Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2283/2023 19.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli OPLK00824 saylı müqavilə üzrə nisyə aldığı 2 ədəd Simfer CS4420A markalı dərin dondurucu soyuducuların və 1 ədəd Vestel 43UD8800T markalı televizorun dəyərindən ödənilməmiş qalan 1.187,89 manat əsas borc və hesablanmış 357,78 manat cərimə olmaqla, cəmi 1.545,67 manat borcun və ödənilmiş 35,45 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu tarixli OPLK00824 №-li nisyə alqı-satqı müqaviləsinə əsasən 15 ay müddətinə hissə-hissə hər ay üçün 160 manat, sonuncu ay üçün isə 157 manat ödəmək şərti ilə 2.397 manat dəyərində malların nisyə satış müqaviləsinə 2 saylı əlavədə-təhvil-təslim aktında göstərilən məişət texnikaları nisyə satılmış və həmin məhsullar cavabdehə təhvil-təslim aktı üzrə təhvil verilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş ödəniş qrafikinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini yerinə yetirməmişdir. Belə ki, müqavilənin 6.1-ci və 6.1.1-ci bəndinə əsasən cavabdeh müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə, kreditor nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malikdir. Cavabdehin iddiaçı qarşısında xx.xx.2019-ci tarixli OPLK00824 saylı müqavilə üzrə qalıq borcu 1.187,89 manat təşkil edir. Müqavilənin 5.6-cı bəndinə əsasən borcun ödənişi gecikdirildikdə, hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0,3%-i həcmində cərimə (dəbbə pulu) ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. Borclu kreditor qarşısında müqavilə üzrə cərimə borcu 3.577,80 manat təşkil edir (maliyyə arayışı əlavə edilmişdir). Hazırda iddiaçı cavabdehə qarşı güzəşt tətbiq etdiyi üçün hesablanmış cərimə məbləğinin yalnız 10%-ni ödəməyi borcludan tələb edir. Belə olan halda, hesablanmış cərimə məbləğinin 10%-i 357,78 manat təşkil edir. Hazırda cavabdehin iddiaçı qarşısında xx.xx.2019-ci tarixli OPLK00824 saylı müqavilə üzrə 1.187,89 manat əsas borcu, hesablanmış 357,78 manat cərimə olmaqla, cəmi 1.545,67 manat borcu yaranmışdır. Bildirir ki, faktor “X1 Olmayan Kredit Təşkilatı” MMC ilə müştəri "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 01 №-li faktorinq müqaviləsinə əsasən "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu tarixli OPLK00824 №-li nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbini “X1 Olmayan Kredit Təşkilatı” MMC-yə güzəşt etmişdir. "xxxx" MMC tərəfindən borclu Cavabdeh xx.xx.2019-cu tarixli OPLK00824 №-li nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbini "xxxx" MMC-yə güzəşt etməsi barədə bilidiriş verilmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcunu ödəməkdən boyun qaçırır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(004)-2283/2023 nömrəli qərardadı ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tutulması” tələbinə dair iddiası üzrə mülki iş, kommersiya mübahisəsi kimi mülki icraat qaydasında baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3755/2023 nömrəli qərardadı ilə iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(102)-433/2023 nömrəli qərarı ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tutulması” tələbinə dair iş məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilmişdir. İş xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Tərəflər məhkəməyə gəlmədiklərinə görə iş məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi mümkün olmamış və iş baxılması üçün məhkəmənin icraatına qəbul edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməklə məlumat verilmişdir, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İddiaçı "xxxx" MMC xx.xx.2023-ci il tarixdə elektron ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini bildirmiş və işə nümyəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinin tələbinə uyğun olaraq iddiaçının nümayəndəsinin, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin iddianı müfafiə etməsinə dair ərizəsini, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edilir ki, satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu tarixli OPLK00824 №-li nisyə alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC 15 ay müddətinə hissə-hissə hər ay üçün 160 manat, sonuncu ay üçün isə 157 manat ödəmək şərti ilə ümumi dəyəri 2.397 manat olan 2 ədəd Simfer CS4420A markalı dərin dondurucunu və 1 ədəd Vestel 43UD8800T markalı televizoru alıcı Cavabdeh nisyə satmışdır. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktına əsasən əşyalar alıcı Cavabdeh təhvil verilmişdir. "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli tələbin güzəşti barədə 01 nömrəli faktorinq müqaviləsinə əsasən satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli OPLK00824 nömrəli nisyə alqı-satqı müqaviləsindən irəli gələn tələbini "xxxx" MMC-yə vermişdir. xx.xx.2022-ci il tarixli çıxarışdan müəyyən edilir ki, "xxxx" MMC (VÖEN **********) hüquqi şəxs kimi - AZ1007, ünvan 1 ünvan üzrə xx.xx.2020-ci il tarixdə Vergilər Nazirliyində uçota alınmışdır. “AZEMİS” elektron sistemin vergi ödəyicilərinin məlumatları ilə təsdiq edilir ki, Cavabdeh (VÖEN **********, FİN xxxxxxx) fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi - AZ1065, ünvan 2 ünvan üzrə xx.xx.2012-ci il tarixdə Vergilər Nazirliyində uçota alınmışdır. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı və faktorinq müqavilələri bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. Satıcı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin alıcı müqavilə üzrə öhdəliyini lazımınca yerinə yetirməmiş, nisyə aldığı əşyaların dəyərini müəyyən edilmiş müddət ərzində tam ödəməmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-ci il tarixli alqı satqı müqaviləsi üzrə "xxxx" MMC-yə 1.187,89 manat əsas borc, hesablanmış 357,78 manat cərimə olmaqla, cəmi 1.545,67 manat borcu var. Məhkəmə hesab edir ki, müqavilə üzrə tənasübsüz surətdə yüksək hesablanmış 357,78 manat dəbbə pulu azaldılaraq 100 manat müəyyən edilməlidir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli OPLK00824 saylı müqavilə üzrə nisyə aldığı 2 ədəd Simfer CS4420A markalı dərin dondurucu soyuducuların və 1 ədəd Vestel 43UD8800T markalı televizorun dəyərindən ödənilməmiş qalan 1.187,89 manat əsas borc və hesablanmış 100 manat cərimə və ödənilmiş 35,45 manat dövlət rüsumu olmaqla, cəmi 1.323,34 manat pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. İddia tələbi - 257,78 manat dəbbə pulunun tutulması hissəsində rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli OPLK00824 saylı müqavilə üzrə nisyə aldığı 2 ədəd Simfer CS4420A markalı dərin dondurucu soyuducuların və 1 ədəd Vestel 43UD8800T markalı televizorun dəyərindən ödənilməmiş qalan 1.187,89 manat əsas borc və hesablanmış 100 manat cərimə və ödənilmiş 35,45 manat dövlət rüsumu olmaqla, cəmi 1.323,34 (min üç yüz iyirmi üç manat otuz dörd qəpik) manat pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №e-2(004)-2283/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2283/2023
19.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver