Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-2250/2025 27.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iş üzrə (açar sözlər: icraata xitam, barışıq sazişinin təsdiq edilməsi) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2024-cü il tarixli, B-004-AA-24 nömrəli alğı-satqı müqaviləsi üzrə 5518,45 manat əsas borc, borcun ödənilməsinin gecikdirildiyi günlər üçün hesablanmış 1444,66 manat dəbbə pulu, “LYNK&CO 05” markalı, 77-YN607 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 485,55 manat pul vəsaiti olmaqla, ümumilikdə 7448,66 manat pul vəsaiti, müqavilənin ləğv edildiyi xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək borcun ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5% həcmində hesablanması yolu ilə 184,68 manat pul vəsaiti, işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilmiş 96,74 manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Məhkəmə icraat iştirakçılarının izahatları
2. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi və mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
3. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək barışıq sazişinin təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
4. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinə əsasən: “1.1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin təklifi ilə və tərəflərin təşəbbüsü ilə İddiaçı MMC ilə Cavabdeh aşağıdakı şərtlərlə barışığa razılaşdıqlarını təsdiq edirlər: - xx.xx.2024-cü il tarixli, B-004-AA-24 nömrəli müqavilənin icra edilməmiş öhdəlikləri nəticəsində cavabdeh tərəfindən iddiaçıya müqavilə üzrə yaranmış borc, borcun ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5% həcmində hesablanmış pul vəsaiti və ödənilmiş dövlət rüsumu daxil olmaqla tərəflərin yekun razılığına əsasən Cavabdeh İddiaçı MMC-yə 7730,08 manat ödəniş etməyi öhdəsinə götürür. - Cavabdeh bu müqavilənin qüvvəyə minməsindən sonra xx.xx.2025-ci il tarixinədək 1000 manat pul vəsaitini İddiaçı MMC tərəfindən ödənişin edilməsi barədə cavabdehə kassa mədaxil orderi təqdim edilir. - Cavabdeh nağd şəkildə edilən ödənişdən sonra ödənilməmiş olaraq qalan 6730,08 manat məbləğində borcun ödəniş cədvəlinə uyğun olaraq ödənilməsini öhdəsinə götürür. 1.2 Cavabdeh tərəfindən ödənişin sazişin 1.1-ci bəndində göstərilən ödəmə tarixlərindən sonra 10 gün müddətində həyata keçirilməməsi saziş üzrə öhdəliklərinin icra edilməməsi kimi qiymətləndirilir və bu hal İddiaçı MMC-nin məcburi icra tədbirlərinin həyata keçirilməsini tələb etmək üçün əsasdır. 2.1. Bu Sazişin hər hansı şərti və ya onun bir hissəsi yanlış və ya qüvvəsini itirmiş hesab edilərsə, bu hal qalan şərtlərə və ya belə şərtlərin qalan hissələrinə təsir etmir və bu şərtlər qüvvədə qalır. 2.2. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı hüquqi nəticələr tərəflərə məlumdur və qəbul edilir. 2.3. Bu saziş sözügedən iş icraatında olan məhkəmə tərəfindən təsdiqləndikdən sonra qanuni qüvvəyə minir.”
Tətbiq edilən hüquq
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir; Maddə 52.3. Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər; Maddə 52.4. Məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır; Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; Maddə 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.4. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə; Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; Maddə 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir; Maddə 191.4. Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir; Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə; Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Maddə 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər.
Məhkəmənin mövqeyi
6. Məhkəmə iş materiallarını nəzərdən keçirərək qeyd edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir.
7. İşdən göründüyü kimi, iddaçının cavabdehə qarşı yönəlmiş borcun tutulması barədədir. Hazırda isə tərəflər bu məsələləri tənzimləyən barışıq sazişini təqdim etmişlər.
8. Məhkəmə araşdırılması ilə təqdim olunan barışıq sazişinin qanunazidd olması halı, həmçinin hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması müəyyən edilmir.
9. Odur ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi təsdiq edilməli, mülki iş üzrə icraata xitam verilməlidir.
10. Göstərilənləri və MPM-nin 52, 191, 261, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 19 may 2025-cüi il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: “1.1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin təklifi ilə və tərəflərin təşəbbüsü ilə İddiaçı MMC ilə Cavabdeh aşağıdakı şərtlərlə barışığa razılaşdıqlarını təsdiq edirlər: - xx.xx.2024-cü il tarixli, B-004-AA-24 nömrəli müqavilənin icra edilməmiş öhdəlikləri nəticəsində cavabdeh tərəfindən iddiaçıya müqavilə üzrə yaranmış borc, borcun ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5% həcmində hesablanmış pul vəsaiti və ödənilmiş dövlət rüsumu daxil olmaqla tərəflərin yekun razılığına əsasən Cavabdeh İddiaçı MMC-yə 7730,08 manat ödəniş etməyi öhdəsinə götürür. - Cavabdeh bu müqavilənin qüvvəyə minməsindən sonra xx.xx.2025-ci il tarixinədək 1000 manat pul vəsaitini İddiaçı MMC tərəfindən ödənişin edilməsi barədə cavabdehə kassa mədaxil orderi təqdim edilir. - Cavabdeh nağd şəkildə edilən ödənişdən sonra ödənilməmiş olaraq qalan 6730,08 manat məbləğində borcun ödəniş cədvəlinə uyğun olaraq ödənilməsini öhdəsinə götürür. 1.2 Cavabdeh tərəfindən ödənişin sazişin 1.1-ci bəndində göstərilən ödəmə tarixlərindən sonra 10 gün müddətində həyata keçirilməməsi saziş üzrə öhdəliklərinin icra edilməməsi kimi qiymətləndirilir və bu hal İddiaçı MMC-nin məcburi icra tədbirlərinin həyata keçirilməsini tələb etmək üçün əsasdır. 2.1. Bu Sazişin hər hansı şərti və ya onun bir hissəsi yanlış və ya qüvvəsini itirmiş hesab edilərsə, bu hal qalan şərtlərə və ya belə şərtlərin qalan hissələrinə təsir etmir və bu şərtlər qüvvədə qalır. 2.2. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı hüquqi nəticələr tərəflərə məlumdur və qəbul edilir. 2.3. Bu saziş sözügedən iş icraatında olan məhkəmə tərəfindən təsdiqləndikdən sonra qanuni qüvvəyə minir.” Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.
HAKİM Aytəkin Əsədzadə