Məhkəmə qərarları › İş №e-2(004)-2219/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2219/2024

30.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2219/2024 30.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən nisyə aldığı İMEİ KOD **********93738 Samsung Galaxy S22 Ultra markalı telefon, Samsung Chargerin dəyərindən ödənilməmiş qalan 2.136,62 manat əsas borc, hesablanmış 561,68 manat dəbbə pulu; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən nisyə aldığı İMEİ KOD **********84540 Samsung Galaxy S22 Ultra markalı telefon, Samsung Chargerin dəyərindən ödənilməmiş qalan 2.491,97 manat əsas borc, hesablanmış 732,33 manat dəbbə pulu olmaqla, cəmi 5.922,60 manat borc və ödənilmiş 80,35 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, İddiaçı MMC xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən dəyəri 4.227,62 manat olan İMEİ kodu **********93738 olan Samsung Galaxy S22 Ultra markalı telefonu, Samsung Chargeri 18 ay müddətinə 476,78 manat ilkin ödəniş etməklə ayda 208,38 manat ödənilməsi; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən dəyəri 3.967,97 manat olan İMEİ kodu **********84540 olan Samsung Galaxy S22 Ultra markalı telefonu, Samsung Chargeri 15 ay müddətinə 298,22 manat ilkin ödəniş etməklə ayda 244,65 manat ödənilməsi şərti ilə Cavabdeh nisyə satmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və borcu vaxtında ödəməmişdir. Nəticədə Cavabdeh İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixli müqavilə üzrə 2.136,62 manat əsas borc, hesablanmış 561,68 manat dəbbə pulu; xx.xx.2022-ci il tarixli müqavilə üzrə 2.491,97 manat əsas borc, hesablanmış 732,33 manat dəbbə pulu olmaqla, cəmi 5.922,60 manat borcu yaranmışdır. Cavabdehə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borc ödənilməmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməklə və “AZEMİS” vasitəsilə SMS bildirişi göndərilməklə məlumat verilmişdir, lakin cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb, iş materiallarında olan sənədləri nəzərdən keçirib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edilir ki, İddiaçı MMC xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən dəyəri 4.227,62 manat olan İMEİ kodu **********93738 olan Samsung Galaxy S22 Ultra markalı telefonu, Samsung Chargeri 18 ay müddətinə 476,78 manat ilkin ödəniş etməklə ayda 208,38 manat ödənilməsi; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən dəyəri 3.967,97 manat olan İMEİ kodu **********84540 olan Samsung Galaxy S22 Ultra markalı telefonu, Samsung Chargeri 15 ay müddətinə 298,22 manat ilkin ödəniş etməklə ayda 244,65 manat ödənilməsi şərti ilə Cavabdeh nisyə satmışdır. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, aldığı əşyanın dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən müəyyən edilir ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixli müqavilə üzrə 2.136,62 manat əsas borc, hesablanmış 561,68 manat dəbbə pulu; xx.xx.2022-ci il tarixli müqavilə üzrə 2.491,97 manat əsas borc, hesablanmış 732,33 manat dəbbə pulu olmaqla, cəmi 5.922,60 manat borcu yaranmışdır. Məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli müqavilə üzrə tənasübsüz surətdə yüksək hesablanmış 561,68 manat cərimə azaldılaraq 130 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə tənasübsüz surətdə yüksək hesablanmış 732,33 manat cərimə azaldılaraq 150 manat müəyyən edilməlidir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli 03451830 nömrəli müqaviləyə əsasən nisyə aldığı Samsung Galaxy S22 ultra, Samsung Chargerin dəyərindən ödənilməmiş qalan 2.136,62 manat əsas borc, hesablanmış 130 manat cərimə; xx.xx.2022-ci il tarixli 03452185 nömrəli müqaviləyə əsasən nisyə aldığı Samsung Galaxy S22 ultra, Samsung Chargerin dəyərindən ödənilməmiş qalan 2.491,97 manat əsas borc, hesablanmış 150 manat cərimə və ödənilmiş 80,35 manat dövlət rüsumu olmaqla, cəmi 4.988,94 manat pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. İddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 03451830 nömrəli müqaviləyə əsasən nisyə aldığı İMEİ kodu **********93738 olan Samsung Galaxy S22 ultra, Samsung Chargerin dəyərindən ödənilməmiş qalan 2.136,62 manat əsas borc, hesablanmış 130 manat cərimə; xx.xx.2022-ci il tarixli 03452185 nömrəli müqaviləyə əsasən nisyə aldığı İMEİ kodu **********84540 olan Samsung Galaxy S22 ultra, Samsung Chargerin dəyərindən ödənilməmiş qalan 2.491,97 manat əsas borc, hesablanmış 150 manat cərimə və ödənilmiş 80,35 manat dövlət rüsumu olmaqla, cəmi 4.988,94 (dörd min doqquz yüz səksən səkkiz manat doxsan dörd qəpik) manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar