Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2200/2024 30.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli RSK5761033 nömrəli müqaviləyə əsasən nisyə aldığı “Nokia” markalı mobil telefonun dəyərindən ödənilməmiş qalan 68 manat əsas borc və hesablanmış 20 manat cərimə; xx.xx.2019-cu il tarixli RSK5761180 nömrəli müqavilə “Riffel” markalı soyuducu və paltaryuyanın dəyərindən ödənilməmiş qalan 2.280 manat əsas borc, hesablanmış 684 manat cərimə; xx.xx.2019-cu il tarixli SMEK4606494 nömrəli müqaviləyə əsasən nisyə aldığı “Ege” markalı mətbəx mebelinin dəyərindən ödənilməmiş qalan 1.576 manat əsas borc və hesablanmış 472 manat cərimə; xx.xx.2020-ci il tarixli RSK5761886 nömrəli müqaviləyə əsasən nisyə aldığı “Ege” markalı mətbəx mebelinin dəyərindən ödənilməmiş qalan 503 manat əsas borc və hesablanmış 151 manat cərimə və ödənilmiş 78 manat dövlət rüsumu olmaqla, cəmi 5.832 manat pul tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ********** No-li VÖEN əsasında fəaliyyət göstərən, Bakı şəhərində yerləşən “Soliton” mağazasının sahibi, fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu və xx.xx.2020-ci il tarixlərdə nisyə alqı satqı müqavilələri bağlanmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixli RSK5761033 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 238 manat olan 1 ədəd “Nokia” markalı telefon almış, ilkin ödəniş olaraq 10 manat ödəniş etmiş, nəticədə 228 manat borc yaranmışdır. xx.xx.2019-cu il tarixli RSK5761180 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 3275 manat olan 1 ədəd “Riffel” markalı soyuducu və 1 ədəd “Riffel” markalı paltaryuyan almış, ilkin ödəniş olaraq 35 manat ödəniş etmiş, nəticədə 3240 manat borc yaranmışdır. xx.xx.2019-cu il tarixli SMEK4606494 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 2388 manat olan 1 ədəd “Ege” markalı mətbəx mebeli almış, nəticədə 2.388 manat borc yaranmış və xx.xx.2020-ci il tarixli RSK5761886 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 648 manat olan 1 ədəd “Ege” markalı mətbəx mebeli almış, nəticədə 648 manat borc yaranmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2021-ci il tarixdə 5 manat ödəniş etmiş, xx.xx.2019-cu il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 50 manat ödəniş etmiş, xx.xx.2019-cu il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2023-ci il tarixdə 80 manat ödəniş etmiş və xx.xx.2020-ci il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2021-ci il tarixdə 10 manat ödəniş etmişdir. Bu günədək cavabdehə etdikləri yazılı və şifahi müraciətlər heç bir nəticə verməmiş, müqavilənin şərtləri lazımı qaydada icra edilməmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməklə və “AZEMİS” vasitəsilə SMS bildirişi göndərilməklə məlumat verilmişdir, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İddiaçı elektron kabinet vasitəsilə məhkəməyə ərizə göndərək, iddia tələbini müdafiə etdiyini bildirmiş və onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinin tələbinə uyğun olaraq iddiaçının nümayəndəsinin, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının iddianı müfafiə etməsinə dair ərizəsini, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edilir ki, İddiaçı (VÖEN **********) (Soliton mağazası) xx.xx.2019-cu il tarixli RSK5761033 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən dəyəri 238 manat olan 1 ədəd “Nokia” markalı telefonu 10 manat ilkin ödəniş olmaqla, 12 ay müddətinə ayda 19 manat ödənilməsi şərti; xx.xx.2019-cu il tarixli RSK5761180 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən ümumi dəyəri 3275 manat olan 1 ədəd “Riffel” markalı soyuducunu və paltaryuyanı 35 manat ilkin ödəniş olmaqla, 24 ay müddətinə ayda 135 manat ödənilməsi şərti; xx.xx.2019-cu il tarixli SMEK4606494 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən ümumi dəyəri 2.388 manat olan 1 ədəd “Ege” markalı mətbəx mebelini ilkin ödəniş olmadan, 18 ay müddətinə ayda 133 manat, sonuncu ay isə 127 manat ödənilməsi şərti; xx.xx.2020-ci il tarixli RSK5761886 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən ümumi dəyəri 648 manat olan 1 ədəd “Ege” markalı mətbəx mebelini ilkin ödəniş olmadan, 24 ay müddətinə ayda 27 manat ödənilməsi şərti Cavabdeh nisyə satmışdır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh İddiaçı xx.xx.2019-cu il tarixli müqavilə üzrə 68 manat əsas borcu və hesablanmış 20 manat cərimə; xx.xx.2019-cu il tarixli müqavilə üzrə 2.280 manat əsas borcu və hesablanmış 684 manat cərimə; xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1.576 manat əsas borcu və hesablanmış 472 manat cərimə; xx.xx.2020-ci il tarixli müqavilə üzrə 503 manat əsas borcu və hesablanmış 151 manat cərimə olmaqla, cəmi 5.832 manat borcu vardır. Məhkəmə hesab edir ki, müqavilə üzrə tənasübsüz surətdə yüksək hesablanmış 20 manat cərimə azaldılaraq 5 manat; 684 manat cərimə azaldılaraq 150 manat, 472 manat cərimə azaldılaraq 100 manat, 151 manat cərimə azaldılaraq 30 manat müəyyən edilməlidir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli RSK5761033 nömrəli müqaviləyə əsasən nisyə aldığı “Nokia” markalı mobil telefonun dəyərindən ödənilməmiş qalan 68 manat əsas borc və hesablanmış 5 manat cərimə; xx.xx.2019-cu il tarixli RSK5761180 nömrəli müqavilə “Riffel” markalı soyuducu və paltaryuyanın dəyərindən ödənilməmiş qalan 2280 manat əsas borc, hesablanmış 150 manat cərimə; xx.xx.2019-cu il tarixli SMEK4606494 nömrəli müqaviləyə əsasən nisyə aldığı “Ege” markalı mətbəx mebelinin dəyərindən ödənilməmiş qalan 1576 manat əsas borc və hesablanmış 100 manat cərimə; xx.xx.2020-ci il tarixli RSK5761886 nömrəli müqaviləyə əsasən nisyə aldığı “Ege” markalı mətbəx mebelinin dəyərindən ödənilməmiş qalan 503 manat əsas borc və hesablanmış 30 manat cərimə və ödənilmiş 78 manat dövlət rüsumu olmaqla, cəmi 4.790 manat pul tutularaq İddiaçı (VÖEN **********) ödənilməlidir. İddia tələbi qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli RSK5761033 nömrəli müqaviləyə əsasən nisyə aldığı “Nokia” markalı mobil telefonun dəyərindən ödənilməmiş qalan 68 manat əsas borc və hesablanmış 5 manat cərimə; xx.xx.2019-cu il tarixli RSK5761180 nömrəli müqavilə “Riffel” markalı soyuducu və paltaryuyanın dəyərindən ödənilməmiş qalan 2280 manat əsas borc, hesablanmış 150 manat cərimə; xx.xx.2019-cu il tarixli SMEK4606494 nömrəli müqaviləyə əsasən nisyə aldığı “Ege” markalı mətbəx mebelinin dəyərindən ödənilməmiş qalan 1576 manat əsas borc və hesablanmış 100 manat cərimə; xx.xx.2020-ci il tarixli RSK5761886 nömrəli müqaviləyə əsasən nisyə aldığı “Ege” markalı mətbəx mebelinin dəyərindən ödənilməmiş qalan 503 manat əsas borc və hesablanmış 30 manat cərimə və ödənilmiş 78 manat dövlət rüsumu olmaqla, cəmi 4790 (dörd min yeddi yüz doxsan) manat pul tutularaq İddiaçı (VÖEN **********) ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №e-2(004)-2200/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2200/2024
30.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver