Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2199/2024 23.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli ECK5825624, xx.xx.2019-cu il tarixli ECK5825625 nömrəli və xx.xx.2020-ci il tarixli ECK5866253 nömrəli hissə-hissə alqı-satqı müqavilələrinə əsasən xx.xx.2019-cu il tarixli, ECK5825624 nömrəli müqavilə üzrə “Satıcı” 414 (dörd yüz on dörd) manat dəyərində 1 (bir) ədəd “Samsung Galaxy A10” markalı telefonu satmağı, “Alıcı” isə 30 (otuz) manat ilkin ödəniş olmaqla qalan 384 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 12 ay müddətinə aylıq 32 manat olmaqla, hər ayın 20-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. xx.xx.2019-cu il tarixli ECK5825625 nömrəli müqavilə üzrə “Satıcı” 738 (yeddi yüz otuz səkkiz) manat dəyərində 1 (bir) ədəd “Grunding” markalı televizoru satmağı, “Alıcı” isə 0 (sıfır) manat ilkin ödəniş olmaqla qalan 738 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 18 ay müddətinə aylıq 41 manat olmaqla, hər ayın 20-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. xx.xx.2020-ci il tarixli ECK5866253 nömrəli müqavilə üzrə Satıcı” 1152 (min yüz əlli iki) manat dəyərində 1 (bir) ədəd “Sony” markalı plesteşını satmağı, “Alıcı” isə 0 (sıfır) manat ilkin ödəniş olmaqla qalan 1152 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 18 ay müddətinə aylıq 64 manat olmaqla, hər ayın 03-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Lakin cavabdeh “Alıcı” müqavilələrin şərtlərini pozaraq öhdəliklərini icra etməmiş, nəticədə xx.xx.2019-cu il tarixli ECK5825624 nömrəli müqavilə üzrə 96 (doxsan altı) manat əsas borc, 29 (iyirmi doqquz) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli ECK5825625 nömrəli müqavilə üzrə 440 (dörd yüz qırx) manat əsas, 132 (yüz otuz iki) manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli ECK5866253 nömrəli müqavilə üzrə 886 manat əsas 266 manat dəbbə pulu olmaqla ümumilikdə 1849 (min səkkiz yüz qırx doqquz) manat borcu yaranmışdır. Göstərilənlərə əsasən, Cavabdeh xx.xx.2019-cu il tarixli ECK5825624 nömrəli müqavilə üzrə 96 (doxsan altı) manat əsas borc, 29 (iyirmi doqquz) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli ECK5825625 nömrəli müqavilə üzrə 440 (dörd yüz qırx) manat əsas, 132 (yüz otuz iki) manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli ECK5866253 nömrəli müqavilə üzrə 886 manat əsas 266 manat dəbbə pulu olmaqla ümumilikdə 1849 (min səkkiz yüz qırx doqquz) manat və 39 (otuz doqquz) manat tərəfindən ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, cavabdeh tərəfindən bildiriş xx.xx.2024-cü il tarixdə qəbul edilmiş, lakin, məhkəməyə etiraz ünvanlamamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli ECK5825624, xx.xx.2019-cu il tarixli ECK5825625 nömrəli və xx.xx.2020-ci il tarixli ECK5866253 nömrəli hissə-hissə alqı-satqı müqavilələrinə əsasən xx.xx.2019-cu il tarixli, ECK5825624 nömrəli müqavilə üzrə “Satıcı” 414 (dörd yüz on dörd) manat dəyərində 1 (bir) ədəd “Samsung Galaxy A10” markalı telefonu satmağı, “Alıcı” isə 30 (otuz) manat ilkin ödəniş olmaqla qalan 384 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 12 ay müddətinə aylıq 32 manat olmaqla, hər ayın 20-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. xx.xx.2019-cu il tarixli ECK5825625 nömrəli müqavilə üzrə “Satıcı” 738 (yeddi yüz otuz səkkiz) manat dəyərində 1 (bir) ədəd “Grunding” markalı televizoru satmağı, “Alıcı” isə 0 (sıfır) manat ilkin ödəniş olmaqla qalan 738 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 18 ay müddətinə aylıq 41 manat olmaqla, hər ayın 20-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. xx.xx.2020-ci il tarixli ECK5866253 nömrəli müqavilə üzrə Satıcı” 1152 (min yüz əlli iki) manat dəyərində 1 (bir) ədəd “Sony” markalı plesteşını satmağı, “Alıcı” isə 0 (sıfır) manat ilkin ödəniş olmaqla qalan 1152 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 18 ay müddətinə aylıq 64 manat olmaqla, hər ayın 03-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli ECK5825624 nömrəli müqavilə üzrə 96 (doxsan altı) manat əsas borc, 29 (iyirmi doqquz) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli ECK5825625 nömrəli müqavilə üzrə 440 (dörd yüz qırx) manat əsas, 132 (yüz otuz iki) manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli ECK5866253 nömrəli müqavilə üzrə 886 manat əsas 266 manat dəbbə pulu olmaqla ümumilikdə 1849 (min səkkiz yüz qırx doqquz) manat borcu yaranmışdır. İş materiallarında olan İddiaçı Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ECK5825624 nömrəli müqavilə üzrə “Satıcı” 414 (dörd yüz on dörd) manat dəyərində 1 (bir) ədəd “Samsung Galaxy A10” markalı telefonu satmağı, “Alıcı” isə 30 (otuz) manat ilkin ödəniş olmaqla qalan 384 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 12 ay müddətinə aylıq 32 manat olmaqla, hər ayın 20-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. xx.xx.2019-cu il tarixli ECK5825625 nömrəli müqavilə üzrə “Satıcı” 738 (yeddi yüz otuz səkkiz) manat dəyərində 1 (bir) ədəd “Grunding” markalı televizoru satmağı, “Alıcı” isə 0 (sıfır) manat ilkin ödəniş olmaqla qalan 738 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 18 ay müddətinə aylıq 41 manat olmaqla, hər ayın 20-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. xx.xx.2020-ci il tarixli ECK5866253 nömrəli müqavilə üzrə Satıcı” 1152 (min yüz əlli iki) manat dəyərində 1 (bir) ədəd “Sony” markalı plesteşını satmağı, “Alıcı” isə 0 (sıfır) manat ilkin ödəniş olmaqla qalan 1152 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 18 ay müddətinə aylıq 64 manat olmaqla, hər ayın 03-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. “Satıcı” İddiaçı tərəfindən müqavilə üzrə öhdəlikləri yerinə yetirilsə də, “Alıcı” Cavabdeh müqavilə öhdəliklərindən yayınmışdır. Nəticədə Cavabdeh 2 mart 2024-cü il tarixinə İddiaçı xx.xx.2019-cu il tarixli ECK5825624 nömrəli müqavilə üzrə 96 (doxsan altı) manat əsas borc, 29 (iyirmi doqquz) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli ECK5825625 nömrəli müqavilə üzrə 440 (dörd yüz qırx) manat əsas, 132 (yüz otuz iki) manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli ECK5866253 nömrəli müqavilə üzrə 886 manat əsas 266 manat dəbbə pulu olmaqla ümumilikdə 1849 (min səkkiz yüz qırx doqquz) manat borcu yaranmışdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Sözügedən iddia tələbinin qanuni əsası qismində tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqavilələrinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 462 (dəbbə puluna münasibətdə), 467 (dəbbə pulunun məbləğinin məhkəmə tərəfindən azaldılmasına münasibətdə) və 600.4-cü (əsas öhdəliyə münasibətdə) maddələri çıxış edir. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İddia tələbinin faktiki və hüquqi halları ilə tərəflər arasında bağlanmış nisyə alqısatqı müqavilələrinin şərtləri və MM-in 462, 467 və 600.4-cü maddələrinin dispozitiv şərtləri eynilik təşkil edir. İş materiallarından görünür ki, “Alıcı” Cavabdeh xx.xx.2019-cu il tarixli ECK5825624, xx.xx.2019-cu il tarixli ECK5825625 nömrəli və xx.xx.2020-ci il tarixli ECK5866253 nömrəli hissə-hissə alqı-satqı müqaviləsi üzrə üzrə müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Belə olan halda, “Satıcı”nın verilmiş əşyaların ödənilməsini tələb etmək hüququ vardır. “Satıcı” müqavilə predmeti olan daşınar əşyaları “Alıcı”ya təhvil vermiş, “Alıcı” isə müqavilə şərtlərinə riayət etməməklə müqavilə öhdəliklərini pozmuşdur. Məhkəmə MM-in 467-ci maddəsinə əsasən, dəbbə pulunu ECK5825624 nömrəli müqavilə üzrə 29 manat məbləğində deyil, 9 manat məbləğində, ECK5825625 nömrəli müqavilə üzrə 132 manat məbləğində deyil, 44 manat məbləğində, ECK5866253 nömrəli müqavilə üzrə 266 manat məbləğində deyil, 88 manat məbləğində tutmağı məqsədə müvafiq hesab edir. Lakin, dəbb pulunun sözügedən məbləğlərdən aşağı məbləğdə müəyyən edilməsi bazar iqtisadiyyatının təşviq edilməsi, mövcud iqtisadi şərtlər, biznes maraqları nəzərə alınmaqla iddiaçı nöqteyi-nəzərdən, yuxarı məbləğdə müəyyənləşdirilməsi isə ümumi öhdəliyin həcmi, əhəmiyyəti nəzərə alınmaqla cavabdeh nöqteyi-nəzərdən məqsədə müvafiq hesab edilmir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdeh tərəfindən iddia tələbinə dair təkzibetmə funksiyası həyata keçirilməmişdir. Bu səbəbdən, məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla kifayətlənməyi əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 39 (otuz doqquz) manat məhkəmə xərci də cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli ECK5825624 nömrəli müqavilə üzrə 96 (doxsan altı) manat əsas borc, 9 (doqquz) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli ECK5825625 nömrəli müqavilə üzrə 440 (dörd yüz qırx) manat əsas, 44 (qırx dörd) manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli ECK5866253 nömrəli müqavilə üzrə 886 manat əsas 88 (səksən səkkiz) manat dəbbə pulu olmaqla ümumilikdə 1563 (min beş yüz altmış üç) manat pul və ödənilmiş 39 (otuz doqquz) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli ECK5825624 nömrəli müqavilə üzrə 96 (doxsan altı) manat əsas borc, 9 (doqquz) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli ECK5825625 nömrəli müqavilə üzrə 440 (dörd yüz qırx) manat əsas, 44 (qırx dörd) manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli ECK5866253 nömrəli müqavilə üzrə 886 manat əsas 88 (səksən səkkiz) manat dəbbə pulu olmaqla ümumilikdə 1563 (min beş yüz altmış üç) manat pul və ödənilmiş 39 (otuz doqquz) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-2199/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2199/2024
23.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver