Məhkəmə qərarları › İş №e-2(004)-2181/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2181/2022

15.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2181/2022 15.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” kiçik iddia ərizəsi üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında sadələşdirilmiş qaydada baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" MMC kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14.03.2020-ci il tarixli müqaviləyə 12.03.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən, İMEİ kodu **********34733 olan Samsung Galaxy S20 markalı telefon üçün 1476,60 manat ödənilməmiş hissə, 147,40 manat cərimə, 22.04.2019-cu il tarixli müqaviləyə 12.03.2021ci il tarixli 01 saylı əlavəyə əsasən, HP notebook, Sony Playstatıon-4 üçün 331 manat ödənilməmiş hissə, 33 manat cərimə, 10.03.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********94588 olan X1 8 markalı telefon üçün 181,80 manat ödənilməmiş hissə, 18,20 manat cərimə, 29.02.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********28451 olan Samsung Galaxy A51 markalı telefon üçün 652 manat ödənilməmiş hissə, 65 manat cərimə, 30.11.2019-cu il tarixli müqaviləyə əsasən, LG LED TV üçün 1189 manat ödənilməmiş hissə, 118 manat cərimə, 01.06.2020-ci il tarixli müqaviləyə əsasən, Kenwood Şirə çəkən, İMEİ kodu **********43823 olan BQ-1848 markalı telefon üçün 287 manat ödənilməmiş hissə, 28 manat cərimə olmaqla, ümumilikdə 4527 manat borcun və ödənilmiş 65,27 manat dövlət rüsumunun alınaraq, iddiaçıya ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verldikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh lazimi qaydada bildiriş göndərilmiş, lakin onun tərəfindən iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 445, 468, 741-ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq, məhkəmə araşdırılmasında müəyyən edildi ki, tərəflər arasında bağlanmış 14.03.2020-ci il, 22.04.2019-cu, 10.03.2020-ci il, 29.02.2020-ci il, 30.11.2019-cu il və 01.06.2020-ci il tarixli müqavilələrə əsasən, cavabdeh İMEİ kodu **********34733 olan Samsung Galaxy S20 markalı telefon, HP notebook, Sony Playstatıon-4, İMEİ kodu **********94588 olan X1 8 markalı telefon, İMEİ kodu **********28451 olan Samsung Galaxy A51 markalı telefon, LG LED TV, Kenwood Şirə çəkən, İMEİ kodu **********43823 olan BQ-1848 markalı telefon almışdır. Cavabdehin 14.03.2020-ci il və 22.04.2019-cu il tarixli müqavilələri 12.03.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, restrukturizasiya edilmişdir. Nəticədə 4527 manat borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2283.40 manat təşkil edir. Göründüyü kimi, cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir.Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır.Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Ona görə də, məhkəmə belə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, cavabdehdən ümumilikdə 4527 manat borc və ödənilmiş 65,27 manat dövlət rüsumu alınaraq, iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi təmin edilsin. Cavabdeh 14.03.2020-ci il tarixli müqaviləyə 12.03.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən, İMEİ kodu **********34733 olan Samsung Galaxy S20 markalı telefon üçün 1476,60 manat ödənilməmiş hissə, 147,40 manat cərimə, 22.04.2019-cu il tarixli müqaviləyə 12.03.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən, HP notebook, Sony Playstatıon-4 üçün 331 manat ödənilməmiş hissə, 33 manat cərimə, 10.03.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********94588 olan X1 8 markalı telefon üçün 181,80 manat ödənilməmiş hissə, 18,20 manat cərimə, 29.02.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********28451 olan Samsung Galaxy A51 markalı telefon üçün 652 manat ödənilməmiş hissə, 65 manat cərimə, 30.11.2019-cu il tarixli müqaviləyə əsasən, LG LED TV üçün 1189 manat ödənilməmiş hissə, 118 manat cərimə, 01.06.2020-ci il tarixli müqaviləyə əsasən, Kenwood Şirə çəkən, İMEİ kodu **********43823 olan BQ-1848 markalı telefon üçün 287 manat ödənilməmiş hissə, 28 manat cərimə olmaqla, ümumilikdə 4527 (dörd min beş yüz iyirmi yeddi) manat borc və ödənilmiş 65,27 (altmış beş manat 27 qəpik) manat dövlət rüsumu alınaraq, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar