Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2259/2022 10.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə3, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 20.03.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 07.01.2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən İMEİ kodu **********22468 və İMEİ kodu **********58637 olan “iPhone 11 Pro” markalı telefonlar üçün 5847 manat ödənilməmiş hissə, 1780 manat dəbbə olmaqla ümumilikdə 7627 manat borc, 96,27 manat ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" MMC-yə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə3 izahat verərək bildirir ki, cavabdehlə "xxxx" MMC arasında 07.01.2020-ci il tarixli, 20018590 saylı alğı-satqı müqaviləsi bağlanmış, müqavilə üzrə nəzərdə tutulan əşyalar cavabdehə satılmışdır. Cavabdeh isə müqavilələrin şərtlərini pozaraq müqavilə üzrə nəzərdə tutulmuş ödənişləri vaxtında etməmiş və nəticədə 7627 manat borcu yaranmışdır. Ümumilikdə isə cavabdeh 1799,4 manat ödəniş etmişdir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, bir neçə ildir ki, iddiaçıdan alış-veriş edir, lakin belə hal ilə heç rastlaşmamışdır. Mübahisə predmeti olan əşyaları hədiyə vermək üçün götürmüşdür. Lakin sonradan atasının rəhmətə getməsi və pandemiya olması səbəbindən borcunu ödəyə bilməmişdir. Müqavilə üzrə yazılmış əsas borcla razıdır, lakın cərimə borcunun azaldılmasını xahiş edir. O, 4-5 ay müqavilə üzrə ödənişləri etmişdir. Hazırda qalıq borcu qrafik üzrə bölmək mümkün olarsa borcu elə ödəməyə razıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 07.01.2020-ci il tarixli, 20018590 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, "xxxx" MMC tərəfindən İMEİ kodu **********22468 və İMEİ kodu **********58637 olan “iPhone 11 Pro” markalı telefonlar Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib olunmuş 07.01.2020-ci il tarixli, 20018590 nömrəli alğı-satqı müqaviləsinə əlavəyə əsasən, müqavilənin ümumi dəyəri ilkin ödəniş də daxil olmaqla 7646,4 manat təşkil edir və aylıq 424,8 manat olmaqla 18 ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş 17.03.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh 07.01.2020-ci il tarixli, 20018590 nömrəli alğı-satqı müqaviləsi üzrə alğısatqı qiyməti 7646,4 manat olan əsas borca 1799,4 manat ödəniş etmiş, 5847 manat ödənilməmiş hissə, 1780 manat cərimə, cəmi 7627 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə qeyd edir ki, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu Cavabdeh malın nisyə-alğı satqı müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyini lazımi qaydada və vaxtında icra etmədiyindən, nisyə aldığı əşyaların dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəmədiyindən, iddia tələbi əsas borcunun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə, hesablanmış cərimənin götürülmüş borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, müqavilə üzrə ödəniş tarixlərinin pandemiya (COVİD19 infeksiyası) dövrünə təsadüf etməsini, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq, 07.01.2020-ci il tarixli, 20018590 saylı müqavilə üzrə 300 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 07.01.2020-ci il tarixli, 20018590 saylı müqavilə üzrə 5847 manat əsas borc, 300 manat dəbbə borcu olmaqla, ümumilikdə 6147 (altı min yüz qırx yeddi) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 81,47 manat məbləğində pul iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 07.01.2020-ci il tarixli, 20018590 saylı müqavilə üzrə 5847 manat əsas borc, 300 manat dəbbə borcu olmaqla, ümumilikdə 6147 (altı min yüz qırx yeddi) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 81,47 (səksən bir manat qırx yeddi qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Günay Axundova
Məhkəmə qərarları › İş №e-2(004)-2259/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2259/2022
10.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver