedib. Bundan sonra bacısının oğlu miras qoyanın qəyyumluğuna keçib və onlar eyni evdə yaşamağa başlayıblar. Qanunun tələblərinə görə əgər birinci növbədə heç bir vərəsə yoxdursa, ikinci növbəyə baxılır. İkinci növbədə də bacılar, qardaşlar və onların uşaqları vərəsə hesab olunur. Cavabdeh ikili vətəndaşlığı var. Aydın hazırda Azərbaycan vətəndaşı olsa da, Rusiya Federasiyasının vətəndaşıdır. Bu fakt təsbit olundu və onun şəxsiyyət vəsiqəsi də deaktiv olunub. Onun şəxsiyyət vəsiqəsi sistemdə yoxdur, yalnız xarici pasport ilə idarə olunur. Azərbaycanda anadan olub, indi isə Rusiya vətəndaşıdır. Mərhumun ölüm xəbərini alanda Cavabdeh və Aydın Nəcəfov birlikdə Rusiyada bir ailə kimi yaşayırdılar. İrina xanım oğluna deyib ki, sən gəlmə, bu artıq xərcdir. Mən Bakıda vərəsəlik işi açaram, sən imtina edərsən paydan, yeganə vərəsə kimi mən qalaram və evi satıb Rusiyaya qayıdaram. Ona bütün bunları İrina xanım özü deyib. Məqsəd nikahdan imtina etmək olub. Həm Rusiya Federasiyasının, həm də Azərbaycan Respublikasının qanunvericiliyində belə bir müddəa var. Əgər mirasdan imtina barədə əməliyyat aparılırsa, mirasdan imtina səlahiyyəti mütləq qaydada etibarnamədə göstərilməlidir. Aydının öz anasına verdiyi etibarnamədə mirasdan imtina səlahiyyəti göstərilir. Bundan əlavə, anası köçdükdən sonra Aydın da atasını tərk edib və başqa bir evdə yaşamağa başlayıb. 2018-ci ildə anası Azərbaycana gələndə Aydının evinə gedir. 2019-cu ildə Yeni ildə də gələndə gedib Aydının yanında qalır. Bununla bağlı sübutları var. Qarşı tərəfin vəkili qeyd edir ki, İrina xanım imkanı olmadığı üçün işləmək məqsədilə Rusiyaya getmişdir. Lakin onun əlində sənəd var ki, 2018-ci ildə cavabdehin qeydiyyatda olduğu Sovetskidəki ev sökülüb, cavabdeh 70000 manat əldə edib və o pullarla birlikdə Rusiyaya gedib. Cavabdeh və onun oğlu X50 Bakı şəhəri, Yasamal rayonu, X72 küçəsi 10 ünvanında qeydiyyatdadırlar. 2017-ci ildən etibarən həmin ərazi Sovetski adlanır. Sovetskinin sökülmə prosesləri gedirdi və İrina xanım bilirdi ki, mənzili artıq söküləcək və ona böyük bir kompensasiya vəd edilir. 2018-ci ildən etibarən iyul ayında İrina xanım köçür. Sərhədkeçmə ilə bağlı təqdim etdiyi sübuta əsasən 2018-ci ilin sentyabrında Cavabdeh Azərbaycana qayıdır. Eyni zamanda təqdim etdiyi sənədə əsasən müəyyən olunur ki, 2018-ci ilin sentyabr ayında müqavilə imzalanır və 70000 manat vəsait ona verilir. Bu pulun alınmasını da Yasamal Rayon İcra Hakimiyyət orqanından əldə olunan məktub sübut edir. Aydın başqa evdə yaşayıb. Həmin ev barədə məlumatlar araşdırılır. Lakin başqa bir sübut da təqdim edə bilər ki, 2019-cu ildə Cavabdeh yoldaşının yanına deyil, oğlunun evinə gəlir və oğlu ilə birlikdə Yeni il qeyd edir. Cavabdehin İnstagram səhifəsindən bunu sübut edən şəkli var. İrina xanımla Aydının birlikdə Yeni il qeyd etdikləri şəkil Aydının yaşadığı evdə çəkilib. X49 ağır vəziyyətdə 21 iyul 2019-cu il tarixində 5 saylı klinik xəstəxanaya çatdırılır, orada 20 günə yaxın ağır vəziyyətdə saxlanılır və müalicə olunur. Nəcəfov Aydın beyin infarktından müalicə olunmuşdur. Daha dəqiq desə, kəskin beyin qan dövranının pozulması. Nəcəfov Aydın həmin xəstəxanaya hərəkətsizlik, yaddaş zəifliyi və danışmaqda çətinlik kimi əlamətlərlə gəlmişdir. Bu məlumatları o, iddiaçıdan əldə etmişdir. İddiaçı xaricdən gəlib mərhuma baş çəkdikdə mərhum ona bildirir ki, ailəsi onu atıb gedib. İddiaçı xaricdə təhsil almışdır. Eyni zamanda qeyd edir ki, həkim qeydlərində xəstəyə nələrin icazə verilməməsi, hansı qulluğun tələb olunduğu, nə kimi problemlərlə üzləşə biləcəyi qeyd olunur. Həmçinin ölüm haqqında şəhadətnamə ilə diaqnoz eynidir. Baxımsızlıqla müşayiət olunduğu üçün 3 il sonra şəxs vəfat edib. Mərhumun nikahın pozulması ilə bağlı məhkəməyə deyil, müvafiq ica hakimiyyəti orqanına müraciəti olub. Bununla bağlı o, sənədi əldə etmək istəmiş, lakin ona onlarda imtinaların reyestrinin aparılmadığını bildirmişlər. Prokurorluğa müraciət edən onun qonşusu Ramazanova Gültən olmuşdur. Ramazanova Gültən mərhumun qonşusudur. O digər qonşulara bildirir ki, Nəcəfov Əlidən səs çıxmır. Onun evinə zəng edilir və zəngin səsi gəlsə də, yenə də bir xəbər çıxmır. X36 fövqəladəyə, polisə, X55 zəng edir. X46 gəlir, mənzilin qapısı açılır və onun meyidi çıxarılır. Martın 17-i mərhumun meyidi aşkar olunub. Martın 22-də isə Aydın İrina xanıma etibarnamə verib. Prokuror mərhumun bütün əşyalarını, sənədlərini Cavabdeh verib. Qarşı tərəfin vəkili qeyd edir ki, o bütün məlmatları İddiaçı almışdır. O, Sovetskidə mərhumun bütün qonşularının ərizəsini təqdim edir. Bu ərizələr mərhumla İrina xanımın faktiki münasibətlərinin bitməsinə, onların tək yaşamalarına dair ərizələrdir. Eyni zamanda, tərəf bildirə bilər ki, qonşular qərəzli ola bilərlər. O, mərhumun bibisi qızlarının da ərizələrini təqdim edir. Seyidova Gülnarə və Fərəcova Fidan mərhumun bibisi qızlarıdır. Mərhumun yaşadığı məhlədə də 11 qoşu var. Evlər nisbətən iç-içədir. Həmin 11 qonşudan 9-u ərizə təqdim ediblər. Ərizələrini təqdim etdiyi qonşular Sovetskidə mərhumun yaşadığı ünvana qonşuluqda yaşayırlar. Həmin ünvan Zibərbəy Əhmədbəyov küçəsi kimi qeyd olunur. Cavabdeh yaşadığı və sökülən ünvan isə ayrıdır. O, qonşuların mərhum haqqında mənfi rəy verməsini bildirməmişdir. Cavabdeh mərhumu tərk etməsinin səbəbi elə onun xasiyyətinin ağır olmasıdır. O, İrina xanımla görüşəndə o özü ona bunu bildirmişdir. Əgər nikah haqqında şəhadətnaməyə baxılsa, görmək olar ki, cavabdehin ilkin soyadı Dolamenko olub. 07 aprel 1998-ci ildə Nəcəfov Aydın anadan olur. Nəcəfov Aydın nikahdan kənar doğulur və ona anasının soyadı verilir. Daha sonra cavabdeh və X49 nikaha daxil olurlar və ata öz soyadını atalığın müəyyən olunması ilə oğluna verir. Daha sonra Aydın 16 yaşında şəxsiyyət vəsiqəsi alır. Sadəcə şəxsiyyət vəsiqəsinin müddəti bitir və qeydiyyatda olduğu ünvan da sökülmə ilə bağlı deaktiv edilir. Yeni şəxsiyyət vəsiqəsinin alınması ilə bağlı müraciət edən zaman da Aydın Azərbaycan Respublikasına müraciət etmir. Çünki Rusiyaya gedir və orada vətəndaşlıq alır. Burada da onun deaktiv şəxsiyyət vəsiqəsi var. Keçən məhkəmə prosesində onlar Cavabdeh sərhəd məlumatlarını çıxarmışlar. Cavabdeh və Nəcəfov Aydının sərhəd məlumatlarını müqayisə edən zaman müəyyən faktlar ortaya çıxır. 2018-ci ilin iyul ayında cavabdeh yoldaşı ilə olan münasibətlərə kəskin şəkildə xitam verir və Rusiyaya köçür. Onun Rusiyaya köçməkdə məqsədi Rusiya vətəndaşlığı almaq, qızının yanına köçmək, orada özünə həyat şəraiti qurmaq və yoldaşı ilə münasibətlərə faktiki olaraq tamamilə xitam vermək idi. Yəni cavabdeh həyatının davamını yalnız Rusiyada görür. Bunu da sübut edən kifayət qədər sübutlar var. Cavabdehin nümayəndəsi cavabdehin Rusiyaya getməsinin səbəbi kimi maddi cəhətdən zəif olmasını göstərir, lakin bu heç də belə deyil. Cavabdeh 2018-ci ildən bəri cəmi iki dəfə Azərbaycana gəlib və sadəcə 10 gün Azərbaycanda qalıb. İrina xanımın Azərbaycana gəlməsində bir səbəb sentyabrın 3-ü İcra Hakimiyyəti ilə müqavilə bağlaması olub. Müqavilə bağlanılıb, onun bank hesabına 70000 manat pul köçürülüb. X7 məlumatlarına baxdıqda müəyyən olunur ki, oktyabr ayında Aydın və İrina xanım ikisi birlikdə Moskvaya gediblər. X42rın heç biri ilə getmir. İrina xanım artıq əlində pul vəsaiti də olduğu üçün oğlu ilə birlikdə Moskvaya gedir, orada “Vətənəqayıdış” proqramı ilə vətəndaşlıq almaq üçün müraciət etməyi planlaşdırır. Çünki onlar rus mənşəlidirlər. Bu nikah haqqında şəhadətnamədən də aydın olur. Rusiya qanunvericiliyində də rus mənşəli adamlara vətəndaşlığın verilməsi tanınır. İrina xanım və oğlu birlikdə Rusiyaya gedib vətəndaşlıq üçün müraciət edirlər. Daha sonra İrina xanım orada qalır, X50 isə ölkəyə qayıdır. Aydının sərhəd məlumatlarına baxılsa, görmək olar ki, 26 dekabrda o, Moskvaya anasının, bacısının, bacısının ərinin, bacısının uşaqlarının yanına Yeni ili qeyd etmək məqsədilə gedir. Bunun sübutu kimi Cavabdeh qızının İnstagram səhifəsindən fotoşəkil təqdim olunub. Fotoşəkil 1 yanvar 2019-cu ildə çəkilmişdir. Sərhəd məlumatlarına da baxdıqda görünür ki, X60 26 dekabrda gedir və 07 yanvarda qayıdır. Fotoşəkildəki şəxslər Cavabdeh, cavabdehin kürəkəni Ruslan Bavrin, cavabdehin qızı X26, X1 və Nəcəfov Aydındır. Fotoşəkildə olan Oksana xanımın qızı onun birinci nikahdan olan qızıdır. İki şəxs ayrılırsa, mütləq qaydada biri digərini evdən qovmaq məcburiyyətində deyil. İki şəxs başqa səbəblərdən də, başqa formada da ayrıla bilər. Məsələn Cavabdeh, əşyalarını yığdı, düşündü ki, Rusiyada evi var, Azərbaycanda da İcra Hakimiyyətindən 70000 alıb, oğlu ilə də birlikdə getdi Rusiyaya. Bu səbəbdən də 2018-ci ildən bəri bir dəfə də olsun mərhumu ziyarət etməyib. Mərhumun vəziyyəti pisləşib, xəstəxanaya düşüb, danışıq qabiliyyətini itirib, hərəkətsizliyi olub, 20 gün xəstəxanada qalıb həmin dövr ərzində Cavabdeh onu bir dəfə də olsun ziyarət etməyib. Yeni ildə şənlənmək məqsədilə gəlir, amma ərinə dəyməyə bir dəfə də olsun gəlmir. Mərhum cavabdehin deyil, oğlu Nəcəfov Aydının onun yanına gəlməsini, ona baş çəkməsini gözləyirdi. Cavabdeh ümidini onsuz da kəsmişdi. Ailə münasibətlərinin göstəriciləri birgə təsərrüfat, qarşılıqlı hörmət, qayğı, birgə yaşamaqdır. Sərhəd Xidmətindən olan məlumatlara baxılsa, görülər ki, X60 ailəsi ilə Yeni ili qeyd etdikdən sonra yanvar ayının 7-də Azərbaycana qayıdır. Onun keçən məhkəmə iclasında təqdim etdiyi cavabdehlə Aydının şəkli 2019-cu ilin axırı, 2020-ci ilin əvvəlinə aid olan şəkil idi. Həmin vaxt cavabdeh oğlunun atasından ayrı yaşadığı evə gəlir, oğlu ilə birlikdə Yeni ili qeyd edir, 1 həftə sonra oğlu ilə birlikdə Moskvaya gedir. X60 bir daha Azərbaycana qayıtmır. Cavabdeh isə Nəcəfov Əlinin vəfatından sonra vərəsəlik işi açmaq üçün ölkəyə gəlir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirmişdir ki, iddianı qəbul etmirlər. İddiaçının nikah münasibətlərinin pozulması kimi qeyd etdiyi məsələ faktiki nikah münasibətlərinə aiddir. Bu işdə isə tərəflər arasında rəsmi nikah olmuşdur. Bu hal öz əksini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinin şərh edilməsinə dair qərarında tapmışdır. Həmin qərara əsasən faktiki nikah münasibətlərindən irəli gələn hüquqi nəticələr qanunvericiliklə tanınmadığından, 1944-cü il 8 iyul tarixindən sonra başlanmış faktiki nikah münasibətlərində olma faktı məhkəmələr tərəfindən müəyyən edilə bilməz. Cavabdeh Rusiya Federasiyasına köçmüşdür. Köçməkdə məqsədi isə pul qazanmaq olmuşdur. Qazandığı puldan qohumları vasitəsilə iddiaçıya da göndərmişdir. Köçdükdən sonra özü də, uşaqları da Rusiya Federasiyası vətəndaşlığını alıblar. Lakin hesab edir ki, bütün bunların işin mahiyyətinə heç bir aidiyyatı yoxdur. Cavabdeh birdəfəlik ölkəni tərk etməyib. Onun ailəsi buradadır. Ona yoldaşının əmisi oğlu zəng etmişdir ki, yoldaşı rəhmətə gedib və prokuror da ona bildirmişdir ki, mümkün qədər tez bir zamanda Bakıya gəlməlidir. O da mümkün qədər tez bileti almış və gəlmişdir. 2022-ci ildə yoldaşı rəhmətə gedən zaman gəlmişdir. Cavabdeh hazırda ölkədə deyil. O, işi ilə əlaqədar məcburiyyət qarşısında qalaraq ölkəni tərk edib. Onun daima burada qalması mümkün deyil. Cavabdehin ölkəyə giriş və çıxış vaxtları sistemlə müəyyənləşdirilmişdir. Belə ki, 2018-ci ildə Moskvaya giriş və çıxış olub, 2018-ci ildə yenidən Moskvaya giriş və çıxış olub, 2020-ci ilin yanvar ayında Yalama dəmir yolu vasitəsi ilə ölkədən çıxıb, sonra isə 27 aprel 2022-ci il tarixində Minskdən gəlib. Xanım hansı yolla bilet ala bilibsə, oradan gəlib. O, məhkəmə iclasında olan hadisələr barəsində Cavabdeh məlumat vermiş və belə hadisələrin olubolmamasını soruşmuşdur. O, bildirmişdir ki, qapı sındırılmayıb, hansı ki, qarşı tərəf bunu iddia edirdi. X27 Nazirliyinin əməkdaşlarını çağırıblar, pəncərə sındırılıb, mərhumun meyidi görülüb və mərhumun əmisi oğlu onun bacısı oğlu ilə deyil, yoldaşı ilə əlaqə saxlanılıb. Bacısı oğlu ümumiyyətlə, həmin vaxt orada yaşamamış, xaricdə yaşamışdır. Açarı da cavabdeh prokurordan şəxsən özü götürüb. Cavabdehin mərhum ilə son 3 ildən artıq müddətə münasibətinin olmamasını qəbul etmir. Cavabdeh onda olan məlumata görə, bu nikahdan bir övladı var. Həmin övlad da hal-hazırda anası ilə birlikdə yaşayır. Oksana Bavrina adlı birinci nikahdan qızı var. Birinci nikahdan olan qızla bağlı sualların hazırki işə heç bir aidiyyatı yoxdur. Oksana Bavrinanın harada yaşadığını bilmir. Cavabdeh nəvələri və uşaqları ilə birlikdə Rusiyada yaşayır, çünki orada işləyir. Cavabdeh hazırki nikahdan olan Aydın adlı oğlu d aanası ilə birlikdə Rusiyada yaşayır. Hesab edir ki, Aydının atası ilə münasibətlərinin hansı səviyyədə olmasının, onun harada yaşamasının işə heç bir aidiyyatı yoxdur. Cavabdehin harada işləməsinin, nə qədər maaş almasının, əmək müqaviləsinin olub-olmamasının işə heç bir aidiyyatı yoxdur. Ona görə də o bu məsələlər barəsində cavabdehdən məlumat almamışdır. Sosial şəbəkələrdə istənilən məlumat yerləşdirilə bilər. Bu məlumatın həqiqətə uyğun olubolmamasını müəyyənləşdirmək lazımdır. Ola bilər onun əlavə hansısa gəliri var. İnstagramda insanlar müxtəlif fəaliyyətlə məşğul ola bilərlər. Bu o demək deyil ki, həmin fəaliyyət onların əsas fəaliyyət növüdür. Aydın 2020-ci ildə Rusiyaya gedib. Anası ilə birlikdə getməyib, ilk öncə anası, daha sonra Aydın Rusiyaya gedib. Aydın da Azərbaycan vətəndaşıdır. Ola bilər ki, qarşı tərəfin vəkili ilə İrina xanım görüşüb, lakin İrina xanımın belə məlumatlar verib-verməməsi onda şübhələr yaradır. Əgər İrina xanımla mərhum yoldaşı nikahlarını məhkəmə qaydasında pozmamışdırlarsa, demək ki, nikahda olublar. Onların arasında ünsiyyət olmasa idi, ər-arvad olmazdılar yəqin ki. Onda olan məlumata görə cavabdeh 2018, 2020-ci illərdə Azərbaycana gələndə həmin evdə yoldaşı ilə birlikdə yaşamışdır. Başqasının yerinə onun etdiyi hərəkətlərdən danışmaq hüquqşünasa yaraşan hərəkət deyil. O, müqaviləni Cavabdeh ilə bağlamış, onun oğlunu görməmişdir. Şəkildəki xanım Cavabdeh oxşamır. O, İrina xanımla görüşmüşdür. Əvvəlcədən heç bir tanışlıqları olmayıb. Mərhumun ağır xəstəlikdən əziyyət çəkməsi ilə bağlı məlumatı var. Hansı xəstəlik olmasını İrina xanım qeyd etmişdi, lakin xatırlamır. Hansı xəstəxanada yatması ilə bağlı məlumatı yoxdur. Bir çox məsələlər var ki, ailədaxili məsələlər hesab olunurlar. Cavabdeh mərhumu ziyarət edib-etməməsi də ailədaxili məsələdir. Bu məsələ o demək deyil ki, onlar ər-arvad deyildirlər və onların nikahları pozulub. Mərhumla cavabdehin münasibətləri var idi. Ər-arvad münasibətlərinin olub-olmamasını heç kim bilə bilməz. Ona tərəfin bildirdiyinə görə onlar 20 ildən çox ailə kimi yaşayıblar. Əgər problemlər var idisə, mərhum nikahın pozulması ilə bağlı müraciət edə bilərdi. Onda olan məlumata əsasən mərhum vəfat edən zaman X27 Nazirliyinə məlumat vermiş, əməkdaşlar gələrək pəncərəni sındırmış, içəri daxil olaraq meyidi aşkar etmişlər. İrina xanıma mərhumun əmisi oğlu zəng edib xəbər verib ki, yoldaşı rəhmətə gedib. Məlumatın hansı tarixdə verilməsi ilə bağlı məlumatı yoxdur. İrina xanımın ona verdiyi məlumata görə prokuror ona demişdir ki, mümkün qədər qısa bir müddətdə bu işlərin həll olunması üçün Azərbaycana gəlsin. İrina xanım mərhumun mobil telefonu daxil bütün əşyaları özü ilə aparıb. O, hesab edir ki, təqdim olunmuş fotoşəkillər sübut qismində qəbul edilə bilməz. İnstagram səhifəsindən əldə edilmiş fotoşəkillər xüsusilə mötəbər sübut hesab oluna bilməz. Həmçinin qeyd etmək istəyir ki, iddiaçının nümayəndəsinin istinad etdiyi 1164-cü maddə ilə bağlı Konstitusiya Məhkəməsinin Qərarı var. Həmin qərarda qeyd olunur ki, Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlir ki, nikah qeydi ləğv edilməyincə, nikaha xitam verilməsi barədə məhkəmə qərarı qanuni qüvvəyə minməyincə və yaxud nikah etibarsız hesab edilməyincə nikahın həqiqiliyi prezumpsiyası qüvvədə olur. Mülki Məcəllənin 1164-cü maddəsində istifadə olunan “nikaha faktiki xitam verildiyi” ifadəsi isə mirasın açılmasından əvvəlki üç il ərzində tərəflərin məhz ailənikah münasibətlərində olmaq istəməmələri səbəbi ilə ayrı yaşamalarını, birgə təsərrüfat aparmamalarını nəzərdə tutur. Ola bilər ki, ayrı yaşamayıblar, birgə təsərrüfat aparmayıblar. Lakin ailə-nikah münasibətlərində olmaq istəməmələri sübuta yetirilmir. Məhkəmə iclasında dindirilən şahid X32 ifadəsində bildirmişdir ki, o, 5 yaşından orada yaşayır. Həmin vaxtdan orada Əli Nəcəfov və onun bacısı Nərminə Nəcəfova yaşayırdı. Nərminə Nəcəfova artıq rəhmətə gedib. X28 anasıdır. Onlar birlikdə böyümüşlər və onun Nərminə ilə çox yaxşı münasibəti olub. Fərhad da onun gözünün qabağında anadan olub. Sonra Nərminə xanım xəstələnmiş və rəhmətə getmişdir. Onlarla heç bir ədavəti və düşmənçiliyi olmayıb. Tez-tez onun evində olmuş, uşaqlarla oynamışlar. Nəcəfov Əlini də tanımışdır, o da həmin yerdə yaşamışdır. O, 3-cü mərtəbədə, onlar da ondan bir mərtəbə yuxarıda yaşamışlar. İrina xanımı, onun oğlunu da tanıyır. Əli də İrina xanımla biraz gec evlənmişdir. Onların bir qızı da var idi. Onlar orada yaşamırdılar. Əli ilə İrina xanım Sovetski küçəsində balaca evlərdə yaşayırdılar və onların oğlu olmuşdu. Onlar yaşadıqları yerə demək olar ki, ümumiyyətlə gəlmirdilər. Hətta Nərminə rəhmətə gedəndən sonra da gəlmədilər. X37 küçəsində öz evlərində tək qalırdı. İrina xanım ilə evlənəndən sonra Əli onunla yaşamağa başlamışdır. O, onları görməmişdir. Əli Nəcəfovun onlarla bir binaya necə gəldiyini bilmir. Artıq Fərhad orada yox idi. O Əlinin yoldaşı və oğlunu da görməmişdir. Son 4-5 ildə Əli Nəcəfov həmin evdə yaşayırdı. O, tək yaşayırdı. O, uşağı dərsdən gətirərkən görmüşdür ki, Əli yuxarı qalxır. Görünüşünün çox pis olduğunu görüb ona nə olduğunu soruşmuşdur. O isə cavabında demişdur ki, o, bu yaxınlarda insult keçirmiş, xəstədir. Əlində paketlər var idi, nə isə alıb gətirirdi. O da demişdir ki, bəs sənin əlində paketlər var, niyə özün bu paketlərlə pilləkəndən çıxıb-düşürsən. O da cavabında tək olduğunu söyləmişdir. Bildirdi ki, arvadı çoxdan onu qoyub gedib Rusiyaya, amma oğlu Bakıdadır. Oğlunun niyə ona kömək etmədiyini soruşmuşdur. Əli çox pis vəziyyətdə idi. Sadəcə olaraq Əlinin xasiyyəti biraz ağır idi. Ona bildirdi ki, oğlu ayrı yaşayır, lT ilə bağlı bir proyekt ilə məşğuldu, həmin proyekti bitirəndən sonra gəlib ona qulluq edəcək, amma indi kirayə qalır. Onların çox yaxşı münasibətləri olmuşdur. Bilmir indi belə şeylər var, yoxsa yox. O, Əlini demir, lakin onun bacısı həmişə onun evində olub. Onların çox yaxın münasibətləri olmuşdur. Əli həmin evdə tək yaşayırdı, oğlu Aydınla birlikdə yaşamırdı. Aydını orada görməmişdir. Son 4-5 il ərzində İrina xanım ilə də yaşamırdı. Bacısı ilə daha yaxın olsa da, Əlini də yaxından tanıyırdı, onunla da münasibəti var idi. Əli ona demişdir ki, arvadı burada yoxdur, onu qoyub gedib Rusiyaya. Son 5 il ərzində bir dəfə də olsun İrinanın ona dəydiyini görməmişdir. Fərhad orada anası ilə yaşayıb. Anası rəhmətə gedəndə Fərhadın 12 yaşı var idi. Fərhadın anasının dəqiq neçənci ildə rəhmətə getdiyini deyə bilməz. Anası rəhmətə gedəndən sonra Fərhada bibiləri baxırdı. Onlar yaxın idilər və o, bilir ki, həmin vaxt Fərhadın 12 yaşı var idi. Dəqiq ili xatırlamır, lakin bilir ki, 4 fevralda Nərminə rəhmətə getmişdir. Anası rəhmətə gedəndən sonra Fərhadı bibiləri özləri ilə aparırdılar və ona özləri baxırdılar. Bibiləri məşhur musiqiçilər idi. Bir bibisi bir müddət saxlayır, sonra bir müddət digər bibisi saxlayırdı. Ev isə boş qalırdı. Əli də ora getməyib. Fərhad heç vaxt Əli ilə birlikdə yaşamayıb. Əli Fərhadı əvvəldən istəmirdi. Hətta Fərhadı bibiləri saxlayanda ev uzun müddət boş qaldı. X65 hansı səbəbdən xoşlamırdı. Bacısı da uşaqla tək qalanda Əli onların yanına gəlmirdi. Fərhadın atası rəhmətə gedəndə 1 yaşı belə yox idi. Əli həmin vaxt onlara dəyməyib, maraqlanmayıb. Anası rəhmətə gedəndən sonra da Əli Fərhadı istəməyib. Fərhad da Əlinin evinə heç vaxt getməyib. Əli ilə Fərhadın münasibətləri ümumiyyətlə heç bir şəkildə yox idi. Onlar ünsiyyət qurmurdular. Fərhad da o səbəbdən getdi. Fərhad Ruminiyaya oxumağa getdi. Fərhad da rəssam idi. Onun əmiləri və atası da rəssam olub. Fərhadın atası Əli Haqverdiyev məşhur opera müğənnisi və rəssam olub. Onlar çox zəngin ailədən idilər. Əli rəhmətə gedəndə heç kimin xəbəri olmamışdı. Fərhad kasıb idi. Necə bilet alıb gələ bilərdi. Ona görə də gələ bilməmişdi. O, İrina xanımı cavanlığında görmüşdür. Məsələn həyətə düşüb harasa gedəndə görmüşdür ki, maşındadır. Sadəcə bu formada görüb. Həmin vaxtlar heç uşağı da yox idi. Hündürboy, arıq qız idi. İndi görsə heç tanımaz. Əli ona evində baş verənləri deməli deyildi ki. Sadəcə o görürdü ki, vəziyyəti pisdir və təkdir. Boşandıqlarını demədi, lakin dedi ki, yoldaşı uzun müddətdir ki yoxdur. O, belə başa düşüb ki, onu atıb gedib. Əli İrina xanımın gəlməyini gözləmirdi, əksinə bir dəfə demişdi ki, atıb gedib, gəlmək söhbəti də yoxdur. Onun oğlu da heç onunla birlikdə qalmırdı. İnsult keçirmiş ata 3 otaqlı evdə tək qalırdı. Olmazdımı ki, oğlu bir otaqda yaşayıb atasına qulluq edərdi. Fərhad Bakıda yaşamayıb. Əli demək olar ki, bu yaxınlarda insult olub. Fərhad artıq 2 ildir ki, Bakıda yaşamır. Lakin arada gəlib-gedirdi. Adicə onun paltarını da gətirib maşında yumuşdur. Yemək də bişiriləndə Fərhada göndərmişdir. İrinanın, oğlunun, Əlinin bir evdə yaşadıqlarını o görməmişdir. Nərminə xanımın ölümündən sonra Əlinin Fərhadın qəyyumu təyin olunduğu ilə bağlı məlumatı yox idi. Ev bir müddət boş qalmışdı, lakin Əli 2017-2018-ci illərdən sonra ora köçüb yaşamağa başladı. Hətta kimsə demişdi ki, onun yoldaşının Sovetskidə evi söküldü. Çoxu elə o məqsədlə oturmuşdu orada ki, ora söküləcək. Sonra elə oldu ki, ev söküləndən sonra Əli gəlib köçdü bura. Ömrünün son 4-5 ilində onun qonşusu olub, orada da rəhmətə gedib. İrina xanım ilə birlikdə yaşamayıb. Məhkəmə iclasında dindirilən şahid X14 ifadəsində bildirmişdir ki, Fərhadı uşaqlığından tanıyır. Qonşu olmuşlar. Anasını da tanımışdır. Bir qonşu kimi yaxşı qonşu idilər. Əli 5-6 ildir ki, gəlib ora. Onunla da bir qonşu kimi normal münasibətləri olub. Ədavətləri, düşmənçilikləri olmayıb. Onlardan bir mərtəbə aşağıda yaşamışlar. Ömrünün son 5-6 ilində Əli tək yaşamış, onun kiminləsə yaşadığını görməmişdir. Oğlu ilə də yaşadığını görməmişdir. Eşitmişdir ki, Əli xəstədir. Lakin daha ətraflı məlumatı yox idi. Əlinin nə oğlunu, nə də həyat yoldaşını görmüşdür. Əlinin özünün dediyinə görə belə eşitmişdir ki, onlar ayrılıblar. Əli ona yoldaşı ilə ayrıldığını demişdir. Hara köçdüyünü ona deməmişdir. O, qonşulardan eşitmişdir ki, Əli rəhmətə gedərkən evdə tək olub. Ölümündən bir neçə gün sonra qapını açıblar. Tək yaşamış, özü-özünə qulluq etmişdir. Bir dəfə evində də olmuşdur. Çox yaxın olmasalar da, normal münasibətləri olmuşdur. Təmir işləri aparmışdır. Çox yaxın dostluq əlaqələri olmayıb. Lakin bir qonşu kimi normal münasibətdə olmuşlar. Onun ailə vəziyyəti ilə bağlı məlumatı var idi. 5-6 ildir ki, Əli orada yaşayırdı. Eşitdiyinə görə Əlinin bir oğlu var idi. Lakin onlarla əlaqəsi yox idi. Onun oğlunu və arvadını görməmişdir. İkisi də taksi fəaliyyəti ilə məşğul olmuşlar. Bir qonşu kimi evinə də qalxdığı olub. Orada 1993-cü ildən yaşayır. Əlini həmin vaxtdan tanımır. Əli ora 5-6 ildir ki, köçmüşdü, onu həmin vaxtdan tanıyır. Orada Fərhadgil yaşayırdı. Fərhad anası ilə birlikdə yaşayırdı. Ola bilsin xəstəliyi ilə də əlaqədar olaraq qanıqara insan idi. Hətta bir dəfə keçərkən salam vermədiyi üçün sərt reaksiya vermişdi və üzr istəyib fikirli olduğunu bildirmişdi. Ailə üzvləri ilə münasibəti ilə bağlı dəqiq məlumat verə bilməz. Fərhadla Əlini o heç bir yerdə görməmişdir. Məhkəmə iclasında dindirilən şahid X15 ifadəsində bildirmişdir ki, Zivər Əhmədbəyov küçəsi ev 21-də yaşayır. Əvvəl ev 7 idi, dəyişərək 21 ediblər. Doğulandan həmin evdə yaşayır. Sadəcə olaraq ailə qurandan sonra bir müddət yoldaşının evinə köçmüş, lakin boşanandan sonra yenidən həmin evə qayıdıb gəlmişdir. Nəcəfov Əli qapı qonşuları olub. Heç bir ədavəti, düşmənçiliyi olmayıb. Münasibətləri yaxşı olmuşdur. Fərhad da Əlinin bacısının oğlu idi. Onunla da münasibətləri yaxşı olub. Arada əlaqə saxlayırlar. Əlinin ölümü ilə bağlı polisə ilk xəbər verən o, olmuşdur. Həmin gün günorta onlardan 3 mənzil qabaqda yaşayan qonşuları Rasim onunla əlaqə saxlayaraq bildirdi ki, Rauf neçə vaxtdır ki, görünmür, xəbərin yoxdur ki. Onlar qonşular arasında hamısı Əliyə Rauf deyirdilər, lakin sənədlərdə adı Əli kimi qeyd olunur. O, da bildirmişdir ki, Əli ilə 2 gün əvvəl görüşmüşdür. Lakin yenə də şübhələnib günorta gəlib qapını döymüşdür. Həyət səs-küylü idi. Həmçinin telefon nömrəsinə zəng etmişdir. Lakin içəridən heç bir səs eşitməmişdir. Axşam bir də evinə gəlmişdir. Artıq həyətdə sakitlik idi. Evin içindən telefonun səsi gəldiyii görmüşdür. O, həmin vaxt Rasimə zəng edərək polisə müraciət edəcəyini bildirmişdir. Polisə və fövqəladəyə zəng etmişdir. Hamamın pəncərəsini içəri saldılar və oradan evə daxil oldular. Məxbətdə onun balaca yeri var idi, adətən orada uzanıb dincəlirdi. Ürəyi dayanmışdı və orada da rəhmətə getmişdi. Əli ilə çox gözəl münasibətləri var idi. Son 5-6 ildə orada tək yaşayırdı. Onun oğlunu heç görməmişdir və tanımır. Yoldaşını da 5-6 il əvvəl görmüşdür. Həmin evə gəlib-gedirdi, davamlı yaşamırdı. Onlar boşanmışdılar. Bunu Əli özü də deyirdi. Əli ona açıq-aşkar münasibətlərinin bitdiyini demişdi. Yoldaşının Moskvaya getdiyini eşitmişdi. Əli yalnız özü-özünə qulluq edirdi. Bir müddət insult keçirmişdi və özü-özünü idarə edirdi. Qonşular da ona köməklik edirdilər. Hətta maşını da satmışdı. Pensiya da almırdı. Demişdi ki, heç olmasa maşını satım, sərmayəm olsun. Maddi vəziyyəti çox yaxşı deyildi, orta səviyyədə idi. İrina xanımı Əli rəhmətə gedəndən sonra bu yaxınlarda görmüşdür. Gəlmişdi qapıya və evdən əşyaları atırdı. O, oğlunu saat 12:00-dan sonra məktəbə yola salırdı. Qapını açanda görmüşdür ki, onların evinin qapısı açıqdır. Lakin Əli rəhmətə gedəndən sonra qapı tam bağlanmışdı və açar prokurorluğa verilmişdi. Gördü ki, evdən fəhlə kimi insanlar çıxır və yüklər daşıyırlar. İrina xanımı görüb hansı səbəbə gəldiyini soruşmuş o isə cavabında evdə bəzi zir-zibillər var onları tulladığını bildirmişdir. Bu hadisənin üstündən 1 həftə keçəndən sonra İrina xanım gələrək ondan ora kiminsə gəlib gəlmədiyini soruşmuşdur. O da heç kimin gəlmədiyini son dəfə elə onu gördüyünü bildirmişdir. Qızılları qaldığını, onları axtardığını bildirərək bankın sənədlərinin harada olduğunu bilib-bilmədiyini soruşmuşdur. Əlinin maşını qoyduğu bankın sənədlərini nəzərdə tuturdu. O isə məlumatı olmadığını bildirmişdir. Fəhlələr evdən çıxandan sonra qapıya kilidin vurulduğunu görməmişdir. İndi də işıq, su idarələrindən gələndə qapını döyürlər və qəbzləri ora yerləşdirirlər. Hər hansı kilid yoxdur. Əlini, bacısını, Fərhadı, İrina xanımı tanıyır. İrina xanımla çox da yaxın münasibətləri olmayıb. O, daha çox Fərhadın anası Nərminə ilə yaxın olmuşdur. Son zamanlarda isə Əli ilə də münasibətləri yaxşı idi. Fərhad 5 ilə yaxındır ki, burada yoxdur, xaricdə yaşıyır. Eşitdiyinə görə Fərhad arada gəlib-gedirdi. Lakin o onu görmürdü. Çünki bir müddət o, ailə həyatı qurduğu üçün orada yaşamamışdır. Fərhadın 5 ilə qədər kirayədə yaşadığını eşitmişdi. Hətta hansısa dükanda yerdə yatdığını da qonşulardan eşitmişdi. Fərhad dedikdə Nərminə xanımın oğlunu, Əlinin bacısı oğlunu nəzərdə tutur. Son 5- 6 ildir ki, Fərhad o evdə yaşamadı. Fərhad anasını itirəndə çox uşaq idi. Yaşını dəqiq xatırlamır. Atası rəhmətə gedəndə heç 1 yaşı yox idi. Sonra anası xərçəng xəstəliyindən dünyasını dəyişdi. Fərhad bir müddət o evdə yaşayıb, sonra oxumağa getmişdir. Fərhad o evdə tək yaşamışdır. Həmin vaxtı Əli başqa yerdə qalırdı. Fərhad xaricə gedəndən sonra Əli həmin evə köçmüşdür. Eşitdiyinə görə Əli ilə İrinanın bir oğlu var. Oğlunu o görməmişdir. O, bir müddət orada yaşamadığı üçün İrina ilə Əlinin birlikdə yaşayıb yaşamadığını bilmir. O, sadəcə son 5-6 ildir ki, Zivər Əhmədbəyov küçəsində yaşayır. Son 5-6 ildir ki, Əli orada tək yaşayırdı. Fərhad artıq orada yox idi. İrina da artıq orada yaşamırdı. Həmin vaxtlar Əli ilə münasibətləri də yaxşı idi. Ondan çətin olub-olmadığını soruşanda, deyirdi ki, özü özünü dolandırır. Əlinin hansı işlə məşğul olduğunu bilmir. Hətta maşınını da dolanmaq çətin olduğu üçün satmışdı və banka qoymuşdu. Əli pis insan deyildi. Bir ara içki içirdi. Lakin son zamanlar elə bir şey olmamışdı. Ən çox da ona müraciət edirdi. Onun oğlunu da o görməmişdir. İrinanın da Əli rəhmətə gedəndə və sonra pəncərəsini döyəndə görmüşdür. Əli ona İrina ilə boşandıqlarını demişdi. Onları rəsmi şəkildə boşanmış hesab edirdi. Çünki yoldaşı var idisə, ona qulluq etməli idi. O, öləndə onlar 3 gün sonra onu tapmışlar. Həmin vaxtı yoldaşı harada idi. İş materiallarında olan Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Birliyi 60 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli Arayışına əsasən İddiaçı Z.Əhmədbəyov küçəsi, ev 5/7, mənzil 9 ünvanında xx.xx.1990-cı il tarixdən qeydiyyatdadaır. X3 göstərilən ünvanda xx.xx.1971-ci il tarixdə qeydiyyatda olub, xx.xx.2004cü il tarixdə vəfat etmişdir. X12 göstərilən ünvanda xx.xx.1981-ci il tarixdən qeydiyyatda olub, xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1954-cü il təvəllüdlü X20 xx.xx.1971-ci il tarixdən ünvan 3 ünvanında, xx.xx.1955-ci il təvəllüdlü X49 xx.xx.1981-ci il tarixdən xx.xx.2004-cü il tarixədək Bakı şəhəri, Yasamal rayonu, Qubanov küçəsi, ev 7, xx.xx.2004-cü il tarixdən xx.xx.2018-ci il tarixədək ünvan 3 ünvanında, xx.xx.2018-ci il tarixdən isə ünvan 4anında yaşayış yeri üzrə qeydiyyatda olmuş, xx.xx.2022-ci il tarixdə şəxsiyyət vəsiqəsi “ölüm” səbəbi ilə fəaliyyətsizləşdirilmişdir. xx.xx.1990-cı il təvəllüdlü İddiaçı isə xx.xx.2007-ci il tarixdən hazıradək ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan AZ-İİ seriyalı 254457 saylı Ölüm haqqında Şəhadətnaməyə əsasən X20 xx.xx.2004-cü il tarixdə vəfat etmişdir və bu barədə ölüm haqqında akt qeydləri kitabında 186 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri 5 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli, 1043 saylı məktubunda qeyd edilmişdir ki, 17 mart 2022-ci il tarixdə vəfat etmiş X30 miras əmlakına arvadı birinci növbə vərəsə kimi qeydə alınmışdır. Bacısı oğlu İddiaçı bu halda ikinci növbə vərəsə sayıldığı üçün MM-nin 1159-cu maddəsinə əsasən ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilməz. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon İcra Başçısının xx.xx.2004-cü il tarixli, 1175 saylı Sərəncamının skan olunmuş surətinə əsasən İddiaçı həddi-buluğa çatana kimi, əmlakına və yaşadıqları mənzilin Fərhada mənsub olan hissəyə heç bir hüququ olmadan və Fərhadın hüququnu qorumaq, evini, əmlakının qorunub saxlanması üçün X12 qəyyum təyin edilmişdir. İş materiallarında olan Cavabdeh “mirasın qəbul edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi” barədə xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə onun ünvan 5 ünvanında yaşayan əri X49 ölmüşdür. Ondan başqa vərəsə kimi oğlu Aydın (RF vətəndaşı) vardır (imtina). Mirasın tərkibinə daxil olan ünvan 5 ünvanında yerləşən yaşayış evindən ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. İş materiallarında olan AZ-İİ seriyalı 263083 saylı Ölüm haqqında Şəhadətnaməyə əsasən X49 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir və bu barədə ölüm haqqında akt qeydləri kitabında 729 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ 434697 seriya nömrəli Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X60 xx.xx.1998-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X19, anası Cavabdehdır. İş materiallarında olan X41 reyestrdə 8i-5260 nömrə ilə qeyd edilmiş **********260 nömrəli 10 may 2022-ci il tarixli ərizəsində qeyd edilmişdir ki, X60 17 mart 2022-ci ildə ölmüş atası - X23 irs qalmış mirasın ona çatası hissəsindən imtina edir. X6 əvəzinə xx.xx.2022-ci il tarixdə verilmiş 67/63-h/67-2022-1-500 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi olan Cavabdeh imzalamışdır. İş materiallarında olan Vİİ-JQ 302485 seriya nömrəli Nikahın Bağlanması haqqında Şəhadətnaməyə əsasən X49 ilə Cavabdeh arasında xx.xx.1998-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon VVAQ şöbəsində nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri 216 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli Arayışa əsasən xx.xx.1955-ci il təvəllüdlü X49 10 fevral 2018-ci il tarixdən ünvan 5 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən ünvan 6 ünvanında yerləşən mənzil xx.xx.2021-ci il tarixdə X30 adına qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemindən Cavabdeh barəsində sorğu edilmiş sərhədkeçmə məlumatlarından görünür ki, Cavabdeh xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2020-ci il tarixlərdə Azərbaycan Respublikasından Moskvaya getmiş, xx.xx.2018-ci il, xx.xx.2019-cu il tarixlərdə Moskvadan Azərbaycan Respublikasına gəlmiş, xx.xx.2022-ci il tarixdə Minskdən Azərbaycan Respublikasına gəlmiş, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasından Minskə getmişdir. İş materiallarında olan X21 adına verilmiş 2377/742 saylı Xəstəlik tarixməsindən görünür ki, X49 KBQDP sol tərəfli hemiparez diaqnozu qoyulmaqla xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixinə qədər xəstəxanada müalicə almışdır. İş materiallarında olan X15, X33, X14, X11, X22, X25, X32 və X16 xx.xx.2022xx.xx.2022-ci il tarixli ərizələrindən məlum olur ki, onlar ünvan 7 ünvanında yaşayırlar və mərhum X49 ilə qonşuluq münasibətləri olmuşdur. İddiaçı həmin mənzildə uşaqlıqdan anası ilə yaşamışdır. İddiaçı valideynləri öldükdən sonra Nəcəfov Əli onun qəyyumu təyin edilmişdir. Onların Əli ilə bir qonşu kimi yaxın ünsiyyətləri olub və Əlinin ömrünün son gününə kimi həmin ünsiyyət davam etmişdir. Əli ilə ünsiyyətlərindən ona məlum olmuşdur ki, onun həyat yoldaşı Cavabdeh Əlini təxminən 2018-ci ildə tərk etmiş və birdəfəlik Rusiyaya vətəndaşlıq almaq üçün köçmüşdür. Həmin tarixdən bəri İrina Əlini bir dəfə də olsun ziyarət etməmişdir. Hətta Əli bir neçə il əvvəl infarkt nəticəsində xəstəxanaya yerləşdirildikdə, onun sözlərinə görə, İrina bu halda belə onunla maraqlanmamışdır, ömrünün son 3-4 ilində Əli tək yaşamış, özü özünə qulluq etmişdir. Əli ilə söhbətlərindən Əli onlara bildirmişdirdir ki, onun İrina ilə münasibətləri çoxdan bitmişdir və onlar ayrılmışlar. Əli öz mənzilində vəfat etmişdir, onun meyiti günlərlə mənzilində xəbərsiz qalmışdır. Qonşuların və hüquq mühafizə orqanlarının müdaxiləsindən sonra onun meyiti çıxarılmışdır. İş materiallarında olan X2 xx.xx.2022-ci il tarixli ərizəsindən məlum olur ki, mərhum 1955ci il təvəllüdülü X49 onun həyat yoldaşının X9 adlı bibisinin oğludur. Əli ilə hər zaman yaxın ünsiyyəti olub və Əlinin ömrünün son gününə kimi həmin ünsiyyət davam etmişdir. X5 İrina Borisovna ilə rəsmi nikahda olmuşdur. Lakin onların nikahı son 4-5 ildə yalnız kağız üzərində idi. İrinə əri Əlini təxminən 2018-ci ildə tərk etmiş və birdəfəlik Rusiyaya vətəndaşlıq almaq üçün köçmüşdür. Həmin tarixdən bəri İrina Əlini bir dəfə də olsun ziyarət etməmişdir. Hətta Əli bir neçə il əvvəl infarkt nəticəsində xəstəxanaya yerləşdirilmişdir, lakin bu halda belə İrina onunla əlaqə saxlamamışdır. Əli ilə söhbətlərindən ona məlum olmuşdur ki, onun İrina ilə münasibətləri çoxdan bitmişdir. İş materiallarında olan X17 xx.xx.2022-ci il tarixli ərizəsindən məlum olur ki, mərhum 1955-ci il təvəllüdülü X49 onun doğma bibisi X4 oğludur. Uşaqlıq vaxtlarından dayısı oğlu Əli ilə yaxın ünsiyyəti olub və Əlinin ömrünün son gününə kimi həmin ünsiyyət davam etmişdir. İddiaçı isə onun doğma bibisi qızı X8 oğlu olmuşdur. Fərhadın valideynləri öldükdən sonra X49 onun qəyyumu təyin edilmişdir. Bibisi oğlu Nəcəfov Əli Cavabdeh ilə rəsmi nikahda olmuşdur. Lakin onların nikahı son 4-5 ildə yalnız kağız üzərində olmuşdur. İrina əri Əlini təxminən 2018ci ildə tərk etmiş və birdəfəlik Rusiyaya vətəndaşlıq almaq üçün köçmüşdür. Həmin tarixdən bəri İrina Əlini bir dəfə də olsun ziyarət etməmişdir. İrina Əlini tərk etdikdən sonra Əli tək yaşamağa başlamışdır. Əli ölümündən bir müddət əvvəl infarkt keçirmiş və xəstəxanaya yerləşdirilmişdir, lakin bu halda belə İrina onunla əlaqə saxlamamışdır. Əli ilə söhbətlərindən ona məlum olmuşdur ki, onun İrina ilə münasibətləri çoxdan bitmişdir və onlar ayrılmışdırlar. Əli öz mənzilində vəfat etmişdir, onun meyiti günlərlə mənzildə xəbərsiz qalmışdır. Qonşuların və hüquq mühafizə orqanlarının müdaxiləsindən sonra onun meyiti çıxarılmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Prokurorluğunun Vəkil ünvanladığı 18 oktyabr 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixdə Yasamal RPİnin 27-ci PB-dən 09.01 1955-ci il təvəllüdlü X30 yaşadığı ünvan 9 ünvanında meyitinin aşkar olunması barədə daxil olmuş məlumat əsasında Yasamal rayon pıokurorluğunda araşdırma aparılmışdır. Araşdırma zamanı toplanmış sübutlarla və təyin olunmuş məhkəmə-tibb ekspertizasının rəyi ilə X30 ölümündə zorakılıq, kənar şəxslərin təsirinin olması və ya digər şəxslərin hər hansı qanunsuz hərəkətləri nəticəsində baş verməsi müəyyən olunmadığından xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd olunmuşdur. Hadisə ilə bağlı Azəroaycan Respublikası DİN-nin 102 zəng xidmətinə daxil olmuş ilk məlumat X18 tərəfindən verilmişdir. X30 yaşadığı mənzilin açarları və hadisə yerində aşkar olunaraq götürülmüş digər əşyalar nikahın bağlanması haqqında 28 04.1998-ci il tarixli, 112485 nömrəli şəhadətnaməni təqdim etmiş mərhumun arvadı Cavabdeh tərəfindən 27 04.2022-ci il tarixli qəbzlə təhvil alınmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin Vəkil ünvanladığı 25 oktyabr 2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən Bakı şəhəri, Yasamal rayonunda, “Sovetski” adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektləri Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması layihəsi ilə bağlı keçirilmiş tenderdə qalib gəlmiş "xxxx" MMC-nin müstəqil qiymətləndirmə ekspertlərinin rəyi ilə "müəyyən olunmuş mənzilin əsas və köməkçi sahələrinin hər kvadrat metri üçün son hədd əlavələr də nəzərə alınmaqla 1500,00 manat və digər sahələr üzrə isə bir kvadrat metr üçün onların konstruksiyasından və təmir səviyyəsindən asılı olaraq 300,00-1200,00 manat arasında qiymətləndirilir. Yaşayış sahələri qiymətləndirilərkən adətən onların faktiki ölçüləri, təmir vəziyyəti və istifadəyə yararlı olub-olmaması əsas götürülür. Satınalma “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun həyata keçirilir. Eyni zamanda bildirilir ki, ünvan 12 ünvanında yerləşən yaşayış sahəsinin dövlət ehtiyacları üçün alınması ilə bağlı Cavabdeh ilə Yasamal rayon İcra Hakimiyyəti arasında xx.xx.2018-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış və 69959 (altmış doqquz min doqquz yüz əlli doqquz) manat «kompensasiya ödənilmişdir. İş materiallarında olan 21 sentyabr 2018-ci il tarixli Cavabdeh (birinci tərəf) ilə Yasamal rayon İcra Hakimiyyəti (ikinci tərəf) arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən birinci tərəf daimi qeydiyyatda olmaqla uzun müddətdir istifadəsində olan, xx.xx.2018-ci il tarixdə 64 saylı MKİS tərəfindən verilmiş, qeydə alma nömrəsi 319 olan Forma nömrə 2 arayışına əsasən, ünvan 13 ünvanında yerləşən 10 saylı yaşayış evindən dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar aldığı kompensasiyaya görə ikinci tərəfin xeyrinə imtina edir. Birinci tərəf ikinci tərəfdən 69959 manat məbləğində kompensasiya almaqla yaşayış sahəsindən ikinci tərəfin xeyrinə imtina edir. İş materiallarında olan Əmək müqaviləsi bildirişinə əsasən X60 müddətli əmək müqaviləsi imzalamaqla xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi işə götürən X10 yanında satış meneceri vəzifəsində işləmişdir. İş materiallarında olan Əmək müqaviləsi bildirişinə əsasən X43 müddətsiz əmək müqaviləsi imzalamaqla xx.xx.2021-ci il tarixdən işə başlamaqla işə götürən X10 yanında satış meneceri vəzifəsində işləmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemindən müstəqil tələb irəli sürməyən 3-cü şəxs X60 barəsində sorğu edilmiş sərhədkeçmə məlumatlarından görünür ki, X60 xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il tarixlərdə Azərbaycan Respublikasından Moskvaya getmiş, xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixlərdə Moskvadan Azərbaycan Respublikasına gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. 1163. Nikahı ləğv etmiş ər-arvad bir-birindən sonra vərəsə ola bilməzlər. 1164. Əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktik xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər. 1261. Vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. 1262. Əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. 1263. Əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. 1268.1. Vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X49 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. X49 vəfat edərkən onun qanun üzrə 1-ci növbə vərəsəsi kimi oğlu X60 və həyat yoldaşı Cavabdeh sağ olmuşlar. Onlardan oğlu X41 reyestrdə 8i-5260 nömrə ilə qeyd edilmiş **********260 nömrəli ərizəsindən görünür ki, X60 17 mart 2022-ci ildə ölmüş atası - X23 irs qalmış mirasın ona çatası hissəsindən imtina edir. X6 əvəzinə xx.xx.2022-ci il tarixdə verilmiş 67/63-h/67-2022-1-500 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi olan Cavabdeh imzalamışdır. Hazırda İddiaçı Cavabdeh qarşı “vərəsəlik hüququndan məhrumetmə və vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X23 qalan miras üzrə Cavabdeh vərəsəlik hüququndan məhrum edilməsi və İddiaçı mərhum X12nun yeganə vərəsəsi kimi tanınması, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X23 miras qalan ünvan 1 ünvanında yerləşən mənzilin üzərində İddiaçı tam hissədə payının müəyyən edilməsi və buna dair vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, X41 reyestrdə 8i-5260 nömrə ilə qeyd edilmiş **********260 nömrəli ərizəsindən görünür ki, X60 miras əmlakdan hər hansısa şəxsin xeyrinə deyil ümumiyyətlə imtina etmişdir. Odur ki, mərhum X23 qalan miras üzrə onun oğlu qanun üzrə 1-ci növbə varisliyi istisna olunur. İş materiallarında olan Bakı şəhəri 5 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli, 1043 saylı məktubunda qeyd edilmişdir ki, 17 mart 2022-ci il tarixdə vəfat etmiş X30 miras əmlakına arvadı birinci növbə vərəsə kimi qeydə alınmışdır. Bacısı oğlu İddiaçı bu halda ikinci növbə vərəsə sayıldığı üçün MM-nin 1159-cu maddəsinə əsasən ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilməz. Lakin mərhum X30 digər 1-ci növbə vərəsəsi olan həyat yoldaşı Cavabdeh gəldikdə isə məhkəmə hesab edir ki, sonuncu ilə mərhum X49 arasında nikah münasibətlərinə mirasın açıldığı vaxtdan ən azı 3 il əvvəl faktiki xitam olunduğundan mərhumun həyat yoldaşı Cavabdeh da qanun üzrə 1-ci növbə vərəsəliyi istisna edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinin tələblərinə əsasən əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktik xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər. Haızrda, iş materiallarında olan sənədlər, tərəflərin məhkəmə prosesində verdiyi izahatlar və şahidlərin ifadələrindən belə nəticəyə gəlmək olar ki, İrina əri Əlini təxminən 2018-ci ildə tərk etmiş və birdəfəlik Rusiyaya vətəndaşlıq almaq üçün köçmüşdür. Həmin tarixdən bəri İrina Əlini bir dəfə də olsun ziyarət etməmişdir. İrina Əlini tərk etdikdən sonra Əli tək yaşamağa başlamışdır. Əli ölümündən bir müddət əvvəl infarkt keçirmiş və xəstəxanaya yerləşdirilmişdir, lakin bu halda belə İrina onunla əlaqə saxlamamışdır. İş materiallarında olan mərhumun qonşuları X15, X33, X14, X11, X22, X25, X32 və X16 xx.xx.2022-xx.xx.2022-ci il tarixli ərizələrindən və mərhumun bibisi qızı X17 xx.xx.2022-ci il tarixli ərizəsindən məlum olur ki, onların Əli ilə söhbətlərindən onlara məlum olmuşdur ki, onun İrina ilə münasibətləri çoxdan bitmişdir və onlar ayrılmışdırlar. Əli öz mənzilində vəfat etmişdir, onun meyiti günlərlə mənzildə xəbərsiz qalmışdır. Qonşuların və hüquq mühafizə orqanlarının müdaxiləsindən sonra onun meyiti çıxarılmışdır. X21 adına verilmiş 2377/742 saylı Xəstəlik tarixçəsindən də görünür ki, X49 KBQDP sol tərəfli hemiparez diaqnozu qoyulmaqla xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixinə qədər xəstəxanada müalicə almış, beyin insultu keçirmişdir, daimi qulluğa ehtiyacı olsa da, nə arvadı, nə də oğlu tərəfindən ona heç bir qulluq olunmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemindən Cavabdeh barəsində sorğu edilmiş sərhədkeçmə məlumatlarından görünür ki, Cavabdeh xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2020-ci il tarixlərdə Azərbaycan Respublikasından Moskvaya getmiş, xx.xx.2018-ci il, xx.xx.2019-cu il tarixlərdə Moskvadan Azərbaycan Respublikasına gəlmiş, xx.xx.2022-ci il tarixdə Minskdən Azərbaycan Respublikasına gəlmiş, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasından Minskə getmişdir. Eyni zamanda bildirilir ki, ünvan 12 ünvanında yerləşən yaşayış sahəsinin dövlət ehtiyacları üçün alınması ilə bağlı Cavabdeh ilə Yasamal rayon İcra Hakimiyyəti arasında xx.xx.2018-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış və 69959 manat «kompensasiya ödənilmişdir. Sərhədkeçmə məlumatlarından da görünür ki, xx.xx.2018-ci il tarixdə Cavabdeh Moskvadan Azərbaycan Respublikasına gəlmiş, xx.xx.2018-ci il tarixdə alqı-satqı müqaviləsi bağlandıqdan bir müddət sonra isə - xx.xx.2018-ci il tarixdə Moskvaya qayıtmışdır. Bütün bu məlumatlar da onu sübut edir ki, təxminən 2018-ci il tarixdən Cavabdeh ilə mərhum X49 arasında nikah münasibətlərinə rəsmi qaydada xitam verilməsə də, onlar arasında olan nikah münasibətlərinə faktiki olaraq xitam verilmişdir. 2018-ci il tarixdən sonra Azərbaycan Respublikasına gəlməsinin səbəbləri həyat yoldaşı mərhum X49 ilə bağlı olmamış, həyat yoldaşı ilə hər hansı əlaqə saxlamamışdır. Belə olduğu təqdirdə mərhum X30 qanun üzrə 1-ci növbə vərəsə sayılan oğlu X60 mirasdan imtina ilə bağlı ərizə verdiyindən, həyat yoldaşı Cavabdeh isə AR Mülki Məcəlləsinin 1164-cü maddəsinə əsasən Cavabdeh miras qoyan X49 ilə nikahına mirasın açılmasından azı 3 il əvvəl faktik xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edildiyindən, onlar mərhum X30 vərəsəsi sayıla bilməzlər. Belə olduğu təqdirdə qanun üzrə 1-ci növbə vərəsələrdən heç kim olmadığında qanunvericiliyin tələbinə əsasən sonrakı növbə qanun üzrə vərəsələr vərəsə hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1263-ci maddəsinə əsasən əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. Həmin Məcəlləsinin 1159.2-ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Yuxarıda qeyd edilənləri nəzərə alaraq mərhumun bacısı oğlu İddiaçı onun anası miras əmlak açıldığı vaxt sağ olmadığından X30 yeganə vərəsəsi kimi miras ona çatmalıdır. İddiaçı X3 xx.xx.2004-cü il tarixdə vəfat etmişdir. Odur ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X23 qalan miras əmlak üzrə Cavabdeh qanun üzrə vərəsəlik hüququndan məhrum edilməli, ünvan 1 ünvanında yerləşən mənzil üzərində İddiaçı qanun üzrə vərəsə kimi tanınmalı, ünvan 1 ünvanında yerləşən mənzilə münasibətdə İddiaçı tam hissədə payı müəyyən edilməli və buna dair vərəsəlik şəhadətnaməsi verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia ərizəsi təmin edilsin. xx.xx.2022-ci il tarixdə vəfat etmiş X23 qalan miras əmlak üzrə Cavabdeh qanun üzrə vərəsəlik hüququndan məhrum edilsin. ünvan 1 ünvanında yerləşən mənzil üzərində İddiaçı qanun üzrə vərəsə kimi tanınsın. ünvan 1 ünvanında yerləşən mənzilə münasibətdə İddiaçı tam hissədə payı müəyyən edilsin və buna dair vərəsəlik şəhadətnaməsi verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(004)-213/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-213/2023
18.01.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver