Məhkəmə qərarları › İş №e-2(004)-2255/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2255/2025

15.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2255/2025 15.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Guseinov Gasanın iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "lizinq obyektinin geri qaytarılması və lizinq müqaviləsi üzrə pul" tələbinə dair mülki işə məhkəmənin inziabti binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı "lizinq obyektinin geri qaytarılması və lizinq müqaviləsi üzrə pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, lizinq obyekti olan 2023-cü il buraxılışlı, “Chevrolet Cobalt LTZ” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilin mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması; Cavabdeh 18 sentyabr 2023-cü il tarixli AZL-518 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 26 fevral 2025-ci il tarixə 1374,38 manat gecikdirilmiş əsas, 1195,95 manat gecikdirilmiş mükafat, həmin günə hesablanmış 277,65 manat dəbbə pulu olmaqla, cəmi 2847.98 manat borc və ödənilmiş 100 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 18 sentyabr 2023-cü il tarixli AZL-518 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2023-cü il buraxılışlı, “Chevrolet Cobalt LTZ” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 16 % hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 543.51 manat, ümumilikdə isə 36110 manat məbləğində pul vəsaitini İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 36110 manatın 25850 manatı əsas məbləğ təşkil edir. Daxili lizinq müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra olunmadığı üçün Cavabdeh AZL-518 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən 26 fevral 2025-ci il tarixə ümumilikdə 2847.98 manat borcu yaranmışdır. Daxili lizinq müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Guseinov Gasanın iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" MMC (“Lizinq verən”) ilə Cavabdeh (“lizinq alan”) arasında bağlanmış xx.xx.2023-cü il tarixli AZL-518 saylı “Daxili lizinq müqaviləsi”ndən və onun 1 və 3 nömrəli əlavələrindən görünür ki, Lizinq verən lizinq alanın sifariş etdiyi əmlakı – qiyməti 25.850 manat olan “Chevrolet Cobalt LTZ” markalı, ağ rəngli, BAN: XWBJA69V9PA0 olan, **-PL- *** dövlət qeydiyyat nişanlı avtomobili onun müvəqqəti istifadə və sahibliyinə verməyi, lizinq alan isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. Lizinq alan müqavilə imzalandığı gün 3500 manat məbləğində lizinq ödənişini Lizinq verənə ödəyir, həmin məbləğ lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 60 ay müddətində illik 16 % həcmində mükafat məbləği hesablanır. xx.xx.2023-cü il tarixli AZL-518 saylı “Daxili lizinq müqaviləsi”nə 2 saylı əlavə Təhvil-Təslim aktından görünür ki, qiyməti 25.850 manat olan “Chevrolet Cobalt LTZ” markalı, ağ rəngli, BAN: XWBJA69V9PA0 olan, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobil satıcı tərəfindən alıcı və lizinq alana təhvil verilmişdir. BB seriyalı 468888 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Chevrolet Cobalt LTZ” markalı, ağ rəngli, BAN: XWBJA69V9PA0 olan, **-PL- *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçıdir. xx.xx.2025-ci il tarixli, 708 nömrəli arayışından görünür ki, Cavabdeh 18 sentyabr 2023-cü il tarixli, AZL-518 saylı “Daxili lizinq” müqaviləsi üzrə 26 fevral 2025-ci il tarixə gecikdirilmiş 1.374,38 manat əsas borc, 1.195,95 mükafat borcu, 277,65 manat cərimə olmaqla, cəmi 2.847,98 manat məbləğində borcu vardır. xx.xx.2025-ci il tarixli, 055 nömrəli xəbərdarlıq məktubundan və ona əlavə olunmuş qaimədən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh borcun ödənilməsi və lizinq obyektinə istifadə hüququ verən sənədin ondan alınması barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 747.1-ci maddəsinə əsasən, Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.12.4-cü maddəsinə əsasən, Lizinq verənin lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" MMC (“Lizinq verən”) ilə Cavabdeh (“lizinq alan”) arasında bağlanmış xx.xx.2023-cü il tarixli AZL-518 saylı “Daxili lizinq müqaviləsi”ndən və onun 1 və 3 nömrəli əlavələrindən görünür ki, Lizinq verən lizinq alanın sifariş etdiyi əmlakı – qiyməti 25.850 manat olan “Chevrolet Cobalt LTZ” markalı, ağ rəngli, BAN: XWBJA69V9PA0 olan, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobili onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. Lizinq obyekti olan avtomobil müqavilə üzrə lizinq alan Cavabdeh müvəqqəti sahibliyində olduğu müddət ərzində, o, ödəməli olduğu lizinq ödənişlərini vaxtında və tam icra etməmiş, beləliklə cavabdeh müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri pozmuşdur. Odur ki, iddiaçı müqavilə üzrə ödənilməmiş borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. MM-nin 462.1-ci, 462.3-cü və 489,70-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, iddianın cərimənin ödənilməsinə dair hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Məhkəmə, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, AZL-518 saylı “Daxili lizinq” müqavilə üzrə hesablanmış 277,65 (iki yüz yetmiş yeddi manat altmış beş qəpik) manat cərimənin tənasübsüz yüksək olmasını nəzərə alaraq, həmin müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və cərimənin 30 (otuz) manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 18 sentyabr 2023-cü il tarixli, AZL-518 saylı “Daxili lizinq müqaviləsi” ləğv edilməli, Lizinq obyekti olan 2023-cü il buraxılışlı, “Chevrolet Cobalt LTZ” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı ağ rəngli nəqliyyat vasitəsi Cavabdeh alınaraq İddiaçı MMC-yə qaytarılmalı, Cavabdeh 18 sentyabr 2023-cü il tarixli, AZL-518 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən 1374,38 (bir min üç yüz yetmiş dörd manat otuz səkkiz qəpik) manat əsas borc, 1195,95 (bir min yüz doxsan beş manat doxsan beş qəpik) manat mükafat, 30 manat (otuz) dəbbə pulu olmaqla, cəmi 2600,33 (iki min altı yüz manat otuz üç qəpik) manat pul və dövlət rüsumu olaraq ödənilmiş 46 (qırx altı) manat pul tutularaq İddiaçı MMC-yə ödənilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməli və iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 18 sentyabr 2023-cü il tarixli, AZL- 518 saylı “Daxili lizinq müqaviləsi” ləğv edilsin. Lizinq obyekti olan 2023-cü il buraxılışlı, “Chevrolet Cobalt LTZ” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı ağ rəngli nəqliyyat vasitəsi Cavabdeh alınaraq İddiaçı MMC-yə qaytarılsın. Cavabdeh 18 sentyabr 2023-cü il tarixli, AZL-518 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən 1374,38 (bir min üç yüz yetmiş dörd manat otuz səkkiz qəpik) manat əsas borc, 1195,95 (bir min yüz doxsan beş manat doxsan beş qəpik) manat mükafat, 30 manat (otuz) dəbbə pulu olmaqla, cəmi 2600,33 (iki min altı yüz manat otuz üç qəpik) manat pul və dövlət rüsumu olaraq ödənilmiş 46 (qırx altı) manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar