Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2226/2023 08.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “borc tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı QSC Cavabdeh qarşı “borc tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə BK24644 saylı xx.xx.2021-ci il tarixli Nisyə Alqısatqı müqaviləsi üzrə 401.47 AZN borcun, 0 AZN cərimə borcunun, 30 AZN məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 AZN dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Optimal Elektronika MMC ilə Cavabdeh arasında bağlanmış BK24644 saylı xx.xx.2021-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsinə əsasən cavabdeh 1315.47 manat dəyərində nisyə aldığı mala görə 106 manat ilkin ödəniş olaraq ödəmiş, qalıq 1209.47 manat borcu isə müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı QSC ilə Optimal Elektronika MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən Optimal Elektronika MMC-nin Cavabdeh qarşı olan 1209.47 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı QSC-yə keçməsi barədə Nisyə alqı satqı müqaviləsi üzrə Alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Tərəflər arasında bağlanmış Nisyə alqı-satqı müqaviləsinin 3-cü maddəsinə görə satıcı alıcıya Təhvil təslim aktında (Əlavə 2) qeyd olunan malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinə əsasən alıcı həmin müqavilənin 1 saylı əlavəsində müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Eyni zamanda həmin müqavilənin 5.6-cı maddəsinə əsasən alıcı borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0.3 % miqdarında dəbbə pulu ödəməlidir. Əlavə olaraq tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin 6.1-ci maddəsinə əsasən alıcı müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyi halda, satıcı mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb edə bilər. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtmir. Belə ki, cavabdehin bugünə 401.47 manat əsas borcu, 0 manat cərimə borcu yaranıb. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı tərəflərindən cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Daha sonra Cavabdeh İddiaçı QSC-nin Cavabdeh qarşı “borc tələbi”nə dair iddia ərizəsinə xx.xx.2023-cü il tarixdə etiraz təqdim edərək etirazında qeyd etmişdir ki, Optimal mağazasından kreditlə aldığı telefonlardan biri yararsız vəziyyətə düşmüşdür. xx.xx.2022ci il tarixində Optimal mağazalarının təmir servisinə təhvil vermişdir. Telefon tam yararsız olduğu üçün Optimal mağazası xx.xx.2022-ci il tarixində BK 24644 nömrəli kreditin məbləğini silərək onlara 417 manat məbləğində pulu geri qaytarmışdır. İddiaçı QSC məhkəməyə elektron qaydada xx.xx.2023-cü il tarixdə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılararq iddia tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, "xxxx"-dən onun adına 2 telefon və 1 ütü götürülüb. Təxmini dəyəri 1200 manat miqdarında olan “Samsung” markalı telefonun 8 aylıq krediti ödənildikdən sonra, telefon xarab olmuşdur. Telefonu geri qaytardıqdan sonra onlara 417 manat pul ödənilmiş və 4 aylıq borc silinmişdir. Borcun silinməsi ilə bağlı sənədi onlara malları aldıqları "xxxx"-dən vermişlər. Borcun tələb edilməsi hüququnun İddiaçı QSC-yə keçməsi ilə bağlı onlara hər hansı məlumat verilməyib. Onlar borcla bağlı malları aldıqları şirkətlə tam haqq-hesablaşmışlar və heç bir borcları yoxdur. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarında olan "xxxx" MMC (satıcı) və Cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2021-ci il tarixli BK24644 saylı Nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı alıcıya Təhvil - təslim aktında (Əlavə 2) qeyd olunan malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinə əsasən alıcı həmin müqavilənin 1 saylı əlavəsində müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. İş materiallarında olan "xxxx" MMC (satıcı) və Cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2021-ci il tarixli BK24644 saylı Nisyə alqı-satqı müqaviləsinə Əlavə 1-dən görünür ki, alıcı 1315.47 manat dəyərində nisyə aldığı mala görə 106 manat ilkin ödəniş olaraq ödəmiş, qalıq 1209.47 manat borcu isə müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hər ay 101 manat ödəmək şərtilə 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Təhvil-təslim Aktından (Əlavə 2) görünür ki, "xxxx" MMC (satıcı) və Cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2021-ci il tarixli BK24644 saylı Nisyə alqı-satqı müqaviləsinə əsasən Samsung A12 32GB Black markalı, Xiaomi Poco X3 Pro 8/256GB Bronze markalı telefonlar və Bosch TDA1024210 markalı ütü alıcı Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan 7229 nömrəli, xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, müştəri X1 poco x3 pro markalı məhsulu ekranı yanmaması səbəbindən "xxxx" MMC-nin Servisinə təmir olunması üçün təqdim etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli "xxxx" MMC-dən verilmiş məktubdan görünür ki, alıcı Cavabdeh 417 manat pul qaytarılmış və BK24644 saylı müqavilə üzrə alıcının borcu sıfırlanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış Tələbin güzəşti barədə R-16/19 saylı Faktorinq müqaviləsinə əsasən faktor borclu barəsində müştərinin borcluya malların satılmasından irəli gələn pul tələbinin hesabına müştəriyə pul vəsaiti verir müştəri isə borcluya qarşı pul tələbini faktora güzəşt edir. İş materiallarında olan R-16/19 saylı, xx.xx.2019-cu il tarixli Faktorinq Müqaviləsinə əlavə olunan R-xx/xx-0113 saylı, xx.xx.2021-ci il tarixli Sazişdən görünür ki, Optimal Elektronika MMC-nin Cavabdeh qarşı olan 1209.47 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 581-ci maddəsinə əsasən: 581.1 Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. 581.3. Əşyanı nümunəyə və (və ya) təsvirə əsasən satarkən, satıcı alıcıya nümunəyə və (və ya) təsvirə uyğun gələn əşya verməyə borcludur. 581.4. Satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər. Həmin Məcəllənin 587-ci maddəsinə əsasən: 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olubolmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, "xxxx" MMC (satıcı) və Cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2021-ci il tarixli BK24644 saylı Nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı alıcıya Təhvil - təslim aktında (Əlavə 2) qeyd olunan malı satmış və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli BK24644 saylı Nisyə alqı-satqı müqaviləsinə Əlavə 1dən görünür ki, alıcı 1315.47 manat dəyərində nisyə aldığı mala görə 106 manat ilkin ödəniş olaraq ödəmiş, qalıq 1209.47 manat borcu isə müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hər ay 101 manat ödəmək şərtilə 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli Təhvil-təslim Aktından (Əlavə 2) görünür ki, "xxxx" MMC (satıcı) və Cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2021-ci il tarixli BK24644 saylı Nisyə alqı-satqı müqaviləsinə əsasən Samsung A12 32GB Black markalı, Xiaomi Poco X3 Pro 8/256GB Bronze markalı telefonlar və Bosch TDA1024210 markalı ütü alıcı Cavabdeh təhvil verilmişdir. Bundan sonra R-16/19 saylı, xx.xx.2019-cu il tarixli Faktorinq Müqaviləsinə əlavə olunan R-xx/xx-0113 saylı, xx.xx.2021-ci il tarixli Sazişdən görünür ki, Optimal Elektronika MMC-nin Cavabdeh qarşı olan 1209.47 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Hazırda İddiaçı QSC Cavabdeh qarşı “borc tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə BK24644 saylı xx.xx.2021-ci il tarixli Nisyə Alqısatqı müqaviləsi üzrə 401.47 AZN borcun, 0 AZN cərimə borcunun, 30 AZN məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 AZN dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra Cavabdeh İddiaçı QSC-nin Cavabdeh qarşı “borc tələbi”nə dair iddia ərizəsinə xx.xx.2023-cü il tarixdə etiraz təqdim edərək etirazında qeyd etmişdir ki, Optimal mağazasından kreditlə aldığı telefonlardan biri yararsız vəziyyətə düşmüşdür. xx.xx.2022-ci il tarixində Optimal mağazalarının təmir servisinə təhvil vermişdir. Telefon tam yararsız olduğu üçün Optimal mağazası xx.xx.2022ci il tarixində BK 24644 nömrəli kreditin məbləğini silərək onlara 417 manat məbləğində pulu geri qaytarmışdır. Cavabdeh məhkəmə iclasında iştirak edərək etirazında qeyd etdiklərini izahatı ilə təsdiq etmişdir. Belə ki, iş materiallarında olan 7229 nömrəli, xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, müştəri X1 poco x3 pro markalı məhsulu ekranı yanmaması səbəbindən "xxxx" MMC-nin Servisinə təmir olunması üçün təqdim etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli "xxxx" MMC-dən verilmiş məktubdan görünür ki, alıcı Cavabdeh 417 manat pul qaytarılmış və BK24644 saylı müqavilə üzrə alıcının borcu sıfırlanmışdır. İş materiallarında olan sənədlərdən də görünür ki, nisyə alqı-satqı müqaviləsi üzrə alıcıya verilən məhsul keyfiyyətsiz olduğundan satıcıya qaytarılmış və alıcının ödədiyi pul ona geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 587.2.1-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin. Yuxarıda qeyd edilənləri nəzər alaraq məhkəmə hesab edir ki, hazırda İddiaçı QSC tələbində qeyd etdiyi mövcud olmayan borc məbləğini cavabdehdən tələb etməkdə haqlı deyildir. Habelə məhkəmə qeyd edir ki, Cavabdeh tərəfindən iddia tələbinə verilmiş etirazdan sonra hazırki mülki işə iddia icraatı qaydasında baxılmasını qərara almışdır. Bundan sonra iddiaçının nümayəndəsi ilkin məhkəmə iclasında iştirak etmiş, cavabdeh tərəfindən təqdim edilən sübutlarla tanış olmuş, həmçinin məsələnin araşdırılması üçün məhkəmədən vaxt istəmiş, lakin bundan sonra digər məhkəmə iclaslarında iştirak etməmiş və öz tələbinin əsası kimi istinad etdiyi faktları məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Bu baxımdan iddiaçının tələbi təmin edilmədiyindən 30 AZN məbləğində ödənilmiş dövlət rüsumu və dövlət rüsumunun ödənilməsi ilə bağlı 0,40 AZN xidmət haqqı iddiaçının özünə aid edilməli və tələb həmin hissədə də təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ İddia ərizəsi təmin olunmasın. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(004)-2226/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2226/2023
08.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver