Məhkəmə qərarları › İş №e-2(004)-2155/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2155/2023

02.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2155/2023 02.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus olan “BMW 520D” markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobilə 5290 manat məbləğində vurulmuş maddi ziyanın 5000 manatının "xxxx" ASC-dən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etmədiklərini bildirmiş və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli akta əsasən müəyyən edilir ki, “BMW 520D” markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobilə 5290 manat məbləğində zərər vurulmuşdur. İş materiallarında olan PXA********** nömrəli xx.xx.2022-ci il tarixli “standart” növlü icbari sığorta müqaviləsinə əsasən müəyyən edilir ki, sığortalı İddiaçı olmaqla “BMW 520D” markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobil 12 ay müddətinə 5000 manat dəyərində icbari sığorta edilmişdir. İş materiallarında olan Nərimanov RPİ-nin xx.xx.2023-cü il tarixli 3-13-50/2-6722 nömrəli arayışına əsasən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı İddiaçı məxsus “BMW 520D” markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. Hadisə zamanı təqsirli şəxs **-EY-*** dövlət qeydiyyat nişanlı, Hyundai İ30 markalı avtomobilin sürücüsü X2r. Cavabdehin yazılı etirazında qeyd olunanlar nəzərə alınmaqla göstərilən xüsusat xüsusat mülki işin mübahisəsiz halıdır. Mülki işin mübahisəli halı vurulmuş zərərin məbləği və sığorta ödənişinin məbləğinin həcmidir. Mülki iş materiallarında olan xx.xx.2023-cü il tarixli 9/3600 nömrəli ekspertiza rəyinə əsasən müəyyən edilir ki, “BMW 520D” markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan zərər avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə 4399 (dörd min üç yüz doxsan doqquz) manat təşkil edir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişə əsasən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixli 9/3600 nömrəli ekspertiza rəyi üzrə aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində tərəflər arasında bağlanmış sığorta müqaviləsinin şərtləri (öhdəlik münasibətləri) çıxış edir. “İcbarı Sığortalar” haqqında Azərbaycan Respublikası qanununun 52.1-ci maddəsinə əsasən avtonəqliyyat hadisəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkənin üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Mülki Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 926.1-ci maddsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 904.1-ci maddəsinə əsasən, sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir. Həmin Məcəllənin 934.1-ci maddəsinə əsasən, bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Beləliklə, araşdırma nəticəsində müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı İddiaçı məxsus “BMW 520D” markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. Hadisə zamanı təqsirli şəxs **-EY- *** dövlət qeydiyyat nişanlı, Hyundai İ30 markalı avtomobilin sürücüsü X2r. Ekspertiza rəyinə əsasən, “BMW 520D” markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan zərər avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə 4399 (dörd min üç yüz doxsan doqquz) manat, ekspertiza xərci isə 50 (əlli) manat təşkil edir. Cavabdeh "xxxx" ASC tərəfindən əsassız olaraq müqavilə öhdəliklərinə əməl olunmamış və sığorta ödənişin tam şəkildə həyata keçirilməsi təmin edilməmişdir. Cavabdeh "xxxx" ASC tərəfindən təklif edilmiş sığorta məbləği isə real zərərdən 2 (iki) dəfə az təşkil etmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi üzrə "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli akta əsasən “BMW 520D” markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobilə 5290 manat məbləğində zərər vurulması qeyd edilsə də, ekspertiza rəyi sözügedən arayışdan üstün hüquqi qüvvə daşıdığından (xüsusi biliyə malik olan şəxs, yəni ekspert tərəfindən tərtib edildiyindən) ekspertiza rəyində qeyd olunan zərər məbləği və müəyyən edilmiş xüsusatlar əsas götürülməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh tərəfindən iddiaya etiraz edilsə də, etirazın əsasları sübuta yetirilməmişdir. Həmçinin, qeyd olunan xüsusatların məhkəmə tərəfindən məhkəmənin öz təşəbbüsü ilə araşdırılması məhkəmənin arbitr rolunun pozulması ilə mülki prosessual qanunvericiliyin prinsiplərinin kobud şəkildə pozulması ilə nəticələnər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin qismən, yəni əsas hissədə təmin olunması əsası ilə iddiaçı tərəfindən ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı, 50 (əlli) manat ekspertiza xərci isə cavabdeh "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-dən 4399 (dörd min üç yüz doxsan doqquz) manat pul, ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. İş üzrə aparılmış 50 (əlli) manat məbləğində ekspertiza xərci cavabdeh "xxxx" ASCdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 4399 (dörd min üç yüz doxsan doqquz) manat pul və ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış 50 (əlli) manat məbləğində ekspertiza xərci cavabdeh "xxxx" ASCdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar