Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2158/2025 03.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X7 nümayəndəsi və vəkili Vəkil, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı, eyni zamanda müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17 qanuni nümayəndəsi X4, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X4 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İlk iddia üzrə iddiaçı X7 ilk iddia üzrə cavabdeh X5 (Bakı şəhəri 12 saylı Notariat Ofisi, X18 və X27 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “vərəsəliklə bağlı payların müəyyən bölünməsi” tələbinə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçı X4 qarşılıqlı iddia üzrə cavabdeh X8 qarşı “miras aktivlərinin və passivlərinin bölünməsi” tələbi barədə qarşılıqlı iddia ərizələrinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlk iddia üzrə iddiaçı X12 ilk iddia üzrə cavabdeh X5 qarşı xx.xx.2025-ci il tarixdə “vərəsəliklə bağlı payların müəyyən bölünməsi” tələbinə dair dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras qoyanın, yəni X19 nikahdan əvvəl aldığı və 2021-ci il tarixində 76.900 manata satdığı ünvan 1-un satışından əldə edilmiş pulun qanuni vərəsələr arasında bərabər bölünməsi, 2023-cü il tarixində onun tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, ev 22-də alınan 7 saylı mənzilin alınması üçün 76.900 manatın üzərinə əlavə etdiyi 33.100 manatın isə 50%-nin həyat yoldaşı Kahramanova Nurananin payına verilməsi, 50%-nin isə qanun üzrə vərəsələr kimi onların arasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu X33 oğlu nikahdan əvvəl, yəni xx.xx.2018-ci il tarixində Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi, ev 112-də yerləşən 10 saylı, ümumi sahəsi 29 kv/metr, yaşayış sahəsi 16 kv/metr olan 1 otaqlı mənzili 52.500 manata Hüseynova Aynurə Aydın qızı ilə alqı-satqı müqaviləsi bağlayaraq ondan almışdır. Bir müddət orada yaşamış, xx.xx.2019-cu il tarixində isə Cavabdeh ilə nikah qeydiyyatından keçərək ailə qurmuşdur. Ailə qurduqdan sonra həmin 1 otaqlı mənzili 76.900 manata satmış və üzərinə 33.100 manat əlavə edərək xx.xx.2023-cü il tarixində X9 ilə alqı-satqı müqaviləsi bağlayaraq Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, ev 22-də yerləşən 7 saylı mənzili 110.000 manata almışdır. X33 oğlu xx.xx.2024-cü il tarixində vəfat etmişdir. Onun vəfatından dərhal sonra həyat yoldaşı 12 saylı Notariat Ofisinə müraciət edərək ünvan 2-nin çıxarışını təqdim edərək, həmin evin birgə nikah dövründə əldə edildiyini bildirmiş və sözügedən əmlaka qanun üzrə vərsəlik hüququ haqqında şəhadətnamə ilə yanaşı mülkiyyət hüququ haqqında şəhaqətnamə verilməsini də xahiş etmişdir. Vərəsələr arasında payların bu şəkildə bölgüsü ilə iddiaçı razı deyil. Əvvəlcə, Cavabdeh vərəsə kimi notariat ofisinə onun adını bildirməmişdir. O da qanuni vərəsədir və miras əmlakda onun da payı vardır. 2-ci oğlu Musayev Nəimi evlənməmişdən əvvəl, yəni Cavabdeh ilə rəsmi nikaha girməzdən əvvəl xx.xx.2018-ci il tarixində Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi, ev 112-də yerləşən 10 saylı, 1 otaqlı mənzili 52.500 manata almışdır. xx.xx.2019-cu il tarixində, yəni 1 otaqlı evi aldıqdan 1 il sonra Cavabdeh ilə nikahlarını rəsmiləşdirmişdir. Sonradan həmin 1 otaqlı evi 76.900 manata satmış və 33.100 manat əlavə edərək ünvan 2-ni almışdır. Bu səbəbdən də nikahdan əvvəl alınmış evin pulunun üzərinə 33.100 manat qoyulduğu üçün 76.900 manat bərabər paylarda, 33.100 manat isə birgə nikah dövründə əldə edildiyindən mən də daxil olmaqla qanunla müəyyən olunmuş qaydada bölünməlidir. Daha sonra, qarşılıqlı iddia üzrə iddiaçı X10 qarşılıqlı iddia üzrə cavabdeh X8 qarşı “miras aktivlərinin və passivlərinin bölünməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi və iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin iddia ərizəsinin qismən təmin edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, ev 22-də yerləşən 7 saylı mənzilin qarşılıqlı iddiaçı Kahramanova Nurana ilə mərhum həyat yoldaşının birgə nikah dövründə alındığından həmin mənzil üzərində 1/2 hissədə mülkiyyət hüququnun müəyyən edilərək, həmin mənzilin digər 1/2 hissəsinin vərəsələr arasında 3 hissəyə bölünməsi və X2 mənzilini girovla yüklü edərək götürdüyü 65.000 manat kredit məbləğinin qarşılıqlı iddiaçı Kahramanova Nurana tərəfindən ödənilmiş 32.500 manatın yarısının 1/3 hissəsi olan, 5416 manatın qarşılıqlı iddia üzrə cavabdeh X6 tutularaq, qarşılıqlı iddiaçı X5 ödənilməsi, qarşılıqlı iddiaçı Kahramanova Nurananın mərhum həyat yoldaşı X19 adına qeydiyyatda olan ** ND *** dövlət qeydiyyat nişanlı, MERCEDES BENZ C200 Minik markalı və ** CH *** dövlət qeydiyyat nişanlı avtomobillərin qarşılıqlı iddiaçı Kahramanova Nurananin 1/2 hissədə mülkiyyət hüququnun müəyyən edilərək, həmin avtomobilin digər 1/2 hissəsinin vərəsələr arasında 3 hissəyə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, o, ilkin iddia ərizəsi ilə tam razı deyil və təmin edilməməsini xahiş edir. Belə ki, ilkin iddia ərizəsində bildirilmişdir ki, mərhum X28 nikahdan əvvəl, yəni xx.xx.2018-ci il tarixində Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi, ev 112-də yerləşən 10 saylı, ümumi sahəsi 29 kv/metr, yaşayış sahəsi 16 kv/metr olan 1 otaqlı mənzili 52.500 manata alğı-satqı müqaviləsi əsasında almış, bir müddət orada yaşamış, xx.xx.2019-cu il tarixində isə Cavabdeh ilə nikah qeydiyyatından keçərək ailə qurmuşdur. Ailə qurduqdan sonra həmin 1 otaqlı mənzili 76.900 manata satmış və üzərinə 33.100 manat əlavə edərək xx.xx.2023-cü il tarixində X9 ilə alğı-satqı müqaviləsi baglayaraq Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, ev 22-də yerləşən 7 saylı mənzili 110.000 manata almışdır. O cümlədən, bildirilmişdir ki, Cavabdeh notariusa müraciət edərkən, mərhumun anası baradə məlumat verməmişdir. Ona görə də qeyd olunan tələblə məhkəməyə müraciət etmişdir. Lakin iddiaçı tərəf əsaslandığı halları təsdiq edən hər hansı mötəbər dəlili məhkəməyə təqdim etməmiş, həmçinin məhkəməyə yalan məlumat vermişdir. Çünki ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Elman qızı bildirir ki, onlar ünvan 1-da yaşamamışlar, həmişə kirayədə yaşamışlar, Cavabdeh Elman qızı da ailə qurandan sonra işləmiş, ailəyə dəstək olmuş, mərhum həyat yoldaşı ilə birlikdə pul yığaraq qeyd olunan Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, ev 22-də yerləşən 7 saylı mənzili almışlar, azyaşlı övladı və mərhum həyat yoldaşı ilə orada yaşamışlar. Bundan başqa qarşılıqlı iddiaçı Cavabdeh notariat ofisinə müraciət edərkən ərizəsində qaynanasının da vərəsə olduğunu bildirmişdir. İlkin iddiaçı isə mərhum oğlunun övladı barədə və onun da vərəsə sayılaraq payların 3 hissəyə bölünməli olması barədə düzgün məlumat verməmişdir. Göründüyü kimi Yasamal rayonu, Qırmızı Şərq küçəsi, ev 22-də yerləşən 7 saylı mənzil qarşılıqlı iddiaçı Cavabdeh ilə mərhum həyat yoldaşının birgə nikah dövründə alındığından həmin mənzil üzərində qarşılıqlı iddiaçı Cavabdeh bərabər mülkiyyət hüququ var, odur ki, həmin mənzilin digər hissəsi vərəsələr arasında 3 hissəyə bölünməlidir. Ona görə də qeyd olunanlara əsasən, ilkin iddiaçı tərəfindən iddia tələbinin əsasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən və məhkəməni yanıldan məlumatlar verildiyindən, həmçinin ilkin iddia ərizəsindəki tələb qanuni və əsaslı olmadığından tam təmin edilməməlidir. O cümlədən, qarşılıqlı iddiaçı Cavabdeh mərhum həyat yoldaşı vəfat etməzdən az müddət öncə şərikli iş görmək üçün mənzili girovla yüklü edərək - xx.xx.2024-cü il tarixdə 65000 (altmış beş min) manat məbləğində kredit götürmüş, vəfat etdikdən sonra həmin borc məbləğinin yarısı qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən, yarısı isə ortağı tərəfindən xx.xx.2024-cü il tarixdə ödənilmiş və mənzilin girovdan azad olması barədə arayış verilmişdir. Beləliklə, qeyd olunanlara əsasən hesab edir ki, miras aktivləri vərəsələr arasında bölündüyü kimi, miras passivləri də eyni qaydada bölünməlidir. Ona görə də qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 65.000 manat məbləğində ödənilmiş kredit vəsaitinin yarısı – 32.500 manat qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən ödənildiyindən həmin 32500 manat pul vəsaitinin yarısının üçdə biri -5416 manat (32500:2=16250:3=5416) manatın qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X7 nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, ilk iddia tələbini müdafiə edir. Qarşılıqlı iddia tələbini qismən qəbul edir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X4 nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirmişdir ki, ilk iddia tələbini qəbul etmirlər. Qarşılıqlı iddianı müdafiə edirlər və onun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edirlər Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X10 izahatında bildirmişdir ki, yoldaşı sağlığında şəriki ilə birlikdə 65.000 manat məbləğində kredit götürmüş, onun yarısı, yəni 32.500 manat hissəsi yoldaşının payına düşmüşdür. Mərhum həyat yoldaşının vəfatından sonra həmin kredit vəsaiti onun tərəfindən ödənilmişdir. Hazırda həmin borc məbləği də vərəsələr arasında bölünməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Salmanzadə Ramil Kamil oğlu izahatında göstərmişdir ki, mərhum X28 onun dostu olmuşdur. Birlikdə iş qurmaq üçün "xxxx" ASC-dən 65.000 manat kredit vəsaitini birlikdə götürmüş, həmin məbləği aralarında bölmüşlər. X28 vəfat etdikdən sonra onda olan pul vəsaitini özündə saxlamaq istəməmiş, mərhumun həyat yoldaşı Kahramova Nuranadən qalan pul vəsaitini də banka qaytarmaq lazım olduğunu bildirmişdir. Beləliklə, kredit vəsaiti götürüldükdən təxminən 1 ay sonra həmin vəsaiti banka qaytarmışlar. Məhkəmə iclasda iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ilk iddia rədd edilməli, qarşılıqlı iddia isə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı, ******* nömrəli 07 mart 2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə müəyyən edilir 0.ki, ünvan 1 ünvanda yerləşən mənzil barəsində X24 ilə X13 arasında daşınmaz əmlakın alqı-satqısı müqaviləsi ilə bağlanmış, həmin müqaviləyə əsasən sözügedən mənzil 52.500 manat müqabilində X15 mülkiyyətinə verilmişdir. İş materiallarında olan AZ-İ seriyalı, ******* nömrəli 24 avqust 2023-ci il tarixli notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə müəyyən edilir ki, ünvan 1 ünvanda yerləşən mənzil barəsində X24 ilə X16 arasında daşınmaz əmlakın alqı-satqısı müqaviləsi ilə bağlanmış, həmin müqaviləyə əsasən sözügedən mənzil 76.900 manat müqabilində X1. İş materiallarında olan AZ-İ seriyalı, ******* nömrəli 25 avqust 2023-ci il tarixli notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə müəyyən edilir ki, ünvan 2 ünvanda yerləşən mənzil barəsində X24 ilə X9 arasında daşınmaz əmlakın alqısatqısı müqaviləsi ilə bağlanmış, həmin müqaviləyə əsasən sözügedən mənzil 110.000 manat müqabilində X15 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil X15 mülkiyyətində olmaqla, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır. İş materiallarında olan 8İ-34785 nömrə ilə qeydiyyata alınan notariat qaydasında təsdiq edilmiş 28 noyabr 2024-cü il tarixli ərizədən görünür ki, Kahramanova Nurana həyat yoldaşı X14 qalmış miras əmlakı qəbul etmiş, bununla əlaqədar vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İş materiallarında olan 8İ-16345 nömrə ilə qeydiyyata alınan notariat qaydasında təsdiq edilmiş 13 dekabr 2024-cü il tarixli ərizədən görünür ki, X12 oğlu X14 qalmış miras əmlakı qəbul etmiş, bununla əlaqədar vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İş materiallarında olan "xxxx" ASC-nin 18 oktyabr 2024-cü il tarixli, 17-28/270-24 saylı məktubundan görünür ki, xx.xx.2024-cü il tarixli, 28-MCR-1-646-21/4 saylı Kredit müqaviləsinə əsasən X22 65.000 manat məbləğində, 24 ay müddətinə, 17 faiz dərəcəsinə kredit verilmişdir. Həmin kredit müqaviləsinə əsasən X19 65.000 manat məbləğində kredit üzrə "xxxx" ASC qarşısında hər hansı borc öhdəliyi mövcud deyil. İş materiallarında olan AZ-İİ seriyalı, 462996 nömrəli ölüm haqqında şəhadətnamə ilə müəyyən edilir ki, X28 xx.xx.2024-cü il tarixdə vəfat etmiş, bununla bağlı 21 noyabr 2024cü il tarixdə ölümü qeydə alınmışdır. İş materiallarında olan AZ-İİ seriyalı, 535818 nömrəli doğum haqqında şəhadətnamə ilə müəyyən edilir ki, X27 xx.xx.2020-ci il tarixdə doğulmuş, anası Qəhrəmanova Nuranə, atası X23r. İş materiallarında olan AZ-İİ seriyalı, 343109 nömrəli nikah haqqında şəhadətnamə ilə müəyyən edilir ki, X28 ilə Qəhrəmanova Nuranənin nikahı 27 iyun 2019-cu il tarixdə 2454 saylı akt ilə qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X34 İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-xx-xx/68772/2025 saylı məktubu ilə müəyyən edilir ki, komputer uçot baza məlumatları əsasında X19 mülkiyyətində ** ND *** dövlət qeydiyyat nişanlı, MERCEDES BENZ C200 Minik markalı və ** CH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X28 ilə X10 27 oktyabr 2019cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. X28 nikahdan əvvəl ünvan 1 ünvanda yerləşən mənzili 52.500 manata almış, birgə nikah dövründə, yəni 24 avqust 2023-cü il tarixdə həmin mənzili 76.000 manata satmışdır. Həmin vəsaitə 34.000 manat əlavə etməklə, 25 avqust 2023-cü il tarixdə ünvan 2 ünvanda yerləşən mənzili 110.000 manat əldə etmişdir. İddiaçının oğlu X28 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Qeyd olunan halları tərəflər mübahisələndirmir, yaranmış mübahisə həmin mənzilin birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməsi ilə bağlıdır. Məhkəmə ilkin iddiaya münasibət bildirərək qeyd edir ki, iddiaçı tərəf mərhumun adına qeydə alınmış ünvan 2 ünvanda yerləşən mənzilə olan pay hüququnun müəyyən edilməsini deyil, həmin mənzilin alınması üçün sərf edilmiş pul məbləğində payın müəyyən edilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, hazırda miras əmlak pul məbləği deyil, daşınmaz əmlak olan sözegedən mənzildir. Bu səbədən də, məhkəmə hesab edir ki, ilk iddia təmin edilməməlidir. Həmçinin məhkəmə qeyd edir ki, X28 birgə nikah dövründə ərlə arvadın ümumi əmlakı hesabına mülkiyyətində olan əmlakın dəyərini əhəmiyyətli dərəcədə artırmış və yeni əmlak əldə etmişdir. Həmin əmlak birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməlidir. Buna görə də, ilk iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.4-cü maddəsinə əsasən Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Qarşılıqlı iddia tələbinin “Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, ev 22-də yerləşən 7 saylı mənzilin qarşılıqlı iddiaçı Kahramanova Nurana ilə mərhum həyat yoldaşının birgə nikah dövründə alındığından həmin mənzil üzərində 1/2 hissədə mülkiyyət hüququnun müəyyən edilərək, həmin mənzilin digər 1/2 hissəsinin vərəsələr arasında 3 hissəyə bölünməsi və X2 mənzilini girovla yüklü edərək götürdüyü 65.000 manat kredit məbləğinin qarşılıqlı iddiaçı Kahramanova Nurana tərəfindən ödənilmiş 32.500 manatın yarısının 1/3 hissəsi olan, 5416 manatın qarşılıqlı iddia üzrə cavabdeh X6 tutularaq, qarşılıqlı iddiaçı X5 ödənilməsi, qarşılıqlı iddiaçı Kahramanova Nurananın mərhum həyat yoldaşı X19 adına qeydiyyatda olan ** ND *** dövlət qeydiyyat nişanlı, MERCEDES BENZ C200 Minik markalı və ** CH *** dövlət qeydiyyat nişanlı avtomobillərin qarşılıqlı iddiaçı Kahramanova Nurananin 1/2 hissədə mülkiyyət hüququnun müəyyən edilərək, həmin avtomobilin digər 1/2 hissəsinin vərəsələr arasında 3 hissəyə bölünməsi” hissəsinə gəldikdə isə məhkəmə qeyd edir ki, bu hissədə iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur; Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir; Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; Həmin Məcəllənin 32.2.1-ci maddəsinə əsasən onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir; Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir; Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir; Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir; Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Beləliklə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci və Mülki Məcəlləsinin 225- ci maddələrinin tələblərindən göründüyü kimi əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: - əmlakın ər-arvadın nikah müddətində əldə olunması; - əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ. hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyan) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbəli vərəsələr sırasına daxildirlər. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı Kahramanova Nurana qeyd edir ki, mərhum həyat yoldaşı X3 "xxxx" ASC ilə kredit müqaviləsi bağlamış, həmin kredit müqaviləsinə əsasən bankdan şəriki ilə birlikdə iş qurmaq niyyəti ilə 65.000 manat məbləğində pul vəsaiti götürmüşdür. Əri vəfat etdikdən sonra həmin kredit vəsaitini öz əmlakı hesabına ödəmiş, buna görə də həmin vəsait miras əmlakın passivi hesab edildiyindən vərəsələr arasında bölünməlidir. Məhkəmə qeyd edir ki, iş üzrə araşdırılmış hallardan da göründüyü kimi, mübahisə predmeti olan kredit vəsaiti mərhum X28 tərəfindən birgə nikah dövründə götürülsə də, həmin vəsaitini xərclənib-xərclənmədiyi işdə olan sübutlara əsasən öz təsdiqini tapmır. Əksinə, məhkəmə tərəfindən şahid qismində dindirilmiş mərhumun şəriki Salmanzadə Ramil Kamil oğlu kredit vəsaitini götürdükdən sonra xərcləmədiklərini, X28 vəfat etdikdən sonra banka olan borcunu ödədiyini bildirmişdir. İddiaçı qeyd olunan pul vəsaitini öz hesabına ödədiyini bildirsə də, bununla bağlı hər hansı başqa sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, qarşılıqlı iddia tələbi bu hissədə təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddianın digər hissəsi ilə bağlı qeyd edir ki, miras əmlaklar olan Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, ev 22 ünvanında yerləşən 7 saylı mənzil, “Mercedes Benz C200 Minik” markalı **-ND-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və “X35” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mərhum X28 ilə birgə nikah dövründə əldə olduğundan, həmin əmlak üzərində qarşılıqlı iddia üzrə iddiaçı X4 4/6, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 1/6 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17 1/6 hissədə miras payları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, İlk iddia üzrə ödənilmiş dövlət rüsumu ilk iddia üzrə iddiaçıya, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı X4 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “miras aktivlərinin və miras passivlərinin bölünməsi” tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilsin. Miras əmlaklar olan Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, ev 22 ünvanında yerləşən 7 saylı mənzil, “Mercedes Benz C200 Minik” markalı **-ND-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və “X35” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində qarşılıqlı iddia üzrə iddiaçı X4 4/6, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 1/6 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17 1/6 hissədə miras payları müəyyən edilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. İlk iddia üzrə ödənilmiş dövlət rüsumu ilk iddia üzrə İddiaçı aid edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı X5 aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-2158/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2158/2025
03.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver