Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2268/2025 10.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı X2, Cavavbdeh Cavabdeh iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı X5 Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı X5 Cavabdeh arasında xx.xx.2020-ci il tarixində 1 saylı Bakı “ASAN Xidmət” X4 1756 nömrəli nikah akt qeydi ilə qeydə alınmış nikahın pozulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2020-ci il tarixində rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü X6 dünyaya gəlmişdir. Münasibətləri ilk vaxtlar normal olsa da, sonradan pozulmuş və kəskinləşmişdir. Ailə münasibətləri dağılmışdır, bərpa olunması mümkün deyildir. Artıq bir neçə müddətdir ki, nikahları formal xarakter daşıyır, barışıb bir ailə kimi yaşamaqları mümkün deyildir. Məhkəmə iclasında iştirak edən iddiaçı X5 iddia tələbini müdafiə edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə qəbul edərək bildirdi ki, iddiaçı ilə aralarında olan nikahın vaxt verilmədən pozulmasına razıdır. Məhkəmə iclasda iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ-İİ seriyalı, 412468 nömrəli Nikah haqqında Şəhadətnamədən görünür ki, X5 və Cavabdeh xx.xx.2020-ci il tarixdə 1 saylı Bakı “ASAN Xidmət” X4 nikaha daxil olmuşdur. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1756 nömrəli qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə “Süleymanlı”, arvada “Süleymanlı” soyadı verilmişdir. İş materiallarında olan 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İV seriyalı, 795615 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası qrafasında X5, anası qrafasında Cavabdeh qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli barışıq sazişindən görünür ki, hər iki tərəf (Cavabdeh və X5) nikahın pozulması, övladları xx.xx.2022-ci il təvəllüdlü X3 anasının himayəsində qalması, birgə nikahlarından dünyaya gəlmiş xx.xx.2022-ci il təvəllüdlü X1 üçün, 2025-ci ilin mart ayından etibarən hər ayın 1-dən 5-ə kimi hər ay 250 manat aliment haqqının X5 tərəfindən Cavabdeh ödənilməsi,həmçinin X5 ehtiyac olduğu təqdirdə tərəflərin razılığı ilə xx.xx.2022-ci il təvəllüdlü X1 üçün əlavə xərcləri ödəyəcəyi, Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X3 X5 hər həftənin şənbə və və ya bazar günü 15.00-dan 21.00-dək görüşünə qeyd-şərtsiz imkan yaradacağı, həmin digər zəruri hallardada görüşə imkan yaradacağı, X5 birgə nikah dövründə bank ipotekası qaydasında əldə edilmiş və hal-hazırda mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə görə ödənilmiş 45.660 manat pulun 50%-i olan 22830 manatı 2025-ci ilin mart ayının 1-dən etibarən 06 ay müddətinə Cavabdeh təqdim edəcəyi bank hesabına ödəyəcəyi, qeyd olunan mənzildə quraşdırılmış mebel və məişət avadanlıqları, mətbəx mebeli istisna olmaqla Cavabdeh tərəfindən 03 ay ərzində götürərək daşımasına X5 maneə törtəməyəcəyi, Cavabdeh götürmədiyi mebel və avadanlıqlar görə X5 tərəfindən Cavabdeh 7170 manat pulun 06 ərzində ödəyəcəyi barədə razılığa gəlmişlər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər uzun müddətdir ki, birgə təsərrüfat aparmırlar. Onlar nikahlarının pozulmasına qarşılıqlı şəkildə razıdırlar. Tərəflərin barışması üçün vaxt verilməsinin ailə münasibətlərinin bərpa edilməsinə heç bir təsiri olmayacaqdır, onların ailəsinin bərpa olunması artıq mümkün deyildir. Ona görə də, nikahın pozulmasını təkid edirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 19.1-ci maddəsinə əsasən bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur; 20.1-ci maddəsinə görə, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyrimümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə nikah məhkəmə qaydasında pozulur; 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasına təkid etdikdə nikah pozulur; 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqların kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətin bölünməsini müəyyən edən saziş təqdim edə bilər. Beləliklə, məhkəmə iddiaçı ilə cavabdehin birgə yaşamasının və ailənin saxlanılmasının qeyrimümkünlüyünü nəzərə alıb, belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış nikah pozulmalıdır. Tərəflər nikah pozulduqdan sonra uşağın kimin yanında qalması və alimentlə bağlı razılığa gəldiklərindən, mediasiya prosesində barışıq sazişi bağladıqlarından və məhkəmə iclasında barışıq sazişini mübahisələndirmədiklərindən məhkəmə bu məsələni hazırda həll etmir. Beləliklə məhkəmə hesab edir ki, tərəflərin birgə yaşaması və ailənin saxlanması qeyrimümkün olduğu üçün iddia təmin edilməli, X5 ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 1 saylı Bakı “ASAN Xidmət” X4 1756 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı X5 ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 1 saylı Bakı “ASAN Xidmət” X4 1756 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulsun. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-2268/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2268/2025
10.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver