Məhkəmə qərarları › İş №e-2(004)-2281/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2281/2023

19.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2281/2023 19.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi X8 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Optimal Elektronika MMC-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «pul» tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «pul» tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(004)- 2281/2023 nömrəli qərardadı ilə mülki iş iddia icraatına keçirilmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, Optimal Elektronika MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən sonuncu 1199 manat məbləğində mala görə 100,01 manat ilkin ödəniş etməklə qalıq 1098,99 manat pulu 9 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh2 ilə Optimal Elektronika MMC arasında zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı QSC ilə Optimal Elektronika MMC arasında bağlanmış faktorinq müqaviləsinə əsasən Optimal Elektronika MMC-nin Cavabdeh2 və Cavabdeh1 qarşı tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Tələb hüququnun İddiaçı QSC-yə keçməsi barədə Cavabdeh2 və Cavabdeh1 bildiriş təqdim edilmişdir. Lakin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 öhdəliklərini icra etməmiş və nəticədə 1098,99 manat borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddianın təmin olunmasını və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Optimal Elektronika MMC-nin barəsində baş vermiş cinayət əməllərinə görə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Optimal Elektronika MMC-nin nümayəndəsi X5 iddianın əsassız olduğunu bildirmiş və təmin olunmamasını xahiş etmişdir. İş materiallarında olan ilə Optimal Elektronika MMC Cavabdeh1 arasında bağlanmış 40008758 nömrəli xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sonuncu 1199 manat məbləğində mala görə 100,01 manat ilkin ödəniş etməklə qalıq 1098,99 manat pulu 9 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan ilə Optimal Elektronika MMC Cavabdeh2 arasında bağlanmış 40008758 nömrəli xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh1 40008758 nömrəli xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə dair müqavilə öhdəliklərinə münasibətdə zamin qismində müəyyən olunmuşdur. İddiaçı QSC ilə Optimal Elektronika MMC arasında bağlanmış xx.xx.2022-ci il Sazişə əsasən Optimal Elektronika MMC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İş materiallarında olan Optimal Elektronika MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən müəyyən olunur ki, Optimal Elektronika MMC Cavabdeh1 arasında bağlanmış 40008758 nömrəli xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən müştəri Cavabdeh1 sifariş etdiyi məhsuldan imtina etmiş və məhsulu geri qaytarmışdır. Nəticədə müqavilə ləğv edilmişdir. Hazırda 40008758 nömrəli müqavilə üzrə Optimal Elektronika MMC-yə borc 0 manat təşkil edir. İddiaçı QSC-də 40008758 saylı müqavilə üzrə Borcalanın öhdəliyi olan 1098,99 manat artıq borc qalığı Optimal Elekronika MMC-nin öhdəliyidir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Sözügedən iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 600.4 (əsas öhdəliyə münasibətdə) və 655.1-ci (əsas öhdəliyə münasibətdə) maddələri çıxış edir. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MM-in 655.1-ci maddəsinə əsasən, faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Lakin, iş materiallarına və Cavabdeh2 izahatına əsasən müəyyən olunur ki, Optimal Elektronika MMC Cavabdeh1 arasında bağlanmış 40008758 nömrəli xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən sonuncu 1199 manat məbləğində mala görə 100,01 manat ilkin ödəniş etməklə qalıq 1098,99 manat pulu 9 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Lakin, 1 gün sonra, yəni xx.xx.2022-ci il tarixdə müqavilə predmeti olan məhsul Cavabdeh1 tərəfindən Optimal Elektronika MMC-yə geri qaytarılmaqla 40008758 saylı müqaviləyə xitam verilmişdir. xx.xx.2023-cü il tarixli arayışa əsasən S.Z.X2 MMC-yə borcu 0 (sıfır) manat təşkil edir. xx.xx.2022-ci il Sazişə əsasən Optimal Elektronika MMC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı tələb hüququ İddiaçı QSC-yə əsassız olaraq keçmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə Optimal Elektronika MMC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı tələb hüququ mövcud olmamışdır. Çünki, 40008758 nömrəli xx.xx.2022-ci il tarixli alqısatqı müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Mövcud olmayan tələb hüququ güzəşt edilə bilməz. Azərbaycan Respublikası MPM-in 265.4-ci maddəsinə əsasən, məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə qeyd edir ki, İddiaçı QSC-nin nümayəndəsinin vəsatəti üzrə Optimal Elektronika MMC barəsində xüsusi qərardadın çıxarılmasına hüquqi əsas yoxdur. Belə ki, Optimal Elektronika MMC tərəfindən dələduzluq cinayəti törədilməsi ilə bağlı əsaslı sübutlar iş materiallarına əsasən müəyyən edilmir. Lakin, İddiaçı QSC-nin Optimal Elektronika MMC-yə qarşı tələb hüququ və digər prosessual-hüquqi hərəkətlər etmək hüququ istisna edilmir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «pul» tələbinə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar