Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2244/2025 17.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 07 may 2019-cu il tarixli BNK5687476 və 01 sentyabr 2019-cu il tarixli BNK5773810 nömrəli müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 1266 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdehin müqavilə üzrə 1100 manat əsas borcu mövcuddur. Göstərilənlərə əsasən, 07 may 2019-cu il tarixli BNK5687476 və 01 sentyabr 2019cu il tarixli BNK5773810 nömrəli müqaviləyə əsasən 1100 (min yüz) manat pul və ödənilmiş 32 (otuz iki) manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 07 may 2019-cu il tarixli BNK5687476 və 01 sentyabr 2019-cu il tarixli BNK5773810 nömrəli müqavilədən görünür ki, iddiaçı 1266 manat dəyərindəki məişət avadanlığını Cavabdeh satmış, cavabdeh 07 may 2019-cu il tarixli BNK5687476 müqavilə əsasında alınmış əşyanın əvəzində 30 manat ilkin ödəniş etdikdən sonra 12 ay müddətinə, hər ay 56 manat, 01 sentyabr 2019-cu il tarixli BNK5773810 nömrəli müqavilə əsasında alınmış əşyanın əvəzində 48 manat ilkin ödəniş etdikdən sonra 12 ay müddətinə, hər ay 43 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 07 may 2019-cu il tarixli BNK5687476 və 01 sentyabr 2019-cu il tarixli BNK5773810 nömrəli müqaviləyə əsasən 1100 (min yüz) manat borcu vardır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Sözügedən iddia tələbinin qanuni əsası qismində tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 600.4-cü (əsas öhdəliyə münasibətdə) maddəsi çıxış edir. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarından görünür ki, alıcı Cavabdeh satıcı ilə bağladığı yuxarıda qeyd olunan müqavilələr üzrə öhdəliklərini yerinə yetirməmişdir. Belə olan halda, satıcının verilmiş əşyaların ödənilməsini tələb etmək hüququ vardır. İddia tələbinin faktiki və hüquqi halları ilə tərəflər arasında bağlanmış nisyə alqısatqı müqavilələrinin şərtləri və MM-in 600.4-cü (əsas borca münasibətdə) maddəsinin dispozitiv şərtləri eynilik təşkil edir. Məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 07 may 2019-cu il tarixli BNK5687476 və 01 sentyabr 2019-cu il tarixli BNK5773810 nömrəli müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 1266 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdehin müqavilə üzrə 1100 (min yüz) manat əsas borcu mövcuddur. Məhkəmə İddiaçınə izah edir ki, hazırki mübahisə üzrə tərəflər arasındakı münasibətlər borc münasibətləri (MM 739-cu maddə) deyil, nisyə alqı-satqı (MM 600.4-cü maddə) münasibətləridir. “Məhkəmə hüququ bilir” prinsipi nəzərə alınmaqla mübahisənin qanuni əsası məhz məhkəmənin özü tərəfindən müəyyən edilir, lakin, hüquqi şəxs olan İddiaçı ayrı-ayrı şəxslərlə daxil olduğu hüquq münasibətlərinin mahiyyətini bilməsi və bu istiqamətdə düzgün əsaslarla müqavilənin hazırlanması, bağlanması, digər hüquqi əməliyyatların, sənədləşdirmələrin (malın təhvil-təslim aktı və s.) aparılması zəruri hesab edilir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdeh tərəfindən iddia tələbinin təkzib edilməsi ilə bağlı sənəd, sübut və ya material məhkəməyə təqdim edilməmiş, aktiv sübutetmə funksiyası təşkil edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 32 (otuz iki) manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 07 may 2019-cu il tarixli BNK5687476 və 01 sentyabr 2019-cu il tarixli BNK5773810nömrəli müqaviləyə əsasən 1100 (min yüz) manat və ödənilmiş 32 (otuz iki) manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-230 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 07 may 2019-cu il tarixli BNK5687476 və 01 sentyabr 2019-cu il tarixli BNK5773810nömrəli müqaviləyə əsasən 1100 (min yüz) manat və ödənilmiş 32 (otuz iki) manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-2244/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2244/2025
17.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver