Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2205/2024 03.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, Cavabdeh MMC-nin nümayəndəsi X11 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 cəlb edilməklə) “müqavilənin etibarsızlığı və müqavilə öhdəliklərinə əsasən mənzilin payçıya təhvil verilməsi və s.” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin etibarsızlığı və müqavilə öhdəliklərinə əsasən mənzilin payçıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının ümumi sahəsi 132,1 kv.m-dən ibarət 3 otaqlı 180 nömrəli mənzili ilə bağlı X10 ilə Cavabdeh arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi və ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının ümumi sahəsi 132,1 kv.m-dən ibarət 3 otaqlı 180 nömrəli mənzilinin müqavilə öhdəliklərinə əsasən ona təhvil verilməsi və həmin müqavilənin əslinin ona qaytarılması öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin məhkəmə tərəfindən X3 və X10 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində mülki işə cəlb edilmişlər. İddia tələbi əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhərində mənzil almaq məqsədilə ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında "xxxx" MMC (bundan sonra MMC) tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 2-ci girişinin 16-cı mərtəbəsində yerləşən, 3 otaqlı 180 saylı ümumi sahəsi 132.1 kv.m-dən ibarət mənzillə bağlı MMC ilə müqavilə bağlamışdır. İddaçı ilə MMC arasında bağlanmış 2018-ci il tarixli müqaviləyə əsasən iddiaçının əri X3 həmin mənzili digər mənzillə barter etmiş və həmin mənzil barter edilərkən müqavilə iddiaçının adına bağlanmışdır. Mənzillər barter edilərkən 33.000 manat borc qaldığından müqavilənin bir nüsxəsi iddiaçıya verilməmişdir. Bildirir ki, iddiaçının əri X3 binaların üzlərini aqelay daşları ilə fasadlamaq işləri ilə məşğul olduğuna görə bəzi MTK-lar və bəzi bina tikən şirkətlərlə aralarında xoş münasibət və etibar olduğuna görə müqaviləyə, aralarında olan borca bir o qədər əhəmiyyət vermədən işlərini davam etdirirmişlər. Hətta, iddiaçının ərinin sözügedən MMC-nin rəhbərliyi ilə həm dostluq, həm də qohumluq, X10 ilə isə dostluq münasibətləri olubmuş. Lakin MMC-nin rəhbərliyi və X10 aralarında olan münasibətdən sui-istifadə edərək müqavilənin bir surətini iddiaçıya təqdim etməmişlər. Beləcə iddiaçı və onun ailə üzvləri həmin mənzildə 2018-ci ildən mənzil payçısı kimi yaşamışlar. Birgə təsərrüfatları olmuş, hətta 50.000 manat xərc çəkilərək ev təmir olunmuşdur. Hətta mənzilin bütün kommunal ödənişləri iddiaçının adına olmuşdur. Bu gün də “ Azəriqaz” İB-ya məxsus qaz kartı iddiaçının adınadır. Yasamal rayon Məhkəməsinin 2(004)-5380/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən sonra iddiaçıya məlum olmuşdur ki, həmin müqavilə onun razılığı olmadan xx.xx.2021-ci il tarixdə əri X1 adına dəyişdirilib. Sonra isə Y.Abdullayev həmin meqavilə əsasında sözügedən mənzili borclu olduğu X4 adına xx.xx.2021-ci il tarixdə rəsmiləşdirmişdir. Qeyd etmək istəyir ki, həmin mənzilə dair müqavilə dəyişdirilərkən iddiaçıya heç bir məlumat verilməmiş, onun razılığı alınmamışdır. Nəzərə çatdırır ki, alqı- satqı müqaviləsi iddiaçının adına olmasa belə, əri Y.Abdullayev həmin mənzil üzərində hər hansı hüquqi hərəkət apararkən ( alqı- satqı, bağışlama və s.) iddiaçının mütləq razılığı alınmalı idi. Çünki, sözügedən əmlak birgə nikah dövründə alınmış və həmin vaxt 50.000 manat xərc çəkilərək təmir olunmuşdur.İddiaçıya mənzilin başqa adamın adına keçməsi məlum olan kimi, iddiaçı buna etiraz edərək bunun əleyhinə olmuş və Yasamal rayon Məhkəməsinin 2(004)-5380/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. Qeyd etmək istəyir ki, müqavilənin əsli MMCyə qaytarılarkən iddaçı mənzilə olan pay haqlarından imtina etməmiş, bu barədə hər hansı bir ərizə ilə MMC-yə müraciət etməmiş və yaxud müqavilənin tərəfi kimi, pay hüququ olan şəxs kimi onun razılığı alınmamışdır. Bütün bunlar qeyri- qanuni olaraq MMC-nin qanunsuz hərkətləri nəticəsində baş vermişdir. Bildirmək istəyir ki, müqavilənin surəti iddiaçı tərəfdə olmadığından tərəfindən MMC-yə sorğu göndərilmiş və müqavilənin surəti bugünədək təqdim edilməmişdir.Qeyd: Alınmış məlumata görə hal- hazırda "xxxx" MMCnin rəhbəri X8r.Bu səbəbdən iddia tələbinin təmin edilməsini xahiş edir. İddiaçının nümayəndəsi və vəkili X17 xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, Sumqayıt Şəhər Məhkəməsindən gələrkən Bakı Sumqayıt yolunda Tosoil benzin doldurma məntəqəsinin qarşısında avtoqəza törətmişdir. Bu səbəbdən məhkəmə baxış iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcək. Odur ki, məhkəmənin ilkin baxış iclasının başqa vaxta təxirə salınmağını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin ərizədə göstərilənlərə dair hər hansı sübut təqdim edlmədiyindən məhkəmə iclasına gəlməməsinin səbəblərini üzürlü saymır və Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən iddiaçının nümayəndəsi və vəkilinin, iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Cavabdeh MMC-nin nümayəndəsi X18 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, Bakı şəhəri Yasamal rayonu Y/Yasamal y/m, Yeni Alatava 80A, 2-ci girşinin 16-cı mərtəbəsində yerləşən 3 otaqlı 180 saylı ümumi sahəsi 132.1 kv.m olan mənzillə bağlı Simpatiya-S MMC ilə İddiaçı və onun həyat yoldaşı X3 arasında heç bir müqavilə imzalanmamışdır. Həmin mənzil X9 məxsus olmuşdur, onun razılığı ilə X3 ailəsi ilə birlikdə orada müvəqqəti yaşamışlar. Beləliklə, mübahisəli mənzilin yeganə sahibi X8r. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X3 və X9 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, onlar məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X3 və X4 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 xx.xx.2024-cü il tarixli məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı onun arvadıdır. O, sözügedən mənzili barter əsasında əldə etmişdir. Onun həmin mənzilə dair müqaviləsi var imiş. O. İş gördükcə mənzilin dəyərini təşkil edən məbləği hissə-hissə ödəyirmiş. Tikinti sahəsində çalışır və üz çəkmə işi ilə məşğul olur. O, 1.600.000 manat dəyərində iş görmüş və həmin işlərin dəyərinin əvəzində də bir neçə mənzil almışdır. Bu mənzili özünə yaşamaq üçün götürmüşdür. Müqaviləni də yoldaşı İddiaçı adına bağlamışdır. MTK-nın möhürü onların əlindədir, onlar daha sonra saxta sənədlər düzəltmiş ola bilərlər. 2018-ci ildə MTK-nın rəhbəri Fuad Qasımov idi, amma hazırda MTK-nın direktoru Qüdrət Əliyevdir. Onun ödənişlərə aid bütün sənədləri var və MTK-nın mühasibatlığında saxlanılır. 33.000 manat borcu qaldığı üçün müqaviləni ona verməmişlər. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə sorğusuna əsasən əldə edilmiş X4 xx.xx.2024-cü il tarixli elektron kabinet vasitəsilə məhkəməyə ünvanladığı məlumatdan müəyyən edilir ki, Cavabdeh MMC ilə İddiaçı arasında ümumiyyətlə hər hansı mənzillə bağlı heç bir müqavilə imzalanmamışdır. Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal y/m 2-ci blok 16-cı mərtəbə 3 otaqlı 180 saylı mənzilin qanuni sahibi X8r. Məhkəmə sorğusuna əsasən əldə edilmiş Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli elektron kabinet vasitəsilə məhkəməyə ünvanladığı məlumatdan müəyyən edilir ki, Cavabdeh MMC ilə İddiaçı arasında ümumiyyətlə hər hansı mənzillə bağlı heç bir müqavilə imzalanmamışdır. Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal y/m 2-ci blok 16-cı mərtəbə 3 otaqlı 180 saylı mənzilin qanuni sahibi X8r. Cavabdeh MMC ilə X10 arasında bağlanmış 95 nömrəli, xx.xx.2021-ci il tarixli müqavilədən müəyyən edilir ki, Cavabdeh MMC Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal y/m 2-ci blok 16-cı mərtəbə 3 otaqlı 180 saylı mənzilin tikib X9 təhvil verməyi, X10 isəCavabdeh MMC-yə hər kv.m 700 manat olmaqla, ümumilikdə 92.470 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh MMC xx.xx.2021-ci il tarixli 119 nömrəli maliyyə arayışından müəyyən edilir ki, Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal y/m 2-ci blok 16-cı mərtəbə 3 otaqlı 180 saylı mənzilin dəyəri olan 92.470 manat X10 tərəfindən tam ödənilmiş və onun həmin mənzilə görəCavabdeh MMC qarşısında heç bir borcu yoxdur. ünvan 4 ünvanında qeydiyyatda olan X3 tərəfindən Cavabdeh MMC-nin direktroru T.Məmmədova ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizənin surətindən müəyyən edilir ki, Cavabdeh MMC-nin Yasamal rayonu Yeni Yasamal Y\M Yeni Alatava 80A ünvanında inşa etdiyi çoxmənzilli yaşayış binasının 2-ci girişinin 16-cı mərtəbəsində yerləşən 3 otaqlı 180 saylı ümumi sahəsi 132.1 kv.m-dən ibarət mənzil tərəfindən alınmışdır. Həmin mənzildən imtina edir və X4 adına rəsmiləşdirilməsini xahiş edir. Məsələ ilə bağlı heç bir etirazı yoxdur, gələcəkdə həmin mənzilə görə heç bir iddia tələbi irəli sürməyəcək və yaran biləcək hər hansısa bi prolemlə cavabdeh qismində özü çıxış edəcək. Cavabdeh MMC-nin 03 iyul 2024-cü il tarixli 14/m saylı məktubundan müəyyən edilir ki, Bakı şəhəri Yasamal rayonu Y/Yasamal y/m, Yeni Alatava 80A, 2-ci girşinin 16-cı mərtəbəsində yerləşən 3 otaqlı 180 saylı ümumi sahəsi 132.1 kv.m olan mənzillə bağlı Simpatiya-S MMC ilə İddiaçı və onun həyat yoldaşı X3 arasında heç bir müqavilə imzalanmamışdır. Həmin mənzil X9 məxsus olmuşdur, onun razılığı ilə X3 ailəsi ilə birlikdə orada müvəqqəti yaşamışlar. Beləliklə. Mübahisəli mənzilin yeganə sahibi X8r. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan müəyəyn edilir ki, Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov küçəsi 18 bina 85 180 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Azəriqaz İB-nın xx.xx.2024-cü il tarixli 101/05/24 saylı məktubundan müəyyən edilir ki, Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal 7-ci Alatava küçəsi Simpatiya-S MTK ya məxsus bina 80a 180 saylı mənzilə dair qaz paylayıcısı “Azəriqaz” İB ilə məişət qaz qurğusu istifadəçisi İddiaçı arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli arayışından müəyyən edilir ki, hal-hazırda İddiaçı Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal 7-ci Alatava küçəsi 80A mənzil 180-sa qeydiyyatsız olaraq yaşayır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5380/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən müəyyən edilir ki, cavabdehler X3, İddiaçı qizi, X5, X6 və Abdullazadə B Yadigar oğlu iddiaçı X9 məxsus Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal y/m., 7-ci Alatava, ev 80A, 180 saylı mənzilin ümumi sahəsi 132.1 kv.m olan manzildən əşyaları ile birlikdə çıxarılmaları, mənzil boşaldılaraq iddiaçı X9 təhvil verilməsi, iddiaçı tərəfindən ödənilmiş "Azərişıq” ASC-yə yaranmış kommunal borca göre 248 (ki yüz qırx altı) manat və "xxxx" ASC-yə yaranmış kommunal borca görə 65 (altmış baş) manat məbləğində borcun cavabdehler X3, X12, X5, X6 va X2 tutularaq iddiaçıya ödənilməsi, məhkəməyə ərizənin verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlər X3, İddiaçı, X7, X6 və X2 tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəlləyə görə əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər (MM-in 153.3-cü maddəsi). Mülki Məcəllənin 14.1.-ci maddəsinə əsasən Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir (MM-nin 14.2.1-ci maddəsi) Mülki Məcəllənin 324.1-ci maddəsinin tələblərinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur (MM-nin 325.1-ci maddəsi). Qeyd olunan Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir (MM-nin 390.1-ci maddəsi). Mülki Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin həmin Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir(MM-nin 390.4-cü maddəsi). Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (MM-nin 404.2-ci maddəsi). Mülki Məcəllənin 337.1-ci maddəsinə həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Ə.İbrahimovun şikayəti ilə bağlı mülkiyyət hüququ, onun əmələ gəlməsi və xitamı, alqısatqı müqaviləsinin etibarlılığının müəyyən olunmasına dair bəzi məsələlər üzrə, habelə mübahisə olunan məhkəmə aktının qanuniliyi ilə əlaqədar aşağıdakılar qeyd olunmalıdır. Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmazdır. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur (insan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadılıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi və s.). Mülkiyyət hüququ müəyyən hüquqi faktın və ya belə faktların məcmusunun mövcudluğu zamanı yaranır. Mülkiyyət hüququnun yaranması üsullarından biri bu hüququn müqavilə üzrə əldə edilməsindən ibarətdir. Əqdlər daha çox yayılmış hüquqi faktlardan biridirsə, alqı-satqı müqaviləsi də əqdlərin bir növüdür. Müqavilə bağlanması ilə yaranan daşınmaz əmlaka mülkiyyət hüququnun onu əldə edən şəxsə tam keçməsi bu hüququn verildiyinin dövlət reyestrində qeydə alındığı tarixdən etibarən baş verir (Mülki Məcəllənin 146-cı maddəsi). Həmin anda həmçinin əmlakı özgəninkiləşdirilən şəxsin bu əmlaka olan mülkiyyət hüququna xitam verilir. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların (o cümlədən yaşayış mənzilinin) alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1 və 647.1-ci maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlar, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü də iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş müqavilələrin etibarsızlığı üçün əsas olan halları təsdiq edən sənədi təqdim etməlidir. Hazırki mübahisənin həlli ilə əlaqədar olaraq qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının və onun nümayəndəsinin öz tələblərini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçı tərəfin mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı mübahisəli mənzilin ona məxsus olmağını, yəni onunla cavabdeh arasında müqavilə mövcud olmuşdursa, həmin müqaviləni və ya digər sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh MMC isə məhkəmə sorğularına cavab olaraq belə bir müqavilənin mövcud olmadığını qeyd etmişdir. Mübahisəli mənzilin qanuni sahibinin başqa şəxs, yəni X10 olduğu qeyd edilmiş və bu halı təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim edilmişdir. Məhkəmə kommunal xidmətlərlə bağlı müqavilələrin ididaçı ilə bağlanması halı ilə bağlı onu qeyd edir ki, kommunal xidmətlər bağlı müqavilələr faktiki olaraq mənzildə yaşayan (istehlakçılarla) şəxslərlə bağlanılır. İddiaçı da müvəqqəti olaraq həmin mənzildə yaşadığı üçün istehlakçı kimi müqavilə onunla bağlanmışdır. Yəni kommunal xidmətlə bağlı iddiaçı ilə müqavilənin bağlanması həmin mənzilin həmin şəxsə mənsub olması kimi qiymətləndirilə bilməz. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının ümumi sahəsi 132,1 kv.m-dən ibarət 3 otaqlı 180 nömrəli mənzili ilə bağlı X10 ilə Cavabdeh arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının ümumi sahəsi 132,1 kv.m-dən ibarət 3 otaqlı 180 nömrəli mənzilinin müqavilə öhdəliklərinə əsasən iddiaçıya təhvil verilməsi və həmin müqavilənin əslinin ididaçıya qaytarılması öhdəliyinin Cavabdeh MMCnin üzərinə qoyulması” tələbinə dair iddiası edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 cəlb edilməklə) Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının ümumi sahəsi 132,1 kv.m-dən ibarət 3 otaqlı 180 nömrəli mənzili ilə bağlı X10 ilə Cavabdeh arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının ümumi sahəsi 132,1 kv.m-dən ibarət 3 otaqlı 180 nömrəli mənzilinin müqavilə öhdəliklərinə əsasən iddiaçıya təhvil verilməsi və həmin müqavilənin əslinin ididaçıya qaytarılması öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-2205/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2205/2024
03.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver