Məhkəmə qərarları › İş №e-2(004)-2268/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2268/2024

29.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2268/2024 29.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və cavabdehdən 1655 (min altı yüz əlli beş) manat pul və 36,55 (otuz altı manat əlli beş qəpik) manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Renault Logan” markalı, **-UF-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək "xxxx" ASCdə icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2021-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2021-ci il avqustun 20-də Cavabdeh idarə etdiyi “RENAULT LOGAN” markalı, 99–UF–082 dövlət nömrə nişanlı avtomobillə Sumqayıt şəhəri, Qurd dərəsi bağlar massivi adlanan ərazidə “HYUNDAİ SONATA” markalı, 90–LG– 770 dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Sumqayıt DYPŞ-nin xx.xx.2021-ci il tarixli AP ******* nömrəli inzibati xəta haqqında protokoluna əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 333.3-cü və 327.2-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Sumqayıt DYPŞ-nin xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 333.3-cü və 327.2ci maddələri ilə təqsirli bilinmişdir. Başqa sözlə desək, vurulmuş zərərin məhz cavabdehin təqsirli nəticəsində baş verməsi inzibati xəta ilə müəyyən edilərək, təsdiqini tapmışdır. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş 6182 nömrəli qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “Hyundai Sonata” markalı, **-LG-*** dövlət nömrə nişanlı avtomobillə 1655 manat məbləğində ziyan dəymişdir. İddiaçı xx.xx.2021-ci il tarixində 6496 nömrəli ödəniş tapşırığı ilə 1655 manat məbləğində sığorta ödənişini zərərçəkmiş şəxs X2 ödəmişdir. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarında olan PXA78122 nömrəli sığorta aktına əsasən müəyyən olunur ki, “Nissan Sunny” markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərər 2000 (iki min) manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş 6182 nömrəli qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “Hyundai Sonata” markalı, **-LG-*** dövlət nömrə nişanlı avtomobillə 1655 manat məbləğində təşkil edir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 333.3-cü və 327.2ci maddələri inzibati məsuliyyətə cəlb edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixində 6496 nömrəli ödəniş tapşırığına əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən 1655 manat məbləğində sığorta ödənişini zərərçəkmiş şəxs X2 ödəmişdir. İş materiallarında olan "xxxx" ASC xx.xx.2021-ci il tarixli pretenziya məktubuna əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə sözügedən pul məbləğinin ödənilməsi təklif olunmuş, ödənilməyəcəyi təqdirdə məhkəmə müraciət ediləcəyi nəzərinə çatdırılmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 936-cı maddəsi çıxış edir. MM-in 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. MM-in 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. MM-in 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Beləliklə, müəyyən edilir ki, Renault Logan” markalı, **-UF-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək "xxxx" ASCdə icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2021-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2021-ci il avqustun 20-də Cavabdeh idarə etdiyi “RENAULT LOGAN” markalı, 99–UF–082 dövlət nömrə nişanlı avtomobillə Sumqayıt şəhəri, Qurd dərəsi bağlar massivi adlanan ərazidə “HYUNDAİ SONATA” markalı, 90–LG–770 dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Sumqayıt DYPŞ-nin xx.xx.2021-ci il tarixli AP ******* nömrəli inzibati xəta haqqında protokoluna əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 333.3-cü və 327.2-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Sumqayıt DYPŞ-nin xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 333.3-cü və 327.2ci maddələri ilə təqsirli bilinmişdir. Başqa sözlə desək, vurulmuş zərərin məhz cavabdehin təqsirli nəticəsində baş verməsi inzibati xəta ilə müəyyən edilərək, təsdiqini tapmışdır. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş 6182 nömrəli qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “Hyundai Sonata” markalı, **-LG-*** dövlət nömrə nişanlı avtomobillə 1655 manat məbləğində ziyan dəymişdir. İddiaçı xx.xx.2021-ci il tarixində 6496 nömrəli ödəniş tapşırığı ilə 1655 manat məbləğində sığorta ödənişini zərərçəkmiş şəxs X2 ödəmişdir. Göstərilənlər nəzərə alınmaqla, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosesdə məhkəmənin arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, mülki prosesdə “formal həqiqət”in müəyyən edilməsi prinsipi əsas götürülməklə hakimin öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı, cavabdeh və s.) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdeh tərəfindən iddia tələbinin təkzib edilməsi istiqamətində sənəd, sübut və ya materiallar məhkəməyə təqdim edilməmiş, aktiv sübutetmə (təkzibetmə) fəaliyyəti təşkil edilməmişdir. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, ödənilmiş 36,55 (otuz altı manat əlli beş qəpik) manat dövlət rüsumu qaydada cavabdeh X1 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Bu səbəbdən də, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 1655 (min altı yüz əlli beş) manat pul və ödənilmiş 36,55 (otuz altı manat əlli beş qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 1655 (min altı yüz əlli beş) manat pul və ödənilmiş 36,55 (otuz altı manat əlli beş qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar