Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2225/2024 24.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********54143 HUAWEİ NOVAY70 markalı telefon, 2 ədəd HUAWEİ BAND 6 qol saatı üçün, 464.14 (dörd yüz altmış dörd manat on dörd qəpik) manat ödənilməmiş hissə, 46.86 (qırx altı manat səksən altı qəpik) manat cərimə, xx.xx.2022-ci il, tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********00434 HUAWEİ NOVA Y90 markalı telefon üçün 228.07 (iki yüz iyirmi səkkiz manat yeddi qəpik) manat ödənilməmiş hissə, 22.93 (iyirmi iki manat doxsan üç qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, TOZSORAN PANASONİC, ƏTÇƏKƏN KENWOOD, BLENDER HOFFMANN, 305.37 (üç yüz beş manat otuz yeddi qəpik) manat ödənilməmiş hissə, 30.63 (otuz manat altmış üç qəpik) manat cərimə, ümumilikdə 1098 manat borc, 30.98 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********54143 HUAWEİ NOVAY70 MARKALİ TELEFON, 2 ƏDƏD HUAWEİ BAND 6 QOL SAATİ LG, İMEİ KOD **********00434HUAWEİ NOVA Y90 MARKALİ TELEFON, TOZSORAN PANASONİC, ƏTÇƏKƏN KENWOOD, BLENDER HOFFMANN 1098 (min doxsan səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022ci il il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 886.14 (səkkiz yüz səksən altı manat on dörd qəpik) manat (18 ay x 49.23 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KOD **********54143 HUAWEİ NOVA Y70 MARKALİ TELEFON, 2 ƏDƏD HUAWEİ BAND 6 qol saatı üçün ümumilikdə, 511 (beş yüz on bir) manat olmaqla ondan, 464.14 (dörd yüz altmış dörd manat on dörd qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 46.86 (qırx altı manat səksən altı qəpik) manat cərimə, xx.xx.2022-ci il, tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 677.88 (altı yüz yetmiş yeddi manat səksən səkkiz qəpik) manat (18 ay x 37.66 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KOD **********00434 HUAWEİ NOVA Y90 markalı telefon üçün ümumilikdə, 251 (iki yüz əlli bir) manat olmaqla ondan, 228.07 (iki yüz iyirmi səkkiz manat yeddi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 22.93 (iyirmi iki manat doxsan üç qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 787.14 (yeddi yüz səksən yeddi manat on dörd qəpik) manat (18 ay x 43.73 manat + 0 manat ilkin ödəniş) olan TOZSORAN PANASONİC, ƏTÇƏKƏN KENWOOD, BLENDER HOFFMANN ümumilikdə, 336 (üç yüz otuz altı) manat olmaqla ondan, 305.37 (üç yüz beş manat otuz yeddi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 30.63 (otuz manat altmış üç qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1353.58 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə rəsmi qaydada göndərilsə də o, iddiaçının tələbinə dair əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2022-ci il tarixli, 13921818 nömrəli müqavilədən və müqavilənin tərkib hissəsi olan Əlavədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında ümumilikdə dəyəri 886,09 manat təşkil edən “HUAWEİ NOVAY70”, 2 ədəd “HUAWEİ BAND 6 qol saatı” alğısatqısına dair müqavilə bağlamışdırlar. xx.xx.2022-ci il tarixli,10782764 nömrəli alğı-satqı müqaviləsi üzrə "xxxx" MMC ilə Cavabdeh arasında ümumilikdə dəyəri 677,93 manat təşkil edən İMEİ KOD **********00434 HUAWEİ NOVA Y90, “Paket L” alğı-satqısına dair müqavilə bağlamışdırlar. xx.xx.2022-ci il tarixli, 02062894 nömrəli müqavilədən və müqavilənin tərkib hissəsi olan Əlavədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında ümumilikdə dəyəri 787,06 manat təşkil edən “Tozsoran Panasonic MC-CL571A149”, “Ətçəkən KenWood MG450”, “Blender HoffMann HB8060B” alğı-satqısına dair müqavilə bağlamışdırlar. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. 15 mart 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, 13921818 nömrəli müqavilə üzrə ödənilməmiş məbləğ 511 manat, xx.xx.2022-ci il tarixli, 10782764 nömrəli müqavilə üzrə ödənilməmiş məbləğ 251 manat, xx.xx.2022-ci il tarixli, 02062894 nömrəli müqavilə üzrə ödənilməmiş məbləğ 336 manat olmaqla, cəmi 1098 manat təşkil edir. Cavabdehin ödənişləri gecikdirməsi ilə müqavilə şərtlərini pozduğuna görə müqavilə üzrə ödəniş cədvəlinin 2-ci bəndinə uyğun olaraq, 1-ci müqavilə üzrə 132 manat (0,49 x 270 gün), 2-ci müqavilə üzrə 55,5 manat (0,37 manat x 150 gün), 3-cü müqavilə üzrə (0,43 x 180 gün) cərimə hesablanmalı olmasına baxmayaraq, cavabdehə güzəşt edilərək 1-ci müqavilə üçün 46,86 manat, 2-ci müqavilə üçün 22,93 manat, 3-cü müqavilə üçün 30,63 manat olmaqla cərimə hesablanmışdır. xx.xx.2024-cü il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30,98 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, yuxarıda qeyd edilən malın alqı-satqısına dair müqavilələrə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə malın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı malı alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin malı ödəmək üzrə vəzifəsini icra etməmiş və xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən onun tərəf olduğu xx.xx.2022-ci il tarixli, 13921818 nömrəli müqavilə üzrə 464,14 manat əsas borc, 46,86 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli, 10782764 müqavilə üzrə isə 228,07 manat əsas borc, 22,93 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli, 02062894 nömrəli müqavilə üzrə 305,37 manat əsas borc, 30,63 manat cərimə borcu olmaqla ümumilikdə 1098 manat borcu yaranmışdır. Mülki Məcəllənin (bundan sonra - MM) 567-ci, 568.1-ci və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1-ci və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilələr üzrə iddiaçı cavabdehdən əşyaların ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-nin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, iddianın cərimənin ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Məhkəmə, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 13921818 nömrəli müqavilə üzrə hesablanmış 46,86 manat cərimənin tənasübsüz yüksək olmasını nəzərə alaraq, həmin müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və cərimənin 23,20 manat məbləğində, xx.xx.2022-ci il tarixli,10782764 nömrəli müqavilə üzrə hesablanmış 22,93 manat cərimənin tənasübsüz yüksək olmasını nəzərə alaraq, həmin müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və cərimənin 11,40 manat məbləğində, xx.xx.2022-ci il tarixli, 02062894 nömrəli müqavilə üzrə hesablanmış 15,25 manat cərimənin tənasübsüz yüksək olmasını nəzərə alaraq, həmin müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və cərimənin müəyyən edilməsini, ədalətli və məqsədə müvafiq sayır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 464,14, (dörd yüz altmış dörd manat on dörd qəpik) manat əsas borc, 23,20 (iyirmi üç manat iyirmi qəpik) manat cərimə borcu, xx.xx.2022-ci il tarixli, müqavilə üzrə 228.07 (iki yüz iyirmi səkkiz manat yeddi qəpik) manat əsas borc, 11,40 (on bir manat qırx qəpik) cərimə borcu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 305,37 (üç yüz beş manat otuz yeddi) manat əsas borc, 15,25 (on beş manat iyirmi beş qəpik) cərimə borcu olmaqla, ümumilikdə hər üç müqavilə üzrə 1047,43, (min qırx yeddi manat qırx üç qəpik) borc və dövlət rüsumu kimi ödənilmiş 30,98 (otuz manat doxsan səkkiz qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 464,14, (dörd yüz altmış dörd manat on dörd qəpik) manat əsas borc, 23,20 (iyirmi üç manat iyirmi qəpik) manat cərimə borcu, xx.xx.2022-ci il tarixli, müqavilə üzrə 228.07 (iki yüz iyirmi səkkiz manat yeddi qəpik) manat əsas borc, 11,40 (on bir manat qırx qəpik) cərimə borcu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 305,37 (üç yüz beş manat otuz yeddi) manat əsas borc, 15,25 (on beş manat iyirmi beş qəpik) cərimə borcu olmaqla, ümumilikdə hər üç müqavilə üzrə 1047,43, (min qırx yeddi manat qırx üç qəpik) borc və dövlət rüsumu kimi ödənilmiş 30,98 (otuz manat doxsan səkkiz qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-2225/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2225/2024
24.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver