Məhkəmə qərarları › İş №e-2(004)-2131/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2131/2023

26.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2131/2023 26.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı "nisyə alqı-satqı müqaviləsi üzrə borcun tutulması" tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı QSC Cavabdeh "nisyə alqı-satqı müqaviləsi üzrə borcun tutulması" tələbinə dair kiçik iddia ərizəsilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 40019211 saylı, xx.xx.2022-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə 1214,04 manat borcun, 32,14 manat dövlət rüsumunun və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, Optimal Elektronika MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən sonuncu 1264.04 manat məbləğində nisyə aldığı mala görə 50 manat ilkin ödəniş etməklə qalıq 1214.04 manat pulu 6 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı QSC ilə Optimal Elektronika MMC arasında bağlanmış faktorinq müqaviləsinə əsasən Optimal Elektronika MMC-nin Cavabdeh qarşı tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Tələb hüququnun İddiaçı QSC-yə keçməsi barədə alıcıya bildiriş təqdim edilmişdir. Lakin Cavabdeh öhdəliklərini icra etməmiş və nəticədə 1214,04 manat borcu yaranmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli e-2(004)- 2131/2023 nömrəli qərardadı ilə mülki iş iddia icraatına keçirilmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi X1 iddianın təmin olunmasını və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Optimal Elektronika MMC-nin barəsində baş vermiş cinayət əməllərinə görə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi X1 xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə baxış iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbi ilə razı olmayaraq izahatında bildirmişdir ki, o, Optimal Elektronikadan kondisioner almışdı. Kondisioneri evə gətirdikdən sonra ustalar onun həcminin balaca olduğunu bildirmiş, o da Optimal Elektronikaya zəng edərək Ruslan adlı şəxsə kondisioneri dəyişmək istədiyi bildirmişdir. İki gün sonra Optimal Elektronikaya yaxınlaşmış və müqavilədə qeyd olunan dəyəri 1200 manat kondisioneri dəyəri 1800 manat məbləğində olan kondisionerlə dəyişdirmişdilər. Həmin müqavilə üzrə də borcunu ödəyib bitirmişdir. Bu barədə Optimal Elektronikanın arayışını məhkəməyə təqdim etmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddia tələnbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Optimal Elektronika MMC-nin nümayəndəsi X2 izahatında bildirmişdir ki, Cavabdeh Optimal Elektronikadan aldığı kondisonerdən imtina etmiş və məhsulu geri qaytarmışdır. Əvəzində başqa müqavilə ilə yeni kondisoner götürmüş və həmin müqavilə üzrə borcunu ödəmişdir. Odur ki, iddianın əsassız olduğundan təmin olunmamasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Optimal Elektronika MMC Cavabdeh arasında bağlanmış 40019211 nömrəli xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sonuncu 1264.04 manat məbləğində mala görə 50 manat ilkin ödəniş etməklə qalıq 1214.04 manat pulu 6 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan xx.xx.2022 il tarixli Sazişə əsasən "xxxx" MMC-nin Cavabdeh qarşı olan 1214.04 manat məbləğindəki tələb hüququ İddiaçı MMC-yə keçmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən müəyyən olunur ki, Optimal Elektronika MMC Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixində 40019211 saylı “Nisyə alqı-satqı müqaviləsi” bağlanmışdır. Sonradan müştəri müqavilə üzrə sifariş etdiyi məhsuldan (kondisioner Carrier 42QHA018N) imtina etmiş və məhsulu geri qaytarmışdır. Nəticədə müqavilə ləğv edilmişdir. Hazırda 40004016 saylı müqavilə üzrə "xxxx" MMC sistemində borc 0 azn təşkil edir. Ferrum Capitalda 40004016 saylı müqavilə üzrə borcalanın adında olan 1214.04 azn artıq borc qalığı "xxxx" MMC-nin öhdəliyidir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Sözügedən iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 600.4 (əsas öhdəliyə münasibətdə) və 655.1-ci (əsas öhdəliyə münasibətdə) maddələri çıxış edir. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MM-in 655.1-ci maddəsinə əsasən, faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Lakin, iş materiallarına və Cavabdeh izahatına əsasən müəyyən olunur ki, "xxxx" MMC Cavabdeh arasında bağlanmış 40019211 nömrəli xx.xx.2022-ci il tarixli nisyə alqısatqı müqaviləsinə əsasən sonuncu 1264.04 manat məbləğində mala görə 50 manat ilkin ödəniş etməklə qalıq 1214.04 manat pulu 6 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Lakin, iki gün sonra, yəni xx.xx.2022-ci il tarixdə müqavilə predmeti olan məhsul Cavabdeh tərəfindən Optimal Elektronika MMC-yə geri qaytarılmaqla 40019211 saylı müqaviləyə xitam verilmişdir. xx.xx.2023-cü il tarixli arayışa əsasən Cavabdeh Optimal Elektronika MMC-yə borcu 0 (sıfır) manat təşkil edir. xx.xx.2022-ci il Sazişə əsasən "xxxx" MMC-nin Cavabdeh qarşı tələb hüququ İddiaçı QSC-yə əsassız olaraq keçmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-nin Cavabdeh qarşı tələb hüququ mövcud olmamışdır. Çünki, 40019211 nömrəli xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə xitam verilmişdir. Mövcud olmayan tələb hüququ güzəşt edilə bilməz. Azərbaycan Respublikası MPM-in 265.4-ci maddəsinə əsasən, məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə qeyd edir ki, İddiaçı QSC-nin nümayəndəsinin vəsatəti üzrə Optimal Elektronika MMC barəsində xüsusi qərardadın çıxarılmasına hüquqi əsas yoxdur. Belə ki, Optimal Elektronika MMC tərəfindən dələduzluq cinayəti törədilməsi ilə bağlı əsaslı sübutlar iş materiallarına əsasən müəyyən edilmir. Lakin, İddiaçı QSC-nin Optimal Elektronika MMC-yə qarşı tələb hüququ və digər prosessual-hüquqi hərəkətlər etmək hüququ istisna edilmir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı QSC-nin Cavabdeh qarşı "nisyə alqı-satqı müqaviləsi üzrə borcun tutulması" tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar